Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Atagün” Ailəsinin 37-ci ildə VII “Ailə Günü” törəninin
Gediş yazısı
Gün: 26 Yağış Ayı; Yer: Atagün Eli; Başlanır: saat 16.00
Oda Törənin ruhuna uyğun biçimlənir. Gül-çiçək, qələm-
kağız, çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Elana Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
Törən qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
Mütləqə İnam və siyasiləşən millətlər qonusunda düşüncə aydın-
lığı yaratmalı. Yəni Mütləqə İnam xalqı yaratmaq, eləcə də Mütləqə
İnam bəşəri yaratmaq siyasiləşən millətlərin aqibətində necə
mümkündür?
Xalqlaşma yönündə Ocaq hansı aşamalardan keçəcək?
Törənə qatılanlar olsa düşüncələrini bölüşə bilərlər.
Qutsal Oxuma: “Fəlsəfənin Təməli”ndən bir parça oxunub
aydınlaşdırılır.
Ailə Gününə ruhsal hədiyyə sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə
“Ailə Günü” başa çatır.
Carlar
Ailəçilik aqibəti – özül dəyərləri yaşatmaq fərəhi!
Ruhsal Ailəçiliyi yaşatmaq – xalqlaşmaq hünəri!
Gediş yazısını yazdı: Soylu Atalı
21 Yağış Ayı, 37-il. Atakənd.
308
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Atagün” Ailəsinin VII Aylıq toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 26 Yağış Ayı, 37-ci ildə Ocaq Evladları Ata-
gün Elinə səfər etmişlər. Öncə Amal Bağı ziyarət olundu, sonra Ocaq
Yükümlüsü Soylu Atalı ziyarət sözü dedi: Günsıramızın 37-ci ilində-
yik. Yenə biz Atanın torpağı qarşısındayıq. Başqa sözlə, Atanın
ruhsal hüzurundayıq. Yenə bizim ürəyimizin işığını Atanın ziyarəti
daha da artırır. Yenə də sevgimizi, umudumuzu gələcəyə bağlamaq-
dadır. Dünya günü-gündən qaranlığa qərq olur. Ancaq bizim üçün
Atanın işığı həmişə inamımızın üfüqlərində ağarır. Atanın işığını
ürəyimizdən ayıra biləcək elə bir fəlakət mövcud deyil. Elə bir olay
yoxdur ki, bizə Atanın gələcəkdə iş görə biləcəyinə balaca bir şübhə
yaratsın. Gəlişimiz, gedişimiz, ziyarətimiz, səfərimiz, çabalarımız,
böyük əməllərimizin hamısı həmin ruhsal zəmin üzərində formalaşır.
Ona görə də bu gün yenə mən amaldaşlarımla bir yerdə Atanın torpa-
ğında öz sevincimi, sevgimi paylaşıram. Üzümü Atamızın soyuna,
soydaşına tuturam, gələcəkdəki soydaşıma tuturam və deyirəm:
bizim ziyarətimizin işığı qoy sizin ürəyinizə güc versin. Bizim
ziyarətimizin işığı qoy sizin gözlərinizə işıq versin ki, yurdumuzu
ucalda biləsiniz.
309
Bizim çabalarımızın da özünüz üçün nə demək olduğunu anlaya
biləsiniz. Atanın işinə qatqınız olsun. Atanın çağırışına qulağınız ol-
sun. Atanın harayına ürəyiniz olsun ki, xalq ola biləsiniz və gələcə-
yinizin qədrini biləsiniz. Bizim ziyarətimizin məqsədi odur. Tükən-
məyən, usanmayan bir ziyarətdir, gəlişdir. Yorulmayan bir çağırışdır,
haraydır. Yerişimizin özü artıq olaya çevrilir, təkcə sözümüz deyil.
Boyumuzun özü haraya çevrilir. Ayaqda qalmağımız özü haraya çev-
rilir. Hər şeyimiz haraya çevrilir və bu haray, doğrudan da, qulaqlara
dolur. Hər kəsin dilində, hər kəsin qulağında dalğalanan bir haraydır
ki, Asif Atanın davamı var. Asif Atanın dönməz yolu var. Asif
Atanın qarşısıalınmaz qalibiyyəti var. Bu qalibiyyət xalqımıza ciddi,
uğurlu gələcək vəd edir. Bu var və günü-gündən də artır, genişlənir.
Bunu bilən ürəklərə eşq olsun və buraya gələn ürəklər qürur
duyğusuyla, böyük fərəh coşğusuyla döyünsün.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın torpağını öpürəm!
Buradan sonrakı böyük Ailə Günü törənimizə bir başlanğıc
götürürük.
Elana Atalı: İnsanın bir dərdi olanda onu həyatçı kimi qəbul
eləməsi daha çətin olur. Ancaq onu Ocaqçı kimi qəbul eləmək daha
asandır. Ocaq ona güc verir.
310
Soylu Atalı: Ocaqçının güc qaynağı buradır. Bu torpaqdır, bu
Məbəddir. Təkcə Örənqala üçün yox, Beyləqan üçün yox, bütün
bəşəriyyət üçün sənin ürəyinə güc verən bir zəmindir Atanın
İnsanlaşma harayı. Belə bir zəmin üzərindəsən. Bu zəminin gələcəyi
var. O gələcək birbaşa həm də sənə bağlıdır – varlığına bağlıdır,
həyatına bağlıdır. Necə deyərlər, torpağına bağlıdır. Evinə, elinə
bağlıdır. Ruhuna bağlıdır. Həqiqətən bu xoşbəxtliyin içində adam
yaşayırsa, dünyanın ağrısına beli bükülə bilməz. Dünyanın qəhərinə
adamın beli bükülə bilməz. Həqiqətən mənim belim bükülmür dün-
yanın qəhərinə. Nə qədər böyük fəlakətlər olur-olsun, məsələn, körpə
cəsədi görürəm, gözüm dolur yaşla, ancaq qəddim əyilmir, belim
bükülmür. Çünkü bağlı olduğum var. İçimdən məni dik saxlayan var.
Bura da insanı içindən dik saxlayan qutsal bir yerdir. Çox illər
keçəcək, bizim heç birimiz həyatda olmayacağıq, ancaq bizim
içimizin dikliyi insanlara böyük dayaq, dirək olacaq…
Bundan sonra saat 16-da Ailə Günü keçirildi.
311
“Ailə Günü” törəni “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə
başladı. “Atagün” Ailəsinin Yükümlüsü Günev Atalı Ataya səcdə ilə
söz dedi: Ailə Yükümlüsü kimi Amallaşma, Kamilləşmə, Xalqlaşma
hesabatı verməyə başlayıram. Atamıza səcdə qılıram.
Günümüz ciddi bir gündür, qutsal bir gündür. Yəni o tələblər ki,
insanlıq tələblərinin içərisindədir, o tələblərdə ki, millətin var olması,
bəşərin var olması halı çözülür, yəni o sorunların yerinə belə bir fikir
deyilir, söz deyilir, istəklər ortaya qoyulur. Üç- beş, fərqi yoxdur,
şəxsin də bu fikirlərə doğru evindən çıxıb bura gəlməsi qutsallıq halı,
yönüdür. Ona görə də günümüz qutsal bir gündür. Nə deyəcəyiksə
qutsal söz deyəcəyik, nə eşidəcəyiksə qutsal söz eşidəcəyik.
Kamilləşməm. “Mütləqə İnam” kitabının “Ali Həyat” bölməsinə
gəlib çatmışam. Yəni adi həyatda nə qədər başqa düşüncələrdən,
həyatda baş verən müxtəlif dünyabaxışların etkisindən, onlara yönə-
lik hər hansı bir məsələyə qiymətləndirmə, yanaşma yönündən fərq-
lər ola bilər. Ancaq adi həyatda bütün o fikir bildirmələrin, yanaş-
maların, bütün o həyatını qurduğun nə varsa hamısı nisbilikdə ilişib
qaldığından, özündə yenidən şərə qayıtmaq olanağı yaradır. Adi
həyatda ədalət, həqiqət nisbi olduğundan yenidən xeyir şərə qayıdır,
dostluq düşmənçiliyə qayıda bilir və s. Ancaq Ali Həyatda yön tama-
milə başqadır. Ali həyatı düşüncədə tanımayana qədər gerçəklikdə
onun heç özünə çatmaq da mümkün deyil. Birbaşa anadan kamil
doğulmaq mümkün deyil. Ali həyat mahiyətə doğma yaşamaqdır, –
312
insan gəlir dünyaya, bütün ömrünü mahiyətə kökləmək, insan kimi
yaşamaq üçün. Tək-tək fərdlərin həyatında baş verə bilir bu.
Cəmiyyətin, xalqın həyatında birdən baş verə bilməyən hadisədir.
Tək-tək fərdlər həyatında Ali həyata qovuşa bilirsə, onun işığından
mütləq cəmiyyətin həyatına düşür. Ömür kitaba çevrilir, oxunur.
Bunun da etkisi cəmiyyətdə örnək yaradır. Həmin fərdlərdən də
cəmiyyət qurulmağa başlayır. Xalq qurulmağa başlayır.
Ali həyatda ədalət Mütləq ədalətdir, xeyir Mütləq xeyirdir. Ölçü
yüksək şəxsiyyətlərin içindən gəlir. Məsələn, tutaq ki, Azərbaycan
dövlətinin Milli Məclisində hər hansı bir məsələyə baxış sərgilənir.
Birindən soruşanda ki, filan məsələyə sənin yanaşman necədir? O da
deyir, məsələn, Fransada bu məsələ belə çözülür. Meyar budur. Əgər
fransalılar belə eləyirsə, biz də belə eləməliyik. Bu qanunu belə
qəbul eləməliyik. Yəni bu baxımdan ölçü ciddi məsələdir, gərək
içində yaransın. Bu, birinci növbədə insanın öz həyatını gülə döndə-
rir. İnsanın həyatını elə gözəlləşdirir ki. Mən o dərəcədə deyiləm,
ancaq hər halda, o hala yaxınam, uyğunam. Dünya gözümdə çox
genişlənir. Olmayan dərəcədə genişlənir, gözəlləşir. Ən rahatsız bir
insana belə, mən içindəki mənaya görə ona hörmət edirəm. Ən nadan
belə mənim millətimin bir parçasıdır. Mənim də dərdim onun öz
mahiyətinə, mənasına üzünü tutmasıdır. Bax, bu da əslində kamillik
əhvalına yönəldən bir fikirdir.
Xalqlaşma ilə bağlı deyim. Elə çox işimiz olmayıbdır xalqlaşma
ilə bağlı. Ancaq bir neçə yerdə olub. Əsasən bir yerdə, sonevlikdə,
hüzür yerində. Orda başqa yerlərdən, hətta şəhərdən gələnlər vardı.
Elanayla elə bir ortam yaratdıq, 30-a yaxın adamla Amal söhbətimiz
oldu. (Molla da boynunu büküb elə heyrətlə qulaq asırdı ki.). Ölüm
nədir, kədərdən dərs götürməyin özü nədir? Bu yöndə söhbətlər
apardıq. Orda olanları təkrar eləməyə ehtiyac yoxdur.
Sonra rayon mərkəzində Elananın qardaşının iş yoldaşı ölmüşdü.
Cavan adamdı. Orda bütünlüklə Ocaq sözləriylə, fikirləriylə yanaşma
bildirdim. Heyrətlə də dinlədilər. Hətta soruşanlar oldu – bu kimdir?
Beləcə münasibət yarandı.
Sonra evə gələnlərlə, tək-tək adamlarla söhbət etmişəm. Həyat
doludur sorunlarla. Ocaq yönündən yanaşma bildirmək, əlacını Ocaq
yönündən göstərmək, ümumiyyətlə, xalqlaşma əməlidir.
Bu ay Məbəddə də işləmişəm. Bunu da xalqlaşma əməlinə özgün
saymaq olar. Hər addımda Ocaq harayları etmişəm.
313
İndi də bir balaca burdakı qonularla bağlı deyim: “Mütləqə İnam
xalqı yaratmaq, eləcə də Mütləqə İnam bəşəri yaratmaq siyasiləşən
millətlərin aqibətində necə mümkündür?”
Bayaq deyirdim ki, bu sorğu ilə bağlı yaxşı düşünüb gözəl bir
yazı da yazmaq olar. Ocağı, Atanı sunmaq baxımından bu çox gözəl
yazı olar.
Birinci növbədə xalqı, belə bir car da vardı, din qaranlığından,
ehkamların, başqa baxışların etkisindən necə qurtarmaq olar ki, xalq
rahat nəfəs alsın. Birinci növbədə, həmin etkilərin xalqın həyatında
törətdiyi vəhşətləri xalqa göstərmək gərəkdir. Gələnlər sənə nə
gətirdi? Tarixdə bəlli faciələr var. Bu fəlakətlərin, faciələrin nədəni
yadlığın, yadların bizə gəlişidir. Əlində qılınc, top, tüfəng. Ancaq
indi toplumda belə bir əhval yaşayır ki, o gələnlər gətirdiklərini
düzgün gətirməyiblər, düz deməyiblər. Məhəmməd belə deməmişdi.
Marks belə deməyib. Lenin də belə deməyib. Gələnlərin özünün
qüsurlarıdır bunlar. Əlinə qılınc alanlar guya yanlış davranıblar. –
Yox! Onların gətirdiklərinin tələbi idi elə o. Sənin başın kəsilməli
idi. Sən Sibir kimi yerlərə sürgün olunmalıydın. İmperiya bunu
istəyirdi. Sənin başın kəsilib çaylara axıdılmalı idi. Dini verənlər belə
istəyirdi. Tələb o idi. Çünkü gətirdiyi Allah belə əsarətçi idi. Səni
səndən alır. “Səni mən yaratmışam. O canı sənə mən vermişəm. Onu
mən qaytarıb səndən almalıyam. Kefim istəsə sənə ağıl verərəm,
ağıllı olarsan. İstəməsə, səni nadan edərəm və cəhənnəmdə əzab
verərəm”. Gör nə deməkdir bu. Ömür əsarətdədir. Sənin deyilmiş bu
ömür. Sən o ömrü necə qura bilərsən bəs?! Deməli, xalqa bunu çat-
dırmaq gərəkdir. Gələnlər elə tam anlamda, həm ruhsal anlamda,
həm də siyasal anlamda əsarət gətirdi. Səni səndən aldı. Səni gücsüz-
ləşdirdi. Ayağını yerdən üzdü. Birliyindən üzdü və başına olmazın
fəlakətlər gətirdi. Bəs Mütləqə İnam fəlsəfəsi, dünyabaxışı sənə nə
verə bilər? Birinci növbədə, sənin öz gücünü özünə çatdırar. Öz
mahiyətinə qovuşdurar… Bu günlərdə generalların əl-qolunu bağla-
yıb tutdular. Nələrini əllərindən aldılar. Biz də bir təskinlik tapırıq
ki, əşi, deyəsən haqq-ədalət yerini alır. Heç bir haqq-ədalət yerini
almır. Onu ora qoyan güclər indi onu ordan götürür. Onun yığdığını
əlindən alır, yerinə başqa bir, ondan da betərini qoyacaq, o da səni
talayıb yığacaq, sonra onun əlindən almaqdan ötrü… Bu proses tari-
xən gedib, indi də gedəcək. Nəhayət, ayılıb bunu dərk eləmək
314
gərəkdir. Yəni idraklı bir xalq, mənəviyyatlı bir xalq, iradəli bir xalq
uğrunda döyüşdür Mütləqə İnam döyüşü.
Sonra bir də görürsən ki, toplantıya çox sayda adamlar gəlir, yük-
sək aşamada elmli, savadlı, biri alimdir, biri şairdir, yazıçıdır. Hərdən
deyirəm kaş mənim ciddi yazarlığım olaydı. Düzdür, o göydən
düşmür, onu yaratmaq gərəkdir. Yarada biləydim də, o baxımdan
deyirəm. Ancaq hamı biranlamlı olaraq yalnız ağıl verir, yol göstərir,
bir cür çıxmasın, “vur, vur” deməkdən irəli getmir. Qardaş, bu
döyüşdür. Bu döyüş də bu millət, xalq üçündür.
Sən də bu millətin, bu xalqın döşünə döyənin birisən. Sən mənə
deyirsən ki, filan cür mübarizə etmək gərəkdir. Burada bizdə də bir
adam var. Vətən, vətən deyəndə susmur. Ancaq vətən üçün bir addım
atmaq gərək olanda imkan tapa bilmir. Öyrətməndir özü də. Söhbət
edəndə deyirəm ki, bütöv bir ömrü qarın üçün yeriyirik, yüyürürük,
çalışırıq, çarpışırıq, bütöv bir ömürdə ikicə saat bura üçün (başını
göstərir – G.A.) çalışmırıqsa, sorunlar səni basıb öldürəcək. Ailə
içində bəs qədər dedi-qodu var. Bir nəsil içində bəs qədər dedi-qodu
var. Xalq içində, cəmiyyət içində sorunlar, dedi-qodular bəs qədərdir.
Heç biri də həll olmur. Bu o birisi ilə əvəz olunur. Niyə həll
olunmur? Çünkü həmin olayları qiymətləndirə biləcək düşüncə yox-
dur. Yoxsa o sorunlar sənin gözündə öz-özünə elə əriyər ki. Elə sənin
baxışınla, elə sənin etkinlə, işığınla, havanla əriyər. Yəni bu kimi bir
əhvalda yaşamışıq bu ayımızı.
“Xalqlaşma yönündə Ocaq hansı aşamalardan keçməlidir”. De-
mək olar ki, biz bir aşamanı keçmişik. Ocaq özünü bu aşamada
demək olar təsdiq eləyibdir. Yəni arınıb, durulubdur. Bu özü elə
böyük bir aşama idi. Düzdür, mən Ocağın tam ilkin gələnlərindən
deyiləm. Ancaq az vaxt da deyil gəldiyim. Ocaqda bulanma, durulma
hallarını çox izləmişəm. Özüm də qıraqdan boylanmışam da, baxmı-
şam da, təəssüf eləmişəm də, yaşım içimə axıb da. Ancaq tam
durulma əhvalı son dövrdə təsdiq olundu. Var olsun Soylunu.
İndi hansı aşamadayıq? Xalqın qulaqlarını da doldurmuşuq müəy-
yən mənada. Çox az sayda adam olar ki, Asif Atadan, onun Ocağın-
dan sorağı olmamış olsun. Söz yox, min il bundan sonra da elə
adamlar tapılacaq. Ancaq Asif Atanın ideyaları, dünyabaxışı ilə
qulaqlar dolub deməzdim, çünkü ideyaları bilmək hər adamın işi
deyil. Ancaq bilgilərlə dolmaq bəlli bir aşamaya gəlib çıxıbdır. Bəs
gələcəkdə hansı aşamalar gözlənilir? Xalqın Ocağa üz tutması
315
dövründə Ocaqçılar üçün xüsusi bir təpki, basqı olacaq. Gözləyirəm.
Fərəhli anlar da gələcək onda. Lap belə ciddi əngəllər olacaq. Bunu
mən elə-belə deyirəm. Çünkü artıq köhnə dünyabaxışçılar, ondan
bərk yapışanlar görürlər ki, Yeni İnam daşıyıcıları meydana çıxıblar.
Artıq üz tutulur bunlara. Belə bir aşama da gəlib keçəcək. Əslində
xalqın xoşbəxtliyi də o gündən başlayacaq. Bizim baxışımızda xalqın
xoşbəxtliyi ideyaların gəlişi ilə başlayıbdır.
Mənim fikirlərim bu qədər. Hiss edirəm ki, danışmaq istədikcə
əhvalım yaxşılaşır.
Atamız Var olsun!
Göylü Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Bir neçə gündən sonra, İnam Günü, “Ulufərəh” Ailəsinin Ailə
Günü olacaq. Mən orada hesabat verəcəm. Ancaq burada bir neçə
kəlmə demək istəyirəm.
Ümumi halımı demək istəyirəm ki, bu günlərdə İnam Evi jurnalı-
mız ortaya gəldi. Ömrümə işıq kimi gəldi. Ən çox da nədə hiss
elədim. Jurnalla bağlı ora-bura getdim, sənədləşmə işləri vardı. Uzun
müddətdən sonra mən kimlərləsə söhbət eləməli oldum. Uzun
müddət danışma, danışma, içimin paslandığını duydum. Çox pis etki-
lədi məni. Ağzımın, sözümün kəsəri sanki yoxdur. Hardan başlama-
lıyam, harda qurtarmalıyam, – durğunluq əhvalındayam. Əlbəttə,
bunun səbəbləri var, içsəl halla bağlıdır.
Ümumiyyətlə, insanda içsəl halla bağlı bir var səhv, bir var qüsur,
bir də var günah. Səhv adətən ağılsızlıqdan doğan bir şey olur.
Düşünməyərəkdən atılan addımdır. Bu ağılsızlıq tamahla, yalanla,
şöhrətlə, bu kimi duyğularla birləşəndə qüsura çevrilir. Bütün bunlar
qanaraq baş verirsə, bu artıq günah demək olur. Bu baxımdan qüsurla
günahın arasındakı bir mövqedəyəm. Durumumu özüm bilirəm, bu
mənə deyilsə də, deyilməsə də, gedişin fərqindəyəm. Nə yaxşı ki,
fərqindəyəm. Bir sıra məsələləri sanki sıfır nöqtəsindən başladım.
Düzdür, bu sözü özümə çox vermişəm, dəfələrlə demişəm ki, yeni-
dən başlayacam, hər dəfə həyata qapılmaq məni yenidən həmin
nöqtəyə gətirib çıxarıb. Məncə, bu dəfə gerçəkdən sarsılmışam,
sonucu müsbət olacaq.
Ailəyə uğurlar diləyirəm. Bu Ailədə olmaq həqiqətən şərəfdir.
Söz demək, heç söz demədən iştirakın özü şərəfdir.
Atamız Var olsun!
316
Günev Atalı: Sənə böyük anlamda minnətdarlığımızı bildiririk.
Hər dəfə beş kilometr deyil, on kilometr deyil, bu boyda yolu
gəlmək, bu Ailə Gününü kitablaşdırmaq, meydana çıxarmaq, yaz-
maq, çəkmək – çox razıyıq səndən.
Elxas bəy: Mən elə hər dəfə söz düşəndə Göylü bacımızı, qızları
misal çəkirəm ki, sənin üstünə düşən, sənin eləməli olduğun, çəkməli
olduğun əziyyəti hər dəfə 500-600 km gəlib gedən o qızlar çəkir.
Söhbət düşəndə deyirlər bunların maliyyə dəstəkləri var, maddi
gəlirləri var, deyirəm, a kişi, camaat gedib 5 manatı zülmlə qazanır,
verir yola, kitaba, qələmə, dəftərə, səfərə.
Bir dəfə təcili yardıma getmişdim, orda bir nəfərlə söhbət etmi-
şəm. Kitabı bayaq ona görə istəmişdim. Orda bizdən sonra da 3-4
nəfər gəldi. Hərəsi bir nəfər gətirmişdi. Hardasa 20-30 nəfər oldu.
Təcili yardımda işləyən oğlan kitab istədi məndən. 2-3 yerdə işləyir.
Deyir, gələ bilmirəm tədbirlərə. Ancaq kitab istəyibdir.
Mən həmişə bunu demişəm, bütün respublikada bizim kənddən
çətin kənd yoxdur din məsələsində. Təsəvvür edin ki, bir nəsil altı
yerə bölünübdür. Bayaq qardaşım dedi “bizi daşlaya bilərlər, çətin
ola bilər”. Bir az razılaşmıram, artıq elə şey yoxdur. Ən çətin kənd
bizim kənddir, böyük də eldir. Məsələn, Xırdalanın yarısı bunlardır.
Getdikcə dindən üz döndərirlər. Adamlar bezirlər qaranlıqdan. Mən-
də bir az zor üsulu var, çalışıram ki, tez başa düşsün. Onsuz da sən
317
bunu gec-tez başa düşməlisən. Bəri başdan bil ki, bu belədir. Mən
toplumun içində deyirəm ki, siz özünüz Allahınızı tanımırsınız.
Allahlı olan adamı zorla Allahsız adlandırırsınız…
Günev Atalı: Nəinki o kənd, başqa kəndlərdə də bu iki qardaş iş
görür.
Elxas bəy: O gün bir neçə adam var, deyir Həccə gedəcəyik.
Deyirəm ora niyə gedirsiniz? Aparıb terrorçuları maliyyələşdirib
qayıdacaqsınız. Deyirlər, sən nə danışırsan? Deyirəm, sən ora apar-
dığın pulu apar yoxsulun birinə ver, qoy dolansın. O yoxsul gedib
özünə iki inək alsın, südünü sağıb balalarına versin. Gör o yaxşıdır,
yoxsa bu?! Aparıb terrorçuları maliyyələşdirirsən. Sənin ora gedib
gəlməkdə guya məqsədin nədir? Ad almaq? Burdakı ad ondan on
dəfə şərəflidir. Adamlar çox yaxşı qarşılayar ki, bu adam gözəl bir
hərəkət elədi.
Artıq onu da mən bunların beyninə yerləşdirmişəm. İstəyirlər ki,
elə bir şey edələr.
Soylu Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
“Atagün” Ailəsinin VII aylıq törənində söz demək üçün Atamıza
səcdə qılıb Bayrağımızı öpürəm.
Amallaşma qonusunda bir neçə kəlmə bizim dünyabaxışımızın
tələbinə uyğun düşündüklərimi bölüşmək istəyirəm, sonra isə başqa
qonulara yığcam bir yanaşma sərgiləmək istəyirəm. Biz sadəcə bir
dünyabaxış yaradıcısı deyə hansısa bir fantastik fikir, davranış sun-
muruq.
Min illərdir bəşər övladının axtardığı, düşündüyü, bəzən ifadə
elədiyi həqiqətləri sistemə salıb insanın yönünə çevirən və inamının
mövzusuna çevirən Asif Atamızın baxışına aydınlıq gətiririk və
insanlarımıza o aydınlığı sunuruq. Yəni insanların min illərdir axtar-
dıqları həqiqət sistemləşib, İnam şəklinə gəlib düşübdür.
Dünyabaxış şəklinə düşüb. İnsan, birbaşa özü olmasa da, başqa
bir insana münasibətdə həmişə idealizə eləmək, yəni artırmaq, uydur-
maq xətti tutur. Bu nədən doğur? Bu, insanın axmaqlığındanmı
doğur? Tutalım ki, gözümüzün gördüyü hər hansı bir insanı başqaları
ideallaşdırır. Bəzən bizim acığımız da tutur ki, niyə olmazın bir şey-
318
lər düşünür, danışır?! Ancaq əslində onun hədəfi, seçdiyi adam yan-
lış olsa da, o münasibət minillərin axtarışından gələn həqiqətdir.
İnsanda böyüklük görmək, Allahlıq görmək həmişə olub. Nəimiylə
bağlı keçirdiyimiz toplantıda da mən bu fikirləri ifadə elədim.
Hürufilər insana Allah dedilər. Əslində Hürufilərə qədər islamda
da şüuraltı bəzən insana Allah deyirlər. Filan insan Allahdır demirlər
ha, ancaq insanı Allah sayıblar davranışlarında, ifadələrində. Məsə-
lən, konkret, Əliyə, Məhəmmədə, Hüseynə münasibətə baxın. Onları
necə ideallaşdırıblar. Onlara ilahi keyfiyyətlər veriblər. Məhəmməd-
də, Əlidə, Hüseyndə ilahi keyfiyyətlər axtarırlar. Bəzən uydururlar.
Bu, uydurma idraki naşılıqdan irəli gəlir. Ancaq yenə deyirəm,
insanda böyüklük görmək, Allah görmək məsələsi var. Bu, minillər
insanın axtarışlarının sonucudur. Hürufilərlə müsəlmanların fərqi
nədə oldu? Hürufilərdən sonra da o, Atada ciddi bir görkəm aldı,
ciddi bir şəklə düşdü. İnsanı Allahlaşdırmaq, onu qutsal saymaq,
gəlib Atada çox gözəl bir şəklə düşdü. Yəni insan içində Mütləq
gəzdirir. Hürufilər insana Allah deyirdilər. Bu zaman onlar insanın
fiziki varlıq olduğunu gözardı eləmirdilər.
İnsanın fiziki varlıq olduğunu gözdə tuturdular. İnsana elə
keyfiyyətlər sunurdular, onu elə əməlinə görə Allah adlandırırdılar
ki, bu zaman insan ağlımızda, düşüncəmizdə mücərrədləşmirdi, fiziki
varlıq olaraq da görünürdü. Bu, fiziki varlıq olan insan haqqında
deyilən fikirlərdir. Nədə özünü göstərirdi? Məsələn, insanın yalan-
sızlığa yetməsi. Belə götürəndə, sadə bir sözdür də. İnsanın yalan-
sızlığa yetməsi. Ancaq insanın yalansızlığa yetməsi prosesi çox ağır
bir prosesdir. Bir insanda heç bir vaxt heç bir yalanın olmaması – bu
çox böyük bir məsələdir, zarafat bir məsələ deyil. Deməli, əgər insan
özündə tam yalansızlığa yetirsə, tam rəqabətsizliyə yetirsə, pis an-
lamda yarışsızlığa, tamahsızlığa yetirsə, o, əslində ilahi keyfiyyət-
lərin daşıyıcısı olan insana çevrilir. Allahlıq xilqətinə çevrilir. Yenə
deyirəm, elə-belə “yalan” sözü adi səslənir qulağımızda, ancaq
yalansızlığı bacarmaq çox böyük bir məsələdir. Onu bacaran adamı,
doğrudan da, ideala bərabər tutmaq keçir adamın ağlından. Onu
ideala tən tutmaq ağlından keçir. Ancaq müsəlmanlar insana ilahi
keyfiyyətlər verəndə onun fiziki varlıq olduğunu unudurlar: –
“Məhəmməd ayı iki yerə böldü”. Obrazlı desək, ayı iki yerə bölmək
Allahlıq keyfiyyətidir, Allahlıq qüdrətidir. Ancaq fantaziyadır. Eyni
halda bunu gerçək, fiziki insana aid eləmək ümumiyyətlə, xülyadır
319
ki, fiziki insan ayı iki yerə böldü deyirlər. Ayı iki yerə bölmək gərək
deyil Allah olmaq üçün, dediyim keyfiyyətlərə yetmək gərəkdir:
Mütləq yalansızlığa, tamahsızlığa, rəqabətsizliyə. Bax, bu, bəşəriy-
yətin min illərdir axtardığı keyfiyyətdir ki, onu bu gün Asif Ata
gerçəkçi şəklə saldı. Dedi, insan içində Mütləq gəzdirən ruhsal var-
lıqdır. Mütləq nədir? Həmin Allahlıq məsələsidir. Onun adı nədir?
İnsanlıq! İnsanlıq nədir? Dediyim şeylər. Yalansızlıq, tamahsızlıq,
şöhrətsizlik, vicdana yetmək, sevgiyə yetmək, Vətən vurğunluğuna
yetmək, bəşər sevgisinə yetmək, bunlar hamısı insanda ki formalaşır,
yüksək bir etap yaradır, onda o insan haqqında adi danışa bilmirsən.
Görürsən ki, bu insan elə-belə təkcə bioloji varlıq deyil. O qarşısında
inək otarır, ancaq bu görkəm qarşısında inək otaran insanın özündən
ayrılmış, ora qapılmış bir şəkli deyil. Gözümüzün gördüyü o inək
otaran insan içində Allah gəzdirir. Bax, görürsünüzmü, həyatla, yaxşı
anlamda, necə bağlanır insan. Mücərrədləşmir, həm inəyini otarır,
həm də içində Allah gəzdirir. Baxın, təbiətlə, yaşamla içində gəzdir-
dikləri bir-birinə bağlanır. Uyumsal olur. Mücərrədləşmir, xülya-
laşmır. İnsan böyük olur. Otçalan insan böyük olur, Allah olur.
Burada, müsəlmanlardakı kimi, o keyfiyyət seçkin adamlara, seçil-
mişlərə özgün olmur. Məhəmməd, Əli, Hüseyn seçilmiş idi. Ancaq
Asif Atada içində böyüklük gəzdirmək, Mütləq gəzdirmək seçkinlərə
özgün deyil, ümumi insana özgündür ki, hər bir insan içində Mütləq
gəzdirir. İnsan o Mütləqə tən yaşaya bilər, ona yetməlidir. Yetmək
üçün də yol göstərir. Bu cür addım at, belə yaşa. Bax, bu insanın
taleyinin qurulması, doğrulması üçün o qədər gözəl bir aydınlıqdır
ki, Asif Atanın dünyabaxışında ortaya çıxır. Gözəl bir aydınlıqdır.
Burada heç bir qaranlıq şey qalmır. Heç bir nağıl qalmır. Ona görə
insanı daşıdığı keyfiyyətlərə uyğun yaşatmaq üçün Asif Ata bütün
tarixin, bəşəriyyətin keçdiyi yolun sintezi kimi formalaşır və belə bir
şəkildə də qarşımıza çıxır. Belə bir şəkildə, ümumiyyətlə, insanlığın
qarşısına çıxır. Mümkün olanı insana öyrədir. Sadə bir insanın
ağlında o şey ki mümkünsüz görünür, Asif Ata onu mümkün göstə-
rir. Mümkün olduğunu sübut edir. Bu, əslində gerçək yaşamla bağlı
olan birbaşa gözəllikdir.
Bax, mən amallaşmamla bağlı qısa bunu deyərdim. İkinci, kamil-
ləşmə mövzusuyla bağlı, sonuncu özüylədöyüş gündəliyimdən bir-
iki parça oxuyacam. Bu mənim sistem şəklində yazdığım 14-cü
320
özüylə-döyüş gündəliyimdir. Ancaq bir də xırda həcmli özüylədöyüş
gündəliklərim var. O bir ayrı sistemdir.
(Soylu Atalı Gündəliyindən özünü görmələri, döymələri ilə bağlı
parçalar oxudu – G. A.)
Buradan mən keçid eləmək istəyirəm xalqlaşma məsələsinə. Həm
rəssamlarla görüş və bu görüşün, vurğuladığım kimi, yüksək səviy-
yədə keçməsi, dünən axşam Vaqif bəylə telefonlaşdıq, o deyir mən
iki dəfə onlarla qarşılaşmışam, hər ikisində yüksək heyranlıq bildir-
dilər, qeyri-adi bir duruma düşüblər ki, belə bir söhbətin dinləyicisi
olmayıblar bu çağa qədər. İkinci, “İnam Evi” jurnalının ortaya
gəlməsi. Baxmayaraq ki, “İnam Evi” jurnalı bütünlüklə Ocaq qonu-
larını qapsamır. Orada deyək ki, klassiklərdən nəsnələr var.
Dəyər verdiyimiz, millətə gərək olan düşüncə adamlarının düşün-
cələrini, yazılarını, fikirlərini bu jurnalda çap eləmişik. Əslində bu da
ona görədir ki, toplumun ağlında bir az belə deyim ki, ideoloji
düşüncənin genişliyini təmin eləyək. Çünkü bütün halda Ocaq fikri,
Ocaq sözü əsas olsa, bu Ocaq sözünün, fikrinin də adiləşməsi olar
kimlər üçünsə. Həm də deyərlər ki, bunlar bütünlüklə özlərini deyir-
lər. Burada biz nəyin yiyəsiyik, nəyə önəm veririk, nəyə dəyər
veririksə, onları bu topluma sunuruq. Yəni bu jurnalda sizin qarşılaş-
dığınız klassiklərdir, düşünən adamlar, fikir yiyələridir, bunlara biz
önəm veririk. Niyə önəm veririk? Çünkü onların sənin millət
321
olmağında bu və ya başqa şəkildə qatqısı var. Sənin milli tərbiyə
olunmağında onların qatqısı var.
Bu da bizim üçün bu son ayda ciddi bir xalqlaşma əməli oldu.
Uzun müddətdir bu jurnalın üstündə çalışırıq. Zəhmət çəkirik. Zəh-
mətimiz ortaya gəlib çıxdı və ciddi iş görür. Biz bilmirik nə alınıb, nə
alınmayıb. Bizim məqsədimiz bu jurnaldan pul qazanmaq deyil təbii
ki. Ancaq dediyim kimi, mən köşklərə, keçib gedəndə, baxıram,
görürəm ki, bu jurnal bəlkə 50-100 dəfə vərəqlənib. Hamı baxır. Bu
bir maraqdır. Bu bir diqqətdir. İnsanların gözünün alışması, öyrəş-
məsidir həm də. Bizə də gərək olan budur.
Üçüncü bir olay, bu il Nəiminin 675 illiyini keçirməyimiz oldu.
Əslində Ocaq ölçüsüylə baxarsan, ortaya sual çıxa bilər ki, Nəimiyə
675 illik keçirmək görəsən bu Ocağın nəyinə gərəkdir?! Belə götü-
rəndə, doğrudan da, Ocağın bu günkü işinə gərək deyil. Ancaq o işi
ki, dövlət, mədəniyyət baxanlığı görməlidir, bunlar ağızlarına su alıb
dayanıblar. Bunlar xalqın içində yaşadılacaq dəyərlərə önəm vermir-
lər. Onların adını çəkmirlər. Onları bu xalqa öyrətmirlər, başqa işlər-
lə məşğuldurlar. Bütün baxanlıqlar (nazirliklər) elədir, o cümlədən
Mədəniyyət baxanlığı. Nəimi – Hürufilik Asif Atanın dəyər verdiyi
ruhsal olaylardan biridir. Azərbaycanımızın, Azərbaycanlığımızın
ruhsal mahiyəti deyə onların bir-bir adını çəkir, dəyərləndirir. Nəimi
Azərbaycanın ruhsal mahiyətini ifadə edən dəyərlərdən biridir. Biz
Ocaq olaraq bu dəyəri gündəliyə gətirməklə əslində onun yiyəsini
sunuruq topluma. Onun yiyəsi Asif Atadır. Baxın, Nəiminin yiyəsi
dövlət deyil ha, Asif Atadır. Nəiminin Azərbaycana bağlı olan yük-
sək keyfiyyətlərini ifadə eləməklə, sunmaqla, biz Asif Atanın
baxışını, dəyərini qabağa çəkirik. Yəni nə eləyiriksə eləyək, hər bir
addımımız Asif Ata baxışının toplumun içərisinə yeriməsinə qulluq
göstərir, onun təsdiq olunmasına gətirib çıxarır. Bunlar da vacib
şeylərdir. Hər yöndən etki göstərmək, cığır açmaq Asif Ataya ki,
toplumun içinə yerisin. Xalqın özünəxaslığı Asif Ata ilə qurulur.
Bax, bu bizim xalqlaşma işimizin yığcam, son çağdakı miqyasıdır.
Özü də çox böyükdür bu miqyas.
İndi isə gediş yazısındakı qonumuzla bağlı bir neçə kəlmə demək
istəyirəm: Mütləqə İnam və siyasiləşən millətlər.
Mütləqə İnam xalqlara ruhaniyyat üstə yaşamaq tələbiylə səslənir.
Ancaq dünyanın gedişi, dünyanın nizamı başqa yönə, başqa yerə
köklənib. Tamamilə siyasətə köklənib. Bütün dünya siyasət qaranlı-
322
ğında, siyasət burulğanında çaşbaş durumdadır və insan bu qaran-
lıqda özünü görə bilmir. Özünün niyə var olduğunun fərqinə vara
bilmir. Niyə yaşayıram? Bu cür hərcayi dünyada, bu cür başı-ayağı
bilinməyən dünyada mən niyə varam axı?! Mən nədən ötrüyəm axı.
Bu, əslində, doğrudan da, bir çağlar Tolstoyun özünə verdiyi soru-
lardır. Bu gün insanlar o soruları özlərinə vermirlər, ancaq o duruma
düşüblər. Bu hara gedir, hara çəkib aparır insanı? Siyasiləşməklə axı
özünü insan kimi duymaq mümkün deyil. Çünkü bu siyasiləşmənin
içində min dənə hoqqa var, min dənə fırıldaq var. Min dənə eybə-
cərlik var, alıb-aldatmaq var, yalan var. Vəhşilik var, başkəsmə var.
Dünyada güclü olmaq uğrunda yarış gedir. Heç kəs ruhsal qüdrətli
olmağa can atmır. Hər kəs siyasal güclü olmağa çalışır. Siyasal güclü
olmaq üçün iki araçdan istifadə edirlər. O nədir? Bir, bəşəriyyətin
abad, firavan yaşaması üçün doğanın (təbiətin) verdiyi nemətlərin
israf olunması. Yəni bu nemətlərin gətirdiyi gəlirlərin çoxluq baxı-
mından böyük kəsimiylə yaraq-filan əldə edirlər. Ağlasığmayan
yaraqlar icad edirlər. İnsanın başına oyun açacaq ağlasığmayan
yaraqlar. Çeşid-çeşid, elə şeylər ki, burda oturub düşünürsən, düşünə
bilmirsən. Bu yaraqlar nədən ötrüdür? – İnsanı qırmaq, öldürmək,
insanı öldürməklə, kor, zəlil, çolaq qoymaqla, körpələrin qanına
susamaqla dünyada güclü olmasını təsdiq eləmək. Baxın, bu
heyvanat aləminə xas bir şeydir. Bu, insana özgün deyil axı. Siyasət
bunu yaradır. Siyasiləşən gediş, dünya elə bu deməkdir.
İkinci, özünün güclü olmasını təmin eləmək üçün ayrı-ayrı qrup-
lar yaratmaq, ayrı-ayrı birliklər yaratmaq, onların ağlını söndürmək,
bu qruplardan dağıdıcı terrorçu düzəltmək və bunları canlı bomba
kimi, canlı partlayıcı kimi qullanmaq. Baxın, dünyanın gedişində
güclü olmaq istəyən alçaqlar nəyə çalışırlar, nələrə gedirlər. Nələr
qalır ki, getməsinlər. Bax, belə bir dünyada yaşayırıq biz. İnsanlığın
öldürüldüyü, qəhr olunduğu bir dünyada yaşayırıq biz və elə bir
dünyada ki, burada başqa sözün, başqa çağırışın, mənəviyyat anlayı-
şının rolu görünmür. Ümumiyyətlə, mənəviyyat anlayışı burada iş
görə bilər, bilməz məsələsi var ha, inanılmır ki, mənəviyyat burada iş
görə bilər – bu gedişdə, bu dünyada ha. Buna inanılmadığı bir çağda
ki, mənəviyyat iş görə bilər, belə bir çağda biz Mütləqə İnam yolun-
da mənəviyyat çağırışları edirik. Mənəviyyata çağırışlar edirik.
Baxın, heç kimin ağlının kəsmədiyi, inanmaq istəmədiyi, inana
bilmədiyi, ağlının gücü çatmadığı bir şeyə biz çağırış edirik. Bunda
323
da israr edirik. İndi bir tərəfdə bütün planetin xəzinəsini, varını-
yoxunu, nemətinin hamısını əlində səfərbər eləyib insanın ağlını,
mənəviyyatını söndürməyə yönələnlər durub, bir tərəfdə isə bir ovuc,
səsi dörd divarın arasından güclə eşidiləcək bir qüvvə durur. Bəs biz
nəyə arxayınıq axı, nəyə güvənirik ki, bu boyda azğın, azman bir
dünyanın qarşısında dayanıb mənəviyyat çağırışı edirik. İnam
çağırışı edirik. İnsana yeni aqibət vəd edirik. Bax, söhbətimin başlan-
ğıcında vurğuladım, insanın içində olan Mütləqi tanıdığımıza görə,
öyrəndiyimizə görə. Biz özümüzü aldatmadıq. Biz dedik insanın
içində Mütləq var. Axtardıq, araşdırdıq, öyrəndik, tapdıq, gördük ki,
var. Uydurmuruq, boşuna demirik. İnsanın içində Mütləq var, Allah
var. Bu insan Mütləqin arxasınca gedirsə, axırda ona qovuşur. Bunu
Asif Ata elədi. Biz də ona bənzər aqibət yaşayırıq. Yaşadıqca
görürük ki, Asif Atanın çağırışını eşitsək, dediklərimizə əməl eləmək
mümkündür. Deməli, bütün bəşəriyyətin içərisində nə gərəkdir? Bir
Sirikli kəndinin içində, hardasa min, iki min insanın içində bircə
nəfər Elxasın olması hansı dəyişikliyi yaratdısa, hələ bu dəyişiklik
davam edir, edəcək, hansı dəyişiklik yaratdısa, Asif Atanın Mütləqə
İnam carçıları, Ocaqçıları öz içində həmin Allaha, Mütləqə yetməklə,
onu dərk eləməklə, onun ortaya çıxardığı biliklə yüklənməklə, bütün
bəşəriyyətin içərisində həmin gedişi, həmin işi daha böyük şəkildə
həyata keçirmək əzmindədir. Bu mümkündür. Onun mümkünlüyünü
sən (Elxası gözə alır – G. A.) öz kəndində sübut elədin. Əgər burada
bu mümkündürsə, hələ az bir tutumla, yüksək elmi tutumla getmədin
onların içinə, sadə bir ürəklə getdin onların içinə, bu ürəyə Ocaqdan
ayrı-ayrı eşitdiyin fikirləri qoymaqla getdin. Orada israrla inad elə-
din, o daşı dələ bildin. O qayanı parçalayıb yara bildin. İndi biz,
Ocaq olaraq, daha böyük tutumla çıxırıq bəşəriyyətin içinə. Burada
elmi tutum var, burada böyük fəlsəfə var. Burada böyük ruhaniyyat
var, sistem var. Burada böyük həyat nizamı, sistemi var. Bununla biz
çıxırıq bəşəriyyətin içərisinə və əzilən, döyülən, alçaldılan insana
üzümüzü tuturuq ki, sənin qurtuluşun budur. Bunu biz hazırlayırıq
sənə. Sən üzünü mənə tut. Sən əlində qılınc başını kəsməyə hazır
olana boynunu əymə. Mənə üzünü tut, üzünü ağardacam. Onda sən
görəcəksən ki, insan kimi yaşamağın anlamı nədir. Bax, Asif Ata
belə bir həqiqəti araşdırdı, öyrəndi, içində işıqlandırdı, ortaya çıxart-
dı. Nəinki bunu yüksək idrakın süfrəsinə sundu, hətta gözün görə
biləcəyi aşamaya gətirib çıxartdı. Ona görə biz belə bir sevgiylə,
324
inamla siyasiləşən dünyanın anlamsız inadını onillər, yüzillər boyun-
ca qırmağa qadir olduğumuzu dərk elədik.
Bundan ötrü gərək insanı mifik vurğunluqdan qurtarasan. İnsan
mifik deyilişlərə, mifik yaranışlara, mifik ortaya çıxarılanlara vurğun
olur. Məsələn, insan o qədər basqı altında yaşayır ki, o qədər onun
ağlı kəsərdən düşür, o basqının altında, o əzilmədə ağlı elə kəsərdən
düşür ki, o özünün qurtarıcısı saydığına özündən uydurulmuş keyfiy-
yətlər verir. Mifik şəxsiyyətlərə vurulur. O mif ki, onun gerçək əsası
yoxdur, iş görmür, ona vurulur. Əlinin qılıncının boyu 2 metrdir. 12
adamı birdən kəsdi. Bu zəlil duruma salınmış insanın, bədbəxt duru-
ma salınmış insanın mifik umududur. İşə keçmir. İnsanı o mifik vur-
ğunluqdan qurtarmaq gərəkdir. Asif Atanın dünyabaxışıyla biz insanı
həmin mifik vurğunluqdan qurtara bilərik. Biz buna qadirik. İnsanı
gerçəkçi vurğunluğa yönəltmək, həqiqətə vurğunluğa yönəltmək
gərəkdir. Onda o Əlinin qılıncının 10-15 adamı kəsməsini gedib tari-
xin uçqunlarının altında axtarmayacaq ki, kiməsə qəhrəmanlıq məsə-
ləsini sübut eləsin. Onda o öz içində hikmət tapacaq, qüdrət tapacaq.
Ayağa durub dikələcək öz içində ki, mən bunu eləməliyəm. Torpaq-
ların altından gəlib Əli mənim üçün on baş kəsməyəcək. İçimdə
oturan şərin başını mən kəsməliyəm. Bax, o mifik vurğunluqdan in-
sanı qurtarmaqla onun bütün diqqətini öz içinə yönəldirsən. Öz için-
dəki ideala vurulur o. Özünə inanır o. Onda o başlayır millət olmağa.
Sonra, bizi hər kəs çağırır. Bizi hara çağırırlar? Hansı ideyaya
çağırırlar? Hansı ideala çağırırlar? Gərək kimlərinsə ətəyindən gözü-
yumulu yapışmayaq. Bizə sunulan ideal nə dərəcədə gerçəkçidir, nə
dərəcədə gerçəklikdə onun yeri var? Həyata keçə bilər. Ondan biz
yapışsaq, ağ günə çıxa bilərik. Nə dərəcədə bu mümkündür? Bəlkə
heç mümkün deyil? Özünü qurtara bilməyən, özünün anlaya bilmə-
diyi ideyayla ortaya çıxan bir adamla biz hara gedə bilərik? Bizə
mifik ideya sunan, başı-ayağı bilinməyən ideal verən, bir kəsin, bir
kimsənin ətəyindən tutarıqsa, biz elə həmin vurğunluqda tamamilə
fantaziyalara qapılıb kiçilə-kiçilə gedərik. Gərək bizə qurtuluş
yolunu söyləyən dilin “doğrudanmı söylədiyi həqiqətdir” anlamına
yetə bilək. Doğrudanmı həqiqət adına deyilən çağırışlar həqiqətdir?
Nağıl deyil ki, yalan deyil ki? Məni kiçiltməyə yönəlməyib ki? Məni
doğrudanmı özümə bağlayır, məni doğrudanmı, göylərə qaldırır?
Gərək biz onun fərqinə vara bilək. Yenə deyirəm, içində özünü
inandıra bilməyən məni necə ağ günə çıxarda bilər? Çıxarda bilməz.
325
Bax, biz gərək bunun da fərqinə vara bilək. Baxın, bizim Asif Atanı
sunmağımızda böyük bir üstünlük var, fərq var. Böyük bir ləyaqət
var. Biz hər vaxt, həmişə Asif Atanı sunanda deyirik ki, gözünü
yumub kor-korana tutma. Düşün və Asif Atanı öyrən. Mən deyirəm
Asif Ata Mütləqdir, sən də araşdır, inan, öyrən. İnan ki, mən buna
çatmışam da. İkinci, mən sənin içindən səni çağırıram. Özü də sənə
çağırıram. İnanmaq üçün birinci şərt budur. Səni sənin içindən çıxan
ər çağırır. Asif Ata sənin içindən çıxıb. O səni sənə çağırır. Səni
başqasına çağırmır, səni Məkkəyə çağırmır, səni Bakıya çağırır, səni
Örənqalaya çağırır. Örənqalanı qutsallaşdır. Gedib Məkkədə dizin-
dizin sürün deyə çağırmır. Bax, sənin içindən çağıran ərin səsinə
diqqət yetir. Gör o səni hara şağırır. Bizim üstünlüyümüz odur. Bur-
dan belə bir şey çıxa bilər. Biz deyirik Asif Ata bəşəridir. Asif Ata
məni mənə çağırır, türkə çağırır, bəs onda alman millətini hara çağı-
rır? Almanı da almana çağırır. Bax, Məhəmməd bizi ərəbə çağırdı.
Ərəbi də ərəbə çağırdı, məni də ərəbə çağırdı. Asif Ata məni türkə
çağırdı, almanı almana. Almanı mənə çağırmır. Özü olmağa çağırır.
Bax, onun ideyalarının hamısının axarında bu var. Bəşərilik budur.
Bir milləti ləğv eləyib, gözardı eləyib onun mədəniyyətini, varlığını
heç sayıb yalnız özünün yekəliyini ona sunan adamdan bəşər olmaz
axı. Məni mənə doğmalaşdıran, məni özümə tanıdan bəşəri ola bilər.
Kim olur olsun, ərəb olsun, alman olsun, fars olsun, ingilis olsun,
məni mənə oxşadırsa, məni özümə bənzədirsə, mən ona dahi deyi-
rəm. Ona bəşəridir deyirəm. Mən ona sevgi də bəsləyirəm, sayğı da.
Ancaq məni məndən alan, ayaqlayan, heçə çevirənə necə bəşəri de-
yim?! Bax, Asif Atanın üstünlüyü odur. Asif Ata millətçidir, ancaq
başqa milləti basıb ayaqlamır. Onu özünün ümmətinə çevirmir.
Çünkü öz millətinə qıymır. Yəni başqasını heçə çevirən öz millətinə
fəlakətli gələcək hazırlayır. Bu da bizim bu yöndən üstünlüyü-
müzdür.
Sonuncu bir mövzumuz ki, xalqlaşma yönündə Ocaq hansı aşa-
malardan keçəcək? Günev yaxşı toxundu məsələyə, qısa deyəcəm.
Sizi çox yükləmək istəmirəm qonularla, ağır qonulardır. Əslində
Atanın varlığını göstərmək aşaması keçdik. İçindən ər çıxıb Asif Ata
adında. Səni düşünür, sənin dəyərlərini qoruyur, qurtarır. Səni yeni
dəyərlərə yüksəldir. Səni aydın gələcəyə yönəldir. Bu bir aşama idi.
Bu aşama hələ də var, gedir. Sonra xalqın ayağa durmaq aşaması
gələcək. Ona qədər isə Asif Atanın ideyası nədir, necədir, nəyə
326
çağırır, o aşamanın başlanğıcındayıq. Bu aşama ola bilər ki, öncəki
qədər də uzun sürsün. Sonrakı aşama gələcək, xalqa demək ki, indi
içində sənə hökm edən yadlıqlardan imtina elə. Özünün içindəkinə
dön. Öz içində yaranana dön. Ondan yapış. Ona çağırış aşaması baş-
layacaq. Son aşama, çağırışın yaşam dönəminə keçməsiylə davam
eləyəcək. Bax, xalqlaşma dediyimiz aşamalar bunlardan oluşacaq.
Bu da bayaqdan dediyimiz həqiqətlərlə tutuşduranda, bir müstəviyə
gətirəndə gözümüzün qabağında çox gözəl canlanır, aydınlanır ki,
biz heç nəyi mücərrəd demirik. Aldadıcı demirik. Özümüzü aldatmaq
həvəsində deyilik. Təsəlli vermirik özümüzə. Xoşbəxtlik taleyi yaşa-
yırıq. Böyük bir quruculuq ideyasının yükünün altında qəddimiz,
varlığımız dik dayanır. Bütün çətinliklərə baxmayaraq, necə üzümüz
ağ, gözümüz kölgəsizdir. Necə qutsalların dediyi kimi yaşayırıq. Arı,
duru, vicdanla. Oğurluq bilmirik, əyrilik bilmirik, yalançılıq bilmirik,
necə də qorxusuz, hürküsüz yaşayırıq. Necə də səksəkəsiz yaşayırıq.
Bütün insanlar səksəkə içində yaşayır. Bizi toplumla bağlayan yalnız
bir cəhət var ki, onların yediyi pozulmuş qidanı yeyirik. Onların ud-
duğu pozulmuş havanı uduruq. Ancaq içimizdəki mənəvi nizam,
mənəvi düzən yerlə göy qədər fərqlidir. Bunu bizim deməyə haqqı-
mız var, çünkü bunu biz yaşayıb yaratmışıq. Bunu deməyə haqqımız
var, toplum elə bir durumda yaşayır, biz isə elə bir aşamaya keçmi-
şik, özümüz dərk edirik ki, biz insana, insanlığa gərəyik. Bizi insana
– insanlığa gərək eləyən Atamızın qarşısında səcdə qılıram və
sözümü bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm!
Qutsal Oxuma: “Fəlsəfənin Təməli” Bitiyi, “Təməl” əsərindən
“Ədalətin Təməli” bölümü oxundu, aydınlıq gətirildi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Gün başa çatır.
Sərt Ayı, 37-ci il. Atakənd.
(dekabr, 2015. Bakı.).
|