12.8. Azərbaycanda suvarmanın problemi
Azərbaycanda suvarma çox qədim tarixə malikdir. Yunan coğrafiyaşünası Strabon yazırdı ki, Albaniyada
suvarma Mesopotamiya və Misirə nisbətən yüksək inkişaf etmişdir. Şirvan düzündə suvarma işləri Girdiman
dövlətinin vaxtında daha geniş ərazilərdə aparılırdı. Azərbaycanda suvarmanın tarixi Q.Əzizov, Ə.Həsənəliye-
vin (2001) kitabında ətraflı verilmişdir.
Qeyd etmək lazımdır ki, respublikamızın quraqlıq rayonlarında kənd təsərrüfatı istehsalını intensivləşdir-
mək üçün suvarma ən mühüm tədbir sayılır.
Suvarmanın müxtəlif növləri və üsulları mövcuddur. Torpaq qatını nəmləndirmək məqsədilə aparılan suvarma
müntəzəm və birdəfəlik suvarmalara bölünür. (Aslanov,1999). Müntəzəm suvarmada, bitkinin tələb etdiyi vaxtlar-
da sahə təyin olunmuş normalarda su ilə təmin olunur. Birdəfəlik suvarma (və ya liman suvarması) yaz fəslində
çay subasarlarında daşqın suyu, qar suyu və su anbarından birdəfəlik verilən suyun hesabına həyata keçirilir.
Gübrələmə suvarmasında torpağa su ilə birlikdə, suda əridilmiş gübrə də verilir. Buraya çirkab suları və bu-
lanıq su (tərkibində lillərin ölçüsü 0,005mm-dək kiçik hissəciklər olan su) aid edilir.
228
Hazırda beş suvarma üsulundan istifadə olunur: öz axımı ilə suvarma, yağışyağdırma, yeraltı suvarma, damcılarla
suvarma və aerozol (kiçik dispersli) suvarma. (B.Əliyev, Z.Əliyev, 1998, Aslanov,1999).
Öz axımı ilə suvarma üsulunda su nəqledici açıq kanallar (və ya boru kəməri) ilə suvarılan sahəyə çatdırı-
lır. Burada su müvəqqəti arxlar, elastik və ya sərt borular vasitəsilə şırımlara və xüsusi ləklərə verilərək torpağa
hopdurulur.
Yağışyağdırma ilə suvarma üsulunda su nəqledici kanal və boru kəməri ilə sahəyə çatdırıldıqdan sonra
maşın, qurğu və cihazlar vasitəsilə yağış şəklində torpaq səthinə yağdırılır.
Yeraltı suvarma üsulunda suvarma suyu suvarılan sahəyə yer səthindən müəyyən dərinlikdə və bir-birin-
dən müvafiq məsafədə basdırılımış borulara verilir, boruların səthində açılmış deşiklərdən su sızaraq kapilyar-
larla torpağın aktiv təbəqəsini isladır.
Damcılarla suvarma üsulunda suvarma suyu fasiləsiz olaraq xüsusi damcıladıcılarla bitkinin və meyvə
ağacının bilavasitə kök sistemi yayılan zonaya verilir. Suvarma vegetasiya dövründə fasiləsiz aparılır.
Kiçik dispersli (aerozol) suvarma yağışyağdırma üsulu ilə suvarmanın bir növüdür. Burada suvarma suyu
torpağa deyil, narın damcılar şəklində bitkinin yer səthində olan gövdəsinə və yarpaqlarına yağdırılır.
Hazırda respublikamızda əsasən öz axını ilə suvarmadan istifadə olunur, istismar olunan suvarma şəbəkələrinin yal-
nız 9,2%-ni (130 min ha) qapalı suvarma şəbəkələri təşkil edir. (B.Əliyev, Z.Əliyev,1998)
Açıq drenlər dərinliyi 3,0-3,5m və yamac əmsalı 1,0-2,0 olan adi kanallardan ibarət olub, onlar trassında
25-35m enində əkinə yararlı torpaq sahəsi itir, bu da meliorasiya olunmuş sahələrdə torpaqdan istifadə əmsalını
azaldır. (Bayramov,2002). Açıq drenlərin normal işini təmin etmək üçün vaxtaşırı (hər 3-5 ildən bir) lillərdən tə-
mizlənir, buna da xeyli vəsait sərf olunur.
Açıq drenlərdən fərqli olaraq örtülü (qapalı) drenaj tikilmiş torpaqlarda əkin sahəsinin itkisi olmur. İstismar
müddətində drenajın dərinliyi sabit qalır, drenajın kanal və yollarında kəsişdiyi yerlərdə əlavə tikintiyə ehtiyac
qalmır. Örtülü drenajın tikintisi prosesində drenaj xəndəyi əks tökmə torpaqla doldurulur. Drenajüstü torpaq sa-
həsindən əkin üçün istifadə olunur.
Lakin təəsüflə qeyd etmək lazımdır ki, keçmişdə kolxoz və sovxozların ərazisindəki örtülü drenaj şəbəkələ-
rinin texniki vəziyyəti bir sıra səbəblərdən vaxtından qabaq aşağı düşmüş, qurğular öz funksiyasını tam yeinə
yetirə bilmir. Mövcud qapalı drenaj şəbəkəsinin 70%-i artıq sıradan çıxmış və onların bərpa olunması tələb
olunmur. (B.Əliyev, Z.Əliyev, 1998).
Örtülü drenajın səmərəli işi onun torpaq və hidrogeoloji şəraitə uyğun layihələndirilməsindən, tikintinin
keyfiyyətindən və istismarından asılıdır. N. N. Mahmudov (2002) qeyd edir ki, 1928-1931-ci illərdə Muğan
təcrübə meliorativ stansiyasında tikilmiş örtülü drenaj şəbəkəsi indiyə kimi qüsursuz işləyir.
Hazırda respublikamızda fermer və şəxsi təsərrüfatlarda müasir suvarma üsulları hazırlamaqda Eroziya və
Suvarma Elmi-tədqiqat İnstitutunun işləri böyük əhəmiyyət kəsb edir. Bu tədqiqatlar nəticəsində fermer və şəxsi
təsərrüfatlarda açıq şəraitdə və istixanalarda bitkilərin suvarılması məqsədilə mikroyağışyağdırma, impuls-lokal,
zəif yağışyağdırma və impuls yağışyağdırma sistemləri hazırlanmışdır. (B.Əliyev, Z.Əliyev, 1998)
Qeyd olunan Elmi-tədqiqat Mərkəzinin apardığı tədqiqatlar göstərir ki, respublikamızda fermer təsərrüfatları üçün
ən əhəmiyyətli üsullardan biri impulslu damcılarla suvarma sistemidir. Damcılarla suvarma üsulunun əsas üstünlüklərin-
dən biri suvarma suyunu bitkilərə sutka ərzində tələb etdikləri miqdarda onların kök sisteminə vermək mümkündür.
Damcı üsulu ilə suvarma sisteminin başqa suvarma sistemlərindən üstün cəhəti aşağıdakılardır. (B.Əliyev, H.Vəliyev,
2001):
-
dağ yamaclarında yüksək, orta və zəif su keçirən torpaqlarda suvarma aparmaq olur;
-
bitkiləri suya olan təlabata uyğun su ilə təmin edir;
-
suvarmanın aparılmasında külək təsir göstərmir;
-
suvarma suyu bitkilər arasında bərabər paylanır;
-
torpağın səthi suvarma nəticəsində sıxlaşır;
-
qrunt sularının səviyyəsi dəyişməz qalır;
-
təkrar şorlaşmanın qarşısı alınır.
İmpulslu damcılarla suvarma sistemi suya olan təlabatı bütün vegetasiya müddətində fasiləsiz olaraq təmin
edə bilir, irriqasiya eroziyası müşahidə olunmur, cərgələr arasındakı sahələrdə alaq otlarının inkişafına şərait ya-
ranmır. İmpulslu damcılarla suvarma sistemi vasitəsilə bitkiyə lazım olan miqdarda gübrələr vasitəsilə mineral-
lar çatdırılır. Müəlliflərin hesablamalarına görə bu suvarma sistemini tətbiq etməklə suya 2,5 dəfə qənaət etmək-
lə bitkilərin məhsuldarlığını 2,7 dəfə yüksəltmək olar.
229
12.9. Səhralaşma – qlobal ekoloji problemdir
Səhralaşma dedikdə Yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlimin
dəyişməsi nəticəsində yerüstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma prosesini və
onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq
ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün
yararlığı azalır və ya çevrilir. Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (de-
zertifikasiya) və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlə-
nir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır.
Antropogen səhralar planetimizin 6, 7%-ni, yəni Avstraliyanın ¼ - dən artıq sahə tutur.
Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaş-
ması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır.
- Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsi
ilə ifadə olunur.
- Orta dərəcədə səhralaşma - mal- qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası
inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.
-
Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olu-
nur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu
mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.
-
Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün de-
yil.
Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir. (Vinokurova, 1998)
və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır).
Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır və
onların böyük hissəsi (50 mln-a qədər) səhralaşmanın əlverişsiz təsirinin bilavasitə acısını çəkir.
230
Şəkil 12.6. Səhralaşmanın inkişafının əsas faktorları və səbəbləri
Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (əksik) ümumi məhsulun illik
məbləği 16 mlrd. dollara yaxın təşkil edir.
Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaş-
ma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcə-
də olmasını ayırd etmək çətindir.
Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriy-
yəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərdə suyun dövriyyəsinin 70-75% -ni
təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%- i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf
olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i transpi-
rasiyaya sərf olunur.
Səhralaşma prosesinə hədsiz mal-qara otarılması da böyük təsir göstərir. Bu zaman əvvəlcə tədricən otlağın
vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə səh-
ralaşma prosesinə zəmin yaranır.
Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir.
Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoran-
laşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-rı şorlaşaraq sıra-
dan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13%
təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-
ə çatır.
231
Quraqlıq səhralaşma prosesində daha mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Caxeldə 20 il sürən quraq-
lıq nəticəsində tarlaların və otlaqların məhsuldarlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axımları azal-
mış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın ilk dalğası zamanı (1918-1973-cü illər) 250 mindən artıq
yerli əhali acından ölmuş, mal-qaranın 40%-i məhv olmuşdur. Malidə və Mavrataniyada mal-qaranın 90%-i qı-
rılmışdır.
Səhralaşmaya qarşı mübarizə
1977-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nın keçirdiyi Beynəlxalq konfransda «Səhralaşma-
ya qarşı mübarizə planı» qəbul olundu. Bu plan əsasən ilk öncə inkişaf etməkdə olan ölkələrə aid olub 26 təklif
irəli sürürdü. Ekspertlərin fikrincə onların yerinə yetirilməsi heç olmasa bu təhlükəli prosesin genişlənməsinin
qarşısını ala bilərdi. Lakin vəsaitin çatışmazlığı üzündən bu təkliflərin qismən bir hissəsi həyata keçirilə bildi.
Nəzərdə tutulurdu ki, bu planın həyata keçirilməsi üçün 90 mlrd. dollar (20 il ərzində 4,5 mlrd. dollar) tələb olu-
nur. Bu məbləği tam axtarıb tapmaq mümkün olmadığından planın yerinə yetirilməsi 2015-ci ilə qədər uzadıldı.
Planın həyata keçirilməsinin ilk növbədə vəzifəsi səhralaşmanın mümkün olan yerdə qlobal masştabda qarşısı-
nın alınması, səmərəli istifadə etmək üçün səhralaşmış ərazilərin bərpası olmuşdur. Planın son məqsədi ekoloji
imkan çərçivəsində ərazinin məhsuldarlığını saxlamaq və inkişaf etdirməkdir.
Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə «21-ci əsrdə səhralaşmaya və qu-
raqlığa qarşı mübarizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm məsələsi müəyyən edildi.
Konfransın yekun sənədində qeyd edildi ki, səhralaşmaya qarşı əsas üsullardan biri suyu saxlamağa və torpa-
ğın keyfiyyətini yüksəltməyə qadir olan ağac və bitki örtüyü yaratmaqdan ibarət olmalıdır. Səhralaşmaya qarşı hö-
kümət aşağıdakıları etməlidir:
1)
Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli;
2)
Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək meşə əkini proqramının
həyata keçirilməsini tezləşdirmək;
3)
Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq;
Problem üzrə monitorinq proqramını gücləndirmək.
12.10. Azərbaycanda səhralaşma problemi
Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin
təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-300 mm arasında tərəddüd edir, səthi buxar-
lanma yağıntının miqdarından 3-4 dəfə artıqdır. İqlim yarımsəhra və quru bozqır yarımtipinə aiddir.
Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaç-
qın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçi-
nin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəti-
cəsində antropogen səhralaşma prosesi güclənmişdir.
Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə daha güclü gedir. Burada apardığımız tədqiqatlar
göstərir ki, bitki və torpaq örtüyünün səhralaşmasının (və ya deqradasiyası) istiqaməti və intensivliyini yaradan
səbəblər ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı) və antropogen amillərin müxtəlifliyi ilə əlaqədar-
dır. Bu baxımdan ərazini aşağıdakı sahələrə bölmək olar:
1. Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, orada olan meşələrin məhv edilməsi, hədsiz mal-
qara otarılması və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə əlaqədar baş vermişdir.
2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-
kollektor şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi torpağın şor-
laşması, şorakətləşməsi və bataqlaşması istiqamətində gedir.
3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara
otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi bitki örtüyünün
deqradasiyası, səthi və yarğan eroziyası, suvarma aparılan sahələrdə isə irriqasiya eroziyası, bəzən şorlaşma və sürüş-
mə hadisəsinin yaranması istiqamətində gedir.
Qeyd edildiyi kimi Şirvanın ovalıq hissəsində səhralaşma prosesi əsasən suvarma işlərinin aparılması ilə
əlaqədardır. Yeri gəlmişkən qeyd edək ki, Şirvan düzündə suvarma işləri hələ Girdiman dövləti dövründə geniş
inkişaf etməyə başlamışdır.
O vaxt suvarılan torpaqlarda taxıl, üzüm və başqa kənd təsərrüfatı bitkiləri becərilirdi. Lakin VIII-XII
əsrlərdə burada olan suvarma sistemlərinin çoxu dağılmışdır. XV əsrdən sonra Şirvan düzündə suvarma işləri
yenidən inkişaf etməyə başlamışdır. Suvarma sistemlərinin dövri olaraq dağılması və yenidən qurulması
ərazinin təbii şəraitinin - relyefi, bitki örtüyü və torpağın kökündən dəyişməsinə səbəb olmuşdur. XIX əsrin
axırında suvarma işləri sürətlə genişlənmişdir.
232
Cədvəl 12.3.
Səhralaşma prosesini yaradan amillər (səbəblər)
Səhralaşma
prosesinin
istiqaməti
Səhralaşma prosesini
yaradan səbəblər
Səhralaşma
prosesinin
xüsusiyyəti
1.Təkrar şorlaşma Drenaj
kollektor
şəbəkəsinin mövcudluğu
və düzgün olmayan
suvarma texnologiyasının
tətbiqi, yüksək
minerallaşmış su ilə
suvarma nəticəsində qrunt
suyunun səviyyəsinin
qalxması
Çətin bərpa olunan
2.Şorakətləşmə
Suvarma suyunda və
torpaqəmələgətirən
süxurda natriumlu
duzların çoxluğu
Çətin bərpa olunan
3.Bataqlaşma Kollektor-drenaj
şəbəkəsinin pozulması,
məcralarının qamış və
digər bitkilərlə örtülməsi,
yüksək su normasının
tətbiqi, su sərfinin
nizamlanmaması
Çətin bərpa olunan
4.Yamaclarda səthi
və yarğan eroziyası
Aqrotexniki qaydalara
riayət olunmaması, bitki
örtüyünün məhv edilməsi,
hədsiz mal-qara ota-
rılması
Bərpa oluna bilən
5.İrriqasiya
eroziyası
Yamaclarda suvarma
texnologiyasının düzgün
tətbiq olunmaması
Bərpa olunan
6.Torpağın
çirklənməsi və
münbitliyinin
azalması
Pestisidlərdən düzgün
istifadə olunmaması,
yüksək su normasının
tətbiqi, sənaye və yaşayış
sahələrinin genişlənməsi
Bərpa olunan
Şirvan düzündə irriqasiya-suvarma sistemi əsrimizin ortalarından sonra daha da sürətlənmişdir. Belə ki,
1959-61-ci illərdə çəkilən Yuxarı Şirvan Kanalı (YŞK) vasitəsilə 130 min hektara yaxın sahənin suvarılması
planlaşdırılmışdı.
Baş Şirvan Kollektoru (BŞK) Türyançaydan başlayaraq Hacıqabul gölünə qədər Kürçayının qədim yatağı
olan Qarasu sahəsində inşa edilmişdir. Kollektorlar ərazinin aşağı hissəsində inşa edilmiş və BŞK-na
birləşdirilmişdir. Meliorasiya və suvarma işləri nəticəsində ərazinin təbii landşaftı antropogen landşaftlarla əvəz
olunmuşdur. Ovalıqda meyllik az olduğundan, qrunt suları səthə yaxın yerləşdiyindən təkrar şorlaşma və
bataqlaşma prosesi baş vermişdir. Dağətəyi zonada isə meyllik nisbətən çox olduğu üçün arxlar tez-tez sıradan
çıxmış, səthi, yarğan və irriqasiya eroziyası inkişaf etmişdir.
12.11. Azərbaycanda şorlaşmış və
şorakətləşmiş torpaqların ekoloji problemləri
Respublikamızın ekoloji problemləri içərisində düzən torpaqların şorlaşma və şorakətləşməsinin xüsusi yeri
vardır. Şorlaşmış torpaqlar Azərbaycanda çox geniş yayılmışdır. Sahəsi 2,2 mln. hektar olan Kür-Araz ovalığı
torpaqlarının təxminən 60%-i orta və şiddətli dərəcədə şorlaşmış torpaqlardan ibarətdir. Bundan əlavə şorlaşmış
torpaqlar Azərbaycanın Siyəzən-Sumqayıt, Ceyrançöl massivlərində, Naxçıvan MR-da və başqa ərazilərində də
yayılmışdır. Ümumiyyətlə, respublikamızın ərazisində orta və şiddətli dərəcədə şorlaşmış torpaqların ümumi
sahəsi 1,3 mln. hektardan çoxdur (Q.Z.Əzizov, Ə.Quliyev, 1969). Bu o deməkdir ki, respublika ərazisinin 15%-i
233
bu ekoloji problemə düçar olmuşdur. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, respublikamızda kənd
təsərrüfatına yararlı hesab edilən 1444,9 min hektar suvarılan torpaqların da 565481 hektarı və ya 47,6%-i
müxtəlif dərəcədə şorlaşmış (bundan 152898 ha və ya 27%-i zəif şorlaşmış, 146235 ha və ya 25,9%-i orta
şorlaşmış, 223838 ha və ya 39,6%-i şiddətli şorlaşmış, 42510 ha və ya 7,5%-i şoranlar), 508,3 min hektarı
(29,0%-i) isə müxtəlif dərəcədə şorakətləşməyə (bundan 385037 ha və ya 75,8%-i zəif şorakətləşmiş, 102110 ha
və ya 20,1%-i orta şorakətləşmiş, 21123 ha və ya 4,1% şiddətli şorakətləşmiş) məruz qalmışdır (cədvəl 12.4.).
C
ədv
əl 12.4.
Şorlaşma və şorakətləşmə torpaqda gedən təbii proseslər olsa da, vaxtında lazımi tədbirlər görülməyəndə, o
arealını genişləndirərək, həm kənd təsərrüfatı məhsullarının istehsalına, həm də təbii biosenozlara, o cümlədən
düzən ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və düzən meşələrinə mənfi təsir göstərir. Odur ki,
belə torpaqlar həm meliorativ, həm də ekoloji cəhətdən əlverişsiz sahələr hesab edilir, onların mənfi
dinamikasının xəbərdarlıq edilməsi, qarşısının alınması və onların yararlı hala salınması üçün müvafiq ekoloji
tədbirlərin (drenaj tətbiqi, yuma aparılması, kimyəvi meliorasiya, müəyyən inzibati və hüquqi və s.) görülməsi
zəruridir.
Suvarılan torpaqların meliorativ cəhətdən qiymətləndirilməsinin nəticəsi respublika ərazisində 385,1 min
hektar sahənin qeyri-qənaətbəxş olduğunu göstərir, o cümlədən 103,4 min hektar sahədə qrunt sularının
səviyyəsinin yerin səthinə çox yaxın olması, 115,1 min hektar sahədə torpağın yüksək dərəcədə şorlu olması,
234
166,6 min hektarda isə hər iki amilin birgə təsiri əsas səbəb kimi göstərilir. Bu kateqoriyadan olan torpaqlar
əkinə tam əlverişsiz hesab olunur və onların meliorasiyası üçün kompleks tədbirlərin görülməsi tələb edilir.
Respublikanın suvarılan torpaqlarının təxminən 670 min hektarı (46,4%-i) Kür-Araz düzənliyindədir.
Burada suvarma çox qədim tarixə malikdir. Mil düzündə və Muğan düzünün cənubunda suvarma kanallarının
izlərinə və qalıqlarına indinin özündə də rast gəlinir. Bununla belə XIX əsrdə Azərbaycanda suvarılan əkinçilik
əsasən Kür-Araz düzənliyində – Şirvan və Qarabağ çayları axınlarının aşağı hissələrində, Kür və Araz
çaylarının sahilləri boyunca yerləşmiş, suvarma isə bir qayda olaraq primitiv üsullarla həyata keçirilmişdir. Kür
və Araz çaylarının daşqın suları ilə sahələr suya basdırılmış, torpağın səthi quruduqdan sonra yaranmış çatlara
toxumlar (arpa və pambıq) səpilmiş, vegetasiya suvarmaları aparılmasa da nisbətən yüksək məhsul
götürülmüşdür. Mövcud olan belə bir şəraitdə XIX əsrin 60-cı illərindən çar hökuməti pambıq istehsalının
təşkili məqsədilə Muğan-Salyan zonası torpaqlarının suvarılması üçün bir sıra tədbirlər görmüş və 1900-cü ildə
suvarma kanallarının tikilməsinə başlanılmışdır. Beləliklə, 1901-1917-ci illərdə magistral kanalların ümumi
sərflərinin 130 m
3
/san və uzunluqlarının 209 km olduğu dörd suvarma sistemi tikilib istifadəyə verilmişdir. Bu-
nunla da 169 min hektar sahə suvarma suyu ilə təmin edilmişdir. Həmin dövrdə Salyan düzündə sahələrin
bilavasitə Kür çayından götürülən su ilə suvarılmasında qoşqu heyvanları ilə işləyən suqaldırıcı qurğulardan
istifadə edilmişdir. Suvarma sistemilərinin əsas qüsuru suvarma şəbəkəsinin seyrəkliyi və suatıcı şəbəkənin
olmaması idi.
Məhz ona görə də suvarmanın başlandığı ilk illərdə əkin sahələrinin kütləvi şorlaşması müşahidə olunmuş,
əhali isə hər dəfə yeni sahələrdən istifadə etməyə başlamışdır. Basdırma üsulu ilə aparılan suvarmalar
nəticəsində hər hektara 15-20 min m
3
suvarma suyu sərf olunmuş, qrunt sularının səviyyəsi yer səthinə
yaxınlaşmış, şorlaşma prosesi geniş miqyasda yayılmışdır.
Yaranmış vəziyyətlə əlaqədar əhali və hətta texniki xidmət işçiləri Muğanı tərk etməyə, digər bölgələrə
getməyə başlamışdır. Birinci Dünya müharibəsi illərində suvarma sistemləri bərbad hala düşmüş, hidrotexniki
qurğular dağıdılmış, şorlaşma prosesi daha da sürətlənmişdir. Nəticədə Şimali Muğanın 96%, Salyanın 98%
torpaq sahələri müxtəlif dərəcədə şorlaşmaya məruz qalmışdır (Q.Əzizov, Ə.Həsənəliyev, 2001). Oxşar
proseslər digər bölgələrdə də baş vermişdir. Məsələn, Yevlaxdan Hacıqabula kimi olan ərazidə Kürün sol sahili
boyunca «Qara su» bataqlığı yaranmış, ətraf ərazi şorlşamaya məruz qalmışdır.
Araşdırmalar göstərir ki, təcrübənin olmaması ucbatından, torpaq və hidroloji şəraiti nəzərə almadan irriqa-
siya tədbirlərinin görülməsi tez bir zamanda özünü göstərmiş, bataqlaşma və şorlaşma prosesi geniş əraziləri
əhatə etmişdir. Çar hökuməti təcili tədbirlərə əl atmağa məcbur olmuş və 1910-cu ildən başlayaraq Cənubi Qaf-
qazda sistemli hidrometriya işlərinə başlanılmış 1912-ci ildə ilk kimya laboratoriyası yaradılmış, 1913-cü ildən
isə hidroloji tədqiqatların əsası qoyulmuşdur.
Sovet hakimiyyətinin ilk illərindən etibarən 1921-1925-ci illərdə kanallar lil çöküntülərindən təmizlənmiş,
hidrotexniki qurğular təmir edilmiş, sonrakı illər mövcud suvarma kanallarının yenidən qurulması həyata
keçirilmiş, yeni suvarma sistemlərinin tikilməsinə başlanılmış, mexaniki suvarma inkişaf etdirilmişdir. 1920-
1930-cu illərdə dizel mühərrikləri ilə işləyən 5 sudartıcı qurğu işə salınmışdır. Elmi-tədqiqat və layihə axtarış
işlərinin aparılmasına xüsusi diqqət yetirilmiş və 1930-cu ildə Muğan təcrübə meliorativ stansiyası təşkil
edilmişdir. Lakin 1937-ci ildə irriqasiya-meliorasiya tədbirləri tamamilə dayandırılmış, yalnız 1945-ci ildən so-
nra onlar yenidən bərpa edilmiş, o cümlədən nəhəng Mingəçevir kompleksi tikilib istifadəyə verilmişdir.
Sonrakı illərdə respublikada suvarma sistemləri, kollektor-drenaj şəbəkəsi, su anbarları və digər qurğular inşa
edilmiş, torpaqların yuyulub yararlı hala salınması, Şirvanda, Qarabağda, Cənubi Muğanda stasionar təcrübə-
drenaj məntəqələrinin təşkili, bir çox təsərrüfatların ərazisində qısa (1-3 il) müddətli eksperimental bazaların
təşkili və s. kimi mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdır.
1965-ci ildə keçmiş SSRİ-də meliorasiyanın inkişaf etdirilməsi haqqında qəbul olunmuş qərardan sonra
bütün ölkə ərazisində olduğu kimi, Azərbaycanda da geniş miqyasda irriqasiya-meliorasiya tədbirləri həyata
keçirilir, o cümlədən suvarılan ərazilərdə torpaqların şorlaşmasına qarşı mübarizə tədbirləri kompleksi regionlar
üzrə işlənib hazırlanır. 1966-1990-cı illərdə suvarılan sahələr 1094 min hektardan 1444 min hektara çatdırılmış,
778,2 min hektar sahənin su təminatı yaxşılaşdırılmış, 541,8 min hektarda kollektor-drenaj şəbəkəsi də
tikilməklə suvarılan ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Məhz bu kimi tədbirlərin görülməsi
nəticəsində 1986-1988-ci illərdə suvarılan torpaqlarda orta illik məhsulun həcmi 1966-1970-ci illərə nisbətən
taxıl üzrə 2,16, pambığa görə 2,13, tərəvəz-bostan bitkiləri üzrə 2,55, meyvələrə görə 3,57, üzüm istehsalı 7,46
dəfə artmışdır.
Keçən əsrin 90-cı illərinin əvvəllərində keçmiş Sovetlər İttifaqının dağılması ilə sovet respublikaları, o
cümlədən Azərbaycan müstəqillik əldə edir. İlk illər ölkədə yaranmış iqtisadi çətinliklər, xüsusilə də erməni
təcavüzü ilə əlaqədar maddi vəsait və maliyyə çatışmazlığı səbəbəindən suvarma sistemlərini lazımi səviyyədə
saxlamaq və meliorasiya tədbirlərini davam etdirmək bir müddət mümkünsüz vəziyyətdə oldu. Kollektor-drenaj
sistemlərinin lillənməsi, bəzi yerlərdə onların tamamilə sıradan çıxması nəticəsində ayrı-ayrı ərazilərdə təkrar
şorlaşmanın yaranması üçün əlverişli şərait yarandı. Bu proses kollektor-drenaj sistemlərinin və suvarma
235
qurğularının kifayət qədər mükəmməl olmadığı ərazilərdə, xüsusən də Şirvan düzündə özünü daha qabarıq
şəkildə göstərmişdir.
Torpaqları duzlardan yuyub təmizləmək üçün onun hansı dərəcədə şorlaşdığını bilmək lazımdır. Torpaqda
olan duzların miqdarı şərti olaraq müəyyən hədlərə bölünür və onlara adlar verilir. Buna torpaqların şorlaşma
dərəcəsinə görə təsnifatı deyilir. Təsnifatın əsasını bitkilərin düzlara davamlılıq qabiliyyəti və onların buraxıla
bilən həddi təşkil edir. Kənd təsərrüfatı bitkiləri duza davamlılığına görə üç qrupa bölünür (cədvəl 12.5.).
Dostları ilə paylaş: |