4.Uşaqlıqdan kənar hamiləlik
5.Beçəxor və xorionepitelioma
İmplantasion qanaxmalar
Döl yumurtası uşaqlığın selikli qişasına implantasiya edərkən orada trofoblaslar erroziya əmələ gətirir. Bu da uşaqlıq yolundan
zəif qanaxmaya səbəb olur. Qanaxma həmin günlər gözlənilən menstruasiya ilə qarışdırılır. Bu da doğum vaxtının səhv hesablanmasına
səbəb olur.
Servikal patologiyalar
Bu patologiyalara erroziyalar, poliplər, uşaqlıq boynu xərçəngi aiddir.
Düşük
Erkən hamiləlik dövründə rast gələn qanaxmaların çoxu düşük nəticəsində baş verir.
Təsnifatı.
Hamiləliyin 21-ci həftəsinə qədər hamiləliyin pozulması düşük adlanır. Dölün çəkisi 500 qr-dan olan az olarsa bu düşükdür. 12
həftəyə
qədər olan uşaqsalma erkən, 12 həftədən sonra baş verən uşaqsalma gecikmiş düşük və ya spontan düşük adlanır. Tibb
müəssələrində planlı surətdə hamiləliyin pozulması süni abort dlanır (abortus artificialis).
Spontan düşük törədən səbəblər 2 qrupa bölünür: ana (maternal) və döl (fetal) tərəfindən olan səbəblər.
Fetal s
əbəblərə mayalanmış döl yumurtasının inkişafındakı qüsurlar və əsasən xromosom qü-surları (30%) aiddir.
Ana t
ərəfindən olan səbəblər 2 yerə bölünür: yerli və ümumi səbəblər.
Yerli s
əbəblərə implantasiya yerinin yanlış olması (məs: servikal kanal), uşaqlıq deformasi-yaları, servikal yetişməzlik, travmalar və
s. aiddir. M
əsələn, uşaqlıq boynu və daxili dəlik səviyyə-sində dairəvi əzələlərin zədələnməsi (abortdan və ya doğuşdan sonra)
n
əticəsində servikal kanal açıq qalır, döl yumurtası uşaqlıq divarından ayrılır.
Ümumi s
əbəblərə aiddir: infeksion xəstəliklər – qripp, toksoplazmoz, uroplazmoz, infeksion hepatit, malyariya, dizenteriya və s;
pnevmoniya, plevrit, appendisit v
ə yüksək hərarət, intoksikasi-ya ilə keçən başqa xəstəliklər; sifilis, QİÇS
və cinsi yolla keçən başqa
infeksiyalar; cinsi orqanların infantilizmi və iltihabi xəstəlikləri (endometrit, metrit); qan dövranı pozğunluqlarına səbəb olan ürək-damar
sistemi x
əstəlikləri; endokrin xəstəliklər (hipotrioz, diabet); travmalar; zəhərlənmələr (civə, dəm qazı, alkohol, anilin birləşmələri,
narkotikl
ər); şualanma (rentgen, radium) güclü psixi sarsıntılar (qorxu, kədər).
Spontan düşük
zamanı döl yumurtası tədricən uşaqlıq divarından ayrılır. Uşaqlığın desidual qişasının qan damarları zədələnir.
Ayrılmış döl yumurtası tələf olur. Uşaqlıq divarının yığılması (sancılar) nəticəsində uşaqlıq boynu kanalı açılır və döl yumurtası
Dostları ilə paylaş: