MƏMMƏdov qəRİb xəLİlov mahmud


) Kənd təsərrüfatı istiqaməti: pozulmuş ərazidə əkin (səpin), aparmaq, bağ salmaq, çəmən və otlaq kimi isti- fadə etmək;  2)



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə40/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   36   37   38   39   40   41   42   43   ...   75

1) Kənd təsərrüfatı istiqaməti: pozulmuş ərazidə əkin (səpin), aparmaq, bağ salmaq, çəmən və otlaq kimi isti-

fadə etmək; 



2) Meşə təsərrüfatı istiqaməti: a) məqsədyönlü meşəliklər (torpaqqoruyucu, su tənzimləyici) salmaq; b) istis-

mar əhəmiyyətli meşəlik salmaq. 



3) Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti: 

– istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf mühiti çirkləndirən tullantı layların konservasiyası və ya 

yaşıllaşdırılması; 

4) Müxtəlif təyinatlı su hövzələri yaratmaq (sutənzimləyici hovuzlar, su anbarı, idman hovuzu, balıq və ov 

yetişdirmək üçün göl və s.). 



5) Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq. 

Yuxarıda göstərilən istiqamətlər bir-birilə sıxı əlaqədədir və pozulmuş landşaftların kompleks optimallaşdı-

rılması prosesində eyni vaxtda həyata keçirilir. 

Torpaqların rekultivasiyası adətən bir neçə ardıcıl mərhələdə həyata keçirilir (Motorina, 1966). 



Birinci mərhələ -  hazırlıq mərhələsi: pozulmuş ərazinin  müayinəsi və tiplərə ayrılması, ərazinin spesifik 

şəraitinin öyrənilməsi (geoloji quruluş, süxurun tərkibi, onun bioloji rekultivasiyaya və digər istifadə növünə ya-

rarlığı, hidroloji şəraitin dinamikasının proqnozu və s.), rekultivasiyanın və rekultivasiya olunan ərazinin istifa-


 

241


də məqsədinin təyini, rekultivasiyanın növbəti mərhələsinə təlabatın müəyyən olunması və iş metodunun seçil-

məsi, rekultivasiya üzrə texniki-iqtisadi əsaslandırmanın və texniki – işçi layıhələrin tərtibi. 



İkinci mərhələ – ərazirin müxtəlif məqsədli istifadə üçün dağ-texniki və ya mühəndisi hazırlanması – texni-

ki və ya dağ-texniki rekultivasiyası. Birinci mərhələdə hazırlanmış layihələr əsasında aparılır. Məqsədli istifa-

dəyə olan tələbatı nəzərə alaraq bura tullantı laylarının, karxanaların səmərəli formalaşması (müəyyən şəklə sa-

lınması) daxildir. (Məsələn, layların optimal strukturunu və parametrini yaratmaq, yamaclarını hamarlamaq, lay-

ların səthinə məhsuldar suxurların verilməsi, su rejimini nizama salmaq, su hövzəsinin dibini formaya salmaq, 

müxtəlif meliorativ tədbirlər, mühəndis qurğuları yaratmaq və s.). 

Üçüncü mərhələ -  bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin məqsədyönlü istifadəsinə keçid. 

Buna pozulmuş yerin münbitliyinin və bioloji məhsuldarlığının bütövlüklə bərpa edilməsi, kənd təsərrüfatı və 

meşə təsərrüfatı sahələrini yaratmaq, su hövzələrində balıq, salınan meşələrdə isə ov heyvanları yetişdirmək. 

 

Rekultivasiyanın dağ-texniki mərhələsi  

Rekultivasiyanın istiqaməti və  ərazinin sonrakı  məqsədli istifadəsi aşkar edildikdə  tədbirlərin seçilməsi və 

ərazinin hazırlanma keyfiyyətinə olan tələbatı və xarakteri, bununla da rekultivasiyanın hər bir mərhələsi üçün 

çəkiləcək xərclər müəyyənləşdirilir.  

Ən ağır və baha başa gələn dağ-texniki mərhələyə olan tələbatın müəyyənləşdirilməsi, xüsusən mühüm he-

sab edilir, belə ki, bu mərhələ sonrakı bioloji rekultivasiyanın və məqsədli istifadənin effektivliyini təmin edir. 

Faydalı qazıntıların açıq üsulla istehsalı zamanı pozulmuş ərazilərin rekultivasiyasının dağ-texniki mərhələ-

sinin əsas istiqamətləri aşağıdakılardır: 



a) Pozulmuş ərazinin müxtəlif məqsədli istifadə növü üçün hazırlanması. Bura aşağıdakılar daxildir: əlverişli 

struktura malik layların məqsədə uyğun (səmərəli) relyefini yaratmaq, səthin planlaşdırılması, yamacların ha-

marlanması, çökmənin nəticələrini aradan qaldırmaq, meliorativ  tədbirlərin yerinə yetirilməsi, sahəyə münbit 

torpaq qatının verilməsi və s. 



b) Magistrala çıxış yol şəbəkəsinin yaradılması. 

c) Hidroloji rejimin nizamlanması (drenaj xəndəklərinin yaradılması, axımın nizamlanması, çay və kanalların 

yerinin dəyişdirilməsi və s.). 



ç) Lazımi mühəndis qurğuların   yaradılması. 

Çevrilmiş (yararsız) gilli tərkibli layların meylliyi 1:3, qumlu laylarınki isə 1:4 –dən dik olmamalıdır. Əgər 

layların meşələşdirmə məqsədilə istifadəsi nəzərdə tutularsa yamaclarının meylliyi 1:3, bağçılıqda istifadə olu-

nacaqsa  isə 1:5-dən artıq olmamalıdır. Kənd təsərrüfatında istifadə üçün layların səthi hamar və atmosfer yağın-

tılarının artığının axması üçün birtərəfli 3-5

0

 meylli olmalıdır. Səthin planlaşdırılması iki mərhələdə aparılması 



məsləhət görülür:  ilk dəfə ümumi, 1-2 ildən sonra isə son planlaşdırma. Tədqiqatçıların fikrincə laylar 15-20 il-

dən sonra tam sabitlik halını alır: çökmə ən çox ilk 2 ildə baş verir. Kənd təsərrüfatı rekultivasiyası zamanı lay-

ların üzərinə verilən məhsuldar qruntun (torpağın) qalınlığı 1 m-dən, meşə təsərrüfatı rekultivasiyasında isə 2 m-

dən az olmamalıdır.  

Fitotoksiki süxurların səthini əlverişli tərkibli qruntla (torpaqla) örtmək mümkün olmadıqda qazıntı kömürü-

nün külündən, əhəngdən və s. köməyi ilə kimyəvi meliorasiya aparılır. 

Dağ-texniki prosesində laylarda su rejiminin nizamlanmasında eroziyanın qarşısını almaq üzrə tədbirlərə bö-

yük fikir verilir. ABŞ-ın Kontukki ştatında layların yamacında hündür olmayan yaşıl terraslar düzəldilir. Belə 

terraslar gilli süxurların yuyulmasını 65%, qumlu süxurların yuyulmasını 52% azaldır. 

İngiltərədə açıq üsulla istehsal zamanı öncə üst torpaq qatı götürülür, bir yerə yığılır, sonra isə layların plan-

laşdırılmış səthinə tökülür. 

Almaniya və digər ölkələrdə son illər işlənmiş karxanaların yerində müxtəlif təyinatlı su hövzələrinin yara-

dılmasına böyük əhəmiyyət verilir. 

Kənd təsərrüfatı rekultivasiyası 

Dünyada kənd təsərrüfatı torpaqlarının sahələrinin və adambaşına düşən əkin sahəsinin azalması ilə əlaqədar 

açıq üsulla pozulmuş ərazilərin kənd təsərrüfatı məqsədləri üçün rekultivasiyası böyük əhəmiyyət kəsb edir. Al-

maniya, İngiltərə, Çexoslovakiya və digər ölkələrdə bu iş yerinə yetirilərkən öncə sahə hamarlanır, üzəri 0,5-1,0 

m münbit torpaq qatı ilə örtülür, su rejimi nizamlanır, çoxlu miqdarda gübrə verilir. Azot gübrəsi daha çox işlə-

nir (nisbəti N:P:K=3:2:1 və ya 3:2:2). Gübrə  əsasən iki dəfədə, üç il verilir.Bitki növünün və meliorativ əkin 

dövriyyəsinin düzgün seçilməsi böyük rol oynayır, paxlalılar (lüpin, yonca, çöl noxudu) çoxlu miqdarda biçin 

qalıqları verən taxıllarla növbələndirdikdə yaxşı nəticə verir. 

Təcrübələr göstərir ki, belə sahələrdə kənd təsərrüfatı bitkilərindən zonal torpaqlarda olduğu qədər məhsul 

götürmək mümkündür. Torpaq qatı fitotoksik xassəyə malik olmayan süxurların səthinə verilir. 

Rekultivasiya olunan, xüsusilə çoxillik bitkilər altında istifadə edilən sahələrdə mikrofloranın fəaliyyəti xeyli 

aktivləşir, onun kəmiyyət və keyfiyyət tərkibi dəyişir, fermentasiya aktivliyi yüksəlir. Laylar üzərində taxıl-pax-

lalı bitikilərin  qarışığı və sırf  paxlalılar becərdikdə torpaqəmələgəlmə prosesinin inkişafını sürətləndirir. Qısa 

bir zaman ərzində intensiv humus toplanır, ilkin torpaqların differensasiyası gedir. A.D.Qoqatişvilinin (1973) 



 

242


məlumatına görə çoxillik otlar altında 8 il ərzində 3-4 sm qalınlığında çürüntü, 3-4 sm qalınlığında isə keçid ho-

rizontu əmələ gəlir. Çürüntü qatında humus 4%-ə, keçid horizontda isə 1,5%-ə çatır.

 

ABŞ-da əsasən münbit tullantı laylarından kənd təsərrüfatında istifadə olunur. Bu ərazilər əsasən biçənək və 



otlaq kimi istifadə edilir. Belə sahələrə paxlalı-taxıl otları səpilir. Onlardan topal, rayqras, çobantoxmağı, yonca, 

çöl noxudu, qurdotu (yoncavar) və s. qeyd etmək olar. Turş süxurlara əhəng və gübrə (N:P:K=10:10:10) – 400 

sent/ha miqdarında verilir. 

Bərpa olunan ərazilərin otlaq kimi istifadə olunması onun yaxşılaşdırılmasına çəkilən xərci ödəyir. Belə ot-

laqlar təbii otlaqlardan da məhsuldar olur. 

Tullantı laylarında meşəsalma 

Tullantı laylarının meşələşdirilməsi işləri ilə rekultivasiyası hələ XIX əsrin ortalarından məlumdur. XIX əs-

rin sonu, XX əsrin əvvəlində Almaniyada (Reyn qonur kömür və Pursk daş kömür hövzəsi), İngiltərə və ABŞ-

da sənaye tullantı laylarının yaşıllaşdırılması aparılmışdır. Limistrom (1960) 1960-cı illərin meşə əkinlərini təd-

qiq edərək qeyd edir ki, açılmış layların əksəriyyəti meşə əkini üçün yararlıdır. Piritlə zəngin süxurlar bu baxım-

dan müstəsnalıq təşkil edir. PH-ın kənar qiymətləri (pH (3,0 və ya 9,0)) meşə bitkisinə mənfi təsir göstərir. Ağac 

cinslərinin bitiş faizi və böyüməsi əsasən qrunt qarışığının mexaniki quruluşundan və onun turşuluğundan (pH) 

asılıdır. Ağac və kol bitkiləri gillicə və gilli mexaniki tərkibdə yaxşı, qumda isə pis inkişaf edir. İynəyarpaqlı  

cinslər üçün pH –ın optimal qiyməti 4,5-6,0, enliyarpaqlılar üçün isə 6,0-7,5 hesab olunur. 

Ağac və kol cinslərinin seçilməsində  həmin rayonun fiziki-coğrafi  şəraitinə uyğun olan yerli ağac və kol 

cinslərinə üstünlük verilməlidir. 

ABŞ-ın mərkəzi ştatlarında töküntü qruntlarda azot toplama qabiliyyətinə malik olan ağ akasiyaya böyük fi-

kir verilir. Ağ akasiya töküntülərdə tez köklənərək əkilən digər ağac cinslərini də iqlimin və eroziyanın mənfi 

təsirlərindən qoruyur. Akasiya qısa bir vaxtda torpağı sıx vegetativ kök sistemləri ilə örtür və belə bitmə şərai-

tində ən yaxşı «pioner»  bitki kimi özünü göstərir, 50-70% bitiş verir, turş qruntlarda digər ağac və kollara nis-

bətən yaxşı bitir.

 

Dərin qazıntılar müstəsna olmaqla tikinti materialları istehsal edən karxanalarda da meşəsalma işləri aparılır. Bu 



karxanalarda iş dayandırıldıqdan sonra su hövzəsi altında istifadə oluna bilər. Qum və çınqıl karxanaları  istifadədən 

çıxdıqdan sonra orada tozağac, müxtəlif şam  ağacı növləri, sərv, çaytikanından istifadə edərək yaşıllaşdırıla bilər. 

Çox toksik süxurlar olan tullantılarda kimyəvi meliorasiya aparılmalı və üzəri meşə əkini üçün yararlı olan 

süxurlarla (və ya torpaqla) örtülməlidir. Çübrələrdən istifadə etdikdə və cərgə aralarında lüpin və xəşənbülün sə-

pini ağac və kol bitkilərinin böyümə və inkişafını  2 dəfəyə qədər artırır.  

Su təsərrüfatı və tikinti rekreasiya məqsədli rekultivasiya 

Açıq üsulla istehsal zamanı pozulmuş landşaftların rekultivasiyasının ən yayılmış istiqamətlərindən biri iş-

lənmiş karxanaların və tullantı layların yerində müxtəlif təyinatlı istirahət zonası, su anbarı, hovuz, meşə-park 

zonası və ovçuluq təsərrüfatı yaratmaqdır.Bu məqsədlə, xüsusilə tikinti materialları karxanaları və onlara bitişik 

pozulmuş ərazilərdən istifadə olunur. 

ABŞ-da Oqayo ştatında açıq daş kömür yataqlarında 10 min ha sahədə istirahət zonası yaradılmışdır. Burada 

300-ə qədər süni göl yaradılaraq 26 milyondan çox ağac əkilmişdir. Rekultivasiyaya çəkilən xərclər ova və ba-

lıqçılığa satılan lisenziyadan gələn gəlirlə ödənilir. Açıq karxanalar və tullantı layları ərazisində su anbarları və 

istirahət zonaları salmaq istiqamətində rekultivasiya işləri Avropa ölkələrində geniş yer tutur. Estoniya, Molda-

viya və Uralda faydalı qazıntılar çıxarılaraq pozulmuş ərazilərdə su hövzələri, parklar, idman qurğuları yaradılır.

 

 

Faydalı qazıntıların yeraltı istehsalı zamanı 



pozulmuş sahələrin rekultivasiyası 

Faydalı qazıntıların yeraltı üsulla çıxarılması  əsasən yer səthinin çökməsi və ərazinin qeyri filiz layları ilə 

çirklənməsi şəklində pozulur. Səthin çökməsi dərinliyə görə müxtəlif ola bilər (kiçik çökəklikdən və muldaşəkil-

li qırışıq çökəklikdən, dərinliyi bir neçə 10 metr olan iri uçquna qədər), bu faydalı qazıntının yerləşmə şəraitin-

dən asılıdır. 

Şaxtalardan çıxan boş süxurların (terrikonlar) tərkibində bir sıra toksik elementlər olur, onlar həmçinin yük-

sək potensial münbitliyə də malik olur və gələcəkdə bitki yetişdirmək üçün yararlı ola bilər. Bəzi terrikonlarda 

isə 30-40 (50) il keçdikdən sonra təbii bitki örtüyü bitməsi prosesi başlayır. Donbasda terrikonların 86%-i bitki 

örtüyündən məhrumdur, 10%-də qismən, 4%-də isə bitki örtüyü yaxşı inkişaf etmişdir. 

Təcrübələr göstərir ki, yüksək turşuluğu (pH=3,0-4,0) olan terrikonlarda ağ akasiya, ağ tut, qarağat, lələkağa-

cı və kanada qovağı özünü daha dözümlü göstərir. 

Əkin quyularına gübrə verdikdə  ağac və kolların inkişafını sürətləndirir. Terrikonlarda eroziya prosesinin 

qarşısını almaq üçün ağac və kol bitkilərindən başqa ot səpini  də təklif olunur. 

Şəhər  ərazisində  və yaşayış  məntəqələrinin yaxınlığında yeraltı qazıntılarından pozulmuş sahələrdə idman 

qurğuları, su hövzələri, parklar, yaşayış və sənaye tikintiləri yaradılır. 


 

243


Şaxta tullantıları yamaclarının yaşıllaşdırılmasında münbit torpaqla yanaşı xırdalanmış torf, kompost da veri-

lir. Tullantı yamaclarda kövşən (saman) verilməsi də təcrübədən keçirilir (1 ha-ya 2-4 ton). Kövşən çürüdükdən 

sonra ora ağac və kol cinslərinin çilingləri basdırılır. 

Almaniyada 500-dən artıq köhnə terrikonlar mövcuddur. Burada ən çox meşəsalma rekultivasiyasından isti-

fadə olunur. Burada həmçinin stadionlar, su hövzələri, ayaq  xizəyi  sürmək üçün təpələr yaradılır. Rekultivasiya 

olunmuş ərazilərdən rekreasiya məqsədilə istifadə olunur. 

İngiltərədə yeraltı tullantılar olan ərazi yaşayış, sənaye və digər tikililərlə yanaşı idman qurğuları və parklar 

altında istifadə edilir. Terrikonların materialından yol salma işlərində və yeraltı qazıntılar zamanı  çökən sahələ-

rin doldurulmasında geniş istifadə olunur. 

 

Eroziyaya uğramış sahələrin rekultivasiyası

        

Krupenikov (2001) eroziyaya uğramış, üst münbit qatı yuyulmuş  sahələri «torpaqlaşdırma» (zemlevanie) 

yolu ilə rekultivasiya aparmaq üzrə Moldoviyada maraqlı  tədqiqatlar yerinə yetirmişdir. O, «torpaqlaşdırma»  

üsulundan istifadə edib bəhrəsiz sahələrdə bitki yetişdirmək, bağ salmaq işlərinin çox qədim dövrə aid olduğunu 

göstərir və buna bir neçə misallar gətirir. Onlardan bəzisini qeyd edək. Eramızdan əvvəl IX əsrdə tikilmiş Assi-

riya Çaricası (məlikə) Semiramida və ya Şammuramatın «Qədim Dünyanın», «Yeddi möcüzəsindən biri asılı 

bağlar» buna bir misaldır. Bu bağlar başqa yerdən gətirilmiş münbit torpaqlardan yaradılan terraslarda salınmış-

dır. Orada dekorativ və meyvə ağacları əkilmişdir. Bağ süni suvarılmışdır. Müəllif eramızın I əsrində Yunanıs-

tanda və Romada torpaqların rekultivasiya olunmasını göstərir. O, rekultivasiya məqsədilə münbit torpaq  qatı-

nın okean və dənizlərlə uzaq məsafələrə daşındığını qeyd edir, məsələn , Sakit okeanın vulkanik adası olan Tai-

tidə münbit torpaq örtüyündən məhrum olan 100-300 km məsafayə – Mərcan atollasına daşınmıışdır. Ada əhali-

si qədim vaxtlardan Taitadan yelkənli kiçik gəmilərlə gətirdiyi münbit torpaqla əhəng daşı sahəsinin üzərini ört-

müş və orada kokos palması, manqo, papayya və başqa bitkilər becərilmişdir. 

Digər bir misal. Yadoqa gölünün daşlı Vaalam adasının yuxa torpağında (25 sm-ə qədər) XVI əsrdə monastr 

təşkil olunur, o, hazırda da mövcuddur. Burada rahiblər əsrlər boyu müxtəlif aqrotexniki üsullar tətbiq etməklə 

(gübrə vermək və Kereliya bərzəxindən münbit torpaq gətirməklə) kasıb torpağı yaxşılaşdırmışlar. Rahiblərin 

böyük zəhmət və xərc bahasına sərt şimal şəraitində yaratdıqları süni torpaqda alma (60 sort), gavalı bağları sa-

lınmış, qarpız, müxtəlif  tərəvəz  bitkiləri yetişdirilmiş, heyvandarlıqla məşğul olmuşlar. (Vaseneva, 1990, səh. 

75). 

V.V. Dokuçayev 1898-ci ildə Dağıstana səyahət etdiyi zaman Qunib dağlarının yüksəkliklərində təbii torpa-

ğın olmadığını qeyd edir və yazır ki, burada yerli əhali aşağıda yerləşən vadilərdən çox böyük zəhmətlə münbit 

torpağı daşıyaraq daxmalarının üstünə tökür və orada qarğıdalı yetişdirir. Krupenikov (2001) yazır: Dokuçaye-

vin məlumatlarına görə Lev Tolstoy belə süni torpağı İtaliya dağlarında gördüyünü ona danışmışdır. (Dokuça-

yev, 1900).  

M.N.Zaslavsi (1987), A.P.Klopotovski (1981), İ.A. Krupenikov (2001), İ.A. Krupenikov,M.D.Voloşuk, 

A.M.Xolmetski, Y.P. Petrov (1978) və başqa tədqiqatçılar Moldaviyada orta və  şiddətli yuyulmuş sahələrin 

«torpaqla örtülmüşü»ndə tikintilər altından götürülmüş humuslu torpaq materialından istifadə olunması kifayət 

qədər effektli nəticə verdiyini qeyd edirlər.  

Eroziyaya uğramış torpaqların rekultivasiyası məqsədilə tikinti altındakı torpaq qatından başqa, Moldaviya-

da yuyulub gətirilmiş – delyuvial torpaq qatından, göl və su anbarlarının lil çöküntülərindən də kənd təsərrüfatı 

bitkilərinin becərilməsində istifadə olunmuş  və müsbət nəticə vermişdir. Moldaviyada aparılan uzunmüddətli 

təcrübələrin (tədqiqatların) nəticələri göstərdi ki, şiddətli eroziyaya uğramış sahələrdə «torpaqlaşdırma» rekulti-

vasiya üsulundan istifadə etdikdə buğda, qarğıdalı və günəbaxan bitkilərinin məhsuldarlığı 1,5 – 2,0, bəzən 3,0 

dəfəyə qədər artmışdır. Bu üsuldan istifadə etdikdə eroziyaya məruz qalmış torpaqlarda üzümün məhsuldarlığı 4 

dəfə, meyvə bağlarınki 75% artmışdır.  

 

Rekultivasiyanın  sanitar - gigiyena  və   

proflaktik  istiqaməti 

Sənaye fəaliyyətinin təsirilə pozulmuş landşaftların rekultivasiyası zamanı sanitar-gigiyena vəzifələri – su və 

külək eroziyasının qarşısını almaq, bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaq ön plana çəkilir. 

Məsələn, ABŞ-ın Miçiqan ştatında açıq üsulla dəmir filizi istehsalı zamanı yaranmış tullantılarda güclü külək 

eroziyası baş vermişdir. Onları bərkitmək üçün yonca, rayqras, çobantoxmağı, sürünən yonca ot qarışığı səpi-

nindən və ağac və kol cinslərinin əkinindən istifadə edilmişdir. Bitkilərin böyümə  şəraitini yaxşılaşdırmaq və 

tullantı laylarının səthini bərkitmək üçün layların üstünə gübrə və taxta kəpəyi (qalınlığı 15 sm-ə qədər) verilir. 

ABŞ-da tullantıların səthini bərkitmək üçün mulça kimi ağac yonqarından, kövşəndən, meşə döşənəyindən də 

geniş istifadə olunur.  

Eroziyaya qarşı mübarizə məqsədilə layların yamaclarında terraslar düzəldilərək ot səpini və meşəsalma işlə-

ri aparılır. Bu məqsədlə kök sistemi güclü inkişaf edən ağac cinslərinə (söyüd və qovaq növləri, ağ akasiya, qızı-

lağac, çaytikanı və s.) üstünlük verilir. 



 

244


Polşada yamacların bərkidilməsində terrasların və hörgü bəndlərinin çəkilməsi, yaxşı kök sisteminə malik 

olan ot səpini, ağacların  əkilməsi və çim qatından istifadə olunur. Ətraf mühitin ən təhlükəli çirkləndiriciləri 

elektrik stansiyalarının kül tullantıları, saflaşdırıcı fabriklərin, metallurgiya müəssisələrinin çökdürücüləri və 

şlam sahələri hesab olunur. Əksər hallarda bu müəssisələrin tullantıları toksik və ya bitkinin inkişafı üçün əlve-

rişsizdir. Onların qatılığının havada, torpaqda və bitkidə artması heyvanat aləmi və insanlar üçün toksik sayılır.  

Ayrı-ayrı istehsal növlərinin şlam tullantıları müxtəlif tərkibə malikdir, odur ki, onların mənimsənilmə me-

todları da müxtəlifdir. Məsələn, əlvan metallurgiya şlamları bitkilər üçün toksikdir və onların rekultivasiyası çə-

tinlik törədir. Odur ki, tullantıların səthinə qalınlığı 10 sm-dən  az olmayaraq (yaxşı olar ki, 50-70 sm) torpaq 

qatı verildikdə müsbət nəticə əldə etmək olar. Bu zaman bitkidə toksik elementlərin  toplanması nəzərə alınmalı-

dır, çünki o, heyvan (mal-qara) üçün təhlükəli sayılır.   

 

Neftlə çirklənmiş torpaqların rekultivasiyası 

Neft mədənlərinin tikilməsi və istismarı, neftin və duzlu lay sularının ətrafa axıdılması tez bir vaxtda torpağın 

məhsuldarlığının itirilməsinə, landşaftın tam deqradasiyasına səbəb olaraq ətraf mühitə güclü neqativ təsir göstərir. 

Bu zaman torpağın səthi və bitki örtüyü mexaniki pozulur, torpaq, hava, su çirklənməyə məruz qalır. 

Neft istehsalı zamanı ətraf mühitin çirklənməsi iqtisadi və ekoloji ziyan vurur: kənd təsərrüfatı və meşə tor-

paqları deqradasiyaya uğrayır, kənd təsərrüfatı bitkilərinin, meşələrin və çəmənlərin məhsuldarlığı aşağı düşür, 

məhsuldar geniş sahələr sıradan çıxır, yaşayış  şəraitinin sanitar vəziyyəti pisləşir. Bu torpaqların bərpası böyük 

təsərrüfat əhəmiyyəti kəsb edir. Lakin hələ indiyə kimi neftlə çirklənmənin qarşısını almaq və çirklənmiş tor-

paqların rekultivasiya olunmasının elmi-əsaslanmış metodları demək olar ki, yoxdur. Hazırda neftlə çirklənmiş 

torpaqların istifadəsi üçün adi rekultivasiya tədbirləri tətbiq olunur: çirklənmiş sahə torpaq – qruntla örtülür, neft 

yandırılır, neftlə çirklənmiş torpaq kürənib atılır. Lakin bu metodlar hər zaman torpağın və bitki örtüyünün bər-

pasına kömək etmir, əksinə çox vaxt təbiətə uzunmüddətli ekoloji zərər yetirir. Neft yandırıldıqda bioməhsul-

darlıq kəsgin aşağı düşür, bitki örtüyü məhv edilir, toksik və konserogen maddələr toplanır; torpaqla örtdükdə 

neftin parçalanma prossesləri zəifləyir, torpaqaltı mikrobioloji və fermentasiya aktivliyinə müsbət təsir göstərir

belə ki, aerob mikroorqanizmlərin həyat şəraitinin yaxşılaşmasına səbəb olur, bu mikroorqanizmlər miqdarca və 

metabolizmin intensivliyinə görə torpaqda dominantlıq təşkil edib karbohidrogenlərin əsas destruktorları hesab 

olunur. (N. İsmayılov 1988). Çirklənmiş torpağın yumşaldılması torpaq aqreqatlarında oksigenin diffuziyasını 

artırır, yüngül fraksiyaların uçması nəticəsində torpaqla karbohidrogenlərin qatılığı azalır. Torpağın hazırlanma-

sı yaxşılaşdırılmış aqrofiziki xassələrə malik olan güclü bioloji aktiv qat yaradır. Bununla da torpaqda optimal 

su, hava və istilik rejimi yaranır, mikroorqanizmlərin sayı və aktivliyi artır, torpaq fermentlərinin aktivliyi yük-

səlir, biokimyəvi prosseslərin enerjisi çoxalır. 

Torpağın biogen elementlərlə (azot, fosfor, kalium) təmin olunması neft və neft məhsullarının parçalanma in-

tensivliyini təyin edən mühüm faktor sayılır. Onların neftlə çirklənmiş torpağa verilməsi vacibliyi mikroorqa-

nizmlərin sayının bir neçə dəfə artması, həmçinin C:N nisbətinin xeyli dəyişməsilə aydınlaşdırılır. Bakteriyala-

rın normal böyüməsi üçün 10 hissə C, 1 hissə N tələb olunur. (İsmayılov, 1988).  

Neft və neft məhsullarının parçalanması üçün normal temperatur 20-37

0

 hesab olunur. Ortaillik temperaturu 



yüksək olan arid zonada yerləşən torpaqlarda çirklənmiş torpağın öz-özünü təmizləmə intensivliyi, aşağı ortail-

lik temperatura malik olan humid zonanın torpaqlarına nisbətən xeyli yüksək olur. 

Torpağın rütubətli halda saxlanması bioloji aktivliyin idarə edilməsində aqrotexniki tədbirlərdən biri olub 

neft və neft məhsullarının parçalanmasına effektiv təsir göstərir. Torpağın əlverişli su rejimi neft və lay mayelə-

rinin axını baş verir, qrunt suyu çirklənir; çirklənmiş sahədən neftin kürənib atılması təkrar çirklənmə mənbələ-

rinin yaranmasına səbəb olur. Aparılan rekultivasiya işləri kifayət qədər elmi əsaslarla aparılmır, konkret torpaq-

bioiqlim şəraiti, çirkləndirici maddələrin (neft, neft məhsulları, lay suları) tərkibi və xassələri nəzərə alınmır, bu 

da tədbirlərin effektivliyini aşağı salır. 

Rekultivasiyanın mexaniki və fiziki metodları neft və neft məhsullarını torpaqdan tam kənarlaşdirmağa qabil 

deyildir, torpaqda çirkləndiricilərin təbii parçalanma prosesi isə olduqca uzun müddət tələb edir. N.M.İsmayı-

lov, Y.İ.Pikovski (1988) neftlə  çirklənmiş  torpağı  mikroorqanizmlərin köməyilə təmizləmək üçün əsasən iki 

üsul təklif edir: 1) torpağın təbii mikroflorasının metabolik fəallığını fiziki-kimyəvi mühit şəraitini dəyişmək yo-

lu ilə aktivləşdirmək; bu məqsədlə məlum müvafik aqrotexniki üsullardan istifadə olunur; 2) çirklənmiş torpağa 

xüsusi seçilmiş aktiv neft oksidləşdirici mikroorqanizmlərin verilməsi. Hər iki üsulun tətbiqi çox vaxt texnoloji 

və ekoloji cəhətdən çətinliklərlə qarşılaşır.  

Aqrotexniki üsulların köməyi ilə neftlə çirklənmiş torpağın özü-özünü təmizləməsi prosesini gücləndirmək 

olar, bu zaman təbii mikrobiosenoza daxil olan karbohidrogen oksidləşdirici mikroorqanizmlərin potensial kata-

bolik aktivliyi yüksəlir. 

Neftlə çirklənmiş ərazinin şumlanmasını bir müddət keçdikdən sonra aparılması təklif olunur, bu müddət ər-

zində neftin bir qismi parçalanmaya məruz qalır. Torpağın hazırlanması güclü nizamlayıcı faktor sayılıb neftlə 

çirklənmiş torpağın öz-özünü təmizləməsini stimullaşdırır. (hərəkətə gətirir). O, suvarma yolu ilə əldə olunur. 


 

245


Suvarma ilə su rejiminin yaxşılaşdırılması torpağın aqrokimyəvi xassələrinin yaxşılaşmasına səbəb olur, həm də 

qida maddələrinin hərəkətinə, mikrobioloji fəaliyyətinə və bioloji proseslərin aktivliyinə təsir göstərir. 

Torpağın turşuluğu neft və neft məhsullarının parçalanmasında mühüm rol oynayır. PH-ın neytrallığa yaxın 

olması mikroorqanizmlərin inkişafı üçün optimal sayılır. Neftlə çirklənmiş turş torpaqların bərpası  məqsədilə 

əhəng verilir. Əhəng həm də neftin tərkibindəki toksik maddələrin hərəkətini zəiflədir. 

Neftlə çirklənmiş torpaqlarda şaxəli kök sisteminə malik olan yoncanın və digər paxlalı bitkilərin səpilməsi 

karbohidrogenlərin parçalanmasının sürətlənməsinə səbəb olur. Kənd təsərrüfatı bitkilərinin, o cümlədən çoxil-

lik bitkilərin səpini inkişaf etmiş kök sistemləri ilə çirklənmiş torpağın qaz-hava rejimini yaxşılaşdırır, torpağı 

azotla və bioloji aktiv birləşmələrlə zənginləşdirir. Bütün bunlar mikroorqanizmlərin inkişafını stimullaşdıraraq 

neft və neft məhsullarının parçalanmasına şərait yaradır. 

Yuxarıda göstərilən tədbirlər konkret fiziki – coğrafi mühit şəraiti, çirklənmənin intensivliyi və xarakteri, tor-

paq tipi və iqlim xüsusiyyətlərinə əsaslanaraq həyata keçirilməlidir. 

N.M.İsmayılov və Y.İ.Pikovski (1988) rekultivasiya tədbirlərinin 3 mərhələdə aparılmasını göstərir. Birinci 

mərhələ yüksək toksik geokimyəvi mühitdə (şəraitdə) yerinə yetirilir. Bu mərhələdə hazırlıq işləri görülür: aera-

siya, rütubətlənmə, çirklənməni lokallaşdırma (məhdudlaşdırma). Bu tədbirlərin məqsədi – mikrobioloji proses-

ləri, həmçinin neftin fotokimyəvi və fiziki parçalanma proseslərini intensivləşdirmək, torpaqda onun qatılığını 

azaltmaqdan ibarətdir. Bu mərhələnin müddəti ayrı-ayrı zonalarda müxtəlifdir, orta qurşaqda bu mərhələ təxmi-

nən 1 il çəkir. 

İkinci mərhələ çirklənmiş sahələrdə torpağın fitotoksiklik qalığını qiymətləndirmək, neftin biodeqradasiya 

prosesini gücləndirmək, torpağın aqrofiziki xassələrini yaxşılaşdırmaq məqsədilə təcrübə səpin işləri aparılır. Bu 

mərhələdə su rejimini və torpağın turşuluq – qələvilik şəraitini nizamlamaq, lazım gələrsə şoranlaşmaya qarşı 

tədbirlər də həyata keçirilir. 

Üçüncü mərhələdə təbii bitki örtüyü bərpa olunur, mədəni fitosenozlar yaradılır, çoxillik otların səpini təcrü-

bədən keçirilir.  

Rekultivasiya prosesinin ümumi müddəti torpaq – iqlim şəraitindən və çirklənmənin xarakterindən asılıdır. 

Bu proses çöl (bozqır), meşə –çöl və subtropik rayonlarda daha tez  başa çatır. Şimal rayonlarında isə uzun müd-

dət çəkir. Müxtəlif təbii zonalarda rekultivasiyanın ümumi dövrü təxminən 2-dən 5 ilə qədər və ya daha uzun 

vaxt tələb edir. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin