Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə116/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   160
Mikroiqtisadiyyat (1)

d) 
Dünyada ilk antitrest (antiinhisar) qanunu 1890-cı 
ildə ABŞ konqresi tərəfindən qəbul olunmuşdur. Bu qanun 
konqresin üzvi 
Cek Şerman 
tərəfmdən hazırlanıb təqdim 
olunduğundan onun şərəfinə 
Şerman qanunu 
adlandırıl-
mışdır. Həmin qanunun məqsədi və mahiyyəti, ölkə iqtisa-
diyyatının müxtəlif sahələrində inhisarların bir forması sa-
yılan trestlərin, satış bazarlarında üstünlüyü ələ keçirərək
müxtəlif razılaşmalar əsasında istehsalı, habelə ticarəti 
məhdudlaşdırmaq, yaxud öz nəzarətlərində saxlamaq cəhd-
lərinə qarşı mübarizə olmuşdu. 
Kapitalın, istehsalın təmərküzləşməsi və mərkəzləş-
məsi nəticəsində 1870-1880-ci illərdə, sürətlə inkişaf edən 
ABŞ iqtisadiyyatının bir sıra sahələrində iri şirkətlər, trest-
lər, istehsal-xidmət birlikləri meydana çıxmışdı. Bu meyl 
özünü xüsusilə ölkənin neft sənayesində, dəmir yolları 
nəqliyyatında, yüngül və yeyinti sənayesi məhsullarının 
emalında göstərmişdi. 


211 
Məsələn, "Standart Oil" tresti 1879-cu ildə ABŞ-da 
neft təmizlənməsi və emalı işinin 25 faizini öz nəzarətində 
saxlayırdı. Belə bir vəziyyət ölkənin daş kömür, qurğuşun, 
şərab, tütün, şəkər istehsalı sahələrində də nəzərə çarpırdı. 
Bu trestlər formasında fəaliyyət göstərən şirkətlərin 
istehsal-xidmət dairəsinin müxtəlif sahələrindəki bəzən 
aşkar, bəzən də gizli danışıqları, sövdələşmələri, bazarda 
birgə fəaliyyət göstərmək barəsində razılaşmaları, şübhə-
siz ictimaiyyətin, hakimiyyət orqanlarının, həmkarlar təş-
kilatlarının nəzərindən qaça bilməzdi. 
Ona görə də, XIX əsrin 90-cı illərindən etibarən 
əvvəlcə ABŞ-da, sonra isə Avropa və dünyanın bir sıra 
başqa ölkələrində inhisarların (trestlərin, kartellərin, sindi-
katların, iri şirkətlərin, korporasiyaların) fəaliyyəti üzərin-
də nəzarət gücləndirilmiş, dövlətin tənzimlənmə prosesləri 
təkmilləşdirilmiş, müvafiq antiinhisar qanunları qəbul 
edilərək, həyata keçirilməyə başlanmışdır. 
ABŞ-da inhisarların quruluşu və rəqabət bazarla-
rındakı fəaliyyətləri (davranış qaydaları) ölkə konqresində 
qəbul olunmuş 4 federal qanun əsasında tənzimlənərək, 
müəyyən əlavə, habelə dəyişikliklərlə indiyədək bu işin 
hüquqi bazasını təşkil edir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin