Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq ilsırasının 37-ci ili 

Atagün və Uluyol-Hünər Ailələrinin  

Sərt Ayı üçün Aylıq törəninin 

Gediş Yazısı 

 

Gün: 28 Sərt Ayı; Yer: İnam Evi;  Başlanır: saat 15:00 

 

Oda  Amal  Ruhuna  uyğun  hazırlanır.  Gül-çiçək,  çəkiliş  üçün  gərə-



kən nəsnələr hazırlanır – bunlara sorumlu Nurtəkin Atalı. 

Hamı: “Ata Ruhuna pənah gətirmişik!” – deyir. 

  “Təbiətdəki  Mütləqlə  Gündüz  Təması”,  “Ataya  Günorta  Ricası” 

söylənilir – Günev. 

 

Hesabat qonuları: 

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən. 

2) Toplum ağır dolanışığa görə qorxu içindədir. Bundan qorunmaq üçün 

İnsanlığa, Ulusallığa  uyğun olmayan  hər cür qırağaçıxmalara  baş vururlar. 

Belə bir durumda Ocaqçılar necə davranırlar, ya da necə davranmalıdırlar? 

3) Yurdumuzda, dünyada toplumsal, siyasal olaylar Ocaq görümündə. 

 

  Qonaqlara söz verilir. 



 

Qutsal  oxuma: “Mütləqləşmək   –  Var  olmaq”dan  bir  parça  oxunub 

aydınlaşdırıcı düşüncə sərgilənir. 

 Törəndə ruhsal hədiyyə sunulur. 



 

“Ata  Ruhunu  ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!”   səcdəsi  ilə 

Ailə Günü sona çatır. 

 

Günün carı: 

Ata Yoluna bağlı olan düşüncələr aydın, ürəklər işıqlı və arı olur! 

İnsana sözümüz: Bu aydınlığı, işıqlılığı və arılığı duymaq bəxtiyarlığına 

yet! 


  

Gediş Yazısını yazdı: Soylu Atalı 

21 Sərt  Ayı, 37-ci il. Saray-Soylu. 

(dekabr, 2015.) 

 

 

353 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün” və “Uluyol-Hünər” Ailələrinin 



Sərt Ayındakı “Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq  Günsırası  ilə  28  Sərt  Ayı,  37-ci  ildə  (dekabr,  2015)  İnam 



Evində  “Atagün” və  “Uluyol-Hünər”  Ailələrinin  “Ailə  Günü”  top-

lantısı  keçirildi.  Ailə  Gününün  quralları  yerinə  yetirildikdən  sonra 

“Uluyol-Hünər”  Ailəsinin  Yükümlüsü Nurtəkin   Atalı Ataya  səcdə 

ilə  sözünə  başladı: Bu  ay  artıq  üçüncü  Ocaq  tədbiridir  keçiririk. 

Sonrakı  tədbir  “Ulufərəh”  Ailəsinin  Ailə  Günü  olacaq.  Tədbirlərin 

çoxluğu  yaxşıdır.  Hər  bir  tədbir  qonularına  görə  başqadır,  ancaq 

anlam birdir. Hər bir tədbirə hazırlaşmaq bəlli çağ tələb edir. Bu da 

halı kökləyir. Hər bir Ocaq tədbiri bayramdır, Ailə Günü isə xüsusi 

bir sorumluluqdur. 

Amallaşma hesabatım  – Ay içində Atanın ayrı-ayrı bitiqlərindən 

bölümlər oxumuşam. Hər dəfə oxuyarkən bəhrələnmişəm. Məni hə-

yat  düşüncələrindən,  qayğılarından  ayırıb.  Atanı  oxumağa  ayrılan 

çağ dirilir. 

Ay içində Ocaq əməllərim olub. 

Kamilləşmə  yönündə  özümlə  üz-üzə  qalmağa  vaxt  ayıra  bilmi-

rəm.  Vaxtım  olan  kimi  Ocaq  əməli  görürəm,  ya  oxuyuram.  Boşluq 


 

354 


olmur.  Amallaşdıqca,  idrakım  yetkinləşdikcə  yanlışlarım  aradan 

gedir. 


Xalqlaşma  yönündə  internet  üzərindən  söhbətləri  artırmışam. 

Evdən çölə çıxmaq həsrətimi hələ ödəyə bilməmişəm. 

İndi yazılarımı oxumaq istəyirəm. 

 

xxx 

Xalq  özünün  kimsəsizliyini  və  yetimliyini  görür,  ancaq  dərk 

etmir. Gözü elə qorxub ki, addım atarsa, durumu daha da pisləşəcək, 

ağırlaşacaq  deyə  düşünür.  Azərbaycanın  zəlilləşməyə,  mağmınlaş-

mağa  haqqı  yoxdur.  Çünkü  Atasının  arxasınca  getməyib  yetim 

qalanların ağası çox olur. 



xxx 

Dinin  Allahına  innamaq  üçün  idraksız  olmaq  gərəkdir.  Allahlıq 

anlamına inanmaq üçün idraklı olmaq gərəkdir. 

 

xxx 

Xeyirə inanmaq – Özünə inanmaqdır. 

Şərə inanmaq – özünə inamsızlıqdır. 

Şər inamsızlıqda yaşayır. 

Xeyirə inanmaq – Xeyir uğrunda döyüşü yetirir. 

Şərə inanmaq – Şərə tabeçiliyi yetirir. 

Xeyir uğrunda döyüş – özünü təsdiqdir. 

 

xxx 

Möhtəşəm dövlət görüntüsü və yazıq xalq. 

SSRİ-dən qalma görüntü alışqanlığı hələ bizi tərk etməyib. 

  

xxx 

Dövlətin başına gələn özü üçün yaşayır, xalqını düşünmür və tari-

xə düşdüyünü sanır. Tarixdə qalmaq olar, – sayğı və sevgi ilə anıla-

raq,  ya  da  nifrətlə  anılaraq.  Xalqını  düşünməklə,  xalqı  üçün  çalış-

maqla tarix yazılır – Atatürk kimi, Qandi kimi… 

 

xxx 

Özümlə  döyüşürəm  ki,  şərlə  döyüşə  bilim  –  yadlıqla,  yağılıqla 

döyüşə  bilim.  Özümlə  döyüşürəm  ki,  bugünüm  bugünlüyündə  qal-


 

355 


masın,  sabaha  çatsın.  Millətimin  bugünü  bugünlüyündə  qalmasın, 

sabaha çatsın. 



xxx 

Yalan – yaşamaq uğrunda savaşın yetirdiyidir. 

Həqiqətçilik – var olmaq, var etmək gücünün yetirdiyidir. 

  

xxx 

Maddi  səfalətdən  də  dəhşətlisi  mənəvi  səfalətdir.  Maddi  durum 

qalxıb-enə bilər, mənəvi səfalət isə yarandısa, qalxması asan olmur. 

  

xxx 

Adam  Adamlığından  əl  çəkməlidir  –  özümlüyü  üçün,  milləti 

üçün, bəşər üçün. 

Adam Adamlığından əl çəkməlidir – sabahı üçün. 



 

xxx 

Adam taleyi – Dindən asılı, iqtisadiyyatdan asılı, siyasətdən asılı. 

İnsan  taleyi  –  özümlüyündən  asılı,  ruhaniyyatdan  asılı,  Amaldan 

asılı. 


Birinci  asılılıq  –  əsarət  yaradır,  ikinci  asılılıq  –  yiyəlik  yaradır. 

Adam asılı olduğu qədər əsarətə düşür, İnsan özümləşdikcə yiyələşir, 

özümləşir. 

xxx 

Durum: Can verən dövlətin atəşfəşanlıq görüntüsü. 



 

xxx 

Hamılıqla ləyaqətsizləşirlər. 

Hamılıqla mənəviyatsızlaşırlar. 

Hamılıqla ölürlər. 

Millət şəxsiyyətlərində diri qalır, yaşayır. 

 

xxx 

Dəyərinə,  dilinə,  mədəniyyətinə  yadlaşan  millətin  sabahı  da  ona 

yadlaşacaq. 

xxx 

Dünyada heç bir şey sabit deyil. Zamana, həyata, gedişə bağlı nə 

varsa,  dəyişkəndir.  Adamlıq  halı  dəyişkəndir.  Adama  bağlı  – 

yanaşma, davranış, yaşam dəyişkəndir. 



 

356 


Dəyişkən olmayan – İnsanlıqdır, İnsanlıq halıdır. 

Sabit  olanın  bir  üzü  var,  dəyişkənin  min  üzü.  Ömrü  dəyişkən 

olana deyil, sabit olana yetirmək gərəkdir. 

  

xxx 

Bəndənin  alın  yazısını  Allah  yazır.  Balaca  dövlətlərin  taleyini 

böyük dövlətlər. 

Bəndəlik alın yazısına tabe olur, onu doğruldur. 

Balaca  dövlətlər  də  siyasal  talelərinə  tabe  olurlar,  böyük 

dövlətlərin istəyini doğruldurlar. 

Dini,  siyasal  alın  yazısından  çıxmaq  üçün  özümləşmək,  özünə 

yiyə olmaq gərəkdir. 

 

Ailə Gününün qonusu haqda: – Ağır dolanışıq həmişə olub. İndiki 



çağda  isə  adamlarda  sabaha  ümid  yoxdur.  Getdikcə  daha  da 

çətinləşən,  daha  da  gərginləşən  bir  durum  içindədirlər.  Neyləmək 

gərəkdir.  Ocaqçılar  həmişə  nə  iş  görürdülərsə,  yenə  də  həmin  işi 

görəcəklər.  Atanın  istədiyi  kimi  minimal  güzəranla  yaşamaq,  Ata 

sorağını daha çox yaymaq. 

Ata deyirdi ki, qaranlıq qatılaşdıqca işığa ehtiyac artır. Hər zaman 

Ataya  ehtiyac  var,  indi  daha  çoxdur.  Çünkü  ağır  iqtisadi  durumdan 

adamların  halı  daha  da  gərginləşir.  Münasibətlər  daha  da  pisləşir. 

İqtisadiyyatdan asılı bir durumda olurlar. Bu durumdan necə çıxmaq 

olar?  Neyləmək  olar?  Yenə  də  Atanın  Yolu,  Ocaqçılıq  bizə  yol 

göstərir. 

Millətinə  qulluq  eləməli.  Nə  qədər  millətimə  qulluq  edirəm,  o 

qədər var oluram. Yola bu cür yanaşmaq gərəkdir. 

 

İsa  bəy  Nurtəkinin  oxuduğu  fikrə  yanaşma  bildirdi.  Alın  yazısı 

haqda soru verdi.(N.A.) 

 

Soylu Atalı: Bu məsələyə əsərlərimin birində geniş cavab vermi-

şəm. Əslində dinin dediyi alın yazısı məsələsi nədir – “ol dedi, oldu”, 

Allahın “ol” dedi oldusuyla olan, bəlli keyfiyyətlərə xasdır. Özündə 

nələrisə  daşıyır.  O  elə-belə  şəffaf  olmayan,  bulanıq  bir  şey  kimi 

olmadı.  Olan,  anlamıyla  oldu,  olan,  tərəfləriylə  oldu.  Təbiət-filan. 

İnsan  gözüylə,  qaşıyla,  ağlıyla,  yerişiylə  düşüncəsiylə  oldu.  Bu 

anlamda  götürsək  bu  bir  “Qədər”  məsələsidir.  Qədərlə  bağlı  Qutsal 



 

357 


Öyrənim  günlərinin  birində  biz  geniş  söhbət  elədik.  Qədər  odur  ki, 

insanın  dünyaya  gəlişi,  niyə  gəlişi,  ya  da  gəlməməsi  mümkünmü  – 

bunlar  insandan  asılı  deyil.  Gəliş  özü,  o  anlayışla  götürsək,  bu  bir 

Qədər  məsələsidir.  O,  insandan  asılı  deyil.  İnsan  fiziki  mövcuddur. 

Bioloji  bir  varlıqdır.  Bu  fiziki  varlıq  bəlli  bir  dövrə  qədər  yaşayır, 

çalışır, bu biçimdəki enerji, güc – onu ayaqda saxlayacaq enerji, güc 

hardasa  tükənir.  Dayanmaqla  fiziki  ömür  dayanır,  yəni  ölür.  Bu  da 

insandan asılı deyil. İnsandan asılı olan yaşayacağı arada olan ömür-

dür.  Sağlam  qurmaq,  doğru  qurmaq,  maksimum  dərəcədə  çalışmaq 

ki,  onu  mənəvi  qurmaq,  fiziksəl  olaraq  sağlam  qurmaq  baş  tutsun, 

bunlar ondan asılıdır. Ancaq bu fiziki ömür hardasa başa çatacaq, bu, 

insandan asılı deyil. Bunu bu anlayışla desən Qədərdir. Ancaq Semit 

dinləri bundan, pis anlamda, çox qabağa gedirlər. İnsanı bu Qədərdə 

sınırlamırlar.  Onun  bütün  düşüncəsini,  hərəkətini,  yerişini,  davranı-

şını, fiziki ömrü boyu nə edəcəksə hamısını Allahın idarəsinə bağla-

yırlar.  Qıraqdan  bir  qüvvə  onu  idarə  edir.  O  qüvvə  də  necə  idarə 

edir? İnsanla bağlı öncədən bir plan tutur. Plan, proqram tutur ki, bu 

filan  yaşında  belə  olmalıdır,  artmalıdır,  əksilməlidir…  Bu  eybəcər-

likdir. Belə şeyi Asif Ata qəbul eləmir, bunu rədd edir. Təbii ki, “ol 

dedi, oldu” – nu da qəbul eləmir. İnsanı əşyaya çevrimək doğru deyil 

axı.  Müsəlman  bəndə,  ya  xristian  bəndə,  fərq  etməz,  özünü  mexa-

nizm  sayır.  Doğrudan  elə  bilir  mexanizmdir.  Məsələn,  maşın  var, 

onun motoru var, filan şeyi var, onu idarə edirlər, biz də Allahın me-

xanizmiyik.  Belə  yanaşma  var.  Halbuki  insan  adlanan  bir  varlıq 

nəinki mexanizm deyil, o, ilahi xilqətdir. O, yaradılışa bağlı xilqətdir. 

Özündə yaradılış mahiyyəti daşıyır. Yaranış mahiyyəti daşıyır, daha 

doğrusu. Ondan yaranma var. O maşını ha qoy ora. Sən gedib onun 

iki dənə qaykasını, boltunu burmasan, o, yaranmır. Ancaq sənin için-

də yaranış var. Səndən dünyaya insan gəlir, davam edir. O insan əllə 

quraşdırılmır, açarla bağlanmır. Onun ağlı, düşüncəsi, idrakı, baxışı, 

sonsuz  olanaqları  onun  özüylə  bir  yerdə  yaranır.  Yaranış  odur.  Bir 

yerdə  yaranır.  O  yaranış  özü  əzəli  bir  xassədir  ki,  o  elə  Allahlıq 

anlamı dediyiniz Mütləqə bağlıdır. Səndə Mütləq təzahür edir. Görü-

nüşə gəlir, nişana gəlir. Necə nişana gəlir? İnsan biçimində, qaş-göz 

biçimində. Yəni bütöv bir varlıq sistem biçimində nişana gəlir, ifadə-

yə gəlir. Bunu din demir. Din səni robotlaşdırır, alətləşdirir. Atanın 

dediyi odur ki, insandan iki cəhət asılı deyil. Əgər Qədər deyə bir şey 

düşünürsənsə,  doğuluş-yaranış  məndən  asılı  deyil,  məndə  yaranış 



 

358 


olanağı  var,  ancaq  yaranış  mənim  istəklərimdən  asılı  deyil.  Bizdən 

qıraqda istənilən kəs, din adamı, deyir ki, Allah istəsə filan olar. Biz 

demirik  Allah istəsə filan şey  olar.  Allahın,  daha  doğrusu  Mütləqin 

istəyib-istəməmək anlayışı yoxdur. Mütləq istəmir, görüntüyə, nişana 

gəlir,  təzahürə  gəlir.  Məgər  kədər  istəsə  göz  yaşı  biçimində  çıxar, 

istəsə  çay  kimi  axar?  Göz  yaşı  biçimində  çıxa  bilər,  çay  kimi  axa 

bilməz. Çünkü kədərin istəyib-istəməmək anlayışı yoxdur.  O kədər 

də  böyük  anlama  bağlıdır,  Mütləqə  bağlıdır.  Onun  cəhətidir.  Bu 

baxımdan da istəyib-istəməmək anlayışı yoxdur. Mütləq daim nişana 

gəlir,  görünüşə  gəlir, insan  özündəki  o  Mütləqi ifadə  edir.  İcra  elə-

mir, ifadə eləyir. Məndə davranmaq olanağı var, onu heç kim quraş-

dırmır,  idarə  eləmir.  Mütləq  odur  ki,  mən  danışanda  mütləq  ağzım 

açılıb-yumulmalıdır,  kobud  çıxmasın.  Yeriyəndə  ayaqlarım  gedib-

gəlməlidir. Mütləq budur ki, bu nizam var, ahəng var, bu uyum var. 

Bu  ayrı  cür  ola  bilməz.  Bu  nişana  gəlişidir,  bu  Onun  görünüşüdür. 

Bu anlamda Mütləq böyük məsələdir. İnsan öz istəklərinə uyğunlaş-

dırmamalıdır  onu.  Bəşəriyyətin  bir  yanlışı  odur  ki,  Mütləqi  düzgün 

dərk eləməməkdən irəli gəlir, hər kəs bir-birinə deyir ki, Allah səni 

xoşbəxt eləsin, məsələn. Bunda iki anlam ortaya çıxır. Biri insanları 

aldadan,  biri  isə  insanın  doğru  olaraq,  səmimi  olaraq  Mütləqə  üz 

tutması. Nə demək istəyirəm. Birinci, insanın bu nöqtədə aldanması. 

İnsan o nöqtədə aldanır, elə bilir ki, o nə qədər çox desə ki, xoşbəxt 

ol,  nə  qədər  dua  eləsə,  Allah  bunu  eşidəcək  və  eləyəcək.  İnsan  bu 

nöqtədə yanılır. Allah sənin istəyini həyata keçirmir. Belə bir anlam 

yoxdur, sən çoxlu yalvarasan, dua edəsən, Allah da bunu eşidə, həya-

ta keçirə. İnsan həmişə Mütləqə üz tutur. İstəyir ki, sənə Mütləq olanı 

arzulasın. Səndə onu görsün. Mütləqin sənin davranışında, sənin xoş-

bəxtliyində nişana gəlməsini görsün. O arzulayır, diləyir, xoşbəxt ol.  

İnsanın  insana  yanaşması,  doğmalıq  yaratması  üçün,  ünsiyyət 

yaratması üçün, bağlılıq yaratması üçün müraciət formasıdır. Yoldan 

keçəndə görürsən biri işləyir, deyirsən “işin avand olsun”. Təbii ki, 

sənin  deməyinlə  bunun  işi  avand  olan  deyil.  Ancaq  bu  bir  ünsiy-

yətdir, insana xoş arzulamadır. İnsanı pis arzulardan uzaqlaşdırmaq-

dır. İnsani yanaşma aurası yaratmaqdır. Ancaq bu o demək deyil ki, 

Allah  eşidəcək  və  sənin  dediyinə  əməl  edəcək.  O  doğru  deyil.  Bu 

anlamda  Atanın  dediyi  və  dinin  dediyi  çox  başqadır.  Atanın  dediyi 

elmin  anladığıdır,  fəlsəfədir  və  sırf  ruhaniyyatdır.  Dinin  dediyi  anti 

ruhaniyyatdır, anti elmdir. Bütün məsələ bundadır. 



 

359 


 

Ayaz  Şıxalıoğlu: Soylu,  mən  düşünürəm  ki,  dediyin  Qədərdə 

bulanıqlıq  var.  Suyun  dibi  görünmür.  Qədərlə  Allah  arasında  bir 

addım  var.  Qədərdə  mistika  var.  Qədərdə  Asif  Ata  yaşamır.  Asif 

Atada  Qədər  söhbəti  ola  bilməz.  Soylu  Atalı  deyir  ki,  dünyaya 

gəlməyim – doğulmağım, ölməyim Qədərdir? 

 

İsa  Mehdioğlu: Qədər  məsələsini  Asif  Ata  da  qəbul edir.  Qədər 

nədir?  Soylu  Atalı  çox  gözəl  dedi.  Qədər  o  şeydir  ki,  məndən  asılı 

deyil.  Qəza  da  var,  Qədər  də  var.  Qədər  məndən  asılı  deyil,  ancaq 

Qəza məndən asılıdır. Çünkü din ikisini də verir Allahın ixtiyarına.  

Qəza  odur  ki,  mən  doğulandan  ölənə  qədər  taleyimdə  nə  baş 

verirsə hamısı lövhi-məhfuzda, kitabda yazılıb. 

Mənim  doğulmağımdan  da  40  il  qabaq.  Mən  ondan  çıxa  bilmə-

rəm – din belə deyir. Əgər orda yazılıbsa ki, mən hansı çağdasa dır-

nağımı  kəsəcəm,  onu  mən  eləyəcəm.  Qədər  də  nədir?  Mən  gəldim, 

bir  gün  gedəcəm.  Belə  ayırmaq  olar  bunları. Məndən  asılı  olmayan 

şeylər Qədərdir, məndən asılı olan şeylər Qəzadır. Burda biz ayrılı-

rıq. Asif Ata qəbul eləmir. Ancaq din deyir ki, Qəza da Allahdandır. 

Asif  Atada  qəza  Allahdan  deyil,  insanın  öz  fəaliyyətindən  asılıdır. 

Əgər  doğulmaq  məndən  asılı  olsaydı,  bu,  Qədər  olmazdı.  Mən  də 

qəbul  edirəm  ki,  məndən  asılı olmayan  şeylər  Qədərdir.  Buna  qarşı 

dura  bilmərəm.  Ölüm  də  Qədərdir.  Ancaq  haçağ  öləcəm,  bu  Qədər 

deyil. Mən bu gün də ölə bilərəm, sabah da ölə bilərəm. Ancaq ölüm 


 

360 


varsa, gəlmişəm gedəcəmsə, bu məndən asılı deyil. Ancaq mübarizə 

apararam çox yaşayaram, mübarizə aparmaram az yaşayaram, bu da 

mənim  ağlımdan  asılıdır.  Hər  şey  ağlın  içindədir.  O  şey  ki,  deyirik 

kökümüz var, o damğa ki var bizdə oturur, ona ruh deyirik. O bizdə-

dir, heç kəsdə deyil. Kimdə azdır, kimdə çoxdur, kimdə müxtəlifdir, 

bu bizdən asılıdır ki, bunu edə bilərik. Bu Qəzadır. Qədər ikicədir – 

doğuluş və ölüm. Bu bizdən asılı deyil. Nə qədər yaşasan, nə qədər 

mübarizə aparsan, bir gün öləcəksən. 

 

 

 



Ayaz  Şıxalıoğlu: Belə  çıxır  ki,  Qədər  yalnız  doğuma  və  ölümə 

aiddir. 


Soylu  Atalı: Çıxışımın  başlanğıcına  qayıdıram.  Deyirəm  ki,  biz 

bu  məsələni  aydınlaşdırmağı  Qədər  anlayışı  ilə  götürməli  olsaq, 

halbuki  Qədər  dində  bizim  dediyimiz  kimi  deyil.  Qədər  dində  ayrı 

şeydir. O deyir ki, öncədən proqram tutulur, sənin bütün fəaliyyətin 

ölənə  qədər  hamısı  bəlli  olur  və  o,  idarə  olunur.  Biz buna  qarşıyıq. 

Mən  də  deyirəm  ki,  “Qədər”  sözünə,  dinin  dediyi  “Qədər”  məsələ-

sinə bizim açıdan aydınlıq gətirməli olsaq, o “Qədər” anlayışında bir 

cəhət  –  doğum  və  ölüm  məsələsi  var.  Bu,  insandan  asılı  deyil.  Din 

belə  demir.  Din  deyir,  hər  şey  Allahdan  asılıdır.  Eyni  halda  biz  nə 

deyirik. Əgər doğum və ölüm bizdən asılı deyilsə, o deməkdirmi ki, 

bu hansısa qüvvədən asılıdır? Qüvvədən asılı deyil. Həyat və son var. 

Bu,  idarə  olunmur.  Əzəli və  Əbədi  xassədir  bu.  Əzəli,  Əbədi  xassə 



 

361 


hansısa  bir  qüvvə  tərəfindən  idarə  olunmur.  Allahın  istəyib-istəmə-

məsi məsələsi yoxdur. Allah istəsə məni filan vaxtda doğuzdurar, is-

təsə filan vaxtda öldürər. Belə bir şey yoxdur. Sadəcə olaraq biz dün-

yaya gəldik biçim olaraq. Mən doğulduğum bu biçimdə, bu  canda nə 

qədər yaşayacamsa, fəaliyyətim mənə bağlıdır. Bu gəliş özü yaranış 

adlanan  həmin  Mütləqin  görünüşə,  nişana  gəlməsidir.  İnsanlıq 

adlanan Mütləq, Mütləqin çaları bir bədən biçimində görünüşə gəlir 

özünü ifadə eləmək üçün. Qədərə bayaq dediklərimin hamısını özgün 

edir din. Biz qəbul eləmirik. “Biz onun adına “Qədər” demirik. Dinin 

“Qədər”  dediyini  anlatmaq  üçün  izah  edirik.  Din  insanın  ömrünü 

robotlaşdırır. Yaranış və ölüm məsələsi sırf ruhaniyyatın anlayışıdır. 

Onu  fəlsəfə  aça  bilir.  Elm  aça  bilmir.  Elm  sadəcə  bu  bədənin  niyə 

öldüyünü göstərir, doğulanda bu bədəndə nələr var, bədəndə olanlar 

insanı  necə  hərəkətə  gətirir.  Elm  bunu  öyrənir.  İnsan  niyə  ölür, 

enerjisi tükənir, bioloji olaraq. Fəlsəfə deyir ki, Mütləq nişana gəlir. 

Görünüş  ötəridir,  keçicidir,  qeyri-kamildir,  sonludur.  Ötəri,  keçici, 

sonlu, qeyri-kamil olduğuna görə görünüş gəlir-gedir, yox olur. 

Təzahür  bir  məqamda  aşkara  çıxır,  bir  məqamda  da  yox  olur. 

Anlam  qalır.  Anlam  daim  yeni  təzahürlərə,  görünüşlərə  gəlir.  Yeni 

biçimlərə  gəlir.  Yeni  biçimlərdə  yenilənir.  Bunu  elm  deyə  bilmir. 

Çünkü  elmin  işi  deyil.  Elmin  axtarışına  özgün  deyil  bu.  Bu,  sırf 

fəlsəfi  təfəkkürün,  ruhsal  idrakın  axtardığı,  dediyidir.  Biz  istənilən 

bir  məsələyə  aydınlıq  gətirmək  üçün,  ya  Asif  Atanın  bir  anlayışını 

izah eləmək üşün mütləq onun içinə girib aylarla işləməliyik. Burda 

mən  çıxış  elədim.  Deyək  ki,  burda  iştirak  edən  bir  nəfər  bu  çıxışı 

eşitdi.  İndiyə  qədər  sənin  eşitmədiyin  və  üzərində  işləmədiyin,  dü-

şünmədiyin bir fikir deyilə bilər. Bir anda ona yanaşma bildirməli ol-

san, o yanaşma nisbi olacaq. Ola bilər ki, açıq qalsın, qapanmasın, bu 

da mümkündür. Çünkü bu, 2×2=4 deyil. Ciddi təhlil istəyir. Saatlarla 

üzərində durmaq istəyir, düşünmək istəyir. Elə şeylər var ki,  o  mə-

nim ağlımdan insanın halına çata bilər, ancaq o heç vaxt təcrübi ola-

raq sübuta yetməz. Fəlsəfənin dediyi təcrübi olaraq sübuta yetmir. O, 

sırf təfəkkürün özünün yetdiyi məsələdir. Dinin dediyi də təfəkkürün 

yetdiyidir.  O,  təcrübədə  yoxdur  axı.  Ancaq  düşünərsən  ki,  gerçək 

məntiqə uyğundurmu, elmə uyğundurmu, yaşama uyğundurmu?! Xu-

rafatdırmı, yoxsa həqiqətə uyğundurmu? Bunu biz idrak edə bilərik. 

Ancaq biz bunu gerçək olaraq sübuta yetirə bilmərik. Ha mən deyim 

ki,  “Mütləq  bugündə  nişanələriylə,  əbədi  sabahda  bütöv  mövcud-



 

362 


luğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq on-

lara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, 

Dünyaya, Həyata, İnsana Ali Daxili Qüvvə, İstiqamət və Meyar olan 

bir Qüdrətdir”. Bu, çox ağır tərifdir. Bir anda insanın ağlına çatmır. 

Bunu  ilk  eşidən  adam  mənə  yüz  soru  verəcək,  mən  izah  edəcəm, 

yenə  çatmayacaq.  Ona  görə  deyirəm,  idrak  etdiyimiz  məsələlər 

təcrübədə yoxlanılmır. Bu açıq qala bilər, yenə də qayıda bilərik. 

Qayıdıram  “Qədər”  məsələsi  ilə  bağlı.  “Qədər”  adlı  beş  hərfdən 

ibarət anlayş Asif Atada yoxdur. Asif Ata ölüm və doğuma – bizdən 

asılı  olmayanın  adına  “Qədər”  demir.  Bu  “Qədər”  əsasında  insanın 

fiziki ömrü, yaşamı, fəaliyyəti Qismət anlayışı ilə ifadə olunur. Asif 

Atada bu da yoxdur. Biz doğuluruq. Doğulandan ölənə qədər bütün 

çalışmalarımız, hansı yolu tutmağımız, hara getməyimiz, nə etməyi-

miz hamısı bizdən asılıdır. Ona görə bu bizim alnımıza yazılıb elə-

məyib. Qismət də yoxdur. Ancaq harda ömür başa çatacaq, yəni bə-

dənin özünün təbii olanaqları tükənəcək, dayanacaq, bu, bizdən asılı 

deyil. Biz yaşadığımız, çalışdığımız müddətdə yanlışlara yol veririk, 

doğrulara  yol  veririk,  sağlam  oluruq,  xəstə  oluruq,  bunlar  hamısı, 

Qəza anlayışı ilə desək, bizdən asılıdır. Asif Ata ona qəza demir, o 

sözü, anlayışı demir, ancaq müsəlmana bunu izah eləmək üçün onun 

beyninə yeriyən bu anlayışlardan istifadə eləməliyəm. Biz heç Allah 

sözünü  qəbul  eləmirik  axı.  Ancaq  insanlara  izah  edəndə  deyirəm 

Allah  məsələsi  var,  bir  də  Allahlıq.  Mən  neyləyim  ki,  müsəlman 

qulağını  açıb  Allah  sözünü  eşidib,  ona izah etməliyəm.  Hətta Tanrı 

da demirəm, Allah deyirəm. Tanrı da deyə bilərəm, ancaq Tanrı sözü 

də,  Allah  sözü  kimi,  bizim  Mütləqi  ifadə  eləmir.  Bizə  qədər  olan 

Tanrıçılığa  ayrı  keyfiyyətlər  verilib.  Tanrı  filan  şeydir.  Asif  Atanın 

dediyi Mütləq Tanrı deyil. Bu geniş qonudur, hamısını burada deyə 

bilməyəcəyik. 

 

Günev Atalı Ataya səcdə ilə sözünə başladı: Ailə Günlərində biz 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı veririk. Ay içində top-

lumla ünsiyyətdə olanda, özümüzün üzərində və ya Asif Atanın irsi-

nə yanaşmada hansı yenilikləri eləmişik, bununla bağlı hesabat veri-

rik. Sonra da yörədə, toplumda baş verən olaylara Ocaqçı yanaşması. 

Amallaşmamla  bağlı,  həm  də  “Qutsal  Öyrənim  Günü”ndə 

olmuram, “Mütləqə İnam” Bitiyindən “Ali Həyat” bölümünü yığcam 



 

363 


şəkildə  özümləşdirmişəm,  70-80  səhifənin  balaca  bir  yazıda  da 

məzmununu vermişəm. Hər kəs də yanaşma bildirə bilər. 

Ali həyat nədir? 

İnsanın içsəl dünyasında yaranır, mütləq ruhsal səviyyəsinə yük-

səlir.  Xeyirin  tələbləri  əsasında  yaşamını  sürür.  Gözəllik,  saflıq, 

qutsallıq ömrün ölçüsünə çevrilir. Cismaniliyin ruhsallığa bərabər ola 

bilməsinə inam yaranır.  

 

 



Ədalət zülm üzərində, Azadlıq əsarət üzərində, eşq şəhvət üzərin-

də, həqiqət yalan üzərində, İdeal gerçəklik üzərində, dostluq düşmən-

çilik  üzərində  tam  qələbə  çalır.  İnsan  Mütləqin  tələbi  ilə  yaşayır. 

Özüylə barışmır.  

Özündənkeçmə  ülviyyətinə  yüksəlir.  Dünyaya,  Həyata,  insana 

umacaqsız  yanaşır.  Mütləq  ruhsallıq  mütləq  təbiilikdir.  Zahiri  daxi-

lini  tam  ifadə  edir.  Mütləq  vəhdət  təsdiq  olunur.  Ali  həyat  insana 

fəlakətdən tam azad olmuş səadət bəxş edir. İnsan Mütləq Müdriklik 

səviyyəsinə  qovuşa  bilir. Mütləq  mənada  var  olur. Mütləqə  bərabər 

olur. Mütləq imkana yetir. Faciəsiz, ölümsüz həyata qovuşur. Ölüm-

süz  olur.  Demək,  insan  nisbidə  təzahür  edir,  Mütləqdə  özünə  çatır, 

cismanidə  təzahür  edir,  ruhanidə  özünə  çatır.  Həyatda  təzahür  edir, 

Ali həyatda özünə çatır. Əsil yaşamaq – Ali həyat üşün yaşamaqdır. 

Ali  həyat  bizim  üçün  Amaldır.  Bütün  ömrümüzün  yönü,  bütün 

ömrümüzün  şirəsidir.  Bəzən  həyata  da  bac  veririk.  Ancaq  əsas  yer 

tutan, əsas can atdığımız Ali həyatın gözəlliyini topluma çatdırmaq-



 

364 


dır. Bütün ideologiyaların mayasında belə şeylər olub. Kommunistlər 

deyirdilər komunizm olacaq, maddi nemətlər bol olacaq. Sosial quru-

luşun amalı elə oydu. Maddi nemət sel kimi axanda millət can deyib 

can  eşidəcək.  Ali  həyat  deyəndə  dostluq,  gözəllik  hamısı  insanın 

həyatında öz təzahürünü tapır. Çox gözəl, özümün Məcnun səviyyə-

sində vurğunu olduğum bir haldır. Buna nə dərəcədə yetmişəm, yet-

məmişəm, mənim özüm üçün bəllidir. Mən yörəmə nisbətən ona da-

ha çox yaxınam. Hətta çox məqamlarda mənimlə iç-içə olur. Mənim 

qovuşmaq istədiyim haldır. Ömrümün 62-ci ilinə yaxınlaşıram. 

Kamillik  səviyyəm  də  elə  Amallaşmam  səviyyəsindədir.  Çünkü 

bu təkcə bilmək deyildir ki, mən bunu bildim, bunun kamilliyə dəxli 

yoxdur. O qədər fəlsəfəni bilənlər var ki. Heç öz ömrünə şamil elə-

mir.  Elə  şəxslər  var,  muğamı  elə  gözəl  oxuyur  ki,  səsiylə,  səsinin 

ehtizazı  ilə  ətrafa  işıq  saça  bilir.  Ancaq  dərinə  gedəndə  muğamdan 

xəbəri yoxdur. 

Burda qonumuz var, toplum ağır dolanışığa görə qorxu içindədir. 

Toplum  onu  dəhşət  sayır,  ondan  qorxur.  Biz  nə  cür  davranırıq? 

Evdən  çıxanda  da  soru  verirlər  ki,  gün-gündən  dolanışıq  çətinləşir. 

Fabrik  və  zavodların  dayandığı  çağ  olub.  Fəhlənin  əli  göydə 

qalmışdı. Bu durumda sarsılanlar oldu. Bizim kənddə bir cavan ailə 

başçısı özünü asdı, iki körpəsi qaldı. Onları dayıları himayəsinə aldı. 

O  dayıları  ilə  mənim  münasibətim  vardı.  Rəğbətçi  idi.  O  adam 

körpələrə  etki  göstərdi.  Onları  halallığa,  əməyə  yönəltdi  və  indi  də 

bəhrəsini  görür.  Onlar  maddi  sarıdan  da  korluq  çəkmirlər,  onlara 

atalıq, analıq etmiş adamlara qarşı da sayğılı, sevgili yanaşmaları var. 

Onların  saflığı,  mənəviyyata  yönəlikli  olması  onları  o  durumdan 

çıxartdı.  Ancaq  zavod  direktoru  olan,  yaxşı  gəliri  olan  adamın 

övladları indi ondan-bundan pul dilənir. 

 

Ayaz Şıxalıoğlu: Yoxsulluq ən böyük dərddir. 

 

Günev Atalı: Bu kimi məsələlərə Ocağın yanaşması başqadır. 

Deyilən fikirlər həyata söykənir. Nəsiminin bir dərisi vardı, soy-

dular. Nəsimi bədbəxt oldu? Yox, bu onun bədbəxtliyi deyildi. Nur-

təkin bacım da dedi, maddi durum qalxacaq-enəcək, ancaq mənəviy-

yat  yenəndə  qalxmayacaq.  Ona  görə  də  dəyərlərimizi  qorumaq 

gərəkdir. Türkün elə dövrləri olub ki, Hüseyn Nihal Atsızın yazısın-

da vardı, heyvan sümüyünü un halına salıb yeyirdilər. Ancaq millili-



 

365 


yini, mənəviyyatını unutmayıblar. Düşərgələrdə, katorqalarda insan-

lar  nə  məşəqqətləri  çəkiblər.  Bu  gün  o  məşəqqətlərin  əlamətləri  də 

yoxdur. Sadəcə olaraq çörək bir az azalır. 

 

 



 

İsa  Mehdioğlu: Oxuduğum  bir  yazı  yadıma  düşdü.  Leninqrad 

blokadasında  həddindən  artıq  aclıq  olub.  Ancaq  hər  gün  radio 

danışırmış.  İnsan  nəyəsə  ümidli  idi.  Bir  gün  radio  susdu.  Bir  sutka 

bütün Leninqrad xalqı elə bil ölü oldu. Radio insanalara elə mənəvi 

zövq verirdi, ilham verirdi. 

 

Soylu  Atalı: Ayazın  dediyi,  bir  var  fərd,  bir  var  cəmiyyət.  Fərd 

cəmiyyətin  firavanlığı  üçün  çalışandır.  Ona  görə  də  fərd  özündən 

keçir,  dərisi də  soyulur  ki,  toplum  adam  kimi  yaşasın.  Çünkü  hamı 

dərisini  soydura  bilmir,  bu  nadir  keyfiyyətdir.  Ayaz  onu  demək 

istəyir. Günevin dediyi isə ölçüdür. Əslində bir-birini inkar eləmir. 

İsa  müəllimin  dediyi  radio  məsələsinin  ümidi  isə  bir  məqama 

bağlıdır.  Konkret  olaraq  Böyük  Vətən  savaşı  deyilən  bir  dönəmdə 

radio nikbinlik rolu oynayıb. Ancaq bilirsən ki, bu nikbinlik hardasa 

susacaq  və  sonu  var.  Bu  nikbinlik  doğru  nikbinlik  deyil.  Bir  yerə 

qədər insanı aldada bilərsən ki, qorxma yaxşı olacaq. Qırağa bağlıdır. 

İnsanın  özünə  bağlı  deyil.  Bir  də  var,  Günevin  dediyi  ölçü.  İnsan 

özündə  mənəvi  güc  taparsa,  ideallara  üz  tutarsa,  onda  insan  bu 

fəlakətdən  özü  çıxacaq.  İndi  bu  fəlakətlərdən  insanın  çıxması  üçün 


 

366 


dediyimiz  şəxsiyyətlər  gərəkdir.  Çünkü  ölçü  həmin  şəxsiyyətlərdir. 

O  şəxsiyyətlərin  ömrü,  varlığı  həmin  radio  deyil.  Radio  onu  ovun-

durur, Nəsimi isə ona örnək verir ki, mənə dayan, yeri, qalx. Mənə 

dayan, var ol, yaşa. Burda artıq ölçünün özü ortaya gəlir. Bu böyük 

və ciddi məsələdir. 

 

İsa  Mehdioğlu: Nəsimi  elə  soyulmasa  Nəsimi  olmazdı.  Onun 

mənəviyyatı orda oldu. Əbədi oldu Nəsimi. 

 

Günev  Atalı: Soyulmağa  səbəb  olan  hala  görə  Nəsimi  oldu. 

Yoxsa  başqa  dərisi  soyulanlar  heç  onun  qədər  tanınmadı  ki.  Səbəb 

var  idi,  Nəsimi  nəyin  üstündə  soyuldu.  İnsanlığı  öldürənlərə  ciddi 

təlimlə etiraz edirdi. 

Sonra  kənddə  özümü  də   misal  çəkmişəm,  ən  az  təmin  olunan 

adamam.  Bununla  belə  ailəm  göz  qabağındadır.  Heç  kəsə  möhtac 

olmadan  yaşayır.  Üstəlik  mən  gedirəm,  gəlirəm,  xalq  üçün,  Atanın 

ideyalarını yaymaq üçün hərəkət edirəm  – bunun da bir tərəfi mad-

diyyata  söykənir.  Üstəlik,  Amal  bağında  Məbəd  tikilir.  Mənəviyya-

tım  yerindədir.  Mənəviyyatım  Atanın,  ideyaların istəyinə  uyğun  bir 

yol tapır. Bu da topluma etki göstərir. 

 

Nurtəkin  Atalı: Atanın  bir  sözü  var:  Halallıqdan  usanmamaq, 

yoxsulluqdan utanmamaq. Yoxsul ona görə yoxsul olur ki, halaldır. 

 

İsa  Mehdioğlu: Mən  razı  deyiləm.  Yoxsulluqla  mübarizə 

aparmaq gərəkdir. 

 

Soylu  Atalı: Biz  ayrı  cür  deyirik.  İnsan  yoxsulluqla,  yəni  həyat 

uğrunda  mübarizə  apardığı  üçün  bu  gündədir.  Biz  deyirik,  mənə-

viyyat  uğrunda  mübarizə  aparmaq  gərəkdir  ki,  yoxsulluq  aradan 

qalxsın. Çünkü mənəvi insan başqasının haqqını yemir. Həyat uğrun-

da  mübarizə  insanı  heyvanat  aləminə  bağlayır.  Çünkü  heyvan  da 

yalnız öz mövcudluğunu fikirləşir. Ancaq normal yaşam mənəviyyat 

uğrunda mübarizə tələb edir. 

 

İsa  Mehdioğlu: Mənəviyyatın özü də mübarizədir. Mənəviyyatlı 

olmaq, mənəviyyatı gəlişdirmək özü mübarizədir. 

 


 

367 


Soylu  Atalı: Əsas  mübarizə  mənəviyyat  uğrunda  mübarizədir. 

Asif  Atanın  Ocağı  ona  görə  yarandı  ki,  biz  ruhaniyyat,  mənəviyyat 

uğrunda mübarizə aparaq, bəşər özünə bənzəsin. Bəşər özünə bənzə-

yərsə,  onda  kapitalizm  tüğyan  eləməz.  İnsan  ac  qalmaz.  İnsanı  ac 

saxlayan  nədir?  Birinin   başqasının  əlindən  qamarlaması.  Bu  da 

mənəviyyatsızlıqdan doğur. 

Ayaz deyir ki, yoxsulluq bədbəxtçilikdir. Niyə bədbəxtçilik? Ona 

görə ki, Bəşər mənəviyyatdan keçir, insan yoxsul olur, ona görə bəd-

bəxtdir.  Ayaz  cəmiyyətin  bəlasını  deyir,  Günev  isə  ölçünü  deyir. 

Ölçüdən  çıxış  edirik.  Bunların  olmaması  üçün  filan  ölçü  olmalıdır. 

Əslində biz onu deməliyik, olayları sadalamalı deyilik. 

 

Ayaz  Şıxalıoğlu: Əgər  insan  içində  gəzdirdiyi  mənasına  layiq 

deyilsə, onun yaşamağa haqqı yoxdur. Ona görə Nəsimi yarandı. Ona 

görə Asif Ata yarandı. İnsanı yaşadan ağrılardır. 

89-cu ildə şeir yazmışam. Yerinə düşür deyirəm. 

 

Sinəmdə odlu bir ürək yaşayıb, 

Hərdən xatirəsi düşür yadıma. 

Mən niyə satıldım özüm özümə, 

Mən niyə qəsd etdim öz həyatıma. 

Bu həyat qorxulu yuxudur mənə, 

Bu həyat ruhumu sıxdıqca sıxar, 

Bakının dəlisov küləklərinə 

Odur ki, bu qədər bənzəyişim var. 

Qoy elə alçalım, qovrulum, yanım, 

Adım çəkiləndə gülsünlər mənə. 

Qoy elə sürünüm yollarda qalım 

Bəlkə bu əzabla ruhum da sönə. 

Bu yolun sonunu mən ki, bilirdim, 

Endirdim başımı şərəfsiz kimi. 

Bu alçaq həyatın ayağına mən 

Bilmirəm, bilmirəm niyə gəlirdim. 

 

İnsanı  yaşadan  ağrılardır.  Mən  bir  söz  yazmışdım  “Ağrılar 



Allahtək  ölmür,  qardaşım”.  Ağrı  öləndə  vicdan  ölür,  bəşər  ölür. 

İnsanı insan edən ağrıdır. 

 


 

368 


Soylu Atalı: İnsan bioloji varlıqdır, həm də ruhsal varlıqdır. Əsa-

sən ruhsal varlıqdır. Ancaq bioloji olduğu üçün, fiziki varlıq olduğu 

üçün  heyvaniliyə  enir.  Heyvana  endiyi  üçün  daim  insanın  ağlını 

oyatmağa  çalışırsan,  düşüncəsini  oyatmağa  çalışırsan,  beynini  oyat-

mağa  çalışırsan  ki,  sən  ruhsal  varlıqsan,  heyvanat  aləminin  sakini 

deyilsən.  Ruhsal  dünyanın  sakinisən.  Toplumun  özündən  ayrıl-

masını, daim heyvana meyil etməsini görəndə, eşidəndə insanda ağrı 

əmələ  gətirir.  Rahatsızlıq  əmələ  gətirir.  Niyə  axı?  Bu  enməməlidir. 

Bioloji varlıq olduğu üşün enmə olanağı var. Ona görə qanan insanda 

da  ağrı  olanağı  qalır.  Ona  görə  ağrı  həmişəlikdir.  Bu  olmasa  ideala 

can atmaq olmaz. 

 

Ağşın Ağkəmərli: Hər şey üçün sağ olun. Söhbət o qədər maraqlı 

və cazibədar keçir ki. Mən Günevin bir fikrindən tuturam ki, hər bir 

şeyin təməlində ali və adi məsələsi durur. Adi və ali cəmiyyəti təşkil 

edən dövlətdən də asılıdır və öz varlığını tapır.  

 

 



 

Bunun əsas təməlində şəxs özü durur. İçində gedən döyüş özünü 

yaratmaqdan asılıdır. Mən uzun müddət materialist olmuşam. 

Ocaqla tanış olandan sonra idealizm düşüncəsi məndə oyanmağa 

başlayıb. Düzdür, Asif Atanın Mütləqçilik baxışı idealizmdən üstün-

dür… 


 

369 


Mən  bu  məsələnin  daşını  birdəfəlik  atıb  ayrılmışdım.  Məsələnin 

təməlində ayrı-ayrı ictimai və sosial problemlər gəlirdi ki, ora biz o 

qədər enmirdik. Ancaq mənim ömrümdə heç vaxt utancverici məqam 

olmayıbdır… 

15 yaşlarımdan solçuluqla məşğul olmuşam. Günev qardaş da to-

xundu  ki,  sosializm  ideyası,  fantaziyası  vardı  ki,  qurdla  quzunun 

yanaşı  yaşaması  deyilirdi.  Əslində  bu  materialist  məfkurənin  təmə-

lində  idealist  bir  məfkurə  durmuşdu.  Hamı  varlanacaq,  hər  kəs 

istədiyi payını götürüb aparacaq, və b. k. Bunların təməlində maarif-

lənmə durur… 

Bu gün yüzünün də dərisi soyulsa, heç vaxt ona Nəsimi deməyə-

cəklər.  Necə  ki,  Koroğludan  sonra  bəziləri  öz  atalarının  gözünü 

çıxartdı ki, ona da Koroğlu desinlər, ancaq onlara korun oğlu dedilər. 

Günev  də  dedi  ki,  Nəsmidə  olan  düşüncə  idi  ki,  onu  Nəsimi  elədi. 

Məncə soyulmasaydı da o elə Nəsimi idi. 

Mən  evdə,  harda  olsam,  qonaqlar  gələndə  elə  milli  qonuda  söh-

bətlər  edirəm.  Getdikcə  bu  İlkaya (həyat  yoldaşına  –  N.A.) da  etki 

göstərdi. İndi Güneydən qonaqlar gələndə o da eyni qonuda söhbətlər 

edir.  Bu  da  məni  sevindirir.  Ona  öncələr  kitab  oxutmaq  olmurdu. 

Sonra təklif elədim ki, uşaqlarla mənə kitab oxusun. Fərman Kərim-

zadənin “Xudafərin körpüsü”ndən başlamışıq. Öncə israrla deyirdim 

ki,  gətir  oxu,  indi  heç  demədən  həvəslə  gətirib  bizə  kitab  oxuyur. 

Qonaq gələndə də heyfslənir ki, oxumadıq. 

Din  bizim  ailədə  rol  oynamır.  Ancaq  toplumsal  həyatda  bəzi 

şeyləri yönləndirir. İlkayın atası sünnüdür. Bizə gələndə Şah İsmayıl 

haqqında bir söz deyərsə, İlkay ona Şah İsmayılı anladır. Bu bir şeyi 

göstərir ki, ali insan səviyyəsinə qalxmaq insanın istəyindən asılıdır. 

Bu  gün  Ocaq  vasitəsilə  düşüncə  artır,  bu  cür  ayrılmaz,  bölünməz, 

tükənməz  silahı  biz  hər  yerdə  işlətməliyik.  Bəzən  fikirləşirik  ki, 

bizim  sözümüz,  söhbətimiz  dörd  divar  arasında  qalır.  Ancaq  elə 

deyil. Yeri gələndə özünü hər yerdə göstərir… 

 

Soylu  Atalı Ataya  Səcdə  ilə  sözünə  başladı:  Bugünkü  Ailə 

Günümüz iki Ailənin Ailə Günüdür. Ailə Günündə deyilən söhbətləri 

bəzən  uğurlu  yöndə,  yorucu  olmadan,  sözü  səpələmədən,  yayındır-

madan polemikaya gətirmək olar. Bunu Qutsal Öyrənim günündə də 

eləmək  olar.  Ancaq  Ocağın  bütün  tədbirlərində  polemika  olmur. 


 

370 


Məsələn,  bayramlarda  polemikaya  getmək  doğru  deyil.  Bunu  qatı-

lımçılara xatırlatmaq olar ki, tədbirin yönü, yöntəmi necədir. 

Ailə Günləri Ocaqçıların özləri üçün qaçılmazdır. Həmişə olmalı-

dır.  Beyin  yenilənməlidir,  düşüncə,  duyğu  yenilənməlidir.  Əhvallar 

ruhsal  anlamda   gərginləşməlidir.  Çünkü  biz  daim  ayaqdayıq,  tətik-

dəyik.  Biz  toplumda  böyük  dəyişikliklər  yaratmaq  üçün  ortaya  çıx-

mışıq. Biz günü yubatmaq, fota vermək üçün ortaya çıxmamışıq. Çağ 

bizim  üçün  ruhaniləşməlidir,  bizim  fiziki  yorulmağımız  hesabına 

başa gəlsə də. 

İndi  mən  burada  Ocağa  gəlməyimin  25  illiyi  ilə  bağlı  hesabat 

vermək istəyirəm. Dünən mənim Asif Ata Ocağına gəlməyimin 25 ili 

tamam oldu. Mən 25 il öncə Asif Atadan Evladlıq Nişanəsi almışam. 

Bütünlüklə ömrümün yönü dəyişib. Mən Asif Ataya qədər kim idim? 

Asif  Atanı  tapdım  kim  oldum?  Asif  Atanı  tapmasaydım  kim  olar-

dım? Bu mənim üçün daim düşüncə qonusu olub. Söz yox ki, burada 

geniş  hesabat  verməyəcəm.  Əgər  mən  geniş  hesabat  versəm,  onda 

hesabatım saatlara sığmaz.  

 

 



Ancaq  bu  gün  açıq  danışacam,  təvazökar  danımayacam.  Çünkü 

mən Asif Atanın Ocağında olduqca zəngin yaşamışam. 

Onu mən ümumiləşdirmək istəyirəm. Hələ Asif Atanı ilk tanıdı-

ğımda, yəni öyrəncisi olduğum Azərbaycan İnşaat Mühəndisləri Uni-

versitetinin  tələbə  akt  zalında  görüşünə  qatılanda  çox  şey  mənə 

qaranlıq  idi.  O  görüşün  təşkilini  onun  yanındakı  o  çağkı  Ocaqçılar 



 

371 


həyata keçirirdi. Görüş 1990-cı il 20 yanvar qırğınından aşağı-yuxarı 

iki həftə sonra oldu. Asif Atanın o çağlar bizim oxulda görüş keçir-

məsinə  ciddi  şəkildə  əngəl  olmağa  çalışırdılar.  Hətta  DTK-nın  da 

xəbərdarlığı olmuşdu ki, Asif Ata orda görüş keçirməsin. Ancaq elə 

vaxt  idi  ki,  onun  qarşısını  almaq  çətin  idi.  Çünkü  ölkədə  hər  şey 

nəzarətdən  çıxmışdı.  Asif  Ata  da  ipə-sapa  yatan  adam  deyildi  və 

yasaqlara  qulaq  asan  adam  deyildi.  Ona  görə  də  görüş  baş  tutdu, 

keçirdi.  O  görüşdə  ilk  dəfə  möhkəm  silkələndim.  Asif  Ata  mənim 

özümün  xəbərim  olmadan,  özüm  anlamadan  varlığıma  girdi.  Belə 

girdi  ki,  ilk  baxışda,  ilk  görüşdə  mən  Asif  Atanı  etiraf  etmirdim, 

sanki  qəbul  etmirdim.  Bir  az  da  gənclik  kallığı  vardı.  Bir  az  da 

gənclik  duyğusunun  bəslədiyi  eqoizm  vardı.  Ona  görə  mən  Asif 

Atanı üzdə sanki qəbul etməmişdim. Ancaq o mənim varlığıma gir-

mişdi.  Çox  maraqlı  bir  məsələdir.  İnsanın  özünün  xəbəri  olmayan 

məqamlardan  biri  də  budur.  Bu  da  həmin  yaranışa  bağlı  məsələdir. 

Üzdə Asif Atanı qəbul etməmişdim, ancaq Asif Ata girmişdi içimə. 

O  görüşdə  250-300  adamdan  yeganə  adam  mən  oldum  ki,  Asif 

Atanın  yenidən  fərdi  görüşünə  getdim.  Getdim,  görüşdüm.  Bu 

görüşdə  yenidən  silkələndim.  Bu  görüşdə  də  mən  bilmədim  ki,  o, 

mənim varlığıma girib bir addım da qabağa yeridi. Ancaq yeridi. O 

yeriməyi  anlamasam  da  artıq  məndə  elə  hal  yaranmışdı  ki,  hər  gün 

Asif Ataya can atırdım. Zəng edirdim, gəlmək istəyirəm, gəl deyirdi. 

Burda  iki  cəhət  rol  oynadı.  Bir  mənim  şüurumun  altında  gedən 

proses,  o  proses  oydu  ki,  mənim  içimdə  Asif  Ataya yer  varmış.  Bir 

də üzdəki proses. Mən bir kənddən çıxan, elə bir kənd ki, bu kəndin 

bir yanı meşədir, bir yanı yarğandır, elə bir yerdən çıxmışam. Milli 

mədəniyyət  görməmişəm.  Dünyagörüşüm  olmayıb.  Qoyun-quzu 

otara-otara  dərslərimi  oxumuşam.  Təbii  ki,  fizikanı,  riyaziyyatı 

oxumaqla dünyəvi biliklərə yetmək olmur. 

Bu  iki  məsələdən  ikincisi şöhrət duyğusu  idi  –  mən  gör  kiminlə 

üz-üzə  otururam.  Hələ  bilmirəm  bu  kimdir.  O,  dünyaca  məşhurdur, 

deyil. Onu qəbul edirlər, ya eləmirlər. Sadəcə bu Asif Atadır və bunu 

mənim  gözümün  qabağında  300  adam  dinlədi.  Deməli,  bu  böyük 

şəxsiyyətdir.  Belə  bir  şöhrət  də  məni  cəlb  edirdi.  İki  məsələ  – 

şüurumun altında gedən – mənim içimdə Asif Ataya yer var, bir də 

üzdə, elə məsələ ki, məndə topluma xas olan şöhrət məsələsi. Belə-

liklə,  mən  yavaş-yavaş  Asif  Atayla,  duyurdum  ki,  iç-içə  gəlirəm. 

Günlərin  bir  günü  ki,  mən  onun  Ocağına  qəbul  oldum,  yəni  25  il 



 

372 


öncə,  dünənki  gün,  belə  qəbul  oldum  ki,  ilin  axırı  idi,  90-ın  axırı, 

baxmayaraq ki, 10-11 ay Asif Atanın yanına gedib-gəlmişdim, ancaq 

onun Ocaqçısı olmamışdım. Ortada bir neçə ay gedib gələndən sonra 

Asif Ata bunu özü istədi. Ancaq sonra Asif Ata gördü ki, mən ona 

heç  bir  anlamda  hazır  deyiləm.  Görün  necə  aşağı  dünyagörüşdə 

olmuşam  ki, ən elementar bir şeyi yazıb Asif Ataya suna bilmədim. 

Mən ona bir rica yaza bilmədim. Ərizə yazmışdım, ərizəmin də yönü 

bəlli deyildi, nə istəyirəm, niyə istəyirəm, Asif Ata kim idi, bilmir-

dim.  Asif  Atanı  Ocaq  sədri  kimi  görürdüm,  anlayırdım.  Ona  görə 

Asif Ata mənim xətrimə dəymədən, dayandırdı. Gördü ki, hazır deyi-

ləm. Bu dayanma bir neçə ay da davam elədi. Ocağa hazır olmaq o 

demək deyil, kamil, yetkin olmalısan ki, Ocağa gələsən. Ən primitiv 

şeylərə  hazır  deyildim.  Erol  bəlkə  də  hazırdır,  mən  hazır  deyildim. 

Sonra  getdikcə  anladım  ki,  Asif  Atanın  istəyi  nədir.  Günlərin  bir 

günü ricamı yazdım, mənə kömək elədi onun Ocaqçıları. Ocağa qə-

bul oldum.  Asif  Atanın  Ocağına  qəbul  olunduğum  çağlardan  başla-

dım  onun  görüşlərini təşkil  eləməyə,  hətta  gəzintisini  təşkil  elədim, 

ki, oturaq həyat keçirir, fiziksəl sağlamlığı qorunsun. 

Borçalıya apardım, 10-11 görüş keçirdik. Mənim Ocağa gəlməyi-

min  Ocaq  üçün  önəmli  bir  cəhəti  vardı.  “Dəli  vurub  çayı  keçdi” 

məsələsi.  Həqiqətən  də  məndə  elə  əhval  vardı.  Dəli  əhvalı  vardı. 

Mən  ağıllı  biri  olmamışam.  Bu  da  mənim  xeyrimə  oldu,  köməyimə 

yetdi.  Ağıllı  düşünür,  addımı  dala  qoyur  nədəsə.  Məndə  çəkinmək 

yox idi, çünkü çəkinməli məsələni dərindən anlamırdım. 

 Asif  Ataya  görüş  təşkil  edirdim.  O  vaxt  keçid  aşaması  idi,  yeni 

fikrə, düşüncəyə ehtiyac vardı. Ona görə görüşlər asanlıqla alınırdı. 

O görüşləri mən bir kimsə ilə oturub söhbət edərək təşkil eləməmiş-

dim. Getmişəm, məsələn, Arıxlı kəndinə, girmişəm çayçıya. Hesab-

laşmıram  ki,  olar,  ya  olmaz.  Özü  də  çayçıda  xəbərdarlıq  edirəm, 

sanki hamı mənə borcludur. Deyirəm ki,  bu afişanı şüşəyə vururam, 

olar-olmaz soruşmadan, baxın ha, bunu cırıb atmaq olmaz. Hamı da 

təəccüblə  baxır.  Kim  nə  bilir  ki.  Heç  mən  özüm  bilmirəm  ki,  ağıl 

işlətmirəm,  başqası  nə  bilir  ağıl  işlədirəm,  işlətmirəm.  Hamısı  o 

çağın keçid aşamasının içində baş verirdi. Bunu mən elədim, yapış-

dırdım. Hamı oxudu ki, filan çağda Arıxlı kəndində görüş var. Harda 

olacaq? –  Mədəniyyət  klubunda. Mədəniyyət  klubunun  yiyəsiylə  də 

danışmamışam.  Getmişəm  məktəbə,  afişanı  yapışdırmışam,  ancaq 

məktəbin  direktoru ilə danışmamışam.  Sadəcə  gedib afişaları  vurub 



 

373 


xəbərdarlıq edirdim ki, buna dəyməyin. Elə təşkil eləmişdim. Mənim 

təşkilatçılığıma  Ocaqçılar  qəhrəmanlıq  kimi  baxırdılar,  mən  də 

bundan  feyziyab  olurdum.  Halbuki  orda  heç  bir  qəhrəmanlıq-filan 

yox  idi.  Sadəcə  bir  gəncin  dəlisovluğu  var  idi.  Beləcə  bu  görüşləri 

keçirdik,  alındı.  Atanı  aparırdım,  xüsusi  qarşılayırdılar,  Atanın  hər 

yerdə  öyrəncisi  olub  axı.  Atanın  görüşlərinin  keçirilməsinin  başlıca 

nədənlərindən  biri  də  Atanın  özünün  şəxsiyyəti  idi.  Çünkü  dediyim 

kimi,  onun  öyrənciləri  hər  yerdə  vardı.  Orda  mənim  zəhmətim  – 

maşın  təşkil  etmək,  Atanı  aparıb-gətirmək,  Atanın  qulluğunda  dur-

maq idi. Hamı baxır ki, bu bir cavan oğlan Ataya necə qulluq edir. 

Nə  prezidentə  elə  qulluq  var,  nə  nazirə,  elə  bir  əhval.  Evimizdə  də 

elə  hal  yaratmışdım.  Sanki  mənim  ailəm,  atam,  anam,  elim,  obam, 

kəndim Asif Ataya borcludur. Elə bir istəklə görüşlər keçirdik. 

Azərbaycanın  başqa  bölgələrində  də  görüşlər  keçirdik.  Gəncədə 

də görüşlər keçirdik. Orda görüşə mane oldular, bura İmam Hüsey-

nin  şəhəridir  –  filan.  Yenə  mən  orda  ağıl  işlətmirdim.  Cavandım, 

mənəmliyim də vardı. Etiraz edib səhnəyə çıxan adamı tutub tolazla-

dım səhnədən aşağı ki, Asif Ataya yanaşmaq olmaz. Bax, bu mənim 

ağıl  işlətmədən  hərəkətlərim  idi.  Mən  ağıl  yiyəsi  olsaydım  onu  edə 

bilərdimmi, yəqin ki, eləyə bilməzdim. 

Sonra Asif Atanın evində cangüdənlik halı yaratdım. Atanın özü-

nə  bu  gərək  deyildi.  Yenə  də  nəzərə  almırdım  ki,  Ocaqçının  vaxtı 

olmalıdır  ki,  bir  tikə  çörəyinin  dalınca  getsin,  belə  bir  dəlisovluq. 

Heç nəyi hesablamırdım. Mənə dəxli yoxdur… Qəribədir ki, o xarak-

ter  mənim  xeyrimə  olub.  Asif  Atanın  evində  gecələmələr  olurdu. 

Bəzən  görürsən  bir  adam  gəlib  qala  bilmir,  vaxtı  yoxdur,  ailəsinin 

yanındadır. Hamı mənim  kimi dəli deyil ki. Körpə uşaqlarım böyü-

yürdü kirayələrdə, bəzən durumlarından xəbərim olmurdu. Anası da 

təcrübəsiz bir kəndçi qızı. Belə bir durum yaranmışdı. 

   Mən Ocağa gəldiyim gündən Atanın ölümünə qədər onun məi-

şətini  yaratmışdım.  Hər  işi  özüm  görürdüm.  Həm  dövlət  işində 

işləyirdim, həm Uluyol Ailəsinin təmsilçisiydim, həm görüşlər təşkil 

edirdim, həm Asif Atanı gəzintiyə aparırdım, bunları bacarırdım. 

Günlərin bir günü biri qapını döydü ki, Asif Ata uşağın üstünə səs 

qaldırıb.  Məni  də  içəri  itələdi.  Dəlisovluğuma  gətirirəm  faktı.  Mən 

dalı-dalı  getdim,  kürəyim  Asif  Ataya  dəydi.  Atanı  otağa  keçirdim, 

qapını örtdüm. Yenə də gənclik dəlisovluğu, kürəyimi divara dirəyib 

ayağımla  o  gələnin  sinəsindən  necə  vurdumsa,  düz  çölə  süzdü. 



 

374 


Bundan  da  ilhamlandım,  üstünə  cumdum.  Səni  asaram,  kəsərəm, 

bura  girmək  üçün  40-50  meyitin üstündən  keçmək  gərəkdir.  Baxın, 

mənim Ocaqçılığım belə bir dəlisovluqla başlayıb. 

Asif Ata ağır sətəlcəm oldu, ölümün ağzından qaytardıq. Baxma-

yaraq  ki,  o  qalıqlar  qaldı,  sonra  hipertoniyaya  çevrildi.  Ağır  yükün 

altında olan adam idi. Ağır fikrin, ağır düşüncənin. Xəstəlikdən 4 il 

sonra öldü. Ancaq o məqamda da ölə bilərdi. Mən onun evində rea-

nimasiya şəraiti yaratmışdım. 14 gün evimə gedə bilmədim. Uşaqlar, 

ailəm nə yeyir-içir xəbərim olmadı. Keçmiş Ocaqçılardan birini gön-

dərirdim  ki,  get  gör  neynirlər.  Ailə  də  gənc,  kirayədə  qalırdı.  İşdən 

bülletenə çıxmışdım. 14 gün Asif Atanın evindən qırağa çıxmadım. 

Addım-addım sağaltdım, diriltdim. Həkimi evə çağırırdım, yoxlayır-

dı, müalicəsini yazırdı, iynəsini də özüm vururdum. 

Asif Atanın Ocağında dərin ağıl işlətmirdim, ancaq fədakarlığım 

bütöv idi. Özünü yaratmanın ilk rüşeyməri görünməyə başlamışdı. 

Asif  Atanı  işdən  çıxartmışdıq,  məişəti  üçün  pul  yox  idi,  daş 

karxanasına  gedirdim  ki,  Ataya  pul  verə  bilim.  Ata hətta  bir  gün  ac 

qaldı. 


Karxanadan  qayıdanda,  keçmiş  amaldaşımın  biriylə  getmişdim, 

pulumu bölmüşdüm.  O pulun çox hissəsinimi Asif Ataya verim, az 

hissəsinimi  –  içimdə  döyüş  gedirdi.  Yazmışam  bunları  “İnam  sora-

ğında” kitabımda: nə qədər ki, adamın əlində bir şey yoxdur, hər şey 

verir, mən onu belə edərəm, elə edərəm. Pulu olanda eləmir. Olma-

yanda  deyir  eləyərəm.  O,  insanın  olanağında  olan  eləmək  istəyinin 

görüntüsüdür.  Ancaq  ona  əngəl  olan  nəsnələr  var  insanın  içində. 

Həmin  adi  həyat.  Belə-belə  içimdə  şüuraltı  mübarizə  gedirdi.  Bunu 

edim, bu Asif Atadır. 

Bəzən  deyirdim  ki,  bu  Asif  Ata  deyəsən  heç  nəyi  nəzərə  almır. 

Axı mən karxanadan gəlmişəm, yuxusuzam, çoxlu iş tapşırırdı, oğul, 

bunu  da  elə,  onu  da  elə.  Sadalamaq  istəmirəm  o  məqamları.  Sonra 

özüm  kövrəlmişəm, duyğusallığa qapılmışam. Elə bilirdim Asif Ata 

yazıqdır.  Asif  Ata  yazıq  deyildi,  xoşbəxt idi. Mən  yazıqlayıb  deyir-

dim ki, hər kəs ona yaxa vermir, bir daşı ordan götürüb bura qoysun 

deyə. Mən yaxamı vermişəm, mən də belə. Əlbəttə, Ata bilir ki, mə-

nə zəhmət verir. Ancaq neyləsin. Əlinə bir yaxa keçib, mütləq bunu 

axıra qədər sürüməlidir. Həmin əhvalı mən Asif Atadan sonra Ocağı-

nın içində özüm də bilmədən eləmişəm. Nurtəkini, Göylünü sürümü-

şəm  sanki.  Fikirləşməmişəm  bunlar  məsum  qız  uşaqlarıdır,  olarmı, 



 

375 


olmazmı,  yazıqdı.  Mən  fikirləşmirdim  ki,  bu  məsum  gəncdir,  qırıla 

bilər.  Qırılsa  belə,  mən  tək  gedəcəm.  Belə  bir  inad  da  vardı, 

gedəcəm. 

Asif  Ata  öləndən  sonra  tamam  havada  qalmışdım.  Ağıl  dərin 

deyildi, düşüncə dərin deyildi, onun Ocağı da sadə bir proses deyil. 

Bu  ideyaları  həyata  keçir,  anla,  anlat,  yaşat  qurumunu.  Bu  ağlım  o 

vaxt  olsaydı,  bəlkə  də  geri  durardım.  Qorxumdan  geri  durardım, 

inanmazdım ki, mən bunu edə bilərəm. 

Asif  Ata  öləndən  sonra ilk  çağlarda tələskənliyim  vardı.  İndi  də 

ara-sıra  nələrdəsə  tələskənliyim  var.  Biz  onda  bölündük,  ayrıldıq, 

bəlli olayları mən sizə sadalamayacam. 14-15 Ocaqçı qaldıq. Bunlar-

la çox doğma davranırdım, ancaq yükləyirdim. Hər şeyi öz arşınımla 

ölçürdüm. Hər kəsə öz arşınımla yanaşırdım. 

Mənim indi sizə dediklərim qüsurlardır. 

Ancaq maraqlıdır ki, bu qüsurlar Ocağın yaşamasına nədən olub. 

O vaxtlar fərqinə varmırdım. O çağlar filan şey olmaldır, ancaq necə 

olsun, pul gərəkdir. Bir az öz maaşımdan, bir az Günevin yaxasından 

tuturdum.  O  çağlar  da  çətin  idi,  ailəsinə  bir  tikə  orda-burda  işləyib 

çörək  qazanırdı.  Ancaq  Günev  də  yox  demirdi.  Mən də  anlamırdım 

ki,  bu  yox  demir,  sənin  özün  anlamalısan  axı.  Belə  bir  yanaşma 

yaranmışdı  məndə.  Sonra  yavaş-yavaş  çətinliklər  başladı,  tənhalaş-

dım. Qaldım 3 qızla, Ucatayla. Onu da sonra Ocaqdan çıxartdım… 

Həm  həmin  dəlisovluqla  gedirdim,  həm  də  düşünməyə  başlayır-

dım.  Elə  məqamlar  olub  ki,  xoflanmışam.  Mən  hansı  yükün  altına 

girmişəm.  Boyumdan  qat-qat  yüksək  iddialıydım.  Aşama-aşama 

anladım  ki,  olanaqlarım  iddialarımdan  qat-qat  aşağıdır.  Elə  məqam-

lar olub ki, qeyrət məni boğub, dayanmaq olmaz. Bəzən də gərginlik, 

çətinlik,  tənhalıq  içimdə  qorxu  yaradıb.  Bu  məsum  Ocaqçıları  ki, 

incidirdim,  yəni  çox  yükləməklə.  Ağladığım  vaxtlar  olub.  Ataya  üz 

tuturdum  ağlayanda.  Ata,  sənin  Ocağında  məsum,  zərif  insanlara 

zəhmət  verirəm  ki,  sənin  işini  qabağa  aparım.  Elə  xitab  edirdim, 

ürəyimi boşaldırdım. 

O  çağlarda  tükənməz  enerji  ilə  davranırdım.  Nə  qədər  görüşlər 

keçirirdim.  İki  gün  gündüz,  iki  gün  gecə  işləyirdim.  Gecə  növbə-

lərindən çıxıb birbaşa gedirdim oxullarda görüş keçirməyə. Elə gün 

olurdu ki, 3 oxulda görüş keçirirdim. Bəzən görüşlərin biri ən azı 3 

saat  çəkirdi.  Mən  bilirdim,  danışdıqlarım  mənə  qulaq  asanlar  üçün 

yenidir.  Ancaq  danışdıqlarım  mənim  öz  səviyyəm  üçün,  Ocaqçılıq 



 

376 


üçün az idi. Buna baxmayaraq, getdikcə yetkinləşirdim, sözüm yara-

nırdı,  ən  əsası  qələmim  yaranırdı.  Yatsam  yuxuma  gəlməzdi  ki,  nə 

vaxtsa  mən  yazı  yazacam.  Bu  gün  əminəm  ki,  yazarlığım  ciddidir. 

Üslubum da alınıb. 

 Atanı  oxuyurdum,  bir  fikrini  götürrüb  yazırdım.  O  dəftərlərim 

hələ durur. Özümün xoşuma gəlirdi, mənə elə gəlirdi ki, nəsə alınır. 

Bu gün bu ağılla oxuyanda görürəm ki, bəsitdir. Yazırdım, yazırdım, 

belə-belə mənim yazarlığım alındı. Onu da bilə-bilə eləmədim. Kor-

koranə. Beləliklə, gəlib belə bir aşamaya çatdım. Ancaq hələ aşılası 

zirvələr qabaqdadır. Hələ bu zirvələri fiziki ömrümdə aşıb başa çata-

cam,  ya  çatmayacam,  bəlli  deyil.  Mənə  elə  gəlir  ki,  çatmayacam. 

Çünkü  hədəflərimiz  o  qədər  geniş,  qapsamalıdır  ki,  onları  aşıb  qur-

tarmaq olmur. Asif Ata öz hədəflərini – öz ideyalarını, dünyabaxışını 

verdi,  ancaq  bu  ideyaların  yaşaması,  yaşadılması,  genişləndirilməsi 

üçün atılacaq addımları çox idi, ona da fiziki ömrü yar olmadı. Mən 

də  elə,  məndən  sonra  bir  Amaldaşım  da  elə.  Bu  bir  əbədi  yoldur, 

prosesdir. Bu gediləcək. Bunu aparan aparacaq, gücü çatan aparacaq. 

Mən  gəlib  elə  bir  aşamaya  çatdım  ki,  artıq  Asif  Atanın  yükünün 

altında  tab  gətirə  bilərəm.  Tab  gətirdim  və  ağlımı,  düşüncəmi  Asif 

Atanın  istəklərinə  uyğun  qurmağa  başladım.  Ömrümü  Asif  Atanın 

istəklərinə  uyğun  qurmağa  başladım.  Ən  önəmlisi  ağlıma  çatdı  ki, 

mən  özgələrlə  döyüşməli  deyiləm.  Fərdlərin  bir-biriylə  döyüşü  var. 

O  döyüş  də  bilirsniz  nədən  doğur?  Ancaq  mən  özümlə  daha  çox 

döyüşdüm.  Asif  Atanın  özüylədöyüş  ideyasını,  mənə  elə  gəlir  ki, 

doğrulda bildim. 

Atadan  sonra  da  öyrətmənlərim  oldu,  çox  böyük  mütaliə  yolu 

keçdim.  Dəhşətli  dərəcədə  ac  idim.  Oxumaqdan  usanmırdım,  doy-

murdum. Bir çox böyük ədəbiyyatları oxudum. Hər dəfə də oxuma-

ğın mənə çox böyük xeyri oldu. Ən böyük etkisi o oldu ki, iddialarım 

boyumdan aşağı endi. İndi də hesab edirəm ki, istər mənəvi boyum, 

istər fəlsəfi boyum, iddialarımdan hündürdədir. Çağ var idi ki, tərsinə 

idi. Öyrənmələrim mənə bir şey dedi ki, olduğum yerdə dayanmağa 

ixtiyarım  yoxdur.  Həqiqətən  o  səs  mənim  içimdə  indi  də  deyir  ki, 

hələ azsan. Hələ artmalısan, hələ getməlisən, ona görə dayanmıram. 

Nə  yaxşı  ki,  o  səs  mənim  içimdə  var.  Əgər  mənim  içimdə  o  səs 

olmasaydı,  bir  növ  dayana  bilərdim.  Sizlərin  də  tanıdığınız  bəzi 

yazarlar, sənət adamları, şairlər niyə tükənirlər? Onlar elə bilirlər ki, 

yetib qurtarıblar. Onlar özlərini aldadırlar ki, yetiblər. Onların içində 



 

377 


o səs demir ki, sənin içində yetdiyin azdır. Onunla yetərlənir və tükə-

nir, qurtarır. Bunu da mən Asif Atadan, Tolstoydan öyrəndim. Asif 

Atadan sonra öyrətmənim Tolstoy oldu. Bir öyrətmənim də saz oldu. 

Ən  gərgin  çağımda  sazı  dinləyirəm,  kövrəlirəm,  ağlayıram,  həm  də 

güclənirəm. 

Beləliklə, bu yolda yürüyə-yürüyə Asif Atanın dərin, həryönlü ar-

xivini yaratdıq Amaldaşlarımla bir yerdə. Onlara da, sizin qarşınızda, 

hər  birinə  dərin  təşəkkürümü  bildirirəm.  Öz  sevgimi  bildirirəm  ki, 

heç vaxt mənim bir sözümü iki eləmədilər. Heç vaxt dönüb demədi-

lər  ki,  Soylu  bunu  düz  demir.  Hətta  Soylu  düz  eləməyəndə  belə 

demədilər ki, Soylu düz eləməyib. Soylu düz deməyəndə belə demə-

dilər  ki,  Soylu  düz  deməyib.  Bu,  onların  qutsallığıdır.  Bu  onların 

böyüklüyüdür  ki,  öz  ürəklərinin,  ağıllarının  ixtiyarını  Soyluya  verə 

bildilər.  Bu  cür  aşamaları  aşa-aşa  gəlib  bu  günə  çatmağımda  Asif 

Atanın  öyrətmənliyinin,  şəxsiyyətinin  böyük  rolu  oldu.  Mənə  bir 

zəmin olaraq, bir dayaq olaraq, olanaq olaraq Amaldaşlarımın da çox 

böyük rolu oldu. Onlar bu dərəcədə Ataya, Ocağa, mənə bağlı olma-

saydılar,  mən  Asif  Atanın  Ocağını  yaşadacaq  səviyyəyə  gəlib  çıxa 

bilməzdim.  Ona  görə  Asif  Atanın  Ocağına  bağlandığım  25  ildə  dö-

nüb həyatıma baxsam görərəm ki, Amaldaşlarımın mənim ömrümdə, 

varlığımda qatqısı özümün qatqımla tamamilə təndir. Az deyil, tən-

dir. Bu baxımdan onlara Asif Atanın verdiyi adın halal olmasını dilə-

yirəm. Asif Ata şəxsiyyətinin onlara verdiyi mənəvi arılığın, mənəvi 

varlığın,  mənəvi  sevincin,  fərəhin  halal  olmasını  diləyirəm.  Hesab 

edirəm ki, bu, tarixdə çox böyük bir aşama oldu. Azərbaycan xalqı-

nın içində Asif Ata varlığını qorumaq, yaşatmaq indiki çağda olduq-

ca çətin məsələdir. Bu çətinliyi barmaq sayda məsum, fiziki cəhətdən 

zəif,  maddi  cəhətdən  yoxsul  insanlar  necə  böyük  şövqlə,  ləyaqətlə 

qoruyub saxladılar. Bunu yazmışam. Demişəm də, fikirləşəndə görü-

rəm  ki,  mənim  Amaldaşlarım  məndən  daha  arıdırlar,  daha  qutsal-

dırlar.  Mən  özümü  götürürəm.  Mən  Asif  Ataya  yaxa  verdim.  Asif 

Ata şəxsiyyət idi. Məndə şəst olub, mənəmlik olub, iddiaçılıq olub. 

Bununla  belə,  onlar  yaxalarını  mənə  verə  bildilər.  Məni  eşidə  bildi-

lər. Eşitdikləri üçün onlar, doğrudan da, qutsaldırlar. 

Bu gün Asif Atanın adı, peyğəmbərliyinin sorağı, bitiklərinin so-

rağı  Azərbaycandan  qırağa  çıxıb.  Bunu  kim  eləyib? Qıraqdan  baxa-

nın  ağlına  sığmaz  ki,  bunu  yoxsul,  məsum  insanlar  edib.  Bayaq 

Günevin ölçü kimi vurğuladığı nə idi? Həmin məsələ ki, onların pulu 



 

378 


yox, maddi gücü yox. O, qadirlikdən çıxış edir, səhv də eləmir. Yaşa-

dıqları qadirlikdən, ölçüdən, bunlar ona haqq edirlər. Onlar onu yaşa-

yıblar,  təsdiqləyiblər,  sübuta  yetiriblər.  Bu  da  Asif  Ata  Ocağının 

toplumda yaranmasını, genişlənməsini saxladı, bu hal bu gün də da-

vam edir. Bizdən sonra necə olacaq? Olacaq, olmayacaq, mən buna 

inansam da, onun qəti təsdiqini deyə bilmərəm. Ancaq olmasa belə, 

bu insanlar əllərindən gələni ediblər, xalqın içində örnək yaradıblar. 

Bu günün özündə belə, bütün insanların gözündə Azərbaycanın kiçik 

göründüyü  bir  vaxtda,  Azərbaycan  xalqı,  bir  qom  insanın  qəlbində, 

düşüncəsində  ən  yüksək  mərtəbədə  dayanıb.  Sevgisinin  ən  yüksək 

mərtəbəsində  dayanıb.  Azərbaycana  üzümü  tutub  deyirəm:  sənin 

içində  fədakarlıq  var.  Səni  özünə  bənzətməyə  çalışan  hünərlər  var. 

Bu  sübuta  yetdi.  Ona  görə  Atamızın  qarşısında  Ocağın  ləyaqətini 

vurğu  edirəm.  Əslində  mən  hesabatımı  həm  Ataya,  həm  sizə  sunu-

ram. Üzümü Ataya tuturam. Deyirəm ki, sənin bizim üzərimizdə çək-

diyin  zəhmət  boşuna  getməyib.  Sənin  bizim  üzərimizdə  qoyduğun 

əmək bizə halal olsun ki, biz də sənin işini yaşadaq, gələcəyə aparaq. 

Sözümü bitirirəm. Bir daha çox böyük şövqlə, təvazökarlıqla, sadə-

liklə Atamıza səcdə qılıram və onun buna haqq etməsini mütləq bir 

əminliklə vurğu edirəm ki, Asif Ata ancaq  və ancaq yaşadılmağa və 

səcdəyə  layiqdir.  Çünkü  onu  bu  xalq  verib.  Çünkü  o  ömrünü  bu 

xalqa verib. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

 

“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 

səcdəsilə törən sona yetdi. 

  

Sərt Ayı, 37-ci il. Atakənd. 



(dekabr, 2015. Bakı.) 

 

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin