26
məclislərindən murad o deyil ki, burada adam gülsün. Mötəbər ingilis şairi Şekspir
düzdüyü təmsilatı teatrlarda oynayan vaxt tamaşa edənlərin ağlamağı tutur, nəinki
gülməyi”.
Professor Əziz Şərifin sözləri ilə desək:
“Bu sətirləri yazanın səhnə
sənətinin dərin əhəmiyyətini görən və dindaşlarının mədəniyyətdən bixəbər
olduqlarına … ürəkdən yanan adam olduğu göz qabağındadır”
[229,s.254-255].
Anlaşılır ki, Mirzə Cəlil o zaman ingilis ədibi Vilyam Şekspirin faciələrindən də
xəbərdar imiş.
Professor Xalid Əlimirzəyev yazırdı:
“C.Məmmədquluzadə nəinki nasir,
dramaturq, jurnalist, həm də öz dövrünün görkəmli ədəbi tənqidçilərindən biri
olmuşdur. Onun Azərbaycan ədəbiyyatı tarixində başqa sahələrlə yanaşı, heç
şübhəsiz, bir tənqidçi kimi də yüksək mövqeyi vardır”
[58,s.182]. Müvafiq
ədəbiyyatşünaslıq əsərlərində, o cümlədən akademik İsa Həbibbəylinin fundamental
araşdırmalarında bu məsələlər geniş şəkildə tədqiq edildiyindən, həm də Mirzə
Cəlilin ədəbi-tənqidi görüşləri əsasən yaradıcılığının Naxçıvandan sonrakı
mərhələsinə aid olduğundan burada biz əlavə təhlillərə ehtiyac duymuruq.
Ötən əsrin əvvəllərində Naxçıvanda fəaliyyət göstərən bir sıra ədiblərin
(Ə.Qəmküsar və s.) ədəbi görüşlərinin müasir tələblər səviyyəsində təşəkkülündə
Mirzə Cəlilin ədəbi-estetik konsepsiyası mühüm rol oynamışdır.
Dostları ilə paylaş: