MƏMMƏdov qəRİb xəLİlov mahmud


 Kürqırağı tuqay meşələrinin mühafizəsi və bərpası



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə49/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   45   46   47   48   49   50   51   52   ...   75

14.4. Kürqırağı tuqay meşələrinin mühafizəsi və bərpası  

Kürqırağı tuqay meşələrinin acınacaqlı vəziyyəti həm dövlətimizin, həm də alimlərin diqqət mərkəzindədir. 

Respublikamızda tuqay meşələrinin nisbətən geniş sahələri səhra və yarımsəhra rayonlarımızı kəsib keçən Kür 

çayının ətrafında yayılmışdır. Tuqay meşələri yayılan Kürboyu ərazidəki rayonların meşə ilə örtülmə dərəcəsi 



 

291


(meşəlik faizi) olduqca aşağıdır.  Əgər respublikamızın meşəlik faizi 11%-dirsə, Kür-Araz düzənliyində bu 

rəqəm cəmi 0,8%-dir. Odur ki, Kürboyu tuqay meşələrinin mühafizəsi və bərpası böyük təsərrüfat əhəmiyyəti 

kəsb edir.  

Məlum olduğu kimi, Kür Azərbaycanda və  hətta bütün Qafqazda ən böyük çay hesab olunur. Uzunluğu 

1515 kilometrdir. Bu çay öz mənbəyini Türkiyədən Çaldır suayrıcından, dəniz səthindən 2741 metr 

yüksəklikdən götürür. Kür çayının yalnız 200 kilometr olan hissəsi Türkiyədən axır. Sonra 400 kilometr 

Gürcüstan torpağından keçərək respublikamıza daxil olur. Onun Azərbaycan respublikası daxilində uzunluğu 

900 kilometrə çataraq həmişə step (çöl) və yarımsəhra  ərazilərini kəsib keçir. Orta Asiyada və  həmçinin 

Mərkəzi Asiyada səhra və yarımsəhraları  kəsib keçən belə çaylar çoxdur. Bütün bu çayların sahilləri boyu 

meşələrə rast gəlinir. Əgər bu çaylar olmasaydı söz yox ki, səhra və yarımsəhra şəraitində meşə də bitməzdi. 

Çaylar öz sahillərində meşənin inkişafı üçün xüsusi əlverişli  şərait yaradır. Burada qrunt suyunun səviyyəsi 

səthə yaxın yerləşir, torpağın nəmliyi yüksək olur, vaxtaşırı  ətraf sahələri daşqın suları basır. Bütün bunlarla 

yanaşı, səhra və yarımsəhra zonasında hərarətin də yüksək olması bitki örtüyünün, o cümlədən meşənin güclü 

inkişafına səbəb olur. Çay sahili boyu bitən belə meşələrə Cənubi Qafqaz və Orta Asiya xalqları tuqay meşələri 

adı vermişlər. Başqa meşələrdən fərqli olaraq tuqay meşələri özünəməxsus qalın, sıx kollu, sarmaşıqlı, çox vaxt 

keçilməz olur.  

Amu-Dərya və Sır-Dərya çaybasar sahələrin tuqay meşələrində əsas ağac cinsi turanqa (qovaq növü) hesab 

olunur. Ona söyüd, çaytikanı qarışır. Münbit allüvial torpaqlarda sıx, sarmaşıqlı meşəlik əmələ gəlir. Ot örtüyü 

müxtəlif qamış növləri, kəndir, iri murquz (taxıl fəsiləsindəndir) və s.-dən ibarətdir. Duzlu torpağı olan sahələri 

yulğun kolluqları tutur.  

Respublikamızda tuqay meşələrinə bir çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş tuqay 

meşəsi Kür çayının payına düşür.  

Əgər tarixi məlumatlara müraciət etsək, görərik ki, vaxtilə Kür çayı Azərbaycanda bütün uzunluğu boyu, 

Xəzər dənizinə kimi tuqay meşələri ilə əhatə olunubmuş. Hazırda isə bu meşələrin yadigarlarına kiçik ləkələr 

şəklində rast gəlinir. Son zamanlar isə bu kimi meşə sahələrinin də sırada çıxması təhlükəsi gözlənilir.  

Tuqay meşələrinin  əsas sahəsi hələ 1920-ci ilə  qədər  əkin sahələri  əldə etmək məqsədilə  qırılıb məhv 

edilmişdir. Yaxın keçmişdə 20 min hektar Samux meşəsi adı ilə məşhur olan tuqay meşəsi Mingəçevir dənizinin 

altında qalmışdır. 10 min hektara qədər tuqay meşəsi Şəmkir və Yenikənd su anbarlarının yaradılması məqsədilə 

qırılıb məhv edilmişdir.  

Belə  vəziyyət Kürqırağında az da olsa qalmış tuqay meşələri qalıqlarının lazımi səviyyədə qorunması  və 

orada yeni meşəliklərin salınmasının vacibliyini daha da artırır. Təəssüf ki, tuqay meşələrinin orda-burda qalan 

kiçik sahələri də insanların təsərrüfatsız fəaliyyəti nəticəsində gözümüzün qabağında yoxa çıxır. Son illər 

Kürboyu tuqay meşələrinə insanların mərhəmətsiz münasibəti daha da artımşdır. Ağdaş, Bərdə, Ağcabədi və 

Saatlı rayonlarında meşələrin vəziyyəti daha acınacaqlıdır. Burada tuqay meşələri başdan-başa qışlaqlara 

çevrilmişdir. Hər il Kürboyu meşə  təsərrüfatları  ərazilərində fermerlərin və qaçqınların qoyun və qaramal 

sürüləri otarılır. bunun nəticəsində  təbii və süni salınmış meşələr seyrəlir, kolluqlara çevrilir, qoruyucu 

funksiyası zəifləyir və gələcək nəsli kəsilir.  

 

Kürqırağı tuqay meşələrinin ümumi səciyyəsi  

Kür çay boyu meşə bitkisi müasir vəziyyətinə və yayılma xarakterinə görə 4 rayona ayrılır: 

1) Ağstafa-Şəmkir. Bu ərazi Gürcüstan respublikasından başlayaraq Mingəçevir su anbarına qədər uzanır. 

Burada tuqay meşələrinin qalıqlarına rast gəlinir. Qrunt suyu səthə yaxın yerləşir, ərazini dövrü olaraq Kürün 

daşqın suları basaraq meşənin bitməsi üçün əlverişli şərait yaradır. Meşənin təbii bərpası ən çox əsas ağac cinsi 

olan ağyarpaq qovağın hesabına gedir, lakin mal-qara tərəfindən zədələnir və məhv edilir.  



2) Yevlax-Ağdaş. Bu ərazi Varvara gölündən başlayaraq Ağdaşın Körpükəndinə qədər uzanır. Burada Kür 

çayının hidroloji rejiminin dəyişilməsi ilə  əlaqədar olaraq, ayrı-ayrı sahələrdə qovaq meşələrinin quruması 

müşahidə olunur. Bununla yanaşı, burada bir neçə sahədə yüksək məhsuldar qovaq meşəsi massivi mövcuddur. 

Meşənin bərpası əsasən qarağacın üstünlüyü ilə gedir.  

Qovaq yeniyetmələri ancaq çayın sahillərində müşahidə olunur.  

3) Ağcabədi-Sabirabad. Bu ərazi olduqca az meşəliyi ilə  səciyyələnir. Kürün hidroloji rejiminin 

dəyişilməsilə  əlaqədar olaraq, qovaq meşələrinin quruması  əlaməti nəzərə çarpmır. Təbii meşə  bərpası  həm 

qarağacın, həm də  ağyarpaq qovaq və söyüdün hesabına gedir. Burada tuqay meşəsinin inkişafı üçün çox 

əlverişli şərait vardır. Lakin buna insanın təsərrüfat fəaliyyəti maneçilik törədir.  



4) Salyan. Bu  ərazi Salyandan Xəzərə kimi uzanıb, təbii meşə örtüyündən tamamilə məhrumdur. Yulğun 

kolluqları üstünlük təşkil edir. Tək-tək söyüd və qovaq ağaclarına  və onların yeniyetmələrinə  təsadüf edilir. 

Ərazini qorumaq və meşə əkmək yolu ilə tuqay meşələrini bərpa etməyə şərait vardır.  

Qarayazı tuqay meşələri vaxtilə Rusiya imperatorunun ov həvəskarları  cəmiyyətinin Tiflis şöbəsinin 

sərəncamında olmuş, çar ailəsi üçün ov məqsədilə yalnız bu yerlərin meşələri və heyvanlar aləmi qorunmuşdur. 

Qarayazı meşələri üç hissədən – Qarayazı, Soyuqbulaq və Böyükkəsik sahələrindən ibarət idi. 1922-ci ildə 



 

292


həmin meşə sahələri bölüşdürülmüş, onların birincisi Gürcüstanın, son ikisi isə Azərbaycanın tərkibinə daxil 

edilmişdir. Qarayazı meşələri  əsrimizin onuncu illərində  və iyirminci illərinin  əvvəllərində xeyli məhv 

edilmişdir. Sonradan təbiətin qorunmasına müəyyən qayğı göstərildi və 1922-ci ildə xüsusi dövlət yasaqlığı 

yaradıldı. Bu yasaqlığın məqsədi  ərazidəki heyvanları qorumaq idi. Lakin bu yasaqlıqda qoruma işləri lazımi 

səviyyədə  təşkil edilməmişdir. 1957-ci ildə Qarayazı sahəsinin mövcud təbii kompleksini mühafizə etmək və 

keçmiş zənginliyini bərpa etmək üçün bir sıra tədbirlər görüldü. 1964-cü ildə 12 min hektar sahədə Qarayazı-

Ağstafa yasaqlığı  təşkil edildi. Lakin yasaqlıq vasitəsilə  ərazinin heyvan və quşlarını tam qorumaq mümkün 

olmadı; eyni zamanda burada təbiətin kompleks mühafizəsi zəruriyyəti də yarandı. Ona görə  də Azərbaycan 

hökumətinin 1978-ci il qərarına əsasən Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6 min hektara yaxın 

ərazidə Qarayazı dövlət qoruğu yaradıldı. Lakin az sonra respublika hakimiyyət orqanlarının əsassız qərarı ilə 

(1979) qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu rayonun üzümçülük sovxozuna verildi. 

Hazırda qoruğun sahəsi 4855 hektardır. Burada məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. 

Qarayazı qoruğunun sahəsi kiçik olduğundan tuqay meşələrinin qorunması ilə  əlaqədar olan tələbatı ödəmir. 

Qarayazı qoruğu Kürətrafı dövlət meşə fondunun 7,3 faizini təşkil edir. Onun ərazisinin azı 2500 hektara qədər 

artırılması məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, Ağdaş rayonunda tuqay meşəsi şəklini az-çox saxlamış 

ağyarpaq qovaq meşəliyinin nisbətən geniş massivində ikinci qoruğun yaradılması olduqca vacib məsələdir.  

Meşə quruluşu layihələrində Kür çay boyu hər iki sahildə 270 metr enində qoruq zolağı ayrılmış və orada 

bütün qanun pozuntuları (meşənin qırılması, mal-qara otarılması və s.) ciddi qadağan edilmişdir. Lakin bu qo-

ruyucu zolaq yalnız meşə planları üzərində və digər meşə quruluşu materiallarında mövcuddur. Faktiki olaraq 

bütün Kürqırağı meşələrində insanın təsərrüfatsız fəaliyyəti müşahidə olunur, meşə təsərrüfatları tərəfindən ona 

ciddi nəzarət göstərilmir.  

 

Tuqay meşələrinin meşə əkini yolu ilə bərpası 

Mövcud  ədəbiyyat materiallarından istifadə edərək aşağıda Kürqırağı  ərazidə meşənin bərpası  işlərinin 

təcrübəsi qısa təhlil edilir.  

Kürboyu meşə təsərrüfatlarında indiyə kimi 15 min hektara qədər süni meşə salınmışdır. Meşə əkinlərində 

əsasən aşağıdakı ağac cinslərindən istifadə edilmişdir: ağ akasiya, yaşıl göyrüş, şabalıdyarpaq palıd, uzunsaplaq 

palıd, eldar şamı, qarağac, adi qoz, Qafqaz  xurması, Kanada qovağı, sosnovski qovağı, hibrid qovaqlar, çəkil, 

iydə və s.  

Hazırda Kür boyu yerləşən meşə təsərrüfatlarında 27 min hektar meşəsiz və meşə ilə örtülü olmayan sahələr 

və 5 min hektardan çox pozulmuş seyrək meşə əkinləri mövcuddur. Bu ərazinin yalnız 2 min hektarında ildə 

400 hektar hesabilə məhsuldar qovaq növləri yetişdirilərsə 5 ildən sonra başdan-başa qırma yolu ilə dövri olaraq 

hər il 150-200 min kubmetr oduncaq ehtiyatı  əldə etmək olar (400 hektardan). Bu isə respublikamızın meşə 

materialına olan tələbatını xeyli ödəyər. Bütün bunları nəzərə alaraq Respublika Ekologiya və Təbii Sərvətlər 

Nazirliyi Kürqırağı  ərazidə qiymətli qovaq növlərindən ibarət meşə plantasiyaları yaratmağı ön plana 

çəkməlidir.  

Qovaq ağaclarından salınan meşələr eyni yaşda olan akasiya, göyrüş, şam və palıd meşələrindən 5-10 dəfə 

yüksək məhsuldarlığa malikdir. Kürqırağı ərazinin çox hissəsində qrunt suyu səthə yaxın yerləşir. Belə sahələr 

qovaq üçün əlverişli hesab olunur. Odur ki, tuqay meşələrinin bərpası üçün qovaq əsas cins sayılmalıdır.  

Qovaq ağaclarının yetişdirilməsində  kənd təsərrüfatı elmləri namizədi Qafar Cəlilovun və türk 

qovaqşünaslarının təcrübəsindən istifadə edilməlidir.  

Tuqay meşələrinin bərpa edilməsində qovaqla yanaşı, uzunömürlüyü, tez böyüməsi, nəhəng gövdəsi, 

əzəmətli yaraşıqlı çətri, davamlılığı və qiymətli oduncağı ilə şöhrət qazanan çinara da xüsusi yer verilməlidir. 

Kürqırağı zonada bu ağacın tayı-bərabəri yoxdur. Ancaq nədənsə bu uzun ömürlü və qiymətli ağac cinsindən 

meşə  əkinlərində istifadə edilmir. Bərdə  və  Ağcabədi meşə  təsərrüfatlarında tək-tək və qrupla əkilmiş çinar 

ağaclarının 15 yaşında boyu 13-14 metrə, döş bərabərində diametri 28-34 santimetrə çatır. Bu onu göstərir ki, 

çinar böyümə sürətinə görə qovaqla yanaşı durur, uzunömürlülüyü və dekorativliyinə görə isə ondan da 

üstündür.  

Kürqırağı  ərazidə indiyə kimi aparılan süni meşəsalma işləri qənaətbəxş deyildir. Meşəsalma işlərində 

əsasən ikinci dərəcəli ağac cinslərinə üstünlük verilir. Qiymətli ağac cinsləri olan palıd növləri, qoz, qovaq 

növləri, saqqızağac, püstə, çinar əkinləri yox dərəcəsindədir. Ağac cinsləri yerli şəraitə uyğun seçilmir, qarışıq 

əkinlərdə onların bioloji xüsusiyyəti. növarası mübarizə məsələsi nəzərə alınmır. Çox vaxt bu ondan irəli gəlir 

ki, hazırda tingliklərdə  ağac və kol cinslərinin seçilməsi, onların təsərrüfatlar üzrə planlaşdırılması düzgün 

aparılmır, qiymətli və uzunömürlü ağac cinslərinin yetişdirilməsinə az diqqət yetirilir.            

 

Kürqırağı ərazidə meşə təsərrüfatı sahələrindən səmərəli  

istifadə olunması 

Tədqiqatlar nəticəsində Kürqırağı zonada sahələrin xüsusiyyətindən, qrunt suyunun səviyyəsindən, torpağın 

şorlaşma dərəcəsindən və s.-dən asılı olaraq tuqay meşələrinin vəziyyətini yaxşılaşdırmaq və bərpa etmək üçün 


 

293


meşə fondu torpaqları təsərrüfatı qruplara bölünmüşdür. Aşağıda ayrı-ayrı təsərrüfat qruplarının xarakteristikası 

və onlar üçün təklif olunan tədbirlər verilir. 



I. Qovaq meşələri 

Ağdaş meşə  təsərrüfatı  ərazisində tuqay meşəsi  şəklini az-çox saxlamış  ağyarpaq qovaq meşəliyinin 

nisbətən geniş massivində qoruğun yaradılması olduqca vacib məsələdir.  

Doluluğu 0,5 və yuxarı olan təbii bərpası zəif gedən qovaq meşələrində təbii bərpaya kömək məqsədilə tor-

paq zolaqlarla və ya hissə-hissə yumşaldılmalı və suvarılmalıdır.  

Süni suvarmaya imkan olmayan sahələrdə meşə altında əmələ gələn palıd və tutağacı yeniyetmələrinə şərait 

yaratmaqla onların tərkibində qarağac və kollar kənar edilməlidir.  

Qovaq meşələrinin çoxu insanın təsərrüfatsız fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə 

pozulmuşdur. Belə sahələrin vəziyyətini yaxşılaşdırmaq məqsədilə aşağıdakı tədbirlər irəli sürülür.  

1) Rütubətli sahələrdə sıx böyürtkan və yulğun kollu pozulmuş qovaq (qismən söyüd) meşəlikləri. 

Bu sahələr vaxtaşırı daşqın sularına məruz qalır, qrunt suları səthə yaxın yerləşir. Ağacların çoxunun təpə 

hissəsi və budaqları kəsilmişdir. Təbii bərpa zəif gedir və mal-qara tərəfindən məhv edilir.  

Qovaq yeniyetmələrinin inkişafına  şərait yaratmaq məqsədilə kolluqlar dar zolaqlarla və ya sahəciklərlə 

köklənərək sahədən çıxarılmalıdır.  

2) Rütubətli şəraitdə sıx tutağacı kolları olan pozulmuş qovaq meşəlikləri 

Bəzən tut kolları meşəliyin ikinci mərtəbəsini tutur, tərkibində  tək-tək qarağac, iydə  və qovaq 

yeniyetmələrinə təsadüf edilir, tutağacının budaqları hər il barama üçün doğranır.  

Qarışıq qovaq-tutağacı meşəliyi yaratmaq məqsədilə tutağacı yeniyetmələrini qrup şəklində mühafizə 

etməli, ağaclığın tərkibindən iydə və qarağac kənar edilməlidir.  

3) Rütubətli  şəraitdə qovaq seyrəklikləri. Tək-tək mal-qara tərəfindən zədələnmiş halda qovaq, tut və 

qarağac yeniyetmələrinə təsadüf olunur. Daşqın sularına bəzi illərdə məruz qalır.  

Qovaq meşəsini bərpa etmək üçün ərazi zolaqlarla yumşaldılmalı və qovaq yeniyetmələrinin əmələ gəlməsi 

üçün erkən yazda bir dəfə suvarılmalıdır.  



4)  İkimərtəbəli pozulmuş qovaq meşəlikləri.  İkinci mərtəbə  sıx qarağaclıqdan təşkil olunur. Qrunt suyu 

səthə yaxın yerləşir, daşqın suları müşahidə edilmir.  

Meşəliyin ikinci yarusunda xidməti (seyrəltmə) qırma aparılması məsləhət görülür.  

5) Nisbətən quru bitmə şəraitində qovaq seyrəklikləri 

Qrunt suları 3 m-dən aşağıda yerləşir. Daşqın sularına məruz qalmır. Təbii bərpa çox zəif gedir, tək-tək 

qarağac, tutağacı  və  cır nara təsadüf edilir. Belə sahələrdə qovaq meşələrinin bərpası üçün suvarma işi 

aparılmalıdır.  



Təklif:  Açıqlıqlarda tutağac  şitilləri  əkməli və ya şumlanmış sahədə toxumla palıd (uzunsaplaq və ya 

şabalıdyarpaq) ağaclığı yetişdirmək. 



II. Palıd-qarağac və palıd-saqqız ağaclıqları  

1) Qrunt suları dayazda yerləşən sahələrdə pozulmuş palıd və qarağaclar. Əsasən Ağstafa meşə təsərrüfatının 

Muğanlı  və qismən Soyuqbulaq və Poylu meşəçilikləri  ərazisində rast gəlinir.  İntensiv mal-qara otarıldığından 

təbii bərpa müşahidə olunmur.  

Açıqlıqlarda tutağacı  şitilləri  əkilməli və ya yumşaldılmış sahələrdə palıd toxumları  səpilməlidir. Belə 

sahələrdə qovaq meşəliyi yaradılarsa əkilmiş qovaq qələmləri ilk illərdə suvarılmalıdır. 

2) Qrunt suyu dərinlikdə yerləşən sahələrdə pozulmuş palıd və qarağac meşəlikləri. Meşə altında seyrək qa-

ratikan, yemişan, cır nar, zirinc və göyəm bitir. Təbii bərpa olduqca zəif gedir.  



Təklif:  Sahədə mal-qara otarılması qadağan edilməli, təbii meşə  bərpasına kömək etmək məqsədilə sahə 

yumşaldılmalı və palıd toxumu səpilməlidir. Birinci ildə suvarılma məsləhət görülür.  



3) Pozulmuş palıd-saqqız ağaclıqları. Ağstafa meşə təsərrüfatında təsadüf edilir. Təbii bərpa getmir.  

Təklif:  Sahədə mal-qara otarılması qadağan edilməli. Ağaclıqlarda sahə yumşaldılmalı  və suvarma işi 

aparılmalıdır.  



 

III. Kolluqlar   

Kürqırağı ərazidə yulğun kolları çox yayılmışdır. Onun sahəsi qərbdən şərqə doğru getdikcə artır. Belə kol-

luqlar əsasən sıradan çıxmış qovaq meşələrinin yerində və axmazlarda əmələ gəlmişdir. Bunlar heç bir təsərrüfat 

əhəmiyyəti daşımır. Bununla yanaşı, yulğun koları bitən sahələrdə qrunt suları səthə yaxın olduğundan qovaq və 

çinar ağaclıqlarının inkişafı üçün əhəmiyyətlidir. Odur ki, yulğun kollarını hissə-hissə  qırıb, yerində qovaq 

meşəlikləri salmaq daha məqsədəuyğundur.  

Palıd, qarağac və saqqız ağacları sıradan çıxmış sahələrdə qaratikan və nar kolları çox yayılmışdır.  

Qaratikan kolluqlarına Ağstafadan başlayaraq Ağdaşın Ketovan kəndinə kimi olan ərazidə, nar kollarına 

isə, əsasən Varvara gölündən aşağı sahələrdə təsadüf olunur. Bunların yerində meşə örtüyünü bərpa etmək üçün 

uzunömürlü və quraqlığa davamlı ağac cinslərindən püstə, badam, saqqız, dağdağan, palıd, azatağac, eldar şamı 

və hələb şamından istifadə etmək məqsədəuyğundur.  


 

294


 

IV. Qurumaq ehtimalı olan süni meşə əkinləri 

1) Az məhsuldar seyrək akasiya ağaclıqları. Qrunt suyu səthə yaxın yerləşən sahələrdə akasiya əkinləri qo-

vaq və çinarla, qrunt suyu dərində yerləşən sahələrdə isə şabalıdyarpaq palıd, uzunsaplaq palıd və püstə ilə əvəz 

edilməlidir.  

2) Ağac növləri düzgün seçilməyib qarışdırılan süni meşəliklər (göyruş-akasiya, iydə-göyrüş, palıd-göyrüş, 

tut-akasiya və s.) kəsilib yenidən rekonstruksiya olunmalıdır. Ağac növləri yerli bitmə şəraitinə uyğun seçilib 

düzgün qarışdırılmalıdır. Kürqırağı  ərazidə meşə  təsərrüfatları  ərazisində 30 min hektardan artıq meşəsiz 

sahələrdə yeni məhsuldar meəşliklərin yetişdirilməsi mühüm məsələ sayılır. Bu sahələrin çoxunda torpaq örtüyü 

az duzludur. 14.1 saylı cədvəldə süni meşəliklərin salınması üçün istifadə olunacaq ağac və kol çeşidləri verilir. 

V. Meşəsiz sahələr 

Torpağın  şoranlıq dərəcəsindən və qrunt suyunun səviyyəsindən asılı olaraq müxtəlif ağac cinslərindən 

istifadə edilməlidir. Onların qarışdırma variantları aşağıdakı kimi olmalıdır:  

1) Yeraltı suyu səthə yaxın yerləşən duzlu olmayan və az duzlu torpağı olan sahələrdə: 

a) Çinar-qovaq əkini (hər cinsdən 2-3 cərgə) 

b) Qarağac-palıd (hər cinsdən 3 cərgə) 

v) Təmiz qovaq meşəlikləri (Sosnovski qovağı, ağyarpaq qovaq, Kanada qovağı, müxtəlif qovaq sortları) 

q) Təmiz (sırf) çinar ağaclığı  

d) Göyrüş-şam (3 cərgə eldar şamı. 1 cərgə kol, 2 cərgə göyrüş) 



2) Yeraltı suyun səviyyəsi dərində yerləşən az duzlu və duzlu olmayan sahələrdə: 

a) Saqqız (püstə)-palıd (2 cərgə saqqız, 1 cərgə ərik, 2 cərgə palıd) 

b) Təmiz (sırf) püstə plantasiyası 

v) Təmiz qoz plantasiyası 

q) Təmiz-xurma meşəliyi 

d) Şam-sərv (2 cərgə eldar şamı, 1 cərgə kol, 2 cərgə sərv) 

3) Orta dərəcədə duzlu torpaqlarda: 

a) Qarağac-göyrüş-tut (hər cinsdən 3 cərgə) 

b) Təmiz tut ağaclığı  

v) Göyrüş-tut ağaclığı (hər cinsdən 3 cərgə) 

q) Qovaq-söyüd ağaclığı (2 cərgə ağyarpaq qovaq, 1 cərgə söyüd) 

 


 

295


Cədvəl14.1. 

Meşə salınması üçün təklif olunan ağac və kollar 

  

Ağac 



və 

kollar  

Kürətrafı 

meşəbitmə 

rayonu  

Kür-

Araz 

ovalığ

ı  

Ağac və 

kollar 

Kürətrafı 

meşəbitm

ə rayonu  

Kür-

Araz 

ovalığ

ı  

 

İynəyarpaqlı ağaclar  



Yarpaqlı ağaclar  

Hələb şamı  



Yapon saforası  



Eldar şamı  



Söyüd növləri  



İtaliya şamı  



Meliya  



Primorsk şamı 



 

+ + Alma 

 

+ + 


Veymut şamı  



Armud  



Üfiqi sərv  



Ərik  



Şaquli sərv 

  + + Heyva 

 

+ + 


Arizon sərvi  



İnnab  



Himalay sidri  



Əncir - 

  



 

Yapon 


əzgili  



Yarpaqlı ağaclar  

Uzunsaplaq palıd   + 

Kanada qovağı  



Daş palıd  



Sosnovski 



qovağı  

+ + 


Şabalıdyarpaq 

palıd 


+ + 

Ağyarpaq qovaq  + 

Bolleana qovağı   + 



Qarağac  



Dağdağan  



Adi qoz  



Amerika 



ağcaqayını  

- + 


Pekan  



Badam  



Qafqaz xurması  



Zeytun  



Püstə  



Çinaryarpaq 

ağcaqayın  

- + 

Saqqızağac  



At şabalıdı + + 



Kollar  

Çinar  


Cır nar  



Tut  



Albalı  



Ağ akasiya  



İydə  



Yaşıl göyrüş - + Amorfa 



 

- + 


Sabunağac  



Sarağan  



Kağızağac 

  - + Maklyura 

  - + 

Katalpa  



Yulğun  



Şoran torpaqlarda yalnız iydə, yulğun, lələk, maklyura və yapon saforası kimi ağac-kol cinsləri əkilə bilər.  



Kürqırağı tuqay meşələrinin bərpa edilməsi Kür-Araz ovalığında kənd təsərrüfatının daha da inkişafına 

kömək edəcəkdir. Bu meşələr qızmar günəşli Qarabağın,  Şirvanın, Milin, Muğanın iqlimini yaxşılaşdıracaq, 

burada istirahət və sağlamlıq ocaqları yaratmağa real imkanlar açacaq, ərazinin estetik vəziyyətinin daha da 

gözəlləşməsi üçün zəmin yaradacaqdır.      

 

14.5. Qovaq ağaclıqlarının salınması  

Dünyada yayılmış 120 qovaq növünün 16-sına Qafqazda, Azərbaycanda isə 11-nə (Q.H.Cəlilova görə 13-nə) 

təsadüf edilir.  

Qovaq ağaclarının oduncağı yüngül və yumşaqdır, onları sıxmaq və əymək yolu ilə istənilən şəklə salmaq 

olur. Oduncağından mebel sənayesində, çəllək, arı təknəsi hazırlığı işlərində (oduncağının rəngi çıxmır və ondan 

iy gəlmir), gəmiqayırmada, tikintidə, kağız, karton, faner, kibrit sənayesində istifadə edilir. Qabığında 9%-ə 

yaxın tanin maddəsi vardır, dabbaqçılıqda və təbabətdə geniş istifadə olunur.  

Qovaq, kənd təsərrüfatı bitkilərinə (xüsusilə texniki bitkilərə) ziyan verən həşəratları məhv edən quşların ən 

çox sevdiyi ağac cinsidir. Azərbaycanın düzənlik rayonlarının pambıq sahələrində bitən bir ədəd qovaq ağacının 

üzərində 25-30 quş yuvasına rast gəlinir və quşlar öz balalarını ziyanverici həşərat və onların sürfələri ilə 

yemləyirlər (Cəlilov, 1972).  


 

296


Hazırda respublikanın dağ  və düzən rayonlarında sınaqdan keçirilmiş  və becərilmiş 150-dən artıq qovaq 

növü məlumdur. Onların 120-si respublikanın müxtəlif torpaq və iqlim şəraitlərində Q.H.Cəlilov (1972) 

tərəfindən sınaqdan keçirilmişdir. Müəllif təklif etdiyi faydalı qovaq növlərini kök sisteminin yayılması, 

inkişafı, bioloji xüsusiyyətləri və eləcə də morfoloji quruluşlarına görə aşağıdakı 3 qrupa bölür: 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin