217
MÖVZU 13.
BAZAR MÜNASİBƏTLƏRİ İQTİSADİ SİSTEMİNİN
İSTİQAMƏT VƏ MODELLƏRİ
a)
Bazar münasibətləri iqtisadi sisteminin 3 istiqaməti.
b)
Bazar münasibətləri iqtisadi sisteminin müxtəlif mo-
delləri.
c)
İqtisadi modellərin gələcək perspektivləri.
a)
Xüsusi mülkiyyət tələb-təklif, iqtisadi sərbəstlik,
rəqabət mübarizəsi, bazar qiymətlərinin
dəyişkənliyi kimi
prinsiplər əsasında formalaşıb inkişaf edən bazar münasi-
bətləri iqtisadi sistemi, ayrı-ayrı ölkələrdə müəyyən fərqli
xüsusiyyətlər daşıyır. Bu özünəməxsus
xüsusiyyətlər isə
ölkənin yeraltı-yerüstü təbii sərvətlərindən, iqtisadi re-
surslardan (torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti),
coğrafi –
strateji mövqeyindən, tarixi inkişaf yolundan,
çatdığı sosial-iqtisadi yüksəliş səviyyəsindən, nəhayət əha-
linin milli-psixoloji, mentalitetindən asılıdır.
Bazar münasibətləri iqtisadi sistemi modellərinin 3
istiqaməti (növü) vardır: a) liberal
istiqamət; b) sosial yö-
nümlü istiqamət; c) sosial-demokratik istiqamət.
Dostları ilə paylaş: