Göbək ciyəsindəki sıxac ara-lığa yaxın yerə köçürülür. Bir əllə göbək ci-yəsi tarım tutulur (dartılmır). Digər
əllə sim-fizin üzərindən
uşaqlıq tutulur ki, sabit və-ziyyətdə qalsın. Göbək ciyəsinin xarici his-səsinin uzandığını və uşaqlığın girdələşıb bər-kidiyini (yığıldığını)
hiss etdikdən sonra qadı-na gücvermək təklif olunur və göbək ciyəsi ehtiyyatla dartılır, ikinci əl uşaqlığı əks tərəfə itələyir. Bu uşaqlığın
çevrilməsinin qarşısını alır. 30-40 san. ərzində cift doğulmasa traksiya dayandırılır. Göbək ciyəsi yenə tarım vəziyyətdə sax-lanılır.
Uşaqlığın növbəti yığılması zamanı uşaqlığa əks təzyiq göstərməklə göbək ciyəsinin nəzarət olunan traksiyası təkrarlanır (şəkil:5-30).
Yaxşı yığılmış uşaqlığa əks təzyiq etmədən göbək ciyəsini dartmaq olmaz.
Doğulan cift iki əllə tutulur və bir istiqamətdə fırladılır. Bu döl qişalarının zədələnmədən, tam doğulmasına imkan yaradır (şıkil:5-32 a).
Cift doğulan kimi qarının ön divarından uşaqlığın massa-jı aparılmalıdır. Zahılıq dövrünün birinci saatında massaj hər 15 dəqiqədən,
ikinci saatında hər 30 dəqiqədən bir təkrarlanır.
Əvvəllər ciftin doğulması ləngidiyi hallarda yuxarıdakı əlamətlərlə ciftin ayrılması təsdiqlənir və onun doğulması üçün tədbirlər görülürdü.
Bu məqsədlə bir neçə üsuldan istifadə olu-nurdu.
Dostları ilə paylaş: