Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


Beynəlmiləl   (çoxmillətli)  korporasiyalar



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə112/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   160
Mikroiqtisadiyyat (1)

Beynəlmiləl
 
(çoxmillətli) 
korporasiyalar
 
dedikdə, 
bir sıra ölkələrin milli kompaniya və istehsal, habelə elmi-
texniki imkanlarını birləşdirən beynəlxalq qurumlar başa 
düşülür. Beynəlmiləl korporasiyaların səciyyəvi xüsusiy-
yətləri kimi: a) çoxmillətli səhm kapitalı olmasını; b) onun 
rəhbərliyinin müxtəlif millətlərdən formalaşdırılmasını; 
v)təşkil etdiyi filiallarının əsasən yerli şəraiti yaxşı bilən 
kadrlarla təmin olunduğunu göstərmək mümkündür. 
Beynəlmiləl (çoxmillətli) korporasiyalara nümunə ki-
mi "Royal - Datç şell" ingilis-holland konsernini, ABB İs-
veçrə-İsveç maşınqayırma və elektron korporasiyasını, 
"Yunilever" ingilis - Holland kimya konsernini göstərmək 
olar. 
Transmilli korporasiyalar
 
(TMK) - xarici aktivləri 
olan milli inhisar birlikləridir. Bunların istehsal və ticarət-
təchizat fəaliyyəti müəyyən bir milli dövlətin hüdudlarını 
aşır. 
BMT-nin meyarlarına görə TMK-ın dünyanın ən azı 
6 ölkəsində filialı olmalı, illik ticarət dövriyyəsinin həcmi 
100 milyon dolları ötməlidir. Son məlumatlara görə dün-


206 
yada TMK-m sayı 70 minə yaxınlaşır və onların 850 minə 
qədər müəssisə, şirkət, filiallarında 150 milyondan artıq 
adam çalışır. Məhsul və xidmətlərini beynəlxalq bazarda 
reallaşdırmağa çalışan TMK-lar, hazırda dünya sənaye 
məhsulu istehsalının 40 faizdən çoxuna, dünya ticarət döv-
riyyəsinin 50 faizdən çoxuna bilavasitə yaxud dolayı yol-
larla nəzarət edirlər. Dünyanın 500 ən iri və 100 nəhəng 
transmilli korporasiyasının baş iqamətgahları ABŞ, Qərbi 
Avropa, Yaponiyada yerləşir. 
Müxtəlif ölkələrin təsərrüfat həyatında istehsal inhi-
sarçılığı və onun kartel, sindikat, trest, konsern, konsor-
sium, transmilli korporasiyalar kimi tarixi təkamül nəticə-
sində meydana çıxıb fəaliyyət göstərən formaları ilə yana-
şı, istehsalın özünəməxsus xüsusiyyətləri, habelə təşkilati-
idarəetmə cəhətləri ilə fərqlənən aşağıdakı qruplaşmaları 
vardır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin