23
maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə
kənd müəllimlərinin içində yaddan çıxmışdım”
[166,s.353].
Akademik İsa Həbibbəyli yazır:
“E.Sultanov ... 1882-1883-cü illərdə
Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi
ədəbi-mədəni mərkəzlər yaratmışdır. Yeniyetmə gənclik üçün bu cəmiyyətlər sözün
həqiqi mənasında məktəb funksiyasını yerinə yetirmişdir”
[88,s.209].
Naxçıvanda ilk
teatr tamaşalarının hazırlanmasında E.Sultanov böyük xidmətlər göstərmişdir. Bütün
bunlar da mahiyyətcə yeni ədəbi düşüncənin təşəkkülünə yönəlmişdir. Tədqiqatçı
İradə Əsədova yazır ki, Eynəli bəy Sultanov 1890-cı illərdə Tiflisdə çıxan “Novoye
obozreniye” qəzetinin xüsusi müxbiri olmuş, həmçinin qəzetdə tənqid və
biblioqrafiya rubrikasını aparmış, bu rubrika altında ədəbi-tənqidi məqalələrini,
resenziyalarını dərc etdirmişdir [256, s.99]. E.Sultanovun 1890-cı illərdə Tiflisin
rusdilli mətbuatında (“Kavkaz”, “Novoye obozreniye”)
Azərbaycan şifahi xalq
ədəbiyyatı barədə dərc etdirdiyi “Azərbaycan xalq hikmətinin nümunələri”,
“Azərbaycan məsəlləri”, “Atalar sözləri” və s. “yazılarında alovlu bir vətənpərvərin
mənsub olduğu xalqın zəngin mədəni irsinə, xalq yaradıcılığına qayğı və məhəbbəti
öz əksini tapır” [162, s.140]. “Folklorşünaslıq elmi üçün önəmli bir tədqiqatçı olan”
[169, s.60] Eynəli bəy Sultanov yazılı ədəbiyyatı da müntəzəm mütaliə etmiş, o
zamankı ədəbi prosesi izləmiş, bir sıra məqalə və resenziyalar qələmə almışdır.
Eynəli bəy həmin illərdə bəzi tərcümələr barədə dəyərli resenziyalar yazmış,
diqqətəlayiq elmi-ədəbi fikirlər söyləmişdir ki, bunlar
da onun cari ədəbi prosesə
münasibətinin ifadəsi kimi maraq doğurur. Tiflisdə rus dilində çıxan “Novoye
obozreniye” qəzetində 1892-ci ildə dərc olunmuş “Balıqçı və balıq” nağılı
Köçərlinin tərcüməsində” adlı məqaləsində Eynəli bəy F. Köçərlinin A.S.Puşkindən
tərcüməsinə elmi-ədəbi münasibətini ortaya qoymuşdu [259, s.22]. Tərcüməni,
xüsusən onun dilinin sadəliyini, ərəb və fars sözləri ilə ağlrlaşdırılmadığını, xalq üçün
anlaşıqlı olmasını yüksək qiymətləndirən tənqidçi iradını da bildirmişdi. Onun
fikrincə, tərcümə əsərin rus dilindəki orijinalının poetik xüsusiyyətlərini tam şəkildə
əks etdirə bilmirdi. Maraqlıdır, bunun ardınca E.Sultanov onu da yazırdı ki, əslində
Puşkinin həmin əsərinin süjeti özlüyündə Azərbaycan həyatı üçün poetik baxımdan
24
az əhəmiyyət kəsb edir. Həmin məqalədə E.Sultanovun Azərbaycan ədəbiyyatını
daha zəngin və əhatəli görmək arzusu da öz ifadəsini tapmışdır.
E.Sultanovun resenziyalarının bir qismi rusdilli ədəbiyyatın yeni nəşrlərinə
aiddir. 1902-ci ildə P.Bakaleynikin “Milyonerin tövbəsi”, M.Vatsonun “Aleksandr
Mantsoni” əsərləri, Qleb Uspenskinin Qafqaz haqqında yazdığı “Yoldan məktublar”
adlı oçerklər silsiləsi barədə dərc etdirdiyi resenziyalarda Eynəli bəyin ədəbi
mətnlərə
kompleks yanaşma, əsas məqamları seçib dəyərləndirmə məharəti özünü
göstərir. Ötən əsrin əvvəllərində rus dilində yazdığı “Naxçıvan məktubları” adlı
məqaləsində isə E.Sultanov “İrşad” və bəzi digər mətbuat orqanları, tanınmış mətbuat
xadimi Haşım bəy Vəzirov barədə müəyyən mülahizələrini qələmə almışdı [259,
s.393-394].
Realist ədəbiyyatımızın və satirik mətbuatımızın böyük ustadı Cəlil
Məmmədquluzadə Azərbaycanda, o cümlədən Naxçıvanda yeni ədəbi hərəkatın,
onun tərkib hissəsi kimi yeni ədəbi düşüncənin təşəkkülü və möhkəmlənməsinə
mühüm təsir göstərmişdir. 1889-cu ildə “Çay dəstgahı” mənzum alleqorik pyesi ilə
ədəbiyyata gələn, sonrakı illərdə “Kişmiş oyunu”, “Danabaş kəndinin əhvalatları”,
“Poçt qutusu”
kimi dəyərli əsərlərini yazan, mətbuatda ilk tərcümə və məqalələrini
dərc etdirən böyük ədib 1906-cı ildən etibarən Tiflisdə nəşrinə başladığı “Molla
Nəsrəddin” jurnalı ilə mətbuat və ədəbiyyatımızı yeni, möhtəşəm inkişafa
qovuşdurmuşdur.
Mirzə Cəlilin rəhbərliyi ilə formalaşan “Molla Nəsrəddin” ədəbi məktəbi,
tənqidi realizm ədəbi cərəyanı bədii-publisistik yaradıcılığın bütün sahələri ilə
bərabər, ədəbi tənqidin də yeni prinsiplər əsasında təşəkkülünə ciddi təkan vermişdir
ki, bu təsir Naxçıvan mühitində də özünü aşkar şəkildə göstərmişdir. Tədqiqatlar
göstərir ki, Mirzə Cəlil ilk gənclik illərindən Naxçıvanda
ədəbi-mədəni mühitin ən
fəal iştirakçılarından biri olmuş, bir çox məqamlarda isə onun inkişaf
tendensiyalarına istiqamət vermişdir.
Dostları ilə paylaş: