Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə119/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   160
Mikroiqtisadiyyat (1)

Uiler-Li qanununa 
(Wheeler-Lea Act) əsa-
sən, Ticarət üzrə Federal Komissiyanın səlahiyyətinə - 
məhsulların keyfiyyətinə dair yalan məlumat verən reklam 
sahiblərinin cəzalandırılması və "ticarətdə aldadıcı hərə-
kətlərə yol verənlərin cəhdlərinə hüquqi qiymət vermək 
məsuliyyəti"də əlavə olunmuşdu. 


215 
Federal Komissiyanın fəaliyyəti, bu sahədəki mütə-
xəssislər tərəfindən yüksək qiymətləndirilərək göstərilirdi 
ki, onun yeni səlahiyyətləri bir tərəfdən işgüzar əxlaq nor-
malarını qanunsuz əməllərdən qoruyur, digər tərəfdən isə 
həmin qaydaları pozanlara qarşı məhkəmə iddiaları qaldı-
rılmasını təmin edirdi. 
Seller-Kefover qanunu 
(Celler-Kefauver Act - 
1950). Bu qanunun ABŞ konqresi tərəfindən qəbul olun-
duqdan sonra, 1914-cü ildən fəaliyyətdə olan Kleyton qa-
nununa belə bir əlavə edilirdi ki, rəqabət aparan tərəflər 
(şirkətlər, korporasiyalar) təkcə bir-birinin səhmlərini de-
yil, eyni zamanda əmlakını da (əsas istehsal fondlarını, 
binalarını, avadanlıqlarını) ələ keçirə bilməzdilər. Məqsəd 
isə bazarda rəqabət mühitini zəiflədən amilləri aradan 
qaldırmaq, inhisarçılığın qarşısını almaq idi. 
Əlbəttə, bu qanundan yan keçmək, onu formal surət-
də pozmamaqla, rəqibin səhmlərini və əmlakını başqa 
şəxslərin, yaxın adamların vasitəsilə almaq mümkün idi. 
Lakin qanuna görə, gələcəkdə belə bir hərəkətin üstü açıl-
saydı, həmin şəxslərin cəzadan qaçması mümkün deyildi. 
Deməli, Seller-Kefover qanunu, real təsərrüfat həyatı təc-
rübəsində baş verə biləcək bu cür bazar rəqabətinə əngəl 
törədən hallara qarşı mübarizə tədbirlərinin gücləndiril-
məsini nəzərdə tuturdu. 
Bütün yuxarıda göstərilən və müxtəlif illərdə qəbul 
olunmuş antiinhisar qanunları, konkret bir məqsədə-ölkə-
də əlverişli rəqabət mühitinin formalaşmasına yönəldil-
mişdir. 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən 
sonra, sərbəst bazar münasibətlərinə keçidin ilk dövründə, 
istehsal inhisarçılığının fəaliyyətini məhdudlaşdırıb tənzim-


216 
ləmək üçün ölkədə bir sıra tədbirlər həyata keçirilmişdir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin