TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Qeyri- medikamentoz ağrısızlaşdırma metodları



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə72/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   68   69   70   71   72   73   74   75   ...   141
DƏRSLİK

Qeyri-
medikamentoz ağrısızlaşdırma metodları. 
Qeyri-medikamentoz metodlara psixo-
profilaktik hazırlıq, autogen və heterogen 
məşqlər, hipnoterapiya, akkupunktura və akupressura, elektroanalgeziya, doğuş zamanı massaj, hidroterapiya, audioanalgeziya və s. 
aiddir.
Psixoprofilaktika. 
Doğuşa psixoprofilaktik hazırlıq metodu 1940–ci ildə İ.Z.Velkovski və K.İ.Platonov tərəfindən hazırlanmışdır

Doğuş ağrisi
-
uşaqlıq boynunun açılması, uşaqlığın yığılması zamanı xüsusi sinir reseptoları-na malik olan damarların sıxılması və 
dartılması, uşaqlıq toxumalarının işemiyası, dölün gəliş hissə-sinin sinir ucları ilə zəngin olan aşağı seqmentə təzyiqi, uşaqlığın yığılması 
zamanı əzələ qatlarının sıxılması və yerdəyişməsi nəticəsində yaranır. Ağrını yaradan bu səbəbləri aradan qaldırmaq müm-kün deyil, 
lakin ağrını dəfələrlə artıran amilləri (qorxu, mənfi emosiyalar, baş beyin qabığının tor-mozlanması) aradan qaldırmaq olar. Ona görə də 
qadını doğuşa psixoprofilaktik hazırlamaq lazım-dır: qadında hamiləliyə şuurlu münasibətin formalaşması, doğuşun fizioloji olduğunun 
aşılanması; yaxşı emosional fon, hamiləliyin və doğuşun müvəffəqiyyətlə başa çatacağına inandırılması; öz güvvəsinin səfərbər etmək 
bacarığının aşılanması.
Bu metodun əsasını doğuş aktının mahiyyətini açıqlamaq, doğuş zamanı ağrı hissinin meyda-na çıxmasının vacib olmadığını 
aşılamaqdır. Ağrının intensivliyi sinir sisteminin vəziyyətindən ası-lıdır. Sakit təmkinli qadınlarda doğuş az ağrılı, hətta bəzən ağrısız 
keçir, sinir sistemi zəif olan qa-dınlarda sancılar və gücvermə nəticəsində interoreseptorların qıcıqlanması güclü ağrılar kimi qəbul 
olunur.
Hamilə qadının doğuşa psixoprofilaktik hazırlanması qadın məsləhətxanasında aparılan məş-ğələlərlə başlayır. Sonuncu (3–cü) 
məşğələdə qadına doğuşu ağrısızlaşdırma üsulları: psixoemosio-nal vəziyyətin möhkəmləndirilməsı üçün autotreninq və nöqtəli massaj 
öyrədilir. Bu tədbirlər do-ğum evində davam etdirilir.
Doğuşa psixoprofilaktik hazırlığın növlərindən biri autogen və heterogen məşqlər metodu-dur. Bu metod emosional gərginliyin 
azaldılmasına kömək edir. Autotreninq kursu hər məşğələ 25-30 dəqiqə olmaqla 9-10 məşğələdən ibarətdir. Autotreninqin tətbiqi ağrı 
qıcıqlarına tolerantlığı artı-rır, ağrı hissinin intensivliyini və davamlılığını azaltmağa imkan verir, ağrı ilə bağlı nəzərə çarpan hərəki 
oyanıqlığı aradan qaldırmağa kömək edir.
Doğuşun ağrısızlaşdırılmasında hipnozun da əhəmiyyəti var. Hipnoterapiya bu metoda yaxşı yiyələnmiş mütəxəssis tərəfindən 
aparılmalıdır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin