Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 37-ci ili
Ulufərəh Ailəsinin Köçəri Ayı üçün Aylıq törəninin
Gediş Yazısı
Gün: 21 Köçəri Ayı;
Yer: Göylü Atalının evi;
Çağ: 15.30.
Törən Odası Ocaq ruhunda hazırlanır. Hazırlığa sorumlu
Üstün Atalıdır.
Ocaq Yükümlüsü Soylu Atalının uğurlaması dinlənilir.
Ailə Gününün qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat.
Ötən İlimizi hansı əhvalla başa vurur, Yeni İlimizə hansı əhvalla
başlayıram?
Qutsal Oxuma: “Sədaqət” Bitiyindən oxunub, öyrənilir.
Carlar:
Ruhsal Ailəçiliyin yaşaması – Özümlüyümüzə yetmək tələbinin
gerçəkləşməsinə bağlıdır.
Gedişi yazdı: Üstün Atalı
15 Köçəri Ayı, 37-ci il. Saray-Soylu
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
15 Köçəri Ayı, 37-ci il. Saray-Soylu
453
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Ulufərəh” Ailəsinin “Ailə Günü”ndə
deyilmiş fikirlər
Ocaq Günsırası ilə 21 Köçəri Ayı 37-ci ildə (fevral, 2016) “Ulufərəh”
Ailəsinin “Ailə Günü” keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə
Ailə Günü başladı. Ailə Yükümlüsü Göylü Atalı (Ataya səcdə ilə sözünə
başladı – Ü.A.):
Uzun zamandır bəlli səbəblərdən əhvalımı kökdə sax-
laya bilmirdim. Qalxıb-enmələrim olurdu əhvalımda. Son mərasim-
dən sonra Soylu Atalının qınağı içimi silkələdi. Düzü öncə sarsıldım,
bir neçə gün o əhvalda oldum. Mənə elə gəlirdi ki, qərarsızlığım var,
ruhani əməlsizlikdən gözü kölgəli kimiyəm sanki. Ancaq durumum-
dan xoş əhvalla çıxış tapdım. Soylu Atalı Özəl Buraxlış üçün mənə
Atadan yazılar seçməyi tapşırmışdı. Onu seçərkən oxuyurdum, oxu-
duqca içim durulurdu. Yunis İmrənin bir sözü var, deyir ki, dərdi
dünya olanın dünya boyda dərdi var.
Doğrudan da, böyük dərd üstə yaşayırsansa, bu dərd səni böyü-
dər, fərəhləndirər, için durular.Yəni böyük dərdlə birlikdə özün də
böyüyərsən. Mən burdan yoluma davam edərək özümə dedim ki, ba-
laca duyğularda, balaca düşüncələrdə ilişib qalma. Əlbəttə, mən bili-
rəm ki, Ata mənim varlığıma girib. Yəni mənim başqa yönüm, başqa
yolum yoxdur. O sarsıntının nədəni də odur ki, bir anlıq mənə elə
454
gəldi Ocaq gözardı edir məni. Bunu düşünəndə pis oldum, mümkün-
dürmü mənim Ocaqsız yaşamağım. Mümkün olmadığını gördüm.
Soylu Atalı: Ocağın tələb etdiyi yol olduqca dərindədir. Çox də-
rindədir. Biz o dərinliklərə, çağaşırı baş vurduğumuz qədər Ocağı
dərk edirik, anlayırıq. Bir yol o dərinliklərə baş vurmaq, hesab eləmi-
rəm ki, bizi arxayınlaşdırmalıdır. Yəni biz o dərinliklərə baş vurmu-
şuqsa, tanıyırıq, Ocağı artıq bilirik deyib arxayınlaşmaq olmaz.
Dərinliklərə daim baş vurmaq gərəkdir. Azərbaycan nağıllarında belə
bir cəhət var. İgidi Quyuya salırlar. O gedib görür ki, yerin altında
qaranlıq dünya deyilən bir şey var və bu qaranılq dünyanın öz sakin-
ləri var. O sakinlər şər qüvvələrdir. Div var orda və divin növündən
olanlar var. Onların yerin altında olması dərinlikdə olması anlamına
gəlmir. Şər qaranlığa çəkilib, gizlinə çəkilib anlamına gəlir. Şər
qüvvələr həmişə qaranlığa, gizlinə çəkilir. Bu gizlilik cəmiyyətin
ümumi halında da var.
Bizim, Ocaq olaraq, öz dünyamız var. Biz bu cəmiyyətin içində
yaşayırıq. Küçəyə çıxıb gedəndə uzaqbaşı davranışımızla fərqli gö-
rünə bilərik. Ancaq üzdən baxanda, geyimdən-filandan fərq görün-
mür. Mən hansı dünyanın sakini olduğumu ifadə elədiyim dərəcədə
bəlli oluram. Onun dərinliklərində yaşadığım qədər. Bəlli olmaq
üçün ideyanın, tələbin dərinliklərində yaşamalyam. Biz çağaşırı Oca-
ğın dərinliklərinə baş vurub geri çəkilməli deyilik, biz o dərinlikdə
yaşamalıyıq. Onda nə baş verir? Biz heç nədə çaşmırıq. Biz heç bir
nədə sual qarşısında qalmırıq. Bizim ayrı yolumuz yoxdur. Mən
Amaldaşlarıma ərk eləyib deyirəm ki, onlar çox yollar keçiblər, çox
böyük fədakarlıqlar eləyiblər. Bu yerdə mən onların fədakarlıqlarına
heyrət eləyirəm. Ancaq məsələ bu cəhətlərlə bitmir. Ocaqçılarımız
bəzən bu dərinlikdən yorulurlar elə bil, üzə çıxırlar. Bəzən hamı kimi
olurlar. Hamı kimi olanda da çaşırlar. Hamı kimi olur, ancaq hamı
kimi yaşamaqda davam eləyə bilmir və yenə çaşır. Ona görə sarsılır.
Biz, yaxşı anlamda, məhkumuq bu dərində yaşayaq, ordan çıxmayaq.
Məsələn, Göylü 17 ildir Ocaqdadır. 17 illik bir Ocaq ömrü qırıla bil-
məz, itə bilməz, görünməz ola bilməz, mümkün deyil. 17 il bir igidin
ömrüdür. Ocaqdan çıxanlar var. Ocaqda 10 il olub uzaqlaşan adamlar
var. Tanıyıram. Onlar bilmirlər ki, ölüdürlər. Harda varsan? Bəsitlik-
də varsan. Cılızlıqda varsan. Kiçiklikdə varsan. Ocağa girib-çıxan
adam cəmiyyətdə daha eybəcər səviyyəyə düşür. Niyə? Çünkü gəlir,
455
Ocaqda idealla üz-üzə dayanır. O gəlib idealın olduğunu bilir, ancaq
idealla doğmalaşa bilmir, çıxıb gedir. Ayrılanda İdeal da onun gö-
zündən düşür. Ona görə necə gəldi elə yaşayır. Eybəcər yaşayır.
Gülnarə Əşrəf: Ocaqdan çıxdıqdan sonra?
Soylu Atalı: Bəli, Ocaqdan gedəndən sonra. Mən o adamları tanı-
yıram. Ona görə biz, Ocaq olaraq, Ailə Günündə hesabat veririk.
Ancaq Ocaqda Ailənin tələblərinə uyğun hesabat çox az hallarda alı-
nır. Bu, Ocağın zəngin, dərin olmasından irəli gəlsə də, həm də
Ocaqçının o dərinliyə, zənginliyə daim enməməsindən doğur. Niyə
deyirəm biz bu tələblərə həmişə uyğun hesabatlar verə bilmirik? Bə-
zən Ocaqçı hazırlaşır, söz axtarır deməyə. Ocaqçı söz axtarmalı
deyil. Biz mənəviyyatımızı qurub onun gözəlliklərindən çıxış eləyi-
rik. Bizim sözümüz odu. Bizim qurduğumuz mənəviyyatda nə var? –
Xalq qutsallığı, insan ucalığı, bəşər sevdası, vətən qutsallığı… Ata nə
deyir Mutləqə üz tutanda?! –“Bunları yığacam içimə və bunlardan
daha yüksək, daha kamil bir surət yaradacam. Ömrüm boyu ona səc-
də qılacam”. Müqəddəslikləri sayıb deyir ki, bunları içimə yığacam.
Onlardan Yüksək, əlçatmaz bir surət yaradacam, ömrüm boyu ona
səcdə qılacam…
İçimdə sənin gəlişinə əngəl olanlar var. Əngəl olanlar nədir? –
Şərdir, bəsitlikdir, balacalqdır, xudbinlikdir, xudpəsəndlikdir, eybə-
cərlikdir. Bunların hamısını içimdən çıxaracam ki, sənin gəlişinə
mane olmasın. Baxın, hesabat budur. Bizim sözümüz burdan yaranır.
Biz konfranslarda çıxış eləmirik. Biz mənəviyyatımıza yığdıqları-
mızla üz-üzə durub hazırlaşmalıyıq ki, onu necə deyəcəm. Biz kitab-
lardan, tarixlərdən əldə etdiyimiz biliklə gəlib çıxış eləmirik. Eləmə-
məliyik. Biz elmi ağıl yaratmırıq, biz mənəviyyat yaradırıq. Mənəvi-
yatımızdan çıxış edirik. Qıraqdan, kitabdan, ordan-burdan dənlədik-
lərimizdən çıxış eləmirik. Bax, Ocağın dərinliyi məsələsi budur.
Əgər biz bu dərinlikdə daim yaşasaq görün necə olar?! Mən bir yazı
başlamışam – “Gəlişmə və antigəlişmə”. Bu yazını Hüqonun “Səfil-
lər” əsəri üzərində başlamışam. Ona, epiqraf kimi, Asif Atanın bir
kəlamını seçmişəm – “İnsan ən pis mühitdə belə yaxşı olaraq qala
bilər”. Nə demək istəyirəm?
456
Bizi yörələyən cəmiyyət pozulub, dağılıb, məhv olub. Mənim də
içimdə gərginliklər yaranır, çünkü həyatda aclıq var, səfalət var.
Ancaq mənim içimdə oturan bir həqiqət eşqi var. Heç nə o həqiqət
eşqinin üstünə kölgə sala bilmir. Heç nə və heç kim. Ona görə mən
vəd verə bilərəm, deyə bilərəm ki, dünya, gəlmişəm səni dəyişməyə.
Yoxsa mən kiməm ki, səni dəyişim. Hansı qüdrəti içimdə oturtmu-
şam ki, cəsarətlə deyəm dünyanı dəyişmək ideyasına qulluq edirəm?!
Özünü dəyişmək çox möhtəşəm bir ideyadır. Ona görə “İnsan ən pis
mühitdə belə yaxşı olaraq qala bilər” deyir Asif Ata. Əgər buna mən
inanıramsa, niyə təmiz olaraq qala bilməyim. Niyə pis mühitdə yük-
sək yaşamayım, yüksək olaraq qalmayım? Niyə o mühitin içinə qarı-
şım, sarsılım, sınım, əzilim, mühit duyğularımı sıradan çıxartsın?!
Duyğularım yiyəsizdirmi ki, onu sıradan çıxartsın?! Yiyəsizdirsə,
ona içimdə yiyə yaradım.
Mən öz yüksək idrakımla ona yiyə yaradıram. Heç bir qıraq etki
onu vurub sıradan çıxara bilmir.
Mən sizə nağıl danışmıram, həqiqəti danışıram. Asif Atanın orta-
ya qoyduğu həqiqəti. Ömründən ishar elədiyi həqiqəti, yaratdığı
həqiqəti. Mən ona çatıram, ona çatmışam. Bax, Ocaqçı biləndə ki,
nəyin peşindədir, onda heç nə onun dizini bükə bilməz. Onda onun
içi kükrəyər, onda onun içi haray çəkər. Mən niyə Ocaqçılarımıza de-
yirəm, danışanda qorxa-qorxa danışmayın?! Bilirəm sorumluluq du-
yursunuz. Ancaq sorumluluğu dərində dərk edən adam ötkəm
457
danışır. Sənin ötkəm danışmağın dərinliyə dayanır, fərəh qaynağına
dayanır. Heyrət qaynağına dayanır, vüqar qaynağına dayanır.
İnsanların qarşısında ötkəm danışıram, çünkü mən onun içində-
kindən danışıram, onun içindəkinə qulluq edirəm. Sənin içində nə
var? Sənin içində səndən artıq olan İnsanlıq var. Onu üzə çıxardıram,
ona qulluq edirəm, ömrümü ona həsr eləmişəm. Yolunu de, deyim
kimsən. Sənin içindəki Allahdır, mən ona qulluq edirəm. Müsəlman
Allaha qulluq eləmir, müsəlman xurafata qulluq eləyir, cəfəngiyyata
qulluq eləyir. Müsəlman qorxur, demək istəmir ki, sənin içində Allah
var.
Gülnarə Əşrəf: Bu müsəlmanlar elə bil dar çərçivədədilər.
Öyrəndiklərinin də sonucu yoxdur. Xurafat niyə görə alınır? Çünkü
tətbiq eləyə bilmirlər, onların danışdıqları tətbiq oluna bilmir.
Soylu Atalı: Kitabdan, tarixdən yığılan bilik ayrı şeydir, içəridəki
həqiqətdən gələn bilik ayrı şey. Mən içimdəki həqiqətdən danışıram,
o biri ağızdan eşitdiyini, molladan eşitdiyini həqiqət deyə danışır.
Bütün məsələ bundadır.
İnsanın böyük olduğunu, insanın içində əzəli, əbədi, kamil sonsuz
məna daşıdığını bilirsənmi? Bilmirsənsə bil. Niyə icində əzəli, əbədi,
kamil sonsuz məna olduğu halda, onunla vəhdətdə deyilsən? Öləri,
keçici, ötəri, qeyri-kamil, sonlu olanla birlikdəsən. İnsan bunu özünə
deməli və bundan çıxmalıdır. Ocaq bunu öyrədir.
Göylü Atalı: Allah anlamına münasibəti düşündüm indi. Atanı
misal çəkirsən – Mutləq haqqındakı fikri – Sən mənim atam, Mütlə-
qimsən. Son günlər “Quran”ı səsli dinləyirəm. Bir az gözümdə prob-
lem var deyə oxumuram, dinləyirəm. Deməli, ardıcıl qulaq asıram,
görürəm sunulan Allah obrazı o qədər qorxunc, amansız, eqoist, aq-
ressiv xarakterizə olunur ki, adam oxuduqca üşənir ki, belə də Allah
olar?! Yəni bizim Mütləqə münasibətimiz hara, dinin Allaha
münasibəti hara?
Soylu Atalı: Ata yazır (insan Mütləqə üz tutur): yanında cılızam,
kiçiyəm, keçiciyəm, adiyəm, bəsitəm. Qolumdan tut, qaldır məni.
Ömrümdə səndən ali bir surət yaradacam, ömrüm boyu ona qulluq
edəcəm, ona səcdə qılacam. Yəni necə varam azam, insan kimi ozü-
458
mə çatmamışam. Sən mənim içimdəsən, ona yetməmişəm, cılızam.
Müsəlman kimi demirik ki, mən Allahın yanında faniyəm. Nə qədər
ki, insanlığa yetməmişəm, kamilləşməmişəm, cılızam, ancaq fani de-
yiləm. Mən ona yetmək iqtidarındayam, yetmək haqqının yiyəsiyəm,
Allah olmaq haqqının yiyəsiyəm. Müsəlman onu demir.
Gülnarə Əşrəf: Müsəlmanlar deyir “mən Allaham” demək kafir-
likdir. Müsəlman deyir insan Allahın bəndəsidir, siz də deyirsiniz
Allahın özüdür. Yəni insan Allah səviyəsinə qalxır, içindəkinə çatır.
Üstün Atalı (Ataya səcdə ilə sözünə başladı – Ü.A): Bu ay Ocaqla
bağlı iki əməlim olub, biri Soylu Atalı ilə müsahibəm olub, bir də
Ulusəsin bacısı Elmira xanımın Anım Törənini kitablaşdırmağa
kömək etmişəm. Hər birini özüm üçün gərəkli sayıram, hər birinə
qatıldıqca yenidən ağlıma bir şeylər çatdı. Dərgi üçün hazırladığım
müsahibə mənim ixtisasımla bağlı idi, yəni Azərbaycandakı öyrət-
mənlərin sualları ilə bağlı idi. Suallara Soylu Atalı dolğun cavab ver-
di. O sualların cavablanmasından bu çıxırdı ki, yaxşı öyrətmən ol-
maq üçün yaxşı insan olmaq gərəkdir. Yenə də, peşədən asılı olma-
yaraq, gəlir Atanın dediyi məsələyə, adam gərək insan olsun ki, onun
dediyinin yörəsində etkisi olsun. Vicdanı təmiz, sözündə bütöv əqi-
dəli insanlar çox azdır. Bunun sonucudur ki, təhsilin durumu,
insanların durumu bu səviyyəyə gəlib çıxıb. Gəlib o məqama çatırıq
ki, insan özünü dəyişməlidir. İnsan içindəki Mütləqə yetməlidir ki,
onun işığı görsənsin.
Özümün halımla bağlı balaca bir yazı yazmışam, onu oxuyacam.
Yörəmdəki hər şeyi qüsursuz görmək istəyirəm, ancaq belə bir istək
məni kobudlaşdırır, acıqlı edir. Deyə bilmərəm ki, yanlışlıq var,
ancaq tələskənlik çoxdur, səbirsizlik çoxdur. Bəzən hiddətlənirəm,
niyə o mənim kimi deyil. Cavabını da özüm verirəm, mənim kimi
olmaq üçün əqidəli olmalı, həqiqəti eşitməlidir. Bəzən qarşımdakı
insandan çox şeylər umuram.
Ancaq, dediyim kimi, bu bir tələskənlikdən doğur. Axı mən özüm
hər şeyi bir anda anlamamışam. 18 il vaxt gərək olub. Bu 18 il
mənim üçün nə demək olub? Həyatın çirkabından, adiliyindən
qorunub Ocaqçı kimi formalaşmışam…
Mən Elqalaya bir dəftər almışam. İstəyirəm bu dəftərdə Ocaq yö-
nündə düşünüb nələrsə yazsın. Ancaq konkret olaraq yazıb tədbiri-
459
mizə gəlsin. Bir evin içində iki yad insan böyüyə bilməz. Əgər bir
yerdə nəfəs alırıqsa, ağıllarımız, ruhumuz da bir olmalıdır. Yön bir
olmalıdır. Bizim münasibətlərimizdə ürəyim istəyən kimi doğmalıq
yoxdur. Ancaq o yoxluğun nədənini mən özümdə görürəm. Əgər
mən Ocaqda olmağımı xoşbəxtliyim sayıramsa, bu yöndə addımlar
atıramsa, onun da xoşbəxtliyi odur ki, Ocaq yörəsində, yönündə
böyüyür.
Göylü Atalı: Mevlananın belə bir sözü var ki, insan paltarına bir
çirk düşəndə tez onu təmizləməyə çalışır, ancaq qəlb evimiz, mənə-
viyyat evimiz çirklənəndə buna heç önəm də vermirik.
Bu vaxta kimi istər şəxsi həyatımda, elə Ocağın da həyatında
zahiri tərəflərə daha çox fikir vermişəm, nəinki mənəvi tərəflərinə.
Xüsusən özümlə bağlı bunu deyirəm, son vaxtlarda bunu artıq ciddi
düşünürəm.
Soylu Atalı: Yadıma düşmüşkən bir məsələ haqqında danışmaq
istəyirəm. Hər dəfə bizim tədbirdə bu məsələ ortaya gəlir.
İnsanlar var ki, polemikanı daha çox sevir. Polemikanın öz yeri
var. Ancaq bu cür tədbirlərdə danışıq nizamı, sistemi olmalıdır. İnsan
düşüncəsini, hesabatını, sözünü o nizamın içinə alanda çox şey onun
ağlına oturur. Polemik söhbətlər bu nizama kömək edir, ancaq onu
əvəz etmir. Bizim toplumumuz fikir demək yerinə, daha çox sözgü-
ləşdirməyə öyrəşib. Sözkəsmədə həşir yaranır, qarşı tərəf danışa da
bilmir onda. Bir var bu anda doğan söz, bir var içəridə böyüyən, ye-
tişən söz. Mən içəridə yetişən, böyüyən sözü deyirəm. Bu anda, bir
məqamda gələn sözü demirəm axı. Bu anda kiminsə fikri mənim da-
nışığımdan irəli gələ bilər. Ancaq mən kimsə nəsə danışanda ondan
stimul götürmürəm, mən içəridən stimul götürürəm. Mən onun yanlı-
sıyam.
İçəridən stimul götürə bilmirsənsə, eybi yox, onda polemika
aşaması gələndə öz fikrini deyərsən. Danışanda bir-birinə sayğı
duymaq gərəkdir.
Tarixdə filosoflar olub, siz bilirsiniz ki, filosof siyasətçi deyil,
siyasətçi məqam gözləyir. Filosof dünyanın mahiyyətini düşünüb söz
deyir. Düşüncə adamı hazır, əzbərlənmiş söz demir, o, fikir deyir, o
fikri dağıtmaq doğru deyil. Çünkü onun ortaya qoyduğu fikirdə bö-
yük həqiqətlər üzə çıxır. Bir var yol ilə gedəndə iki adam söhbət
460
edirik, bir də var bu cür məqsədli tədbirlərdə söz deyirik. Hədəfimiz
olmalıdır, çevik söz dəyişmələrində heç nə əldə eləmək mümkün de-
yil. Fikir bayrağı, məna bayrağı altında oturmaq ayrı şeydir. İnsan nə
vaxt nizamlı söz deyə bilir? Sözlə məşğul olanda. Sözlə məşğul
olmayanda danışan adam fikri, düşüncəsi dağınıq olaraq danışır.
Harda gəldi, nə gəldi danışır. Öyrədən, düşündürən, dərk elətdirən
söz başqadır. Mən hesabatlarımda saatlarla məşğul olduğum həqiqət-
dən çıxış edirəm…
İndi bu tədbirə bir amaldaş kimi yön verməyə çalışacam. Hesabat
öz tələbinə yetmir. Amallaşmada deyirsiniz, Asif Atanın filan kita-
bından oxudum. Nə oxudun axı, oxuduğunu bilmək istəyirəm mən,
səndən öyrənmək istəyirəm. Görüm sən Asif Atanın filan kəlamın-
dan nə öyrəndin? O öyrəndiyini açmalısan.
Yeri gələndə Asif Atanın ortaya qoyduğu təməl prinsiplərdən açın
bir-bir. İdeyaları açın. Sizə elə gəlir ki, bilirsiniz. Ancaq görün bildi-
yinizi ifadə edə bilirsinizmi? O vaxt bildiyinlə bir olacaqsan ki, ona
qayıdasan dönə-dönə və ifadə edəsən. Yetkinləşəsən. Ailə Günündə
qıraq adam oldu-olmadı, özünü öyrətmək tələbi var. Özəllikcə Ailə
Gününə, Ocağa maraq göstərən bir adam, beş adam çağırmısansa, o
gəlib səndən Ocağın düşündüyü, dediyi ideyanı öyrənməlidir. Xalqın
içində ideya belə oturur. Ona görə də oxuduğun şeyləri düşünüb
araşdırmalısan. Eləyə bilmirsənsə, eləyə bilmədiyin səbəbləri ortaya
qoymalısan. Hesabat olmalıdır, hesabat elə-belə deyil, getdim xalqın
içinə, filan yerdə söz dedim, görüş keçirdim. Bu bir informasiyadır,
bilgi verirsən. Bir də var, bu səfərin anlamından danışırsan. Səfər nə
demək oldu sənin üçün. Nəylə üzləşdin, nəyi aşdın, nəyi ötə bildin,
içində hansı əngələ rast gəldin? Bu xalqın yönü, filanı, bölgədə sənə
nə dedi? Bunun gələcəyini necə düşündün? Bunlar yarpaq-yarpaq
açılmalıdır.
Sonra kamilləşmə məsələsində. Hələ də Ocaqçılar özlərini tanı-
mağa, tanıtmağa çəkinirlər. Duyğularını tanıyıb deməkdən qorxma-
malısan Amaldaşın üçün. Qıraqdan sənin ayrı-ayrı cəhətlərin onsuz
da görünür. Ancaq sən özün onu tanıyıb deyəndə sorumluluq yaranır.
Deməli, mən buna yenidən əməl etməməliyəm, qüsuru əməlsiz qoy-
malıyam ki, içim böyüsün. Asif Ata deyir, Kamillik özünü tanı-
maqdan başlayır. Özüyün içində pis də var, yaxşı da var. Yaxşını da
demək gərəkdir. Ancaq onu izhar etmək gərəkdir. Təkcə mən böyük
insanam demək yox. Nəyin böyükdür, nəyin kiçikdir – bunların
461
hamısı yarpaq-yarpaq açılmalıdır. Sənin yaratdığın insani ömrün bü-
tün tarixin aşamalarına etki göstərəcək. Asif Atanın bizə öyrətdiyi
budur. Ailənin də Ailə Günündə hesabatı budur. Ataya səcdədən baş-
ladı bizim içimizin arılanmağı. İçini arılasan dalınca idrak gəlir. Qu-
ruculuq. İdraka əngəl olan şeyləri ürəyindən çıxarırsan, olursan ayrı.
Mən Asif Atanın böyüklüyünü görüb ona səcdə qılıram. Biz pad-
şaha səcdə qılmadıq. Yoxsul, ancaq dünyanın bütün hikmətini içinə
yığan bir insana səcdə qıldıq. Qıraqdan bunu görən çox vaxt anlamır.
Niyə inanmır, çünkü onun içində balacalıq var. Balaca xudbin olur.
Uca xudbin olmur. Uca ucalığa səcdə qılır. Mən Asif Ataya qədər
eqoist idim. Özümlə yersiz qürur duyurdum, əslində mənim bir
şeyim yox idi. Mən Asif Atanın varlığına səcdə səviyyəsinə yetəndən
sonra gücüm yarandı içimdə.
Atamızın bayrağını öpürəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Qutsal oxumadan sonra fikir bölüşmələri yönündə söhbət davam
elədi.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsilə “Ailə Günü” sona yetdi.
Günəş Ayı, 38-ci il. Saray-Soylu.
(mart, 2016.)
462
İÇƏRİSİ
“Uluyol-Hünər” və “Ulufərəh”Ailəsinin I “Ailə Günü”nün Gedişatı
(23 Günəş Ayı) ............................................................................................ 5
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin I “Aİlə Günü”ndə deyilmiş
fikirlər ............................................................................................................... 6
“Atagün” Ailəsinin I “Ailə Günü”nün Gedişatı (27 Günəş Ayı) .............. 32
“Atagün” Ailəsinin I aylıq törənində deyilmiş fikirlər .............................. 33
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin II “Ailə Günü”nün Gedişatı
(24 Çiçək Ayı) ........................................................................................... 57
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin birgə “Ailə Günü”
toplantısında deyilmiş fikirlər ......................................................................... 58
“Ulufərəh” Ailəsinin II Aylıq Törəninin Gedişatı (29 Çiçək Ayı) ............ 80
“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ............ 81
“Ulufərəh” Ailəsinin III Aylıq Törəninin Gedişatı (23 İşıq Ayı) ............. 97
“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ........... 98
“Atagün” Ailəsinin III Aylıq törəninin Gedişatı (26 İşıq Ayı) ............... 113
“Atagün” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ............ 114
“Uluyol-Hünər”Ailəsinin III “Ailə Günü” törəninin Gedişatı
(26 İşıq Ayı) ............................................................................................ 135
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 136
“Uluyol-Hünər”Ailəsinin IV “Ailə Günü” törəninin Gedişatı
(25 Şölə Ayı) ........................................................................................... 144
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 145
“Ulufərəh”Ailəsinin IV “Ailə Günü” Törəninin Gedişi (28 Şölə Ayı) .... 159
“Ulufərəh” Ailəsinin IV “Ailə Günü” toplantısında deyilmiş fikirlər ...... 160
“Atagün” Ailəsinin və “Ulufərəh” Ailəsinin V Aylıq Törəninin Gediş
Yazısı (17 Od Ayı) ........................................................................................ 178
“Atagün” və “Ulufərəh” Ailələrinin birgə keçirilmiş V “Ailə Günü”
törənində deyilmiş fikirlər ............................................................................ 179
“Uluyol-Hünər” Ailəsinin V “Ailə Günü” törəninin Gediş yazısı
(28 Od Ayı) ............................................................................................. 209
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər .. 210
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə VI “Ailə
Günü” törəninin Gediş yazısı (26 Qürub Ayı) .............................................. 232
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü”
toplantısında deyilmiş fikirlər ....................................................................... 233
“Atagün” və “Ulufərəh”in birgə keçirəcəkləri Ailə Günü”nün Gediş
Yazısı (24 Xəzan Ayı) .................................................................................. 255
463
“Atagün” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” törənində
deyilmiş fikirlər ............................................................................................ 256
“Uluyol-Hünər”Ailəsinin VIII “Ailə Günü” törəninin Gediş yazısı
(29 Xəzan Ayı) ........................................................................................ 277
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 278
“Atagün” Ailəsinin VII “Ailə Günü” törəninin Gediş yazısı
(26 Yağış Ayı) ......................................................................................... 307
“Atagün” Ailəsinin VII Aylıq toplantısında deyilmiş fikirlər ................. 308
“Ulufərəh” Ailəsinin VIII “Ailə Günü” Törəninin Gediş yazısı
(29 Yağış Ayı) ......................................................................................... 327
“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər .......... 328
“Uluyol-Hünər”Ailəsinin IX “Ailə Günü” törəninin Gediş yazısı
(30 Yağış Ayı) ......................................................................................... 344
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 345
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin Sərt Ayı üçün Aylıq törəninin
Gediş Yazısı (28 Sərt Ayı) .................................................................... .... ... 352
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin Sərt Ayındakı “Ailə Günü”
toplantısında deyilmiş fikirlər ....................................................................... 353
“Ulufərəh” Ailəsinin Sərt Ayı üçün Aylıq törəninin Gediş Yazısı
(1 Qar Ayı) .............................................................................................. 379
“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər .......... 380
“Uluyol-Hünər”, “Ulufərəh” və “Atagün” Ailələrinin Qar Ayında
keçiriləcək Aylıq törəninin Gediş yazısı (17 Qar Ayı) ................................. 402
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü”
toplantısında deyilmiş fikirlər ....................................................................... 403
“Atagün”, “Uluyol-Hünər”in birgə keçirəcəkləri “Ailə Günü”nün Gediş
Yazısı (13 Köçəri Ayı) .................................................................................. 433
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin “Ailə Günü” toplantısında
deyilmiş fikirlər ............................................................................................ 434
“Ulufərəh” Ailəsinin Köçəri Ayı üçün Aylıq törəninin Gediş Yazısı
(21 Köçəri Ayı) ....................................................................................... 452
“Ulufərəh” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər .......................... 453
464
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ailə Kitabı (37-ci il)
(Türk dilində)
Bağlantı qurmaq üçün ünvanlarımız:
www.asifataocagi.com
soyluatali@mail.ru
(051) 585 56 97
(050) 527 70 50
(051) 548 22 68
Dostları ilə paylaş: |