Adamlar başqasına əzizi, yaxın adamının ölüm xəbərini verərkən “vəziyyəti ağırdır”, “huşunu
itirib”, “halı yaxşı deyil” və s. kimi ifadələrlə müsahibini bu
dəhşətli hadisəyə bir növ
hazırlamağa çalışırlar. Bəzi hallarda xəstə, əsəbi zəif adamlardan belə xəbərlər gizli saxlanılır.
Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qayğıdır, mərhəmətdir,
onların dərdlərinə şərik olmaqdır. Bu, hər bir adamın başlıca keyfiyyətlərindəndir.
Qəflətən alınan şad xəbərin yaratdığı hissi halların, gərdinliyin də bəzən adamlar üçün ağır
nəticələri olur. İnsanlar bunu nəzərə alaraq gətirdikləri şad xəbərdən əvvəl “muştuluğumu ver”,
“gözün aydın olsun”, “sənə şad xəbər gətirmişəm” və s. ifadələrlə şad xəbəri birdən birə-deyil,
tədricən sahibinə çatdırırlar.
Müsbət emosiyaların törətdiyi gərginliklər də bəzən ağır nəticə verə bilər. Təəssüflər olsun ki,
həyatda gülməkdən, sevincdən həyəcandan insanların dünyasını dəyişməsi hallarına
təsadüf
olunur.
XIII Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək. Nitqin etik
qaydalarına əməl etmək.
İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə münasibət bildirir, rəy
söyləyirlər. Belə rəylər, söylənilən
fikirlər işin məzmununun, iş görənin şəxsiyyətindən asılı
olmayaraq dilin etik ölçülərinə uyğun olmalı, mənliyə, hissiyata toxunan fikir və ifadələrə yol
verilməməlidir. İstər şifahi, istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirərkən “iş
yararsızdır”, “tarixdən xəbəri yoxdur”, “boş və mənasız fikirlərdir” və s. kimi ifadələrin işlədilməsi
məsləhət görülmür. Həmin fikirləri başqa, məs: “bəzi fikirlər aydın deyildir”, “bu barədə daha
əsaslı faktlar gətirmək olardı” və s. kimi ifadə etmək olar və lazımdır.
Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların fəaliyyəti ilə bağlı
danışanda, rəy söyləyəndə “yumşaq” sözlər, ifadələr işlətməyə çalışırlar. Bu heç də qüsurların
üstündən keçmək mənasında başa düşülməməlidir. Burada qüsurlar, çatışmazlıqlar bir qədər başqa
tərzdə göstərilir. Danışana
humanist, xeyirxah mövqedən yanaşmaqla, onu daha çox işlətməyə
oxumağa, çalışmağa sövq etmək, həvəsləndirmək üçün münasib sözlər, ifadələr işlədilir.
Şirin, nəzakətli danışmaq, Allahın, Peyğəmbərin buyruğudur. Həzrət Əli buyurur: “
Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin, şirin danışın”.
İnsan heç zaman başqasının uğursuzluğuna biganə qalmamalıdır. Ədalətsizliklə qarşılaşmaq,
xəstəliyə düçar olmaq və s. insanı sarsıdır, bədbinləşdirir. Belə vəziyyətdə ürəkdən təəssüflənmək,
təskinedici söz və ifadələr (hər şey yaxşı olacaq, ümidinizi üzməyin, tezliklə sağalacaqsınız və s.)
müsahibin gərginliyinin azalmasına, daxilən sakitləşməsinə səbəb olur.
Adamlar, hər hansı formada onlara əmr edilməsini o qədər də xoşlamırlar. “Bu işi edin” və ya
“bu işi etməyin” əvəzinə “bu iş barədə fikirləşin”, “bu iş sizcə bir nəticə verə bilərmi?” kimi
ifadələr işlətmək daha yaxşı olar.
Nitq praktikasında müsahibə “düzgün danışmırsan” kimi irad tutmaq məsləhət görülmür.
Bunun əvəzinə “ yaxşı olar ki, bu haqda bir qədər düşünərdin” kimi ifadələrdə qarşı
tərəfə
müəyyən istiqamət vermək olar. Bütün hallarda hər hansı suala cavab verilməsi, tapşırığın yerinə
yetirilməsi üçün insanlara imkan yaratmaq lazımdır. Bu cür yanaşma insanda öz gücünə inam
yaradır, ümumiyyətlə cəmiyyət üçün əhəmiyyətini dərk edir.
Natiq mühakimə etmək, olanlara qiymət vermək bacarığına yiyələnməlidir.
Mühakimə yürütmək baxımından insanları bir neçə qrupa ayırmaq olar. Bir qrup insan hər
hansı məsələ barəsində qəti fikrini bildirir, heç bir həll variantı ilə razılaşmırlar. “Bunun çarəsi
yoxdur”, “torpaqlarımızı geri qaytarmaq qeyri-mümkündür” və s. Bu cür mühakimələr dinləyicini
razı salmır, çox vaxt konfliktə gətirib çıxarır.
Başqa bir qrup insan danışarkən
uğursuzluğa daha çox meyl edir, ümumiləşmə aparır: “Mən
bilirdim ki, heç nə alınmayacaq”, “bunun başqa çarəsi yoxdur” və s. Belə ifadələr dinləyicidə
emosional gərginliyi artırır. Başqaları ilə ünsiyyətə girən hər hansı şəxs daha uyğun nitq
modellərindən istifadə etməyə çalışmalıdırlar. “Mən istəyirəm”, “mən hesab edirəm”, “mənə
lazımdır”, “Sizin fikrinizə şərikəm” və s. kimi modelləri işlətmək daha münasibdir.
Nitqin etik qaydalarına əməl etmək. Danışıq zamanı başqasının heysiyyətinə toxunan,
şəxsiyyətini təhqir edən (zırrama, qanmaz, meymun, burnunu soxmaq, məzələnmək, burcutmaq,
boşboğaz, sərsəm və s.) söz və ifadələrə yol verilməməlidir. Bu cür söz və ifadələr hansı
münasibətlə deyilməyindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır, incikliyə, küsməyə
səbəb olur.
Xalqın milli təfəkkürünə, ənənələrinə uyğun müəyyən nitq etiketi, normaları vardır ki, hər bir
mədəni və savadlı adamın onlara əməl etməsi nitq mədəniyyəti baxımından zəruri sayılır.
Danışığın milli mentalitetimizə uyğunluğu ünsiyyətin müxtəlif məqamlarında söz, ifadə, nitq
etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib xoşagələn etiketlərin
yerində işlədilməsi ünsiyyətə girən tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu, istəyi,
hətta
bəzən taleyi çox zaman onun nitq etiketlərini işlədə bilməsindən asılı olur. Bu tələblərin
gözlənilməsi insanların münasibətinin pozulmasına gətirib çıxarır.
İnsan bütün hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, etika
qaydalarını pozmamalıdır. Qeyri-normal danışığa görə adamlar məzəmmət edilməli, həm ailə, həm
də ictimai yerlərdə nitqin etik normaları gözlənilməlidir.
Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə
hər bir fərdin şəxsiyyətinə, mənliyinə hörmət
edilməlidir. İnsanlar arasında müxtəlif səbəbdən narazılıq, konfliktlər ola bilər. Bütün hallarda etik
normalar gözlənilməli, təhqiramiz sözlərə yol verilməməlidir. Bunları işlədənlər tənbeh
olunmalıdır.
Natiqin nitqi, danışığı onun şəxsiyyətini,
dünyagörüşünü müəyyənləşdirən, ətrafdakılara
münasibətini nizamlayan başlıca amillərdir. Kollektivdə şəxsiyyətlərarası münasibətləri
tarazlamaq, münaqişəli məsələləri yoluna qoymaq, sağlam psixoloji iqlim yaratmaq üçün rəhbər
işçi digər keyfiyyətlərlə yanaşı, yüksək mədəniyyətə, nümunəvi danışıq qabiliyyətinə sahib
olmalıdır.