Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 

Göylü  Atalı: “Fəlsəfənin  Təməli”  qutsal  bitiyinin  davamını 

oxuyacağıq. 

 

25. Din təməlsizliyi. 



Dinin Təməli – cəfəngiyyatdır. 

“Dünyanı Yaradan” cəfəngiyyatıdır, – Dünyalığın inkarıdır. 

“Həyatı Yaradan” cəfəngiyyatıdır, – Həyatlığın inkarıdır. 

“İnsanı Yaradan” cəfəngiyyatıdır, – İnsanlığın inkarıdır. 

“O Dünya” cəfəngiyyatıdır. 

“Cənnət-cəhənnəm” cəfəngiyyatıdır. 

“Qismət” cəfəngiyyatıdır. 

“Bəndəlik” cəfəngiyyatıdır… 

Din  –  Mahiyyəti  Təzahürlə  bərabərləşdirir,  –  əslində  Mahiyyət-

sizlik cəfəngiyyatı yaradır. 

Mənanı  –  hadisəylə  bərabərləşdirir,  –  Mənasızlıq  cəfəngiyyatı 

yaradır. 

Əzəliliyi – Ötəriliklə bərabərləşdirir, – Ötəri Əzəlilik cəfəngiyyatı 

yaradır. 

Əbədiliyi  –  Keçiciliklə  bərabərləşdirir,  –  Keçici  Əbədilik 

cəfəngiyyatı yaradır. 

Sonsuzluğu  –  Sonluluqla  bərabərləşdirir,  –  Sonlu  Sonsuzluq 

cəfəngiyyatı yaradır. 

Kamilliyi  –  Qeyri-  Kamilliklə  bərabərləşdirir,  –  Qeyri-Kamil 

Kamillik cəfəngiyyatı yaradır. 

Din  –  cəfəngiyyata  İnam  yaradır,  –  cəfəng  İnam  yaradır  – 

İnamsızlıq yaradır. 

Din – cəfəngiyyata İnam İdraksızlığı yaradır… 


 

205 


 

Soylu Atalı: “Keçici əbədilik” nə deməkdir? Ata nəyi qəsd edir? 

Ata deyir, dünyanın mənası əzəlidir, əbədidir, kamildir, sonsuzdur.  

Əbədidir,  yəni  dünyanın  mənası  hardasa  qurtarmayacaq.  Ancaq 

din  deyir  ki,  dünyanı  Allah  yaradıb.  Yaranan  dünyanın  əzəliliyi 

yoxdur, deməli, əbədiliyi də yoxdur. Din deyir allah dünyanı 6 gündə 

yaradıb.  Ancaq  o  6  günün  bir  günü  bizim  indiki  yaşadığımız  neçə 

min il deməkdir. Neçə min ili o əbədilik kimi götürür. Həm də hesab 

eləyir ki, günlərin bir günü “Qiyamət” qopacaq, dünya məhv olacaq.  

Deməli, bunun əbədiliyindən danışmaq mümkün deyil. Əbədilik o 

deməkdir  ki,  dünya  hardasa  dayanmayacaq,  qurtarmayacaq.  Min 

ildən sonra olsa belə, yüz min ildən sonra olsa belə, yenə bu əbədilik 

deyil. Yəni əbədiliyin yüz min illiyi yoxdur. Böyük intervalı yoxdur, 

həmişəlikdir. Ona görə Ata deyir, din keçici əbədilik yaradır. Tutalım 

min il əbədiliyi var bunun. Min il əbədilik elə keçicilik deməkdir. 



 

Göylü Atalı (davam eləyir): 

– Cəfəngiyyata İnam Mənəviyyatsızlığı yaradır. 

– Cəfəngiyyata İnam Iradəsizliyi yaradır. 

– Cəfəngiyyata İnam Ədalətsizliyi yaradır. 

– Cəfəngiyyata İnam yalanı yaradır. 

– Cəfəngiyyata İnam şəri yaradır. 

Din  –  İnsanı  Müstəqillik  Aqibətindən,  Məsuliyyət  Azadlığından 

məhrum eləyir; Onu Yaradana tapşırır – Əsarətə salır. 

Din – İnsanı Qorxu əsarətində saxlayır. 

Dinin Göyü – Qorxu Göyüdür. 

Din – İnsanın başına Qorxu yağdırır. 

Din – İnsanda cəfəngiyyata Qorxu yaradır; 

Cəfəngiyyatdan Yaranan Din – Cəfəngiyyatı yaşadır. 

 

26. Xülya Təməlsizliyi 



Xülyanın Təməli – Bilməzlikdir. 

Xülya – Bilməzlərin Bildiyidir. 

Bilməzlərin Bildiyinə İnamdır. 

İdraksızlığın Bildiyidir. 

İradəsizliyin Bildiyidir. 

Mahiyyətsizliyin Bildiyidir. 

Mənasızlığın Bildiyidir. 

Ötərini Əzəli saymaqdır. 



 

206 


Keçicini Əbədi saymaqdır. 

Sonlunu Sonsuz saymaqdır. 

Qeyri-Kamili Kamil saymaqdır. 

Bulməzlik İnamıdır. 

Bilməzlik İradəsidir. 

Bilməzlik Ədalətidir. 

Bilməzlik Həqiqətidir. 

Bilməzlik Xeyiridir. 

Blməzlik Biliyidir. 

 

Soylu  Atalı: Allahın  özünə  qarşı  bilməzlik  var.  Allahı  bilmirlər. 

Bilmədikləri üçün də Allahı adam kimi qoyurlar ortaya, o da başlayır 

danışmağa:  “Soraq  ver  ki,  filan  vaxtı  belə  eləyəcəm”.  Bunu  qəbul 

eləmək, bilməzliyin görsənişidir (təzahürüdür). 

 

Göylü Atalı (davamını oxuyur): 

27. Ümid – Ümidsizlik 

Ümidin Təməli – İradədir. 

İradə – Gerçəklikdən Üstün ola bilir. 

Ümid – Gerçəklikdən Üstün olmaqdır. 

İradə – Zamandan Üstün ola bilir. 

Ümid – Zamandan Üstün olmaqdır. 

İradə – Mühitdən Üstün ola bilir. 

Ümid – Mühitdən Üstün olmaqdır. 

İradə – Şəraitdən Üstün ola bilir. 

Ümid – Şəraitdən Üstün olmaqdır. 

İradə – Cəmiyyətdən Üstün ola bilir. 

Ümid – Cəmiyyətdən Üstün olmaqdır. 

Ümid – Mahiyyət Əməlidir. 

– Məna Əməlidir. 

– İnam Əməlidir. 

– İdrak Əməlidir. 

– Mənəviyyat Əməlidir. 

– İradə Əməlidir. 

– Ədalət Əməlidir. 

– Xeyir Əməlidir. 

– Həqiqət Əməlidir. 

– Əzəlilik Əməlidir. 

– Əbədilik Əməlidir. 



 

207 


– Sonsuzluq Əməlidir. 

– Kamillik Əməlidir. 

Ümidsizlik – İradəsizlikdir. 

– Gerçəkliyə əyilməkdir. 

– Zamana əyilməkdir. 

– Mühitə əyilməkdir. 

– Şəraitə əyilməkdir. 

– Cəmiyyətə əyilməkdir. 

– Təzahürə əyilməkdir. 

– Hadisəyə əyilməkdir. 

– Dünyaya əyilməkdir. 

– Həyata əyilməkdir. 

– Adama əyilməkdir. 

– Ötəriyə əyilməkdir. 

– Keçiciyə əyilməkdir. 

– Sonluya əyilməkdir. 

– Qeyri-Kamilə əyilməkdir. 

– Nisbiyə əyilməkdir. 

Ümid – əyilməzlikdir. 

– Mahiyyətə İnam əyilməzliyidir. 

– Mənaya İnam əyilməzliyidir. 

– Ədalətə İnam əyilməzliyidir. 

– Həqiqətə İnam əyilməzliyidir. 

– Xeyirə İnam əyilməzliyidir. 

– Əzəliliyə İnam əyilməzliyidir. 

– Əbədiliyə İnam əyilməzliyidir. 

– Sonsuzluğa İnam əyilməzliyidir. 

– Kamilliyə İnam əyilməzliyidir. 

Ümid – İradə əyilməzliyidir – Aqibəti Qoruyan. 

 

Soylu Atalı: Yaxşı ifadədir. Deyir, ümid mahiyyət əməlidir. Mən 

bir  qonu  ayırmışam  özümə  ki,  onu  işləyim.  İnsan  hallardan  oluşur 

(ibarətdir). O halları bir var Məna yaradır, bir var Gerçəklik yaradır. 

İnsan daha çox hansı etkidədirsə, onun halını o yaradır. Gerçəkliklə 

uğraşırsa,  halını  gerçəklik  yaradır.  Mənayla  uğraşırsa,  onda  halları 

məna  yaradır.  Bunlar  arasında  fərq  nədir,  bağlılıq  nədir?!  Belə  bir 

qonu yörəsində işləyirəm. 

Burda  Ata  deyir  ki,  ümid  mahiyyət  əməlidir.  Gözəl  şeydir.  Ona 

dayanıb yaxşı şeylər açmaq olar… 


 

208 


İndi  bacımız  (Elananı  nəzərdə  tutur  –  G.  A.)  fikrini  desin,  tədbirimiz 

necə oldu. Onu qiymətləndir, bağlayaq tədbirimizi. 

 

 

 



Elana Atalı: (Ataya səcdə edib, bayrağı öpür) Tədbirimiz həmişə 

gözəl  olur.  Bir  az  halımla  bağlı  qıraqda  otursam  da,  danışanların 

hamısının sözünə qulaq asırdım. Tədbirin gözəlliyi odur ki, hər dəfə 

öyrənirəm, bizim işimiz nədir, önəmi nədir. Üstümüzə qoyulan yükü 

anlayıram. 

Soylu Atalı: Elədiklərimizin hamısı bizdə əminlik doğurur ki, nə 

dərəcədə doğru, düzgün yoldayıq. Ən azı siz dörd gündür ki, dünənki 

tədbir  haqda,  bugünkü  tədbir  haqda  düşünmüsünüz,  gərginliklər 

yaşamısınız, onun sorumluluğunu yaşamısınız. Yəni onu istəklərimi-

zə uyğun həyata keçirə bilək, uğur qazanaq. Məqsəd bu olub. 

Bəli, etkilərimiz bir daha onu göstərir ki, biz, doğrudan da, çalış-

malarımızda nə dərəcədə doğru yoldayıq, buna əmin oluruq. O uğur-

lar bizim başımızı dik saxlayır, fərəhimizi içimizdə dolu saxlayır. 



Elana Atalı: Atamız Var olsun! 

“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 

səcdəsiylə “Ailə Günü” sona yetdi. 

 

Od Ayı, 37- ci il. Atagün Eli. 



(iyul, 2015. Örənqala.) 

 

 

209 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər” Ailəsinin 



37-ci ildə V “Ailə Günü” törəninin 

Gediş yazısı 

 

Gün: 28 Od Ayı; Yer: İnam Evi; 



Başlanır: saat 16.00 

 

Oda  Törənin  ruhuna  uyğun  biçimlənir:  Gül-çiçək,  qələm-kağız, 



çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Ulusəs Atalıdır. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır. 



 

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir. 

 

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

Çağımızda milli-mənəvi dəyərlərimizə qarşı olan qarayaxmaların ortaya 

çıxma nədəni. 

Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər. 



 

Qutsal  Oxuma: “Həqiqət  Azadlığı  –  Cəfəngiyyat  Əsarəti”  Bitiyindən 

oxunur, gərəkən açıqlamalar verilir. 

 

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə 



“Ailə Günü” başa çatır. 

 

Carlar 

• Amal ömrü fərəhli – həyat ömrü kədərli! 

• Mütləq yaşarıdır – nisbi öləri! 

 

Gedişi yazdı: İnamlı Atalı 



20 Od Ayı, 37-il. Atakənd. 

 

Qəbul olunur. 



                                         Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

       

       21 Od Ayı, 37-ci il. Saray-Soylu. 

 

210 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Uluyol-Hünər” Ailəsinin 

“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 



 

 Ocaq  Günsırası  ilə  28  Od  Ayı,  37-ci  ildə  (iyul,  2015)  İnam  Evində 

“Uluyol-Hünər”  Ailəsinin  “Ailə  Günü”  toplantısı  keçirildi.  Öncə  Ailə 

Gününün  quralları  yerinə  yetirildi.  Sonra  “Uluyol-Hünər”  Ailəsinin 

Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə sözünə başladı:  

Hamınız xoş gəlmisiniz. 

Amallaşma  olaraq  Atanın  “Özümlük  –  Özgəlik”  kitabını  oxuyuram. 

Yazdığım yazılar da Amallaşarkən düşündüklərimdir. 



 

xxx 

Din adamları cəhənnəmə məhkum edir. 

Elm, texnika adamalrı ekoloji fəlakətə, kimyəvi xəstəliklərə məhkum edir. 

İnam  məhkum  etməz,  ruhani  aqibətə  yetirməklə  insanların  da,  bəşərin  də 

gələcəyini yetirər. 

xxx 

Həyatı  savaş  və  yarış  meydanına  çeviriblər.  Əslində  Həyat  –  özünü 

yaratma, yaradıcılıq yeri olmalı idi. 

xxx 

Din – ona qoşulmayanları özünə borclu bilib günahkar sayır. 

Toplum  (Cəmiyyət)  –  ona  qoşulmayanları  özünə  borclu  bilib 

günahkar sayır. 



 

211 


Siyasət – onun arxasınca getməyənləri siyasətin qarşısnda günah-

kar sayır. 

Amal – onun arxasınca getməyəni insanın özü qarşısında günah-

kar sayır. 

Din adamı insaniliyə yetirmir. 

Toplum adamı insaniliyə yetirmir. 

Amal  adamı  insaniliyə  yetirir.  İnsaniliyə  yetməmək  insanın  özü 

qarşısıında günahıdır. 



xxx 

Hər şey adama qarşıdır. Adam da özünə qarşı. 



 

xxx 

Ailə yaşayır, ancaq ailəçilik yoxa çıxır. 

Millət yaşayır, ancaq millilik yoxa çıxır. 

Dünya yaşayır, ancaq bəşərilik yoxa çıxır. 

Mövcud  olmaq  –  var  olmaq  deyil.  Var  olmaq  –  İnsaniliyə  yet-

məkdir. İnsaniliyə yetəndə Ailəçilik əsasında Ailə qurulacaq, millət-

çilik əsasında millət qurulacaq, bəşərilik əsasında dünya qurulacaq. 

 

xxx 

Millətimə qulluq etdiyim üçün sevinirəm. 

Özümə tən olmağa çalışdığım üçün sevinirəm. 

Sabahı özümdə gördüyüm üçün sevinirəm. 



 

xxx 

Bəzən adamlar özlərini necə varlarsa, elə sunurlar – “mən səmimi 

adamam” deyirlər. Əslində burda özünün yanlışına, naqisliyinə haq-

vermə  var.  Ən  böyük  səmimilik  –  özü  qarşısında  səmimi  olmaqdır. 

Özündəki  yanlışları  özün  üçün  boynuna  al (etiraf  elə),  pisliyini  dü-

zəlt. Yetdiyini, yaratdığını sun. O zaman səmimilik görünəcək. 



 

xxx 

Dövlət ödülü – dövlət zənciri. 



 

xxx 

Yaltaqlıqda bənzərsiz, təkrarsız olmaq yarışına giriblər. Zamanın 

məhsuludur yaltaqlıq – təkrarlanan. 

xxx 

Adam İnsanlığını öldürür – ölür. 

İnsan Adamlığını öldürür – yaşayır. 


 

212 


xxx 

Görünən – Görünməyən 

Şöhrətin zirvəsində, yəni uçurumun dibində. 

Tənənin, böhtanın aşağıladığı, yəni həqiqətin ucaltdığı. 



 

xxx 

Allah və bəndə qarşılığı – Allah və  mən. 

Mütləq və İnsan birliyi – Məndə var olan Mütləq. 

Bəndə Allaha can atmır, Allahdan bağışlanmasını, ödüllənməsini 

istəyir, yalvarır, ömrü bu yöndə qurulur. 

İnsan  Mütləqə  can  atır,  özüylə  döyüşür,  yetkinləşir,  kamilləşir, 

ömrünü qurur. 

xxx 

Dinçi Allahın ağalığında yaşayır, Allahın ağalığını yayır, ağalığa 

tabe  olmağı  tələb  edir,  öldürür,  alçaldır,  dəhşət  yayır,  qorxu  yayır. 

Allah sevilmir, qorxudur adamların timsalında. 

İnamçı Mütləqə yetmək üçün özüylə döyüşür, Mütləqə yetmənin 

fərəhini yetirir, öz ömrüylə inandırır, sevdirir. Mütləq sevilir, ideala 

yetmək həsrəti və sevinci yaşayır və təsdiq olunur İnsanların timsa-

lında. 


xxx 

İnsan özü və özümlüyü arasında sınırları aydınlaşdıra bilsə, özüy-

lədöyüş  daha  da  yetkinləşər.  İstək  tələbi  yetirir,  tələb  istəyi  yetkin-

ləşdirir. 



xxx 

Ölkədışı siyasət – dünyaaltı siyasət. 

Ölkəiçi siyasət – dünyaaltı siyasət. 

 

xxx 

Hər  kəs  özü  üçün  yaşayır,  ona  görə  xoşbəxt  ola  bilmir.  Hər  kəs  ailəsi 

üçün  yaşayır,  ona  görə  həyatın  qayğılarından,  çətinliklərindən  başını 

qaldırıb fərəhlənə bilmir. Atanın bir sözü burda yerinə düşür: 

Anamı sevirəm, Amalı ondan çox sevirəm, 

Atamı  sevirəm,  Amalı  ondan  çox  sevirəm…  Bununla  da  anama, 

atama… sadiq qalıram. 

xxx 

İnamım  İdraklaşdıqca,  Mənəviyyatlaşdıqca,  İradələşdikcə  məni 

həyatdan qoruyur. 

xxx 

Toplum (cəmiyyət) adamı satın ala bilir, çünkü adamın məqsədi 

necə olur olsun yaşamaqdır. 


 

213 


Toplum insanı satın ala bilmir, çünkü insanın məqsədi öz ideya-

sına sadiq olaraq yaşamaqdır. 

 

 

 



xxx 

Xalqın dəyəri soydan soya keçən irsdir. Soyları bir-birinə bağla-

yan kökdür. Xalqı özünə tanıdan keçmişdir. Keçmiş – Xalqın gələcə-

yini quran zəmindir. 

Xəlqi  dəyərlər  qutsallığı,  ruhsallığı,  qəhrəmanlığı,  özündənkeç-

məni, müdrikliyi ifadə edir.  

Dəyərlər xalqın elə bir ucalığıdır ki, o ucalığa yetmək, can atmaq, 

qorumaq hər bireyin qutsal borcudur. O dəyərlərlə yaşamaq, o dəyər-

lərin anlamını özünə demək, balalarına demək, yaşatmaq gərəkdir. 

Bəs niyə dəyərlərə hücumlar var? Ən birincisi, xalqı öz gözündən 

salmaq.  Onu  köksüz,  keçmişsiz,  zəminsiz  qoymaq.  Onun  keçmişini 

gözdən  salmaq  ki,  özünə  inamı  itsin.  Öz  gözündən  düşən,  özünə 

inamı itirən sabahına necə baxar?! 

İkincisi, toplumsal fikirdə qarışıqlıq yaradır. Dəyərə qarşı çıxanı 

həm  qoruyurlar,  həm  də  ona  qarşı  çıxırlar.  Subyektiv  və  obyektiv 

fikirlər  bir-birinə  qarışır.  Aydın  və  konkret  fikir  formalaşmır.  Əsas 

məqsəd dəyəri ucalıqdan salıb onu müzakirə obyektinə çevirmək və 

adiləşdirməkdir. Gənc soy çaşır, necə yanaşmağın gərəkliyini bilmir. 

Biri  deyir,  ikisi  deyir,  üçüncüsü  nə  desə  ona  inanır.  Həm  də  elə 

şeylər var ki, onu anlamayaraqdan qoruyanda ziyan olur. Deyək ki, 



 

214 


Atanı  dərk  etmədən  Atadan  danışmaq,  onu  verə  bilməmək  Ataya 

ziyan verməkdir. 

Özgəçiliyə,  özgələrə  meyil  salmaq.  Nitşeçilər,  Karnegiçilər, 

Freydçilər (ardıcıllar) yaranır. Nəsimi, Qorqud, Babək ardıcılları ya-

ranmır. Özgələşmə yer salır xalqın içində. Dəyərlərinə doğma olmaq 

çağdaş sayılmır, dəyərlərinə özgələşmək, yadlaşmaq çağdaş sayılır. 

Xalqın  elə  dəyərləri  var  ki,  onu  araşdırmaq  olar,  ancaq  onu  adi 

səviyyədə müzakirə obyektinə çevirmək – qutsallığı adiləşdirməkdir. 

Adamın gözündə adiləşən dəyər bir gün tamam sıradan çıxır. 

Ata  “Azərbaycanımız  –  Azərbaycanlığımız”  dəyərlər  sistemini 

yazdı,  əsaslandırdı.  Anlamalı,  dərk  etməli,  yaşamalı,  qorumalı,  sun-

malı olduğumuzu bizə dedi. O dəyərlər sistemini oxuyan istənilən bi-

rey özünün bu xalqdan olduğu ilə öyünər. Bu xalqdan olmayan oxusa 

da, belə bir xalqın varlığına sevinər. 

Bu  dəyərlər  ömürdə  yaşamalıdır.  Ömürdə  yaşanmasa,  onu  bir 

tarix kimi, ədəbiyyat kimi qoruyanda qıraqdan-qırağa qorunur. 

Ay  içində  Ocaq  işləri  görmüşəm,  görməkdə  də  davam  edirəm. 

Tədbirlər kitabını çap edirəm. 

Qubada  olanda  Atanın  rusca  bir  kitabının  düzəlişlərini  elədim. 

Həm də Qubada ayrı-ayrı yerlərə gedişlərim oldu, söhbətlərim oldu. 

Saytımızda  bu  haqda  yazım  gedib.  Orda  söhbət  etdiyim  insanların 

hamısının  Atadan  bilgisi  vardı.  Hətta  Mədəniyyət  və  turizm 

şöbəsinin  başçısı Atanı qəbul etməsə də, Atanın görüntüsünü telefo-

nunda  saxladığını  dedi.  Mən  dedim  ki,  siz  kitab  oxuyarsınızmı?  O, 

dedi  ki,  kitab  oxumayacam.  Mən  ona  yalnız  “Özəl  Buraxılış”ımı-

zı  verdim. Orda ədəbi məclisin başçısı Şıxəmməd bəy Atanın kitabı-

nı  ona  sunanda  Atanın  şəklini  öpdü.  O,  Atanın  öyrəncisi  olubmuş. 

Ona verdiyimiz ədəbiyyatları da ayrıca qoruyub saxlayır. 

Qubaya ardıcıl Ocaq səfərləri olub. Hər səfər sorumluluq gətirir. 

Ocaqdan bilgi var, indi gərək Ocaq çalışmalarından davamlı bilgi ve-

rilsin. Səfər məndə yenilənmə və sorumluluq yaratdı.  

Atamız Var olsun! 

 

İnamlı  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Bu  ayda  baş  verən 

olaylara  göz  yetirdikcə  Atanın  işinin  önəmi  mənim  üçün  getdikcə 

təsdiqini tapır. 

Asif Atanın “Mütləqləşmək – Var olmaq” Bitiyini oxuyuram. Ru-

hani  varlıq  qonusu  mənim  diqqətimi  daha  çox  çəkdi.  Ata  deyir  ki, 

“Cəmiyyətin  səviyyəsi  maddiyyatın  səviyyəsi  ilə  yox,  ruhaniyyatın 



 

215 


səviyyəsi  ilə  müəyyən  olunur”.  Ancaq  çağımızda  maddiyyat  ölçü 

olub,  ruhaniyyat  yox.  Asif  Ata  deyir,  maddiyyat  zəruridir,  ancaq 

insanın ölçüsünə çevrilə bilməz. 

Mən  özüm  üçün  belə  aydınlaşdırmışam  ki,  toplumun  maddiləş-

məsində daha çox rol oynayan din olub. Oxuduğum bəzi ədəbiyyat-

lara  görə  islama  qədər  türk  maddiyyatçı  olmayıb,  yurdçu  olub, 

əməkçi olub, döyüşçü olub – heç vaxt gödənçi olmayıb. 

İslamdan  sonra  daha  çox  maddiləşdi.  Çünkü  islam  dolayısı  ilə 

həyatı maddiliyə bağlayır. Cənnətə çağırma əslində o deməkdir. Ata 

deyirdi  maddiyyat  minimal  olmalıdır.  Ruhaniyyat  dünyanın  ölçüsü 

olmalıdır, maddiyyat önə keçməməlidir. 

Atanın  başqa  bir  fikri:  “Maddiyyat  cəmiyyətin  yaradıcısı  yox, 

alətidir. Maddiyyat cəmiyyətin yiyəsi yox, xidmətçisidir. Maddiyyat 

orqanizmin tələbini ödəyir, İnsaniliyin tələbini ödəmir”. 

Maddiyyat  insana  qulluq  eləmədi,  ağalığa  gərək  oldu.  Ona  görə 

də İnsanilik maddiyyatdan aşağı ölçülür. 

Ata  deyir:  “Mənəvi  ziddiyyətlərin  həlli  maddi  münaqişələri  ara-

dan qaldıra bilər”. Bu, o zaman mümkün olar ki, insan birey olaraq 

özüylə uğraşacaq. Özündəki olanaqları (imkanları) aşkarlayacaq.  

 

 



Ata  deyir:  “Cəmiyyət  ruhani  birlikdir”.  Təbii  ki,  Ata  bugünkü 

cəmiyyəti deyil, olacaq cəmiyyəti deyir. 

Bireylər özüylə uğraşacaq, öz mahiyyətinə uyğun yaşayan insan-

ların birliyindən yaranan toplumda mənəvi ziddiyyətlər aradan qalxa-

caq, maddi problemlər çözüləcək… 


 

216 


Kamilləşmə  hesabatımla  bağlı  onu  deyim  ki,  öncəki  illərimlə 

tutuşduranda bu gün məndə qeyz, acıq (özündən çıxma) o dərəcədə 

deyil. Özümün öhdəmdən gələ bilirəm. 

Bu ay bir dəfə özümdə paxıllıq duyğusu üzə çıxartdım, işlə bağlı. 

Düzü,  bu  duyğu  mənə  utanc  verdi.  Fikiləşdim  ki,  bu  duyğu  məndə 

hələ  qalıbsa, ürəyimi  qoruya  bilmərəm.  O  anda  mən  o  duyğunu  öt-

düm. Atamız Var olsun! 

 

İsa  Mehdioğılu: Mən  Asif  Atanın  kitabını  oxumamışam,  Soylu 

Atalının yazılarından tanımışam, ona görə də o kişiyə mənim sayğım 

var. 

 Burda  gedən  söhbətlər  ümumxalq  söhbətidir,  hamıya,  hər  kəsə 



gərəklidir. Asif Atanı sevənə də, sevməyənə də. Amallaşmadan söh-

bət getdi. Amallaşma hər kəsə gərəkdir. Hər kəsin öz ideyasına uy-

ğun amalı var. Asif Atanın da özünəxas amalı var. Bu amalın başqa-

sından  fərqi  nədədir?  İslam  amalında  vətən  anlayışı  yoxdur,  vətən 

sözü, vətən sevgisi yoxdur.  

 

 



Əsas odur ki, Allah yolunda get, Allah yolunda öl, islam yolunda 

öl, vətən deyilən anlam yoxdur. Ona görə bu dinin özü milli məsələ-

yə tamamilə tərsdir.  

Burda millət itir, qalır islam. Demək, sən azərbaycanlı olsan da, 

müsəlman olursan, harda olsan müsəlmanlığı qoruyursan. 

Bu  yaxınlarda  bir  məhkəmə  oldu.  Suriyaya  gedənlərlə  bağlı  idi. 

Qəzetdən oxudum, deyir mən getdim orda öz müsəlmanlarımı savun-

mağa. Mən ölümə getmişdim. Sual verdilər ki, niyə ölmədin? Deyir, 



 

217 


məni tutdular. Mən ora kafirlərlə döyüşə getmişdim. Bəşər Əsəd yan-

lılarını  gözə  alır  (nəzərdə  tutur).  İndi  ona  deyən  gərək,  axı  o  da 

müsəlmandır.  Baxın,  hər  ikisi  müsəlman,  ancaq  amalları  tamamilə 

ayrıdır.  Bayaq  İnamlı  Atanın  sözünü  dedi  ki,  Doğu  vaxtilə  Batıya 

diktə edirdi, indi tərsinədir. 

 Müsəlmanda, islamda belə şeylər çoxdur. Allaha bağlılıq o yerdə 

olur ki, hər şeyini itirirsən. Bunun özü elmə də etki göstərdi. İmam 

Qəzali İslamda ən möhtəşəm adamlardan sayılır. Onun bir sözü var: 

hansı elm “Quran”da var, o elmi tanı. “Quran”da olmayan elmi tanı-

ma və onun kitabını əldə eləmə. “Quran”da 7-ci yüzilin elmi var. 7-ci 

yüzillə indiki yüzil arasında nə qədər elm yarandı, yeniliklər yarandı. 

Mənə bir müsəlman deyir ki, günahdır, sən başqa dinin kitablarını 

oxuma. 10-cu yüzildə İmam Qəzalinin dediyini toplum bu gün də sa-

vunur. Budur yenilmə (tənəzzül). Belə şeylər Doğunu Batının ayağı-

na verdi. Dünyanın heç yerində olmayanda Marağa rəsədxanası olub-

du Güney Azərbaycanda. Uruq bəyin rəsədxanası dünyada ən şöhrət-

li rəsədxana olub. Mollalar yığılıb onun özünü də, oğlunu da öldür-

dülər, rəsədxanasını da yandırdılar. Çox qəribədir yandırandan sonra 

yığıldılar  torpaq  gətirib  tökdülər  ki,  himi  görünməsin.  Bu,  indiki 

yenilməni yaratdı. Ona görə Avropa bizə diktə edir. 

 Keçmişi biz yaxşı bilmirik. Hamı bilir ki, Şah İsmayıl türk dilini 

dövlət  dili  elədi.  Uzun  Həsən  dövlət  dili  elədi.  Şah  İsmayılın  oğlu 

Təhmasib mollaların diləyi ilə Şah İsmayılın yaratdığı ən böyük ki-

tabxananı  yandırdı.  Tarixdir  bu.  Oğlu  atasının  yaratdığı  kitabxananı 

yandırdı ki, müsəlmanlığa ziddir. Tənəzzülün səbəbi budur. 

Nurtəkin  deyir,  bir  adam  dedi  ki,  mən  kitab  oxumaq  istəmirəm. 

O,  istəmir  Asif  Atanın  ktabını  oxusun,  çünkü  o,  möhkəm  dinçidir. 

Eyni zamanda bu, keçmişdən qalandır. Mən istəyərdim ki, elə yerlərə 

gedəndə  ərəblərin  keçmişi  ilə  türklərin  keçmişindəki  gələnəkləri 

tutuşduran yazılarla gədəsiniz. İslamda deyilir ki, adam palçıqdan ya-

radılıb,  qadın  da onun  qabırğasından.  Bu  gün  də  bizim  alimlərimiz-

dən  bu  sözü  danışanlar  var.  Bu  əfsanəyə  bugünkü  insanların  ağlı 

kəsir. 

Türk mifologiyalarında məsələlər başqadır, özü də üstündür.  



Toplumumuz bunları öyrənməlidir. 

 

Ayaz Şıxalıoğlu: Asif Ata insanı özünə qaytarır. Adamı adamlıq-

dan  qurtarıb  İnsanlığa  çatdırır.  Adamı  insanlaşdırır.  Adam  nə  vaxt 


 

218 


insan  olacaq?  Nəsimi  demişkən,  o  zaman  ki,  Allahın  əlindən  öz 

ömrünü, gününü alacaq, hətta günahının da yiyəsi özü olacaq. 

Dünyanı Allahın əlindən alıb İnsana vermək istəyir Asif Ata. Çox 

böyük məsələdir bu. 

İş yerimdə müsəlmanlar var, bir-birini də bəyənmirlər. Biri deyir 

bu  sünnüdür,  biri  deyir  o  şiədir.  Oturub  fikirləşmirlər  ki,  bunun 

torpağının yarısı yoxdur. Milli şüuru formalaşmayıb. O, Nəsimisinə, 

Babəkinə kafir kimi baxırsa, belə bir mühitdə insan özünü yaxşı hiss 

eləməz. Bu gedişlərə qarşı Atanın bir insan kimi nə qədər əzab çək-

diyini  görürəm.  Bunu  düşünəndə  insan  özü  pis  olur.  İkinci  bir 

tərəfdən  7-ci  yüzildən  min  il  keçib,  insan  yerindən  tərpənməyib. 

Qaranlıqlar getdikcə qatılaşır. 



 

Ramin Namazov: Çıxış yolu nədir? 

 

 



 

Ayaz Şıxalıoğlu: Çıxış yolu – insan özüylə uğraşmalıdır.  

Oxumalıdır, özüylə döyüşməlidir. 

Bu ömrünü necə yaşamalıdır: İslamın dediyi kimi yaşamalıdır, yəni hər 

şey  Allahın  əlindədir,  yoxsa  insan  özü  çalışmalıdır,  özüylə  döyüşməlidir, 

həyatını  özü  qurmalıdır?!  Bunu  gərək  dərk  edəsən.  Ondan  sonra  hərəkət 

edəsən. 


 

İlham  Mustafa: Mən  sosial  şəbəkələrdə  sonuncu  olayları  izləyirəm. 

İllərlə  Türkiyəni  savaşa  cəlb  eləyə  bilmirdilər.  İndi  Türkiyə  savaş  içinə 

yeriyir. 


 

219 


 

Vəhhabilərlə bağlı şəbəkələrdə şəkillər, görüntülər qoyublar, on-

ların iç üzünü göstərən. Məsciddə vəhhabilər nə oyun çıxarırlar. Giz-

lin çəkilişlər idi. Bütün eybəcərlikləri eləyirlər. Onu görəndən sonra 

bir  daha  sevinirəm  ki,  Atanın  Ocağı  var.  Atanın  kitabını  oxuyan, 

Atanın ruhuna köklənən, onun göstərdiyi yolla yaşayan adam öz ulu-

suna ancaq insanlıq örnəyi verə bilər. Bura millətin, xalqın evidir. 

Kim Atanın insanlıq çağırışına gəlirsə, doğrudan da o, xoşbəxtdir. 

Gedib  Allah  evi  deyilən  yerdə  ruhsuzlaşmaq  yerinə,  gəlib  millətin 

ləyaqətini  var edən  tədbirlərə  qatılmaq  gərəkdir.  Burada  bizim  həm 

insan kimi, həm də millət kimi gələcəyimiz təsdiqini tapır. 

Bölgə məktəblərinin hansındasa var, məktəblərdə dini dərslər də 

keçirlər. 6 yaşlı uşağın başını çadraya büküb din dərsi keçirlər. Na-

maz  qıldırırlar,  oruc  tutdururlar.  Avropa  məktəblərində  də  uşaqlar 

hansısa  sinifdən  sonra  “həyat”  dərsi  almalıdırlar.  Guya  böyüklərin 

bildikləri şeyləri  5-6-cı  sinifdə  bilməlidirlər  ki,  dünya,  həyat  nə  de-

məkdir. Müsəlman ölkələri millətçiliyi, vətənçiliyi unutdurub ancaq 

dinçilik dərsi keçir. Avropa ölkələri də əxlaqsızlıq dərsi keçir. 

Heç birimizə nə din dərsi keçilməyib, nə də Avropa dərsi. Ağlı-

mız da yerindədir, az-çox həyatı da qanırıq. Soylu Atalı demiş, “ayrı 

“qanacağa” da ehtiyacımız yoxdur”. 

Var  olsun  Atanı,  yaratdığı  İnam  bütövlükdə  İnsanlıq  üçündür. 

Bütün millətlər üçün İnam yaradıb. 

Mən  uşaqlıqdan  islamdan  uzaq  olmuşam.  Ancaq  gedəcəyim  bir 

yer  də  olmayıb.  Atam  üstümə  düşmüşdü  ki,  sən  Səmərqəndə  gedib 

molla  məktəbini  oxumalısan.  Baxın,  boşluq  olanda  da  o  cür 

məcburiyyətlər olur. 


 

220 


İsa bəy sual verdi ki, Atanın şəkli niyə Günəşin içindədir. Məncə, 

insanlığa  işıq  salmaq  anlamında  günəş  rəmz  kimi  götürülüb.  Mən 

özüm üçün belə cavab tapmışam. İşıq saçsın ki, yol budur. 

Soylu  Atalıya  təşəkkür  edirəm  ki,  mən  onu  tapmışam.  Məni 

boşluğa  düşməkdən  qorudu…  Ağstafada  səfərdə  olanda  Ocaqçılar-

dan  birinə  demişdim  ki,  Soylu  gəlib  bizi  danlayacaq,  işə  mane 

olmayaq.  Soruşur  ki,  Soylu  səni  danlayır?  Dedim  niyə  danlamasın, 

adamla danışmışam, sonra da yoxa çıxmışam. 

Olur başa salır, olur tənqid edir. Mən tam səmimiyyətlə, rahat qə-

bul  edirəm,  desə  ki,  bunu  səhv  edirsən.  Soylu  Atalını  özümə  öyrət-

mən kimi qəbul edirəm. 

Nurtəkin  Atalı: Atanın  belə  bir  sözü  var  deyir,  qaranlıq  qatılaş-

dıqca işığa ehtiyac artır. Söhbətimizin yönü odur ki,  din var və din 

qorxusu  getdikcə  artır.  Azərbaycanda  müxtəlif  yönlü,  məqsədyönlü 

maliyələşən, gənclərin ağlını azdıran, dəyərlərimizi gözdən salan iş-

lər var. Bunların  hamısı bir daha Atanın gərəkliyini təsdiq edir. 

İlham bəy deyir ki, mən dini qəbul eləmirdim, bilmirdim də hara 

gedəcəm.  Çox  insanlar  o  durumdadır,  bilmir  hara  getsin.  Axı  öz 

yönü, yolu yoxdur. Atanı tapanda bir zəmin olur insana. 

Mən bayaq bir fikir oxudum: İnamım idraklaşdıqca, mənəviyyat-

laşdıqca o məni həyatdan qoruyur. Mən duyuram o məni necə qoru-

yur. Enmirəm həyata. 

Bir də ki, kitab oxumaq istəməyən dinçilər haqqında. O, özündə 

belə  bir  sınır  qoymuşdu  ki,  olmaz.   Bu  yaxınlarda  sosial  şəbəkədə 

gördüm  ki,  Atanın  şəklinin  yanında  dinlə  bağlı  fikir  yazılıb.  Mən 

bunu  Güntayla  bölüşəndə  dedi  ki,  o  adamla  mən  söhbət  eləmişəm, 

dini qoruyurdu, mənimlə söhbətdə kəskin ifadələr işlətdi. Ancaq mən 

təmkinli  davrandım.  Bir  müddət  sonra  həmin  adam  sözlərinə  görə 

üzr istədi, bəlli oldu ki, özü dinlə mübarizəyə başlayıb. 

Bəzən belə insanlar olur. Bəzən çoxluğun etkisiylə inananlar olur. 

Məsələn, biz Atanı sunanda elə olur, qarşıdakının içinə şübhə düşür. 

Demək, onun içində sağlam bir şey var, düşünə bilir, araşdıra bilir ki, 

doğru  yönə  də  gəlib  çata  bilir.  Bütün  bunlar  ona  gətirib  çıxarır  ki, 

Ocaqçıların  çalışmaları,  görüşləri  nə  dərəcədə  gərəklidir.  Nə  qədər 

çox  insanla  görüşsək,  o  qədər  insanların  gözünü  açımış  ola-

rıq,  gerilikdən (cəhalətdən) çıxarmış olarıq. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin