49
Qişalar müayinə olunarkən yırtıldığı yer də müəyyənləşdirilir. Bu yer ciftə nə qədər yaxın ol-sa bir o qədər cift aşağıda yerləşibmiş.
Ciftin tamlığının yoxlanmasının böyük əhəmiyyəti vardır (şəkil:5-29). Cift tikəsinin uşaqlıq boşluğunda ləngiməsi təhlükəli ağırlaşmadır.
Belə halda uşaqlıq qanaxmaları olur, hətta bu qanax-malar qadının həyatı üçün təhlükə yaradır. Uşaqlıqda qalmış cift tikəsi zahılıq
septik xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Ona görə cift defekti aşkar olunan kimi, əl yardımı ilə cift tikəsi kənar edilməlidir. Əgər
uşaqlıq boşluğunda qişa tikəsi qalıbsa, onu əllə çıxarmağa ehtiyac yoxdur o, uşaq-lıq ifrazatı ilə xaric olacaq.
Müayinə olunan ciftin çəkisi, ölçüləri müəyyən edilir. Alınan nəticələr doğum tarixinə qeyd edilir. Cift müayinə olunduqdan sonra son
dövründə itirilən qanın miqdarı ölçülür.
Son doğulduqdan sonra xarici cinsiyyət üzvləri, aralıq, budların daxili səthi ilıq zəif dezin-feksiyaedici məhlullarla yuyulur, steril salfetlə
silinir. Sonra doğuş yollarına baxış keçirilir. Əvvəl xarici cinsiyyət üzvləri və aralıq yoxlanılır, sonra cinsiyyət dodaqları steril tamponla
aralanaraq, uşaqlıq yolu girəcəyi müayinə olunur. Güzgülər vasitəsi ilə uşaqlıq boynu (xüsusilə ilk doğanlarda və cərrahi müdaxilə
olunanlarda) yoxlanılır.
Doğuş yollarındakı yumşaq toxuma cırıqları infeksiya qapısıdır. Aralıq cırıqları cinsiyyət or-qanlarının enməsinə və sallanmasına səbəb
olur. Uşaqlıq boynu cırıqları isə uşaqlıq boynunun çev-rilməsi, xroniki endoservisit, eroziya və s. səbəb olur. Bundan başqa uşaqlıq
boynunda əmələ gəl-miş çapıq gələcək doğuşlarda uşaqlıq boynu çatışmazlığına səbəb olur. Uşaqlıq boynu kanalı nor-mal açılmır.
Uşaqlıq boynundakı bütün bu proseslər gələcəkdə uşaqlıq boynu xərçənginə səbəb ola bilər. Ona görə də bütün cırıqlar aşkarlanıb
tikilməlidir.
Hal
–hazırda ÜST-nın tövsiyyələrinə əsasən doğuşdan sonrakı ilk saat ərzində kafi vəziyyətdə olan yenidoğulmuşlar döşə qoyulmalıdır
və “ağız südü”ilə qidalanmalıdır. Erkən döşə qoyulma süd vəzisi giləsinin stimullaşmasına, uşaqlığın yiğılmasına, qan itkisinin
azalmasına səbəb olur. Ana ilə yenidoğulmuş arasında yaranan “dəri kontaktı”nın bir sıra üstünlükləri vardır: bu ana ilə döl arasın-da
psixoloji mühiti yaxşılaşdırır, yenidoğulmuşun bədən hərarətini tənzimləyir, yenidoğulmuşu xəs-təxanadaxili bakteriyalarla deyil ana
orqanizmi bakteriyaları ilə kolonizasiya edir.
Zahı və yenidoğulmuş doğuşdan sonra 2 saat ərzində doğuş zalında mamanın nəzarəti altında saxlanılır. Əgər hər hansı ağırlaşma
qeyd olunmursa, qadın zahılıq şöbəsinə, yenidoğulmuş neonatoloji şöbəyə köçürülür.
Dostları ilə paylaş: