212
göstərən şirkət yaxud şəxs, onların sövdələşdikləri şəxslər
və birliklər, istər statlarla, istərsə də xarici ölkələrlə olsun,
bu əməllərinə görə cinayət etməkdə təqsirləndiriləcəklər".
Şerman qanununun təfsirində göstərilirdi ki, bu
qanunu pozaraq, istehsal-ticarət sahələrində inhisarçılıq
yaratmaq
istəyən trestlər, şirkətlər, birliklər və cavabdeh
şəxslər, ABŞ Cinayət Məcəlləsinin
müvafiq maddəsinə
uyğun olaraq, 50 min dollar məbləğində cərimə ödəməli
yaxud 1 il müddətədək azadlıqdan məhrum edilməli idilər.
Sonralar, istehsal və ticarət sahəsində inhisarçılıq əməllə-
rində təqsirləndirilənlər üçün cərimənin məbləği 100 min
dollara qaldırılmışdı.
ABŞ-da son yüz il ərzində antiinhisar qanunlarını
pozmaqda təqsirləndirilən minlərlə trest, şirkət, birlik, kor-
porasiya əleyhinə məhkəmə iddiası qaldırılmış və icti-
maiyyətin marağına səbəb
olmuş hay-küylü məhkəmə pro-
sesləri aparılmışdır. İstehsal və ticarət inhisarçılığı ilə bağ-
lı ölkə məhkəmələrində 1900-cü ilədək 15, 1900-1909-cu
illərdə 42, 1941-1945-ci illərdə 95, 1946-1951-ci illərdə
157, 1956-1960-cı illərdə 300, 1961-1965-ci illərdə 789,
1966-1970-ci illərdə 700, 1976-1980-ci illərdə 1623, XX
əsrin sonu XXI əsrin əvvəllərində isə çoxsaylı iddialara
baxılmışdır.
Maraqlıdır ki, ABŞ məhkəmələri qarşısında nisbətən
xırda-orta
şirkətlər deyil, eyni zamanda "Standard Oli",
"U.S. Steel", "Alcoa", "İBM", "Du Pant", "Microsoft"
kimi tanınmış iri və nəhəng trestlər, şirkətlər, korporasiya-
lar istehsal-ticarət sahəsindəki inhisarçılıq fəaliyyətlərin-
dəki ittihamlara cavab verməli olmuşlar. "Şah qanun de-
yildir, qanun şahdır" prinsipini
yüksək tutan ölkə məh-
kəmə sistemi, şirkət və korporasiyalara qarşı qaldırılmış it-
213
tihamlara formal qanunlar mövqeyindən yanaşmaqla qal-
mamış, əsl həqiqətin meydana çıxmasına kömək edən qə-
rarlar çıxarmaqla öz yüksək peşəkarlıq səviyyəsini dəfə-
lərlə sübut etmişdir.
Kleyton qanunu
(Clayton Akt - 1914-cü il). Bu qa-
nun 25 ilə yaxın qüvvədə olub, ABŞ-ın təsərrüfat həyatın-
da, istehsal və ticarət dairəsinin müxtəlif sahələrində inhi-
sarçılığa qarşı mühüm rol oynamış
Şerman qanununun
müddəalarının daha da dəqiqləşdirilib, təkmilləşdirilməsi
məqsədilə, ölkə konqresi tərəfindən qəbul edilmişdir. Şer-
man qanununun fəaliyyəti
dövründəki məhkəmə proses-
lərinin gedişində bir sıra ziddiyyətli hallar (məsələn, isteh-
salın həcmi ilə bağlı, yaxud cərimələrin məbləğinin müəy-
yənləşdirilməsilə əlaqədar) meydana çıxdığından, konkret
dəyişikliklər edilməsinə zərurət yaranmışdı.
Şerman qanunu qüvvədə qalmaqla yanaşı, Kleyton
qanununun inhisarçılıq fəaliyyətinin tənzimlənməsinə dair
nəzərdə tutduğu dəqiqləşdirici müddəların səciyyəvi xüsu-
siyyətləri aşağıdakılardan ibarət olmuşdu:
-
Məhsulun hazırlanmasına
sərf olunmuş
Dostları ilə paylaş: