V qrup - şərti olaraq kənd təsərrüfatı istehsalına yararsız torpaqlardan ibarətdir. Güclü şorlaşma, daşlılıq,
şorakətlilik, bataqlaşma və onların münbitliyini əsaslı şəkildə aşağı salan başqa əlamətlər üzündən kənd təsərrü-
fatında istifadə olunmayan torpaqlar bu qrupda birləşmişdir. Duzdaşıyan gilli süxurların çıxıntıları, çılpaq qaya-
lar və i.a. da bu qrupa daxildir.
Bu torpaq sahələrinin aşağı keyfiyyəti onların 0-20 balla qiymətləndirilməsində (I-II bonitet sinfi) ifadə
olunmuşdur. Uzunmüddətli eroziyadan mühafizə, meşəmeliorativ, qurutma tədbirlərinin görülməsindən sonra
bu torpaqların bir hissəsi gələcəkdə kənd təsərrüfatı ehtiyacları üçün istifadə oluna bilər.
Cədvəl 12.12.
Azərbaycan torpaqlarının aqroistehsal qrupları üzrə ortaölçülü bonitet balları və torpaqların nisbi
dəyərlilik əmsalı (TNDƏ)
Torpaqların
keyfiyyət qrupları
Ortaölçül
ü ballar
TNDƏ Sahəsi
ha %
I
Çox yaxşı torpaqlar
II
Yaxşı torpaqlar
III
Orta keyfiyyətli tor-
paqlar
IV
Aşağı keyfiyyətli
torpaqlar
V
Şərti yararsız
torpaqlar
86
71
56
40
12
1,30
1,08
0,85
0,61
0,18
1814790
4843680
868650
166500
947880
21,00
56,06
10,05
1,93
10,96
Azərbaycan üzrə 66 1,00
8641500
100,0
Beləliklə, Azərbaycan torpaqlarının bonitet balları əsasında onların aqroistehsal qruplaşmasının keçirilməsi
onların ortaölçülü ballarını, TNDƏ və torpaqarın keyfiyyət qrupları üzrə sahələrini hesablamağa imkan verir.
257
Ərazinin ekoloji şərait kompleksindən asılı olaraq torpaqlar daha kiçik taksonomik vahidlərə bölünürlər.
Onların bonitet balları torpaq tipikliyindən sapmaya (şorlaşma, şorakətləşmə, eroziya, qranulometrik tərkib və
s.) təshih əmsallarının köməyi ilə müəyyən edilir.
Torpaq tipinin balını və aqroistehsal qrupunu bilməklə, kənd təsərrüfatı və meşə sahələri torpaqlarının
köklü yaxşılaşdırılması üçün bu və ya başqa aqronomik tədbirlərin (meliorasiya, gübrələmə, eroziyaya qarşı
tədbirlər, suvarma və s.) hansı torpaqlarda aparılmasının zəruriliyini müəyyən etmək olar.
12.17.Azərbaycanın torpaq kadastrının ekoloji xüsusiyyətləri
Azərbaycanın torpaq ehtiyatları müxtəlif gipsometrik ölçülü, çox vaxt kəsişən, parçalanan relyefi və çox dik
yamacları olan ərazilərdən təşkil olunmuşdur; bu ərazinin 50%-dən çoxu dağların payına düşür. Bütün bunlar
onlardan səmərəli istifadəyə, eləcə də kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinə təsir göstərir.
Azərbaycanda torpaq kadastrı aparılmasının vacibliyi relyefin, iqlimin, torpaq örtüyünün rəngarəngliyi, tor-
paq fondunun yüksək kənd təsərrüfatı mənimsənilməsi, onun əhali üçün böyük əhəmiyyəti, kənd təsərrüfatının
inkişaf etmiş ixtisaslaşması, onun səviyyəsinin yüksəldilməsi perspektivi və zərurəti ilə müəyyən edilir.
Azərbaycanda torpaq kadastrı ilə bağlı işlər 1961-ci ildən aparılır. Bu işlər torpaqların irimiqyaslı xəritələş-
dirilməsi üçün materialların axtarışı və ümumiləşdirilməsindən başlanmışdır. Bu isə ayrılmış xüsusi kadastr ra-
yonlarında kadastr işlərinin aparılmasının əsasını qoymuşdur. Bu vacib tədbirin keçirilməsi üçün torpaq fondu-
nun keyfiyyətcə qiymətləndirilməsi prinsiplərinin daha da təkmilləşdirilməsi və dərinləşdirilməsi tələb olunur-
du. Azərbaycan şəraitində həmin prinsiplər V.R. Volobuyev və başqa alimlər tərəfindən əsaslandırılmışdır.
Azərbaycanda torpaqların kadastrı üzrə işlərdə çıxış vəziyyəti – bitkilərin tələblərinin, kənd təsərrüfatının
regional ixtisaslaşmasının nəzərə alınması ilə, torpaq novlərinin qruplarda – aqroekoloji baxımdan kifayət qədər
eyni keyfiyyətli dərəcələrdə birləşdirilməsi ilə başa çatan hərtərəfli qiymətləndirilməsi olmalıdır. Torpaqların
bonitirovkası, yəni onların nisbi dəyərinin müəyyən edilməsi artıq formalaşmış aqroekoloji torpaq qruplarından
(torpaq dərəcələrindən) istifadə yolu ilə aparılmalıdır. Torpaqların ümumi xassələrinin dərin və hərtərəfli aqroe-
koloji xarakteristikası – onların aqronomik, istehsal baxımından düzgün qiymətləndirilməsinin zəruri əsasıdır.
V.R. Volobuyevin (1961) qeyd etdiyi kimi, yer ərazilərinin ümumi torpaq tədqiqatları proqramı aqroekoloji təd-
qiqatlarla əsaslı surətdə tamamlanmalıdır.
Azərbaycan torpaqlarının ilk, daha iri bölünməsi kimi zonal bölgü xidmət edir. Çünki zonal torpaq-iqlim şəraiti
kənd təsərrüfatı ixtisaslaşmasının, eləcə də meşə təsərrüfatının əsas elementlərini müəyyən edir.
Torpaqların zonadaxili təbii-kənd təsərrüfatı (kadastr) rayonlarına bölünməsi və onların bonitirovkası tor-
paq xassələrinin və bitkilərin bu və ya başqa xassəyə reaksiyasının daha ətraflı öyrənilməsinə söykənməlidir.
Torpaq proseslərini idarə etmək və ya aqrotexniki üsulların və meliorasiyanın köməyi ilə torpaqların bu və ya
başqa xassələrinin dəyişdirilməsi imkanlarını da bilmək zəruridir. İzahat üçün deyək ki, eyni bir torpaq müxtəlif
bitkilər üçün müxtəlif qiymətə malikdir.
Öz dövründə B.T.Nəzirova (1982) torpaq-kadastr rayonlaşdırılması xəritəsini tərtib etmişdir. Burada res-
publika 13 rayona bölünmüşdür. Respublika torpaqlarının bonitet ballarının toplam şkalalarından (cədv. 12.13)
çıxış edərək, ixtisaslaşmanı (aqrosenozların tələbatı) və aqroekoloji şəraiti nəzərə alaraq Q.Ş. Məmmədov
(1989, 1998, 2000) tərəfindən hər bir kadastr rayonu üçün torpaqların bonitet balları şkalası və ayrı-ayrı torpaq-
kadastr rayonları üzrə torpaqların nisbi dəyərlilik əmsalları tərtib edilmişdir (cədv.12.14).
258
Azərbaycan torpaqlarının bonitet ballarının
ümumi şkalası
Cədvəl 12.13.
№ Torpaqların adı Bonitet
balları
Sahəsi
ha %
1 2 3
4
5
1 İbtidai dağ-çəmən 20
150980
1,75
2 Qalıq karbonatlı dağ-çəmən
70
24300
0,28
3 Torflu
dağ-çəmən 95
27370
0.32
4 Çimli
dağ çəmən 89
218440
2,53ı
5 Qaratorpağabənzər dağ-çəmən 90
63570
0,74
6 Dağ-çəmən çöl
86
54920
0,64
7 Dağ meşə-çəmən
72
74640
0,86
8 Tipik
qonur
dağ-meşə 87
37720
0,44
9 Lessivajlı qonur dağ-meşə 80
291160
3,37
10 Qalıq-karbonatlı qonur dağ-meşə 76
7500
0,05
11 Bozqırlaşmış qonur dağ-meşə 88
19170
0,22
12 Tipik
sarı dağ 68
36910
0.43
13 Podzollu
sarı dağ-meşə 79
34570
0,40
14 Çimli-karbonatlı dağ-meşə 87
9000
0,10
15 Yuyulmuş qəhvəyi dağ-meşə 84
235260
2,72
16 Tipik
qəhvəyi dağ-meşə 85
310970
0,60
17 Karbonatlı qəhvəyi dağ-meşə 87
64410
0,75
18 Bozqırlaşmış qəhvəyi dağ-meşə 69
100850
1,17
19 Mədəniləşmiş qəhvəyi dağ-meşə 90
61140
0,71
20 İnkişaf etməmiş qəhvəyi dağ-meşə
14
7200
0,08
21 Çəmən qəhvəyi
85
432150
5,00
22 Tünd
dağ-boz qəhvəyi 69
148850
1,72
23 Adi
dağ-boz-qəhvəyi 63
189990
2,20
24 Açıq dağ-boz qəhvəyi 45
33040
0,38
25 Yuyulmuş dağ-qaratorpaq 100
14400
0,17
26 Karbonatlı dağ-qaratorpaq 86
8100
0,09
27 Tipik
dağ-qaratorpaq 85
31870
0,37
28 Mədəniləşmiş dağ-qaratorpaq 100
19170
0,22
29 İnkişaf etməmiş dağ-qaratorpaq\ 20
2700
0,03
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
Tünd dağ-şabalıdı
Adi dağ şabalıdı
Açıq dağ-şabalıdı
İnkişaf etməmiş dağ-şabalıdı
Podzollu-sarıtorpaq
Qleyli podzollu-sarıtorpaq
Tünd şabalıdı
Adi şabalıdı
Açıq şabalıdı
Qədimdən suvarılan şabalıdı
İnkişaf etməmiş şabalıdı
Çəmən-şabalıdı
Qədimdən suvarılan çəmən-şəbalıdı
Tünd boz
Tipik boz
65
60
59
11
78
94
84
80
53
77
19
56
74
82
66
27740
299420
125250
105600
28170
57440
57710
437550
87420
368840
47440
261850
9900
93980
331430
0,32
3,47
1,45
1,22
0,33
0,66
0,67
5,06
1,01
4,27
0,55
3,03
0,11
1,09
3,84
259
45
46
47
48
49
50
51
52
53
54
Açıq boz
Suvarılan boz
İbtidai boz
Çəmənləşmiş boz (QSS 3-6m)
Çəmən boz (QSS 1,5-3m)
Suvarılan çəmən-boz (QSS 1,5-3m)
Suvarılan çəmənləşmiş boz (QSS 3-
6m)
Boz-qonur
Subasar yuyulmuş çəmən-meşə
Karbonatlı subasar çəmən-meşə
44
66
9
68
79
70
68
40
75
70
61670
380310
148110
491840
126950
532920
159510
166500
234440
32410
0,71
4,40
1,71
5,69
1,47
6,17
1,85
1,93
2,71
0 38
55
56
57
58
59
Subasar-çəmən (allüvial-çəmən)
Yuyulmuş çəmən-bataqlı (subasar
daxil)
Karbonatlı çəmən-bataqlı (subasar
daxil)
Mergelli çəmən-bataqlı (subasar
daxil)
Delüvial şoranlar
63
71
67
71
<10
671670
87660
1800
22770
32040
7,77
1,01
0,02
0,26
0,37
60
61
62
63
64
65
66
67
68
69
70
Allüvial şoranlar
Təpəli şoranlar
Şorakətlər
Takırlar
Təpəli qumluqlar
Qumluqlar
Neftlə çirklənmiş torpaqlar
Dağ-mədən işlərinin pozduğu
torpaqlar
Daşlı-cınqıllı çay yataqları
Çılpaq qayalar
Səthə çıxmış duzlu-gilli süxurlar
<10
<10
<10
<10
<10
<10
<10
<10
<10
<10
<10
1800
6570
7470
2000
36270
109350
11700
5400
59040
156510
47700
0,02
0,08
0,09
0,02
0,42
1,26
0,14
0,06
0,68
1,81
0,55
Respublika üzrə cəmi:
66 864150
0
100
Azərbaycanın əsas kadastr rayonlarının ortaçəkili balı və
torpaqların nisbi dəyərlilik əmsalı (TNDƏ)
Kadastr rayonları Bonitet
balı
Sahəsi TNDƏ
ha %
Abşeron
Şirvan
Mil-Qarabağ
Arazboyu
Muğan- Salyan
Lənkəran-Astara
Şəki-Zaqatala
Şamaxı-İsmayıllı
Quba-Xaçmaz
Gəncə-Qazax
Kəlbəcər-Qubadlı
DQMV
Naxçıvan MR
4ı4
65
66
67
69
70
59
60
71
66
70
71
55
584100
623700
689400
316800
985500
606600
883800
585000
696600
1236600
458100
439200
536400
6,76
7,22
7,98
3,66
11,40
7,02
10,23
6,77
8,06
14,31
5,30
5,08
6,21
0,69
1,02
1,03
1,05
1,08
1,09
0,92
0,94
1,11
1,03
1,09
1,11
0,86
Cəmi: 64
8641800
100,0
1,00
260
XIII Fəsil
BİTKİ ÖRTÜYÜ
13.1. Bitki örtüyünün ətraf mühitə təsiri və
insan həyatında rolu
Bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni yer kürəsində
məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatını təmin edən faktiki başlıca mənbədir.
Biosferin ekoloji tarazlığı, heyvanat aləminin mövcudluğu, xalq təsərrüfatının bir çox sahələrinin məhsuldar-
lığı, insanların fiziki və mənəvi sağlamlığı məhz bitki örtüyünün vəziyyətindən asılıdır.
Biosferin bir hissəsini təşkil edən meşələr onun inkişafında və mühafizəsində mühüm rol oynayır.
Meşə öz inkişafında bioloji cəhətdən bir-birilə bağlı olan və bir-birinə, həm də xarici mühitə təsir göstərən
ağac, kol, ot, digər bitkilər (mamır, şibyə), heyvanat aləmi və mikroorqanizmlərin birliyi (vəhdəti) olub biosfe-
rin mühüm tərkib hissəsidir, coğrafi landşaftın elementidir.
Meşə təbiətin orijinal və təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə yaşayır və inkişaf edir. Öz mövcudluğu
və inkişafı üçün meşə öz-özünə əlverişli şərait yaradır, qida və su ilə öz-özünü təmin edir, təzələyir, gələcək nəs-
linin qorunub saxlanılması üçün özünə qayğı göstərir.
Meşə mövcud olduğu mühitə aktiv təsir göstərir. Burada ilbəil arası kəsilmədən ağac və kolların külli miq-
darda yarpaqları, xırda və iri budaqları, qabıq, çiçək və meyvələri tökülür, onlara isə milyonlarla həşərat qalıqla-
rı qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən çürüyüb parçalanır və qalın üzvi kütlə əmələ gətirir. (buna
meşə döşənəyi deyilir). Meşə döşənəyinin böyük əhəmiyyəti vardır. O, yağış sularını pambıq kimi özünə çəkir
və uzun müddət saxlaya bilir. Çox yağışlar olduqda meşə döşənəyi suyu tədricən torpağa ötürür. Bu səbəbdən də
leysan yağışları zamanı meşədə torpağın yuyulması müşahidə olunmur. Meşəsiz yamaclara düşən yağışlar isə
səthi axım əmələ gətirərək torpağın üst münbit, məhsuldar qatını yuyub dərələrə, çaylara axıdır. meşə döşənəyi
həm də isti «yorğan» vəzifəsini görür. Şaxtalı qış dövründə meşədən kənarda torpaq donsa da, meşənin çətri
altında heç vaxt donmur. Bununla da meşələr torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə edir, dağlıq ərazinin
və çayların su rejimini nizama salır, yaşayış məntəqələrini, əkin sahələrini sellərdən daşqınlardan qoruyur. Meşə dö-
şənəyi torpağın fiziki xassələrini yaxşılaşdırmaqla, həm də meşə ağacları üçün gübrə və ehtiyat qida mənbəyidir. Hər
il tökülən yarpaqlar bu ehtiyatı bərpa edir. Meşə bitkiləri bu qida maddələrinin bir hissəsini mənimsəyir və təkrarən
geri - torpağa qaytarır.
Meşə özünə əlverişli torpaq-iqlim şəraitində yayıldığı kimi, öz növbəsində mövcud olduğu torpaq və iqlimə təsir
göstərir. Meşədə temperaturun sutkalıq dəyişməsi açıq (meşəsiz) sahəyə nisbətən zəif nəzərə çarpır. Meşə torpağının
rütubətlənməsi və quruması da çəmən və bozqır torpaqlara nisbətən tədrici gedir. Meşə biosferdə enerji və küt-
lə mübadiləsinə, onun fəaliyyətinə, təbii mühitin formalaşmasına, hidroloji, geokimyəvi və başqa faktorların
transformasiyasına böyük təsir göstərir.
Dünyada meşələrin bioloji kütləsinin cəmi təxminən 2000 milyard ton təşkil edir. Şimal iynəyarpaqlı meşələrin
(əsasən Rusiya, Kanada və ABŞ) payına 14-15%, tropik meşələrinkinə 55-60% düşür.
Meşələrin bütün komponentləri bir-birilə və ətraf mühitin təsiri altında olur və özü də ona təsir göstərir. Belə ki,
günəş enerjisini meşədə əsasən fotosintez prosesində ağacların çətirləri udur və bununla da üzvi maddə toplayır. Gü-
nəş enerjisinin əsas kütləsi çətirlərin səthi, meşə talasında isə torpağın səthində əks olunaraq atmosferə daxil olur,
az bir hissəsi transpirasiyaya sərf olunur.
Azotun təbii balansında da meşələrin iştirakı böyükdür. Ağacların yarpaqları, iynələri, qabıq qırıqları, budaqları
quruyaraq torpağın üst qatını üzvi maddələrlə doldurur, onlar isə bakteriyaların köməyilə üzvi gübrəyə (çürüntüyə)
çevrilir.
Meşə bitkiləri fotosintez prosesində karbon qazını parçalayır, ondan həyat fəaliyyəti prosesləri üçün lazım olan
karbonu alır və atmosferə oksigen ayırır. Beləliklə, ağaclar işlənmiş (istifadə edilmiş) havanın həyatverici gücünü
bərpa edir. Bu proses ağaclığın məhsuldarlığından asılıdır, meşə yaxşı inkişaf edirsə, oksigeni çox ayırır və karbon
qazını tez udur.
261
Şəkil 13.1. Meşənin təbiətdə və insan həyatında əhəmiyyəti
(Korobkin, Peredelski, 2001)
Məsələn, 1 ha ən yaxşı meşə sahəsi hər il 4,6-6,5 ton karbon qazı udur və bu zaman 3,5-5,0 ton oksigen ayırır. Bu
proses meşənin tərkibindən də asılıdır. Əgər 1 ha küknar meşəsinin karbon qazını udma qabiliyyətini 100% qəbul et-
sək, onda yarpaqlı meşə üçün bu göstərici 120%, şam meşəsi üçün 160%, cökə meşəsi üçün 250, palıdlıq üçün
450, süni qovaq meşəsi üçün 700% olar. (Şək. 13.3).
Planetar miqyasda atmosferin oksigen balansını stabil-
ləşdirmədə şimal yarımkürəsinin boreal iynəyarpaqlı (şam,
küknar), tropik və subtropik həmişəyaşıl enliyarpaqlı me-
şələri ən böyük rola malikdir.
Meşələr yer üzərində ən iri ekosistemlər əmələ gətirir.
Burada planetin üzvi maddələrinin böyük hissəsi toplanır,
sonralar onlar bəşəriyyət tərəfindən şəxsi ehtiyacları ödə-
mək üçün və insanın təsərrüfat fəaliyyəti prosesində bios-
ferin itirilmiş komponentlərinin bərpasında istifadə olunur.
Akademik H.Ə.Əliyev «Həyəcan təbili (2002)»
kitabında meşəni Yer kürəsinin «kəməri» kimi
təsəvvür edir və yazır ki, «bu yaşıl kəmərsiz bəşəriyyət
yoxdur».
Meşələr atmosferin kimyəvi, xüsusilə qazşəkilli çirk-
lənməsini dəyişdirir, iynəyarpaqlılar daha çox oksidləşmə
Øÿêèë 13.2. Éàøûëëûãëàðûí,
ùàâàíûí ÷èðêëÿíìÿ äÿðÿúÿñèíÿ
òÿñèðè: à) ÷èðêëÿíìÿ ñÿâèééÿñè
(éàøûëëûãñûç); á) éàøûëëûã
îëäóãäà
262
qabiliyyətinə malikdir. Bununla yanaşı meşə sənaye çirklənməsinin bəzi komponentlərini udma qabiliyyətinə
malikdir. Bəzi bitkilər atmosferin çirklənməsinin indiqatorları hesab olunur.
Fotosintez prosesində bir çox ağac, kol və ot bitkiləri böyük aktivliyə malik olan xüsusi kimyəvi birləşmə-
lər ayırır. Alimlər təbii meşələrin havasında 300-dən artıq müxtəlif adlı kimyəvi maddələr, müxtəlif ətirli birləş-
mələr, efir yağları müəyyən etmişlər. 1 ha yarpaqlı meşə 2 kq, iynəyarpaq meşə isə 5 kq maddə ayırır.
Məlumdur ki, bitkilərin əksəriyyəti antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir.
Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saf-
laşdırır. Ağaclar ən çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı me-
şələri xəstəlik törədən virusları, mikrobları aloya (əzvay), sarımsaq, soğan və istiotlardan da tez məhv edir. Fi-
tonsid buraxan 40-a qədər ağac və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsire-
dici xassəsi vardır. Şam ağacının fitonsidi vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağşamın fitonsidi dif-
teriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının fiton-
sidi difteriya, göyöskürək qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Ağcaqayın, qovaq, toza-
ğac, sərv fitonsidi 20-25, şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidi isə
5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir. Antimikrob xassələrinə görə fitonsidlər tibbdə, baytar-
lıqda, bitkilərin mühafizəsində istifadə olunur.
Meşə mikroiqliminin müalicəvi xüsusiyyətlərini də qeyd etmək lazımdır. Meşə insanların ruhi-əhvalına və
mənəviyyətinə müsbət təsir göstərir. Yaşıl yarpaqların buraxdığı oksigen istənilən digər mənbənin buraxdığı ok-
sigendən (məs. planktonun) keyfiyyətcə fərqlənir. Onlarda, xüsusən şam meşələrində ionlaşma yüksək olur. Me-
şə çətrinin yarpaqları havanı zərərli qarışıqlardan təmizləyir, səs-küyü xeyli aşağı salır, insan üçün çox zərərli
sayılan yüksəktezlikli səsləri kənarlaşdırır, tozdan mühafizə edir. Meşənin havasında patogen (xəstəlik törədən)
mikroblar olmur.
Meşədə radiasiya fonu şəhərdə olduğundan iki dəfə az, havanın temperaturu isə xeyli aşağı olur, lakin rütu-
bətlik 15-30% artıq olur. Belə hava tənəffüs (nəfəsalma) üçün optimal sayılır.
Dünya əhalisi təbiətdə mövcud olan 300 min ali bitki növünün yalnız 0,008%-ni mədəni şəkildə becərir, be-
cərilən torpaqların 99%-ni min növdən az bitki tutur və bu sahənin yarısı 8 əsas dənli bitkinin – buğda, arpa, və-
ləmir, çovdar, qarğıdalı, darı, sorqo və düyünün payına düşür.
Øÿêèë 13.3. Êàðáîí ãàçûíûí ìöõòÿëèô àüàú úèíñëÿðè òÿðÿôèíäÿí
óäóëìàñû (Âèíîêóðîâà, Òðóøèí, 1998)
Belə vəziyyətdə əhalinin sayının və tələbatının durmadan artması şəraitində bir sıra neqativ nəticələrə səbəb
ola bilər. Odur ki, meşənin ərzaq təchizatçısı kimi əhəmiyyəti getdikcə artır.
Meşənin və meşə zolaqlarının kənd təsərrüfatında rolu böyükdür. Quraqlıq rayonlarında tarlaqoruyucu meşə
zolaqlarının əhəmiyyətini, meşənin iqlim mühafizə edici və suqoruyucu funksiyasını qeyd etmək lazımdır. Tar-
lalardan və maldarlıq fermalarından axıb gələn gübrələrin və zəhərli kimyəvi maddələrin meşə tərəfindən tutu-
lub saxlanılması da böyük əhəmiyyət kəsb edir.
Məşhur torpaqşünas V.V. Dokuçayev apardığı tədqiqatlarının nəticələrindən belə qənaətə gəlir ki, meşə rütu-
bətin etibarlı toplayıcısı, qoruyucusu və ədalətli paylayıcısıdır. (bölüşdürücüsüdür) Yağış suları əvvəlcə ağacla-
263
rın budaqlarına düşür, sonra onlardan yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən torpağa ke-
çir və onun dərin qatları ilə çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü leysanlar
zamanı meşəyə düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın yarısından ço-
xu səthlə axıb gedir.
Meşə üzərinə düşən yay və yaz yağışlarının 20-dən 30%-ə qədəri ümumiyyətlə torpağa çatmır, ağacların yar-
paqlarını isladaraq buxarlanır və bulud əmələ gətirir.
Qışda ağacların çətirlərində yağıntıların 3-5%-i saxlanılır. Meşə altına düşən qar orada davamlı yumşaq ör-
tük əmələ gətirir, külək onu dərələrə apara bilmir. Qar örtüyü meşə altında açıq sahəyə nisbətən qalın olur. Bu-
nunla yanaşı çətir və budaqların mühafizəsi altında meşədə qar örtüyü 20-30 gün artıq qalır. Bu rütubətin hamı-
sının torpağın dərin qatlarına hopmasına imkan yaradır. Meşədə qar örtüyünün əriməsinin gec başlaması mühüm
əhəmiyyət kəsb edir, belə ki, çaylarda yaz daşqınlarının çoxalmasının qarşısı alınır. Meşənin mühafizəsi altında
torpaq həyatverici rütubətlə tədricən və tam doymuş hala gəlir.
Şəkil 13.4. Meşə sahələrinin eroziyaya qarşı rolunun sxemi
(Məmmədov, Suravegina, 2000)
Dağlarda və dərə-təpəli relyef şəraitində su axınının nizama salınmasında meşə xüsusilə böyük rol oynayır.
Qoruyucu meşə zolaqları axını, hidroloji rejimi nizamlayır, mikroiqlimi yaxşılaşdırır, bitişik əraziləri ziyanlı
quru küləklərdən, quraqlıqdan və tozlu tufanlardan mühafizə edir.
10>10>10>10>10>10>10>10>10>10>10>10> Dostları ilə paylaş: |