220
müş tənzimləməsi və ölkənin təsərrüfat həyatının
sərbəst
sahibkarlıq fəaliyyəti təməlində qurulması, əmək məhsul-
darlığının yüksəldilməsinə, insanların şəxsi uğur qazan-
maq yolunda çalışqanlıq səylərinin artmasına əlverişli şə-
rait yaradır. Son 100 il ərzində ABŞ iqtisadiyyatının qa-
zandığı uğurlar, onun nəhəng təsərrüfat həyatının ayrı-ayrı
bölmələrində müəyyən çətinlik və nöqsanların
meydana
çıxmasına baxmayaraq iqtisadi sisteminin konkret milli
timsalı olan bu modelin (variantın) optimallığını təsdiq
edir.
İsveç modeli,
ilk – növbədə ölkənin milli gəlirinin
əhalinin aztəminatlı təbəqəsinin
xeyrinə yenidən bölgüsü
hesabına həyata keçirilən güclü sosial siyasət ilə fərqlənir.
İsveçdə əsas fondların cəmi 4%-nin dövlətin əlində olma-
sına baxmayaraq, dövlətin büdcə və digər xərcləri onun
ümumi daxili məhsulunun (ÜDM) həcminin yarıdan çoxu-
nu ötür. Əsasən əhalinin həyat səviyyəsinin yüksəldilməsi-
nə yönəldilən bu vəsait, başqa
ölkələrdə müqayisədə ver-
gilərin daha böyük rol oynaması və sanballı həcmi ilə
bağlıdır. İsveç modelinə əsasən bütövlükdə cəmiyyətin
istehsal – xidmət təyinatlı müxtəlif vəzifələrini bazar prin-
siplərinə uyğun fəaliyyət göstərən xüsusi müəssisələr (şir-
kətlər, iri birliklər), sosial vəzifələrini isə dövlət və onun
müvafiq orqanları yerinə yetirməlidirlər.
Alman modeli,
xırda və orta sahibkarlığa,
bu tipli
şirkətlərə, onların inkişafına hərtərəfli dövlət qayğısı gös-
tərməklə seçilir. Bu model Almaniyada XX əsrin 30-cu
illərindən başlayaraq, iri inhisarların fəaliyyətinin məh-
dudlaşdırılmasından sonra ölkənin sabit inkişafını təmin
etmək üçün xırda və orta sahibkarlığa daha əlverişli şərait
yaratmaq siyasəti ilə bağlı olmuşdu.
Dövlət qiymət və
221
gömrük tarifləri siyasəti vasitəsilə ölkədəki iqtisadi tarazlı-
ğı tənzimləmək, orta-xırda müəssisələrə-şirkətlərə (mittel-
ştandlara) öz təsərrüfat fəaliyyətlərini daha əlverişli bir
iqtisadi mühitdə aparmağa imkan yaratmışdı. II dünya mü-
haribəsindən sonra daha da təkmilləşdirilərək,
sosial yö-
nümlü inkişafa istiqamətləndirilmiş alman modeli, məğlub
bir ölkənin təsərrüfat həyatını tezliklə bərpa edərək, dün-
yanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır.
Dostları ilə paylaş: