270
sxemlərə sığışmayan bəşəriyyətin real təsərrüfatçılıq təc-
rübəsinin yüksələn tərəqqisi, bu fikirləri kənara atdı. Əl-
bəttə, şəxsi maraq və mənfəət prinsipləri üzərində qurulub,
"sosial ədələt" meyarları
ilə deyil, "iqtisadi səmərəlilik"
çağırışları və qayğıları əsasında idarə olunan ictimai-iqti-
sadi sistemin "kamilliyinə" zəmanət vermək, habelə bəşə-
riyyətin qədimlərdən arzuladığı "işıqlı ümidlərinə" uyğun
olduğunu söyləmək çətindir. Hələlik isə nə qədər ki, daha
mükəmməl və insanları hərtərəfli
qane edə biləcək ic-
timai-iqtisadi bir quruluş, sistem forması tapılmamışdır,
deməli yaşadığımız cəmiyyət, onun təsərrüfatçılıq
qayda-
qanunları, idarəçilik prinsipləri, mədəni-mənəvi əxlaq
normaları kiminsə bəyənib-bəyənməməsindən asılı olma-
yaraq, fəaliyyətdədir.
Bazar münasibətlərinin kəskin rəqabət bazarında
fəaliyyət göstərən hər bir sahibkarın,
işgüzar biznes ada-
mının, şirkətin, birliyin, transmilli korporasiyanın (TMK)
son məqsədi gəlir və mənfəətdir. İstehsal prosesində işti-
rak edən iqtisadi və maliyyə resurslarının səmərəli istifadə
olunmasının son yekunu özünü
mənfəətdə
göstərir. Bəzən
mənfəəti, bazar münasibətləri sisteminin "hərəkətvericisi"
və "dirijoru" kimi də səciyyələndirirlər.
Hər hansı bir şirkətin gəlirindən onun xərclərini çıx-
dıqdan sonra əldə olunan mənfəət, istehsalın səmərəliyinin
əsas göstəricisidir. Onun mənbəyi isə insan əməyi ilə ya-
naşı, müasir elmi-texniki tərəqqi, beynəlxalq əmək bölgü-
sü və daxili-xarici bazarlardakı
rəqabət mübarizəsi şə-
raitində -
Dostları ilə paylaş: