45
dolu olması doğuşun normal keçməsinə mane olur. Hər sidik ifrazından və defekasiyadan sonra mütləq xarici cinsiyyət üzvləri və
aralığın gigiye-nik tualeti aparımalıdır. Doğan qadının ümumi vəziyyəti (yorğunluq, baş ağrısı, baş gicəllənməsi, xarici görkəminin
dəyişməsi, epiqastral nahiyyədə ağrı) nəzarət altında saxlanılmalıdır. Açılma döv-ründə doğum fəaliyyəti nəzarətdə saxlanılır. Bu
məqsədlə sancılar, onların qüvvəsi, tezliyi, ağrıların intensivliyi qiymətləndirilir. Bunun üçün sancılarin sayılması, qarının palpasiyası,
xarici histeroqra-
fiya, daxili tokoqrafiya aparılır, partoqramma tərtib etməklə doğum fəaliyyəti qiymətləndirilir.
Açılma dövründə doğan qadının rejimi müəyyənləşdirilir. Dölün başı kiçik çanağa daxil ola-na qədər qadına yataq rejimi təklif olunur (döl
I mövqedə olarsa–sol böyrü üstə, II mövqedə sağ böyrü üstə). Dölyanı maye axmayıb, amma döl başı kiçik çanağa daxil olubsa doğan
qadına ayağa qalxmağa icazə verilir.
Doğanın qidalanması haqqında müxtəlif fikirlər var (qidanı azaltmaqdan qadağan etməyə qə-dər). Lakin doğan asan həzm olunan qida
məhsullarından (şirin çay, şirələr, bulyon, meyvələr) az porsiyalarla qəbul etməlidir. I dövrün sonunda yemək məsləhət deyil.
Hamiləliyin 37-40-cı həftələrində spontan başlayan (hamiləlik və doğuş zamanı az risk faktor-ları və ya onlarsız) ananın yaxşı
vəziyyətində, sağlam dölün doğulması
Dostları ilə paylaş: