271
mənfəəti, satışdan əldə olunmuş məbləğdən şirkətin görü-
nən xərclərini) çıxmaqla hesablanır. İqtisadi xalis mənfəət
şirkətin həm görünən (xarici), həm də görünməyən (daxili)
xərclərinin satışdan əldə edilmiş məbləğdən silinməsi
(çıxılması) yolu ilə hesablanır. Nəhayət normal mənfəət
isə sahibkarın öz vəzifəsini yerinə yetirdiyinə görə aldığı
haqq, yaxud mükafatdır.
Sahibkarın kapitalının və istehsal-xidmət dairəsi ob-
yektınin işini rəqabət bazarı
şəraitində səmərəli təşkil
etməsinin konkret məbləğdə ifadəsi olan mənfəət, onun
halal haqqıdır. Bu mənfəətin həcmi, başqa şərtlərlə yanaşı
istehsalın genişləndirilməsinə imkan yaradır, yeni texnika-
texnologiyaların tətbiqinə yol açır, məhsul və xidmətlərin
bolluğunu təmin edir, əlavə iş yerləri açılmasını şərtlən-
dirir, son nəticə etibarilə milli iqtisadiyyatın inkişafına öz
töhfəsini verir. Ümumi daxili məhsulun (ÜDM) artımına
xidmət edən sahibkarlıq bölməsinin
mənfəətdən səmərəli
faydalanmasına yönəldilmiş məqsədyönlü fəaliyyəti, bazar
rəqabəti şəraitində
alternativ
istehsal sahələrinin forma-
laşmasına əlverişli imkanlar açır.
Şirkətin
və sahənin sabit mənfəəti, habelə tədricən
artması meyli, alıcıların və bütövlükdə cəmiyyətin həmin
sahəyə
diqqət yetirməsi, habelə onun daha da genişlən-
dirilməsi arzusunun ictimai ifadəsidir. Eyni zamanda, hər
hansı bir sahənin (şirkətin) məhsul və xidmətlərinə alıcı
tələbinin aşağı düşməsi, ictimai rəyin onları dəstəkləmə-
məsi kimi qiymətləndirilə bilər.
Birinci halda
həmin şir-
kət
və sahələrin mənfəəti artacaq,
ikinci halda
isə mən-
fəətin azalması şirkətin ziyanla işləməsinə, habelə lazımı
tədbirlər həyata keçirilmədikdə,
tez-gec müflisləşməsinə
səbəb olacaqdır.
272
Qeyd etmək zəruridir ki, müxtəlif ölkələrin milli gə-
lirlərinin yarıdan çoxu əhali araşında
Dostları ilə paylaş: