TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə76/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   72   73   74   75   76   77   78   79   ...   141
DƏRSLİK

Şəkil:5-20
. Başın çanaq müstəvilərinə münasibəti: (-3) döl başı kiçik çanaq girəcəyi üzərindədir; (-2) baş girəcəyə sıxılıb; (-1) baş kiçik 
seqmentlə kiçik çanağa keçib; (0) baş böyük seqmentlə kiçik çanağa keçib; (+1) baş çanaq boşluğunun geniş hissəsindədir; (+2) baş 
çanaq boşluğunun dar hissəsindədir; (+3) baş çanaq çıxacağındadır. 
Uşaqlıq yolu müayinəsi doğan stasionara daxil olduqda və hər 3-4 saatdan bir aparılır. Bun-dan başqa dölyanı maye axdıqdan sonra, 
doğuş fəaliyyəti başladıqda, dinamikasında dəyişiklik baş verdikdə, ağrısızlaşdırmadan əvvəl, qanlı ifrazat müşahidə edildikdə daxili 
müayinənin aparılması göstərişdir. Uşaqlıq yolu müayinəsi zamanı infeksiyalaşma riski böyük olduğundan, müayinə asep-tika və 
antiseptika qaydalarına ciddi əməl olunmaqla və tezliyi maksimal məhdud olmaqla aparıl-malıdır. Uşaqlıq yoly müayinəsi ilə doğum 
yollarının və çanaq dibinin vəziyyəti, uşaqlıq yolunun (doğmuş, doğmamış, yumşalmış, çapıqların olub-olmaması), uşaqlıq boynunun 
(uzunluğu, konsis-tensiyası, açıqlıq dərəcəsi, yetişkənliyi) döl qovuğu və gəliş hissənin vəziyyəti aydınlaşdırılır.
Təkrari vaginal müayinələrdə uşaqlıq boynunun açılma tempi öyrənilir. Servikal kanaldan bir barmaq keçirsə kanal 1,5-2 sm açılmışdır. 
Açılma dövrünün latent fazasıdır. Latent faza 8 saatdan çox davam etməməlidir. 2 barmaq keçirsə artıq aktiv fazanın başlanğıcıdır. 
Daxili müayinə ilə döl qovuğunun vəziyyəti də nəzarətdə saxlanılır. Döl qovuğu tamdırsa onun gərginliyi, yırtılmışsa döl-yanı mayenin 
səffaflığı, qan və ya mekoniumun qarışıb-qarışmaması aydınlaşdırılr.
Doğuşun birinci dövründə mühüm mə-sələlərdən biri dölün ürək döyüntülərinin adi auskultasiya və ya mürəkkəb cihazların kö-məyi ilə 
izlənməsidir. Hər 30 dəqiqədən bir dölün ürək döyüntülərinə qulaq asmaq lazım-dır. Ürək vurğularının normal sayı dəqiqədə 110-160 
vurğu hesab edilir. Dölün ürək dö-yüntülərinin bir dəqiqədə 110 vurğudan az və ya 160 vurğudan çox olması dölün hipoksiya-sından 
xəbər verir. Dölün ürək ritminin po-zulması aritmiya adlanır.
Qeyd etmək lazımdır ki, sancılar zamanı ana və döl arasındakı qan dövranında müvəqqəti dəyişikliklər baş verir: dölün oksigenlə 
təchizatı pislə-şir, carbon qazının miqdarı artır, döl qanının PH-7,2-dən aşağı olur. Bu da dölün ürək döyüntülərinin artmasına və ya 
azalmasına səbəb olur. Sancılardan bir dəqiqə sonra dölün ürək döyüntüləri əvvəlki rit-minə qayıdır. Ona görə də dölün ürək 
döyüntüsünü düzgün qiymətləndirmək üçün ürək vurğularına san-cı zirvəsindən sonra qulaq asmaq və vurğuları dir dəqiqə müddətində 
saymaq lazımdır.
Hal-
hazırda doğuş zamanı dölün ürək fəaliyyətinə manitor nəzarətə və eyni zamanda uşaqlıq yığılmalarını qeydə alınmasına imkan 
verən üsullardan istifadə edilir. Bu üsullardan biri kardioto-koqrafiyadır. Kardiotokoqrafiya zamanı iki xarici ötürücüdən istifadə olunur. 
Onlardan biri uşaqlı-ğın dibinə (əzələ yiğilmalarının başladığı yerə), ikincisi dölün ürək döyüntüsü eşidilən yerə qoyulur. KTQ zamanı 
eyni vaxtda dölün ürək döyüntüləri və uşaqlıq yığılmaları qeydə alınır. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin