MƏMMƏdov qəRİb xəLİlov mahmud


Meşəsizləşdirmənin  ekoloji  təzadları



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə47/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   43   44   45   46   47   48   49   50   ...   75

Meşəsizləşdirmənin  ekoloji  təzadları 

Meşəsizləşdirmə  karbon  qazının  udulma  kanallarının  itməsinə, enerji, su, qlobal  bioloji  tsiklin  biogen  

elementlərinin  dövranının  dəyişməsinə  səbəb  olur, atmosferin  kimyəvi  tərkibinə  təsir  göstərir. 

Meşəsizləşdirmə  lokal, regional  və  qlobal  səviyyələrdə  iqlim  şəraitinin  kəsgin  dəyişməsinə  səbəb  olur. 

Meşəsizləşdirmə  biosferin  davamlılığını  aşağı  salır, daşqınların, sellərin, su  eroziyasının, tozlu  tufanların, 

quraqlıq  və  quru  küləklərin  dağıdıcı  gücünü  artırır, səhralaşma  prosesini  tezləşdirir. 

Landşaftın  meşəsizləşdirilməsi  ilə  əlaqədar  canlı  maddələr  tədiricən  məhv  edilir, bitki  örtüyü  və  hey-

vanat  aləminin  bioloji  müxtəlifliyi  və  bütövlüklə  biosfer  kasatlaşır   

Meşənin  ekosferin  sabitləşməsində  ümumdünya  rolu  onun  qorunmasına qlobal yanaşmağı  tələb  edir. 

Meşəni dayanıqlı vəziyyətdə saxlamaq və yaxşılaşdırmaq  məqsədilə  bu  sahədə  beynəlxalq əməkdaşlığın əsas 

prinsiplərini və mexanizmini təyin  edən Beynəlxalq konvensiya hazırlayıb qəbul etmək lazımdır. 

 

13.6. Otlaqlardan istifadənin ekoloji problemləri  

Respublikanın təbii yem bitkiləri yayılan  əraziləri mövsümi istifadə edilən yay-qış otlaqlarından, 

biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı örüşlərdən ibarətdir. Bu təbii biosenozların respublikamızın 

təbii sətrvətləri içində xüsusi yeri olmuş, böyük maraq doğurmuş  və uzun illər öyrənilmişdir (F.D. Ayvazov, 

1989; A.Ə.Behbudov, 1986; B.Ə.Budaqov, İ.M.Hacıyev, 1990; V.D.Hacıyev, 1970; Ş.G.Həsənov, R.Ə.Əliyeva, 

Q.Ş. Məmmədov, 1976; Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978;  Q.Ş. Məmmədov, 1977, 1980, 1981, 1983, 

1984, 1985, 1987, 1988, 1989, 1990, 1992, 1994, 2000, 2001; Q.Ş.Yaqubov, 1975). Bu kateqoriyadan olan tor-

paqlar öz hüquqi rejiminə görə bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və  qış otlaqları dövlət 

mülkiyyətində saxlanılmaqla fiziki və hüquqi şəxslərə  qısa və uzunmüddətli istifadəyə verilir. Biçənək və 

kəndətrafı örüşlər isə ümumi istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır.  

Təbii yem sahələrinin ümumi sahəsi 3396,4 min hektar olub, respublika ərazisinin 39,3%-ni təşkil edir. 

Bundan 113,4 min hektarı biçənəklər, 1460 min hektarı  qış otlaqları, 589,5 hektarı yay otlaqları, 1233,4 min 

hektarı isə kəndətrafı örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə 15.2. saylı cədvəldə verilmişdir.  

Bütövlükdə Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min hektar olub, bu təbii 

yem sahəsi bitki formasiyalarının təbii strukturuna ziyan yetirmədən və özünün bərpa olunma imkanını saxla-

maqla optimal ölçülərdə 2 milyon baş heyvanı yem ilə  təmin etmək imkanındadır. Nəzərə alsaq ki, 

otlaqlarımızın bir qismi erməni işğalçılarının müvəqqəti olaraq nəzarti altındadır və respublikamızda 8 milyona 

yaxın iri və kiçik buynuzlu heyvan vardır, bu yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur. 

Təbii yem sahələrində izafi otarma ilə  əlaqədar yükün artması, ekoloji baxımdan kənar müdaxilələrə daha 

həssas olan Azərbaycanın alp və subalp çəmən və çəmən-bozqırlarında daha ağır vəziyyət yaratmışdır. 

 

Cədvəl 13.2.  



 

Azərbaycanda təbii yem sahələrinin təbii-iqtisadi rayonlar üzrə paylanması (min ha) 

 

 

279


Təbii-iqtisadi 

zonalar  

Qış 

otlaqlar

ı  

Yay 

otlaqları  

Kənd-

ətrafı 

örüşlə



Biçənək-

lər  

Zonal

ar 

ücrə 

cəmi  

 

1 2 









Gəncə-Qazax  

272,9 

86,1 


223,2 

30,6 


612,8 

Şirvan  


218,8 

58,9 


209,6 

7,9 


495,2 

Muğan-Salyan 233,8  - 

99,4  0,8 

334,0 


Mil-Qarabağ 336,5 164,5  249,2 

16,0  766,2 

Quba-Xaçmaz  

14,3 


76,3 

108,1 


29,8 

228,5 


Şəki-Zaqatala  

69,0 


104,9 

103,2 


4,1 

281,2 


Lənkəran  

10,6 


21,1 

72,6 


16,1 

120,4 


Abşeron 230,5 

10,0 


58,5 

1,0 300,0 

Dağlıq Qarabağ   2,4 

31,1 


69,2 

4,6 


107,3 

Naxçıvan  

71,2 

36,6 


40,5 

2,5 


150,8 

Cəmi  

1460 

589,5 

1233,5  113,4 

3396,4 

 

Eroziya və bitki formasiyalarının deqradasiyası  bəzi regionlarda son onillikdə daha da sürətlənmiş  və 



otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır.  

Alp və subalp çəmənlərindən ibarət olan yay otlaqları respublikada heyvandarlığın inkişaf etməsində yem 

bazası olmaqla bərabər, bu landşaft komplekslərinin böyük su tənzimedici və torpaq bərkidici kimi böyük 

ekoloji  əhəmiyyəti də vardır. Azərbaycanın yay otlaqları,  əsasən dəniz səviyyəsindən 1600-3000 (3200) m 

yüksəklikdə olan dağlıq zonalarda yerləşmişdir. Yaylaqlar öz coğrafi mövqeyinə görə coğrafi dağlıq və dağətəyi 

qurşaqlardakı meşələrin sərhədləri ilə birləşir. Həmin hissədə isə təbii bölgüyə əsasən, meşələrdən sonra əmələ 

gələn subalp çəmənlikləri geniş yayılmışdır.  

Ümumiyyətlə, respublikamızdakı yay otlaqlarının bitki örtüyünün 80%-dən çoxu çoxillik otlardan ibarətdir. 

Ot örtüyünün botaniki tərkibi, yemlik dəyəri və məhsuldarlığı bir tərəfdən onu təşkil edən bitki qruplaşmalarının 

müxtəlifliyi, digər tərəfdən isə ayrı-ayrı otlaq sahələrinin relyefi, iqlim və torpaq şəraiti ilə əlaqədardır.  

Subalp çəmənlikləri yay otlaqlarının inkişafında olduqca böyük rol oynayır. Yaylaqlarda yayılmış bu 

çəmənliklər təkcə otarılmaq üçün deyil, həmçinin süni biçənək kimi də istifadə olunur. Subalp çəmənliklərində 

yayılmış otlaqların bitki örtüyünün botaniki tərkibinin əsasını taxıl fasiləsinə aid olan bitkilər və qarışıq tərkibli 

müxtəlif çəmən otları təşkil edir.  

Subalp çəmənliklərinin bitki örtüyü alp çəmənliklərinə nisbətən daha zəngindir. Subalp çəmənliklərindəki 

bitki qruplaşmalarının tərkibində 100-ə yaxın bitki növü iştirak edir. Burada ala tonqalotu, qoyun topalı, 

yerəyatıq topal, bənövşəyi tonqalotu, acar tonqalotu, çəmən tonqalotu, yumşaq süpürgə, qırtıc, müxtəlif növ 

paxlalı bitkilər və başqa ot növlərinin qarışığı da yayılmışdır. Dağlıq zonalarda yayılmış paxlalı bitkilərin 

əksəriyyəti çoxilliklərdir. Birillik və ikiillik növlərə  də rast gəlmək olur. Yay otlaqlarının  əsasını  təşkil edən 

subalp və alp çəmənliklərinin bitki örtüyünün tərkibində təxminən 50-yə qədər paxlalı bitki növü vardır. Onların 

95%-ni çoxillik, az hissəsini isə birillik bitkilər təşkil edir.  

Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf etdiyinə görə dağlıq zonadakı 

torpağın yuyulmasının və baş verəcək eroziya prosesinin qarşısın alır.  

Respublikamızın yüksək dağlıq zonalarındakı otlaqların bitki örtüyünü təşkil edən subalp və alp 

çəmənliklərinin, bozqırlarının tərkibində  qırmızı  çəmən yoncası, ağ  çəmən yoncası,  şübhəli çəmən yoncası, 

çəhrayı çəmən yoncası, aralıq çəmən yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxladən 

və s. paxlalı bitki növləri geniş yayılmışdır. Həmin bitki növlərinin bəzilərinin yemlik əhəmiyyəti isə orta 

dərəcədədir.  

Yay otlaqlarında mal-qaranın vaxtından tez və otlaq dövründə sistemsiz olaraq hədsiz otarılması, eyni yol 

ilə aparılması yamaclardan çim və torpaq qatının pozulmasına, eroziya prosesi və sel axınlarının mənbələrinin 

əmələ gəlməsinə səbəb olur. Bunun da nəticəsində otlaqlarda onlara məxsus ekoloji problemlər yaranmışdır.  

Qeyd etmək lazımdır ki, hazırda alp və subalp zonasının bir sıra yerlərində mal-qaranın sistemsiz otarılması 

nəticəsində yay otlaqları başdan-başa eroziya prosesinə məruz qalaraq maldarlığı lazımi yemlə təmin etmir və 

tamamilə istifadədən çıxaraq daşlı və ya bitki örtüyü olmayan sahəyə çevrilmişdir. Bu cür yerlərin ümumi sahəsi 

257,1 min hektar olub, yay otlaqlarının 43,6%-ni təşkil edir.  

Alp və subalp çəmən və çəmən-bozqırlarının eroziya proseslərinə məruz qalmış torpaqlarının təbii-iqtisadi 

rayonlar üzrə paylanması 13.3.saylı cədvəldə verilir.  

Cədvəldən göründüyü kimi, bütövlükdə, Azərbaycanın alp və subalp zonası torpaqlarının (yay otlaqları 

kateqoriyasına aid edilən və onun kənarda qalmış sahələrlə birlikdə)    70,7%-i (630,8 min hektar) eroziya 


 

280


prosesinə məruz qalmışdır. Bundan 22,9%-i (204,4 min ha) zəif, 42,7%-i (380,4 min ha) orta, 28,1%-i (250,3 

min ha) şiddətli dərəcədə yuyulmuş torpaqlar hesab olunurlar.  

Azərbaycanın qış otlaqları da təbii-coğrafi şəraitinə və bitki örtüyünə görə çox rəngarəngdir. Bu hər şeydən 

əvvəl respublikamızın iqlim-torpaq şəraiti ilə əlaqədardır. 

 


 

281


Cədvəl 13.3. 

 

Azərbaycanın təbii-iqtisadi rayonlarının alp və subalp zonası torpaqlarının eroziyaya məruz qalması 

 

Təbii-

iqtisadi 

rayonlar  

Ümu

mi 

sahə, 

min 

ha 

Yuyulma dərəcəsi  

Digə



torp

aq-

lar  

Yuy

ul-

muş 

torp

aq-

ların 

sahə

si  

Yuyu

l-

mamı

ş 

 I 

 kate-

qo-

riya  

Zəif 

yuyu-

lmuş  

II  

kate-

qo-

riya   

Orta 

yuyul

muş 

III  

kate-

qo-

riya   

Şiddət

li 

yuyul

muş 

IV  

kate-

qo-

riya   

1 2 











Gəncə-


Qazax  

116,6 13,6  34,2  21,6  45,3  1,9 

101,



Şirvan  



71,6 

11,0 


12,4 

17,6 


20,6 

10,0  50,6 

Mil-

Qarabağ  



248,8 81,3  58,0  43,5  46,2  19,9 

147,


Quba-


Xaçmaz  

124,8 43,9  14,5  21,2  38,6  6,5  74,4 

Şəki-

Zaqatala 



9,4 11,5 

41,2 20,3 34,1 2,3 

95,6 

Lənkəran   66,8 



9,0 

11,0 


15,2 

22,9 


8,7 

49,1 


Abşeron 16,5 3,7  3,5  5,0  3,5  0,8 12,0 

Dağlıq 


Qarabağ  

40,6 9,8  8,0  8,4  9,9  4,4 26,4 

Naxçıvan 

MR  


96,6 12,2 21,6 23,2  29,2  10,4 

74,0 


Cəmi  

891,7  196,0  204,4  380,4 

250,3 

64,9 

630,



 

Respublikamızın qış otlaqları əsasən Kür-Araz ovalığında (Mil, Muğan, Şirvan, Qarabağ, Salyan düzləri və 

cənubi-Şirvan), Qobustan, Ceyrançöl, Ağyazı, Acınohur, Bozdağ, Xocaşen, Daşüz silsilələrində, Cənubi 

Qarabağda (Gəyən, Çaxmaq bozqırları), Naxçıvan MR-da isə Böyükdüzdə, dağ  ətəklərində, Qarğabazarı  və 

Arazətrafı çökəkliklərdə yerləşir.  

Qış otlaqlarında nisbətən geniş yayılmış ən faydalı bitkilər birillik taxıl otlarıdır. Taxıllar fəsiləsinə mənsub 

olan bitkilər həmişə erkən yazda yaxşı inkişaf edib yaşıl yem kütləsi əmələ gətirir. Dağətəyi zonalarda yerləşən 

qış otlaqlarında yazda əmələ  gələn yaşıl ot örtüyünün tərkibində birillik taxıl otları nisbətən az olur. Onların 

əvəzində taxıllara aid olmayan bəzi birillik ot bitkiləri çoxluq təşkil edir və qiymətli yem hesab olunur. Birillik 

taxıl otlarından bərk quramit, cənub quramiti, İran quramiti, şərq bozağı, düzəkli bozaq, üçdüyməli buğdayıot, 

yapon tonqalotu, süpürgəvari tonqalotu, irisünbüllü tonqalotu, tüklü vələmir, boş vələmir, iriçiçək vələmir və s. 

qış otlaqlarında daha geniş yayılmışdır. Birilliklərdən başqa gövdələrinin  əsas hissəsi soğanaqlı olan çoxillik 

taxıl otlarının da qış otlaqlarının ot örtüyünün yaranmasında böyük əhəmiyyəti vardır. Məsələn, sıx qırtıc, sinay 

qırtıcı, soğanaqlı qırtıc və s. bu cür ot bitkilərindəndir.  

Yovşanlı otlaqlar üçün xarakterik olan müxtəlif yovşan formaları da qış otlaqlarının ot örtüyünün əmələ 

gəlməsində böyük əhəmiyyət kəsb edir. Paxlalılar fəsiləsindən olan yonca və xaşanın bir neçə növ və 

növmüxtəliflikləri də bəzi otlaq sahələrində çox geniş yayılmış faydalı bitki hesab olunur.  

Səhra bitki qrupu,əsasən Azərbaycanın düzən aran zonalarında yerləşən Kür-Araz ovalığının otlaqlarında 

inkişaf etmişdir. Səhra tipli zonalarda qış otlaqlarının bitki örtüyü olduqca kasıbdır. Burada inkişaf etmiş səhra 

bitki qruplarının botaniki tərkibi,  əsasən, kolluq, yarımkolluq və vegetasiya dövrü qısa olan birillik ot 

bitkilərindən ibarətdir.  

Şoran səhralarda qarışıq örtük əmələ  gətirən qara şoran,  şahsevdi, sarıbaş kolları, çərən, öldürgən və s. 

kolluqlar və efemer bitkiləri inkişaf edir. Bitki örtüyünün əsasını qarağan kolları, gəngiz, gəvrik, şahsevdi təşkil 

edən qış otları da geniş yayılmışdır.  

Respublikamızın qış otlaqlarında səhra tipli bitki örtüyünə nisbətən yarımsəhra tipli bitki örtüyü daha geniş 

yer tutur. Yarımsəhra tipinə aid olan bitkilər öz inkişaf tərzinə, həyat  şəraitinə, botaniki quruluşuna, kimyəvi 

tərkibinə, bioloji və  təsərrüfat xüsusiyyətlərinə görə  səhra tipli bitki qruplarından fərqləndikləri üçün onların 

yemlik keyfiyyəti də müxtəlfi olur. Bir qayda olaraq yarımsəhra tipli otlaqların əsas yem fondu efemerlər olur. 



 

282


Bəzən efemerlər yaxşı inkişaf edib otlaqlarda sıx bitki örtüyü əmələ gətirir. Torpağın səthinin 80-90%-ə qədəri 

bitki ilə örtülür. Bu cür sahələrdən təkcə otlaq, örüş kimi deyil, həmçinin təbii biçənək kimi də istifadə edilir. 

Yovşanlı, göyüllü-yovşanlı, qaratikanlı-yovşanlı yarımsəhralar qış otlaqlarında daha geniş yer tutur. Bunların 

arasında ən böyük sahə yovşanlı yarımsəhralardır.  

Respublikamızın qış otlaqlarında çox böyük əhəmiyyət kəsb edən ot örtüyündən biri də quru bozqır 

sahələrin bitki örtüyüdür.  

Quru bozqır bitki örtüyü olan otlaqlar yarımsəhra ot örtüyünə malik olan sahələrdən çoxillik taxıl otlarının 

nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir. Məsələn, ağot, ayrıq, şiyav, topalotu və s. bitkilərin əmələ gətirdikləri 

çimliklər bəzən o qədər sıx və çox olur ki, sahələr başdan-başa ağımtıl, quru bozqır şəklini alır. Bu cür görünüşə 

malik olan quru bozqır sahələr qış otlaqlarının yem balansında mühüm rol oynayır.  

Naxçıvanda, Qobustan, Bozqır yaylasında, Dağlıq Qarabağın dağətəyi hissəsində və digər yerlərdə yerləşən 

quru bozqır otlaq sahələrində inkişaf etmiş bitkilərin  ən mühüm nümayəndələri daşdayan, dovşantopalı, 

tonqalotu, daraqotu, nazikbaldır, tüklüayrıq, qırtıc, buğdayıot, quramit və s. ot növləridir. Onlar böyük yemlik 

əhəmiyyətinə malik olduqları üçün bozqır otlaq sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın 

əvvəllərində sürətlə böyüyüb inkişaf edən bu bitkilər otlaqların yemlik keyfiyyətinə və ümumi məhsuldarlığına 

müsbət təsir göstərir. 

Quru bozqır bitki örtüyünə malik olan otlaqlar yovşanlı-ağot, yovşanlı-ayrıq, yovşanlı-şiyav, yovşanlı-

topalotu tiplərinə ayrılır.  

Azərbaycanın qış otlaqlarındakı səhra, yarımsəhra və bozqır bitki qruplarından başqa bəzi yerlərdə ayrı-ayrı 

talalar şəklində inkişaf etmiş bataqlıq, çökəklik, çala və çəmən bitki qruplarına da rast gəlmək olur.  

Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan, Ceyrançöl, Bozdağ, Acınohur) və 

biçənək sahələrində eroziya prosesləri ilə yanaşı,  şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların 

deqradasiyasını sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi  şorlaşma, bataqlaşma və 

subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq şumlanmış  və yaşayış yerlərinə çevrilmişdir. 

Bütövlükdə yem sahələrinin 978 min hektarının  əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı 

vardır. Bununlu belə, yem sahələrinin, yay və  qış otlaqlarının, biçənəklərin ekoloji problemlərinə daha geniş 

aspektdə baxılması tələb olunur. Bunlar aşağıdakılardan ibarətdir: 

1. Yem sahələri təyinatı üzrə istifadə edilməli, quzuları  və boğaz heyvanları yaşıl yemlə  təmin etmək 

məqsədilə qış otlağının ümumi sahəsinin 3 faizdən çox olmayan hissəsində yaşıl yem üçün olan əkini çıxmaqla 

qalan ərazilərdə hər hansı əkinçilik fəaliyyətinə yol verilməməlidir; 

2. Köç yolları  və mal-qara düşərgələri təyinatı üzrə istifadə edilməli, yataqlar və otlaqlararası xüsusi 

yollardan istifadəyə, lazımsız yol və cığırların salınmasına və otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında 

otarılmasına yol verilməməlidir. Otarılma norması hər hektara 5-6 baş heyvanla məhdudlaşmalıdır; 

3. Yay və qış otlaqlarında ərazinin relyef, iqlim, bitki örtüyünün vəziyyətini, ilin əlverişli (yağıntılı) və ya 

əlverişsiz (quraq) olmasını nəzərə almaqla otarma normalarına ciddi əməl olunmalı, eroziya proseslərinin çox 

qabarıq şəkildə təzahür etdiyi yerlərdə, yarğanəmələgəlmə təhlükəsinin mövcud olduğu sahələrdə otarma kəskin 

şəkildə məhdudlaşdırılmalı və ya qadağan olunmalıdır; 

4. Yay və qış otlaq sahələrində ot örtüyünü zənginləşdirmək, keyfiyyətini yüksəltmək və botaniki tərkibini 

qiymətli yem bitkiləri hesabına artırmaqla                     1 hektarın məhsuldarlığını 5-6 sentnerə çatdırmaq  

məqsədilə eroziyaya məruz qalmış (663 min ha) və meliorasiya tədbirlərinin həyata keçiriləcəyi  şorlaşmış, 

bataqlaşmış və su altında qalan (201 min ha) ərazinin 744 min hektarında səthi və 234 min hektarında isə əsaslı 

yaxşılaşdırma tədbirləri aparılmalıdır; 

5. Bioməhsuldarlığını artırmaq məqsədilə otlaq və biçənəklər gübrələnməlidir, bu zaman ot örtüyünün 

botaniki tərkibi, torpağın fiziki-kimyəvi xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Üzvi gübrələrin 5 ildən bir 

(hər hektara orta hesabla 20 ton qurumuş peyin), mineral gübrələrin isə 2-3 ildən bir (hər hektara fiziki çəkidə 

orta hesabla 1-2 sentner ammonium şorası, 2-2,5 sentner superfosfat, 1-15 sentner kalium-xlorid) verilməsi 

məsləhətdir; 

6. Otlaqlarda səthi və kökündən yaxşılaşdırma tədbirləri görülməli, səthi yaxşılaşdırma zamanı otlaqların 

hər hektarına 40-60 kq xaşa toxumu, 8-10 kq yonca toxumu, 18-30 kq isə taxıl fəsiləsinə mənsub olan ot növləri 

toxumlarının səpilməsi həyata keçirilməlidir; 

5. Respublikanın regionlarında  əkmə (mədəni) otlaqların yaradılması  və mövcud olanların 

intensivləşdirilməsi və genişləndirilməsi istiqamətində  tədbirlər görülməli  bu zaman müasir texnologiyalara 

üstünlük verilməlidir; 

8. Son illər otlaq və biçənək sahələrində baş vermiş  dəyişiklikləri nəzərə alaraq yem sahələrinin torpaq 

örtüyü, geobotaniki tərkibi, yem vahidi və otarma (optimal) norması göstərilməklə onların iri miqyaslı 

xəritələşdirilməsi həyata keçirilməlidir, ilk növbədə otlağın məhsuldarlığı, keyfiyyəti, yem vahidi və baş hesabı 

ilə yükü nəzərə alınmaqla yem vahidi xəritələri tərtib edilməlidir. 

 

 



 

283


XIV Fəsil 

 

AZƏRBAYCANDA MEŞƏ ÖRTÜYÜNÜN  

MÜHAFİZƏSİ VƏ BƏRPASI 

 

14.1. Təklif olunan xüsusi mühafizə təbiət obyektləri 

Hazırda insanın  ətraf mühitə  təsirinin gücləndiyi bir dövrdə çox vaxt təbiətdə ekoloji müvazinətin 

pozulması müşahidə edilir. Xeyli meşə sahələri məhv edilərək, yaşayış  məntəqələri və  şum altında istifadə 

olunur, otlaqlar sıradan çıxır. Bununla əlaqədar olaraq təbiətin bu və ya digər dərəcədə ilkin vəziyyətdə qalmış 

ərazilərinin, obyektlərinin yaxşı qorunub saxlanması günün vacib problemi kimi qarşıya çıxır. Belə sahələrdə 

indiyə  qədər yoxa çıxmaq qorxusu olan bitki və ya heyvan növləri, bütöv təbii ekosistemlər (landşaftlar), su 

mənbələri qalmışdır.  

Təbiətin mühafizə edilmə formalarının qarşıya qoyduğu konkret vəzifələri müxtəlif olsa da, məqsəd eyni 

olub elmi, tarixi, təsərrüfat və estetik əhəmiyyət kəsb edən bu və ya digər təbii kompleksi, bitki və heyvan 

növünü dağılmaqdan, məhv olmaqdan qoruyub saxlamaqdır. Təbiətin qorunub saxlanan formalarından 

qoruqları, yasaqlıqları, milli parkları, ayrı-ayrı qiymətli təbiət obyektlərini göstərmək olar.  

Qoruqlar təbiətin canlı laboratoriyası sayılır. Qoruq ərazilərində insanın bütün təsərrüfat fəaliyyəti 

dayandırılır və orada yalnız mühafizə və elmi tədqiqat işləri aparılır.  

Yasaqlıqlar qoruqdan fərqli olaraq hansı təşkilatın ərazisində yerləşirsə, həmin təşkilata baxır (məs. fermer, 

meşə  təsərrüfatı  və s.). Yasaqlıqlarda ovetmə, mal-qara otarma, yer şumlamaya qismən icazə verilə bilər. 

Yasaqlıqda bütün təbiət kompleksi deyil, onun ayrı-ayrı komponentləri qorunur.  

Respublikamızda flora və faunanın mühafizə olunub saxlanması məqsədilə 5 milli park, 14 dövlət qoruğu 

və 18 yasaqlıq yaradılmışdır.  

Apardığımız tədqiqatlar nəticəsində respublikamızın müxtəlif təbii zonalarında nisbətən öz ilkin vəziyyətini 

saxlamış, lakin məhv olmaq təhlükəsi olan qiymətli meşə obyektləri aşkar edilmişdir. Onların mühafizəsi 

məqsədilə yeni qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin təşkili üzrə tövsiyələr hazırlanmışdır. Aşağıda 

respublika ərazisində aşkar etdiyimiz qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin qısa xarakteristikası verilir.  



1. Yüksək dağlıq meşə qoruqları və yasaqlıqları 

Alaxançallı yasaqlığı.  Gəncəçayın sol sahilində Daşkəsən rayonunun Alaxançallı  kəndinə yaxın  ərazidə 

dəniz səthindən 2100-2400 m yüksəklikdə nisbətən az pozulmuş tozağac meşəliyi bitir. Ona şərq palıdı, 

quşarmudu və vələs qarışır. Meşəliyi yuxarıdan ardıc kolları zolağı əhatə edir. Bu meşələr böyük torpaqqoruyu-

cu-sutənzimedici əhəmiyyət daşıyır. Lakin ərazinin yay otlağı kimi istifadə olunması meşələrin pozulmasına və 

qoruyucu funksiyasının aşağı düşməsinə səbəb olur.  

Təsvir etdiyimiz yüksək dağlıq meşə sahəsinin yasaqlıq kimi mühafizə olunması təklif olunur.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin