Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə130/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   160
Mikroiqtisadiyyat (1)

Son hədd xərcləri – 
növbəti əlavə məhsul istehsalı 
(məsələn 1000 ədəddən çox paltar, 10 tondan artıq çörək, 
100 min metrdən çox parça) ilə bağlı ümumi xərclərin 


232 
artan kəmiyyətini göstərir. Bu xərclərin öyrənilməsi, 
müəssisə və şirkətin təsərrüfat fəaliyyəti üçün mühüm 
əhəmiyyət kəsb edərək, hər hansı bir istehsalın optimal, 
səmərəli variantını müəyyən edir. Müəssisənin və şirkətin 
konkret məhsul buraxılışı ilə onun müxtəlif, xərcləri 
arasındakı asılılığı, habelə son hədd xərcləri ilə bazarda 
formalaşan qiymətləri aşağıda verilən cədvəldən görmək 
olar: 
Məhsul buraxılışı ilə müxtəlif xərclər
arasındakı asılılıq 
 
Məhsul 
bura-
xılışı 
(ədədlə) 
Sabit 
xərclər 
Dəyi-
şən 
xərclər 
Ümumi 
xərclər 
Orta 
xərclər 
Sabit 
orta 
xərc-
lər 
Dəyi-
şən 
orta 
xərclər 
Son 
hədd 
xərc-
ləri 
Qiy-
mət 

6.000 

6.000 





100 
6.000 
4.000 
10.000 
100 
60 
40 
40 
40 
200 
6.000 
7.000 
13.000 
65 
30 
35 
30 
40 
300 
6.000 
9.000 
15.000 
50 
20 
30 
20 
40 
400 
6.000 
10.000 
16.000 
40 
15 
25 
10 
40 
500 
6.000 
14.000 
20.000 
40 
12 
28 
40 
40 
600 
6.000 
18.000 
24.000 
40 
10 
30 
40 
40 
700 
600 
23.400 
29.400 
42 
8,6 
33,4 
54 
40 
Cədvəldə verilən rəqəmlərdən aydın olur ki, son 
hədd xərcləri rəqabət şəraitində bazarda formalaşmış qiy-
mətlərdən aşağı olduqda, şübhəsiz istehsalın həcmini artır-
maq mümkündür. Verilmiş konkret misalda bu son hədd 
400 ədəd (vahid) həddidir. Əgər son hədd xərcləri bazar 
qiymətindən yüksək olarsa, şübhəsiz istehsal səmərəsiz iş-
ləyəcək, mənfəət olmayacaqdır. Belə halda istehsalı da-
vam etdirmək iqtisadi baxımdan faydalı olmayacaq və 
müəssisəyə (şirkətə), habelə sahibkara ziyan vuracaqdır. 


233 
İstehsalın dəyişən müxtəlif amillərinin hazır məhsu-
lun həcminə nisbətən daha sürətlə artması, yeni texnika-
texnologiyanın tətbiqi, əmək məhsuldarlığının yüksəldil-
məsi, sahibkarlıq bacarığı, reklam fəaliyyəti kimi müxtəlif 
şərtlərlə əlaqədardır. Bütün bu obyektiv-subyektiv amillər 
diqqətlə öyrənilib və təhlil olunub elə əməli, praktik məs-
ləhətlər verilməlidir ki, müxtəlif istehsal sahələrinin ən 
optimal iş rejimi müəyyənləsdirilərək, həyata keçirilsin. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin