222
əsasında formalaşaraq, qarşılıqlı inam prinsiplərinə uyğun
fəaliyyət göstərməsidir. Qərbi
Avropa ölkələrindən fərqli
olaraq, Yaponiya iqtisadiyyatında dövlət bölməsinin rolu-
nun məhdudluğu və hərbi xərclərin onun ümumi daxili
məhsulunda (ÜDM) 1 faizi ötməməsi, əhalinin gəlirlərinin
18-20 faizinin yığım kimi banklarda toplanması, şübhəsiz
ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edən amil-
lərdir. Eyni zamanda bu model, yüksək əmək məhsuldarlı-
ğına, strateji planlaşdırma ünsürlərindən istifadəyə,
milli
iqtisadiyyatın ümumi inkişaf göstəricilərinin əlaqələndiril-
məsinə əsaslanır. Ölkədə əmək haqqının artım tempinin
əmək məhsuldarlığının artım sürətindən aşağı olması və
bu göstəriciyə görə Yaponiyanın digər yüksək inkişaf
etmiş dövlətlərindən geri qalması, düşünülmüş bir addım
olub obyektiv-subyektiv səbəblərlə bağlıdır. Yaponiyanın
təbii sərvətlərini, xüsusilə
yanacaq-enerji mənbələrinin
son dərəcə məhdud olmasına baxmayaraq, dünya baza-
rında rəqabət qabiliyyətini qoruyub saxlamaq üçün ixrac
olunan müxtəlif təyinatlı məhsulların
qiymətinin nisbətən
ucuz olması zərurətdən irəli gəlir. Belə bir taktika isə yeni
dizayn və zövq xüsusiyyətlərinə malik yapon məhsulla-
rının ixracını artırır, onların dünya bazarında mövqeyini
gücləndirir. Bu mənada yapon modeli müəyyən fərdi
yaxud şəxsi qurbanlar tələb edərək ölkənin ümumi strateji
və milli mənafeyini daha üstün
tutmaq prinsipinə əsas-
lanır. Yapon dövləti özünün vergi, gömrük, büdcə siyasəti
ilə iqtisadiyyatın tənzimlənməsi, xüsusilə də onun istehsal
– xidmət dairələrinin ən yeni texnika və texnologiya
əsasında qurulmasının başlanğıc mərhələsində, olduqca
fəal bir rol oynayır.
Dostları ilə paylaş: