Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   23   24   25   26   27   28   29   30   31

 

Yasin  Türksoy: Bir-iki  qeydim  var.  Bunları  bölüşmək  istəyirəm. 

Ondan öncə burda səslənən “ölməkdən, həbs olunmaqdan qorxuruq” 

fikrinə  düzəliş  eləmək  istəyirəm  ki,  ölməkdən  qorxan  xalq  Babək 

verə, 20 Yanvar yarada bilməz. Üzdə olan olaylara dayanaraq, onun 

genetikasını qəti olaraq araşdıra bilmərik. 


 

427 


Üzdə olan olayları sayıb oturmağa öyrəncəklik yaranıb bizdə. An-

caq  onlardan  soruşanda  sən  vətən,  millət  üçün  nə  etməlisən? 

Cavabları olmayacaq. Hansısa bir qurumda, təşkilatda millətin üçün 

ürəkdən bir iş görsən, təşkilatlansan uğura da yetərsən. 

Soylu Atalıdan soruşulur biz niyə birləşə bilmirik, bir araya gələ 

bilmirik.  Sorular  verildi.  Millətin  yükünü  çəkən,  onun  üçün  özünü 

ölümə verən şəxslər meydana çıxır. Axırda çoxu satılır. Satqınlıqlar 

xalqın  evini  yıxır.  Soylu  Atalı  keçən  dəfə  vurğuladı  ki,  bu  xalq 

Səttarxanın  arxasınca  getdi,  Babəklə  ayağa  qalxdı.  Buna  yenidən 

köklənmək gərək… 

Bir  neçə  dönəmdir  siyasi  hakimiyət  üzərində  düşünürəm.  Dün-

yanın ilk sivilizasiya məkanı olan Orta Doğu, iki çay arası dediyimiz 

ərazilər,  Suriya,  Misir.  Orda  yaranan  sivilizasiyalar  nə  oldu?  15-ci 

yüzildə  yaranan  bir  dövlətin  ayaqaltısı  oldu.  Onun  mədəniyyətini 

altını üstünə çevirdi. Nədən olur? Siyasi hakimiyətin olmamağından. 

Belə  qənaətə  gəlirəm  ki,  siyasi  hakimiyət  yoxdursa,  ən  yüksək  gə-

lişmiş mədəniyyəti belə məhv edə bilirlər. Siyasi hakimiyət olmasa, 

Doğu dəyərləri əsasında türk birliyi qura bilmərik. Siyasi hakimiyət 

olmasa, bütöv Azərbaycanı qura bilmərik. Asif Ata Ruhaniyyatı in-

diki halda türk birliyinə yaraya bilmir. 37 ildir Asif Ata Ocağı yanır. 

Ancaq xalqın içərisinə böyük təsiredici qüvvə ilə girə bilmir. Niyə? 

Çünkü  siyasi  hakimiyətimiz  yoxdur.  Azərbaycanın  başında  durub 

idarə eləyən şəxslər anti-millidirlər. Hər yöndə qarşımız kəsilir. 

 

 



 

 

428 


Siyasi  hakimiyətdən  danışılmışkən,  müxalifətçilərin  millətçiliyi-

nin olmamasına toxunmaq istəyirəm. Onlar millətçilikdən danışanda 

adama  qəribə  baxırlar.  Onların  ailəsində  milli  təməl  yoxdur.  Sabah 

hakimiyətə gəlsələr, yenə milləti Batıyönlü idarə eləyəcəklər. O pro-

ses illərdir gedir. Özlərini siyasi müxalifət hesab eləyən qüvvələrdə 

millətçilik yoxdur. 

Azərbaycana  etki  göstərən  din  məsələsiylə  bağlı  bir  statistik 

göstəricini  də  demək  istəyirəm.  2015-ci  ilin  göstəricisidir  ki,  son  5 

ildə Azərbaycanda uşaqlara 16500 Yusif adı qoyulub. O da ona görə 

ki,  yəhudi  Yusifdən  bəhs  edən  təbliğatdan  sonra  belə  bir  duruma 

gəlib çatdıq. Bir film gör nə qədər təbliğat işi görür. 

 

Elçin  Həsənov: Atatürk  bütün  dünyayla  müharibə  elədi.  Ancaq 

gənclərə bir dənə söz dedi. Dedi ki, bizim yolumuz Batı yoludur. 



 

Yasin  Türksoy:  Çıxılmazlıqdan  eləyib.  Elə  bilirsiniz  Atatürkün 

seçdiyi Batı yolu Türkiyəni ağ günə çıxardı? Türkiyədə indi türkçü-

lük qalıb? Millətləşmə yolu tutmalıyıq. Atamız Var olsun! 

 

Soylu Atalı: Mən sizə ikicə yarpaq “Qutsal Oxuma” hissəsi üçün 

mənim kitabımdan bir şey oxuyum. 

Asif  Ata  Evladlarının  özüylədöyüşü  üçün  olduqca  ciddi  məsə-

lədir. 


Yuxarıda izah vermişəm, fədakarlıq, təmənnasızlıq haqda. “Evla-

dın özünü yaratması məsələsi ilə bağlı. Vurğu eləyirəm. Bu deyilən-

lər heç də asan başa gəlmir. Ona görə də Ocaqçılığın baş tutması çox 

nadir  olaydır.  “Ömrüm  sənindir,  Ata.  Götür  onu istədiyin  sərf  elə”. 

Biz  Asif  Atanın  Ocağına  gələndə  bunu  and  kimi  deyirik.  Bunu 

eşidən qıraq bir adam fikirləşir ki, Asif Ata özü üçün eləyir nəyisə. 

Necə  yəni,  ömrüm  sənindir,  götür  onu  istədiyin  kimi  istifadə  elə? 

Yəni Asif Atayla öz mənliyi arasında bir uyğunsuzluq axtarır. Axtar-

malı olur. İndiyə qədər heç bir qurum rəhbərinə belə müraciət olun-

mayıb. Burada özündənkeçmə tələb olunur… Yuxarıda adları çəkilən 

ideyaların  mahiyyətinə  varmadan,  bu  tələbin  anlamını  izah  eləmək 

çətindir. Bu məsələlərin izahı ilə əslində 37 illik yolun nə olduğu da 

açılır,  Evladlıq  olayı  da  tanınır.  Asif  Atanın  sözünün,  mənəviy-

yatının, alovlu ehtirasının, dərin biliyinin, geniş özünü ifadə qabiliy-

yətinin  çox  böyük  cazibəsi  vardı.  Adam  bu  cazibə  ilə  görüşəndə 


 

429 


maqnit kimi çəkilirdi Ataya tərəf. Bu cazibə nə idi? Asif Atanın dün-

yaya sığmayan vəcdli, ehtiraslı fikirçiliyi, insanın ilahi xislətini açıb 

göstərən İnam harayları, insanı özünə qaytaran, Mütləqə qovuşduran 

ideya  bənzərsizliyi,  idealla  insanı  vəhdətdə  götürən  idraki  coşğun-

luğu. Asif Atanın bu halı ilə görüşən adam əslində öz mahiyyətiylə 

görüşürdü.  Bu  ali  bir  ünsiyyət  olurdu.  İlahi  bir  an,  riqqətə  yetirən, 

onu gerçəkliyin fövqünə qaldıran müqəddəs təmas”. 

Bunu sizə niyə oxuyuram? İnsanlarımızın içində Batı məsələsinə 

çox fərqli yanaşmalar var. Asif Ata Qərbçilik anlayışını çox işlədirdi. 

Bir anlamlı şəkildə onu rədd edirdi. Nə idi Asif Atanın rədd etdiyi? 

Mən deyirəm Asif Atanın cazibəsi, filan, məni mənimlə üz-üzə qo-

yur. Mən Asif Atayla üz-üzə oturanda kimliyimi tanıdım. Mən Bor-

çalıda böyümüş, mədəniyyətini, tarixini bilməyən birisi kimi gəlmiş-

dim  Bakıya.  Mən  Azərbaycanda,  Asif  Ataya  qədər,  yüksək  oxulda 

təhsil  alırdım,  çalışırdım,  çabalayırdım  gənclərlə.  Xalq  Cəbhəsinin 

dövrünə  gəlib  çıxdı  bizim  tələbəliyimizin  axırları.  Çox  aktiv  idik. 

Asif Atayla üz-üzə oturanda vətənimi tanıdım. Millətimi, dəyərlərimi 

tanıdım.  İçimdə  Vətən  nisgili  oyanmağa  başladı.  Mən  Azərbaycan 

tarixini  ondan  sonra  oxudum.  Mənə  fərd  olaraq  gərək  olan  şeyləri 

öyrənmişəm.  Azərbaycan  Respublikasında  orta  oxulda  təhsil  alan 

istənilən bir insandan Azərbaycan tarixiylə bağlı çox bilirəm. 

Halbuki  mən  Borçalıda  Azərbaycan  tarixini  keçməmişəm.  Gür-

cüstan  tarixi  keçmişəm.  Asif  Ata  mənim  ağlımı  böyütdü,  yönəltdi. 

Ağlımı özümlüyə, milliliyə bağladığı dərəcədə dünyanın mahiyyətini 

mənə anlatdı. Bəşər sevgisi yaratdı içimdə. Bu Bəşər sevgisinin için-

də  Şekspirin  milləti  də  var.  Yəni  ingilisin,  almanın  dəyəri  də  var. 

Ancaq  mənim  Bəşər  sevgimin  içində  bir  anlamlı  olaraq  Batının 

dünya  üzərində  yaratdığı  ağalıq  strukturunu  rədd  etmə  və  nifrətlə 

damğalama var. Əgər siz Asif Ata Ocağında Batıçılığa qarşı bir təp-

kiylə rastlaşırsınızsa, ondan özünüzü pis his etməyin. Biz dəyər yiyə-

siyik. Bəşər sevgisiylə ortaya çıxmış insanlarıq. Biz bu günkü Batıçı-

lıqla üz-üzə oturanda onun köləsi oluruq. Azərbaycanı itiririk. Sizdən 

üzr  istəyirəm,  təvazökar  danışmıram.  Bu  gün  inanmıram  ki,  Azər-

baycanda mənim qədər mütaliə eləyən birisi var. Hər gün oxuyuram. 

Özü də çox böyük şeylər oxuyuram. Oxuduğumda da dünyanı, millə-

timi  axtarıram,  vətənimi,  bütövlükdə  Bəşəriyyəti  axtarıram.  Oxudu-

ğumda  kimləsə  söhbət  eləyəndə  ona  üstün  gəlməyimi  axtarmıram. 

Məsələn, Nicatla mən oturub polemika aparacam görüm bu polemic-



 

430 


kada  Nicatı  üstəliyə  bilərəmmi.  O  haqda  heç  ağlımın  ucundan  belə 

keçmir. Kimləsə söhbətdə qalib olum. Qəti, mənim mənliyimə uyğun 

olmayan bir şeydir. Dediyim kimi insanı, milləti və Bəşəriyyəti axta-

rıram. Deyirəm, mən bir Bəşər övladıyam. Heç türk, erməni, ingilis, 

alman deyiləm. Mənim taleyimi necə düşünürsən, taleyimlə bağlı nə 

ortaya  qoyubsan?  Onu  mənə  ver.  Açıb  baxıram,  mənim  taleyimlə 

bağlı ortaya qoyduğun məsələlərin hamısı məni öldürür. O ideoloji-

likləri bir-bir öyrənmişəm. Biz Batıda, indiki Doğu ilə tutuşduranda, 

üstünlüklər  görürük.  Onun  elmi  quralları,  yönətim  qurallarındakı 

fərqlər  üstünlükdür.  Ancaq  bu  üstünlüyü  mən  nəylə  tutuşdurum? 

İslamla tutuşdura bilmərəm axı. İslamla tutuşduranda o üstünlükdür. 

Ancaq  İslamı  qırağa  qoyanda  o  üstünlük  deyil.  Yeri  gələndə  başqa 

bir  biçimdə  İslamdır.  İnsanı  sıradan  çıxartmaq  baxımından,  dövlət-

çiliyi sıradan çıxartmaq baxımından İslamdan az fərqi var. Məni ağ-

rıdan, qayğılandıran odur. İstəyirəm sənin gəlişməni (tərəqqini) sağ-

lam  görüm.  Tərəqqini  öz  üzərimdə  hiss  eləyim.  Burada  kimlərinsə 

yaşı uşaq olsa da, heç birimizin ağlımız uşaq deyil. Bu gün dünyanın 

indiki mənzərəsini yaxşı təhlil eləyin. Nəyin şahidi olacaqsız görün? 

İraqda  dağıntıları  Səddam  Hüseynin  üstünə  yazırlar.  Misirdə  filan-

kəsin  boynuna  yazırlar…  Axı  Qəddafini  hakimiyətə  sən  gətiribsən. 

Onun  balta  kəsməyən  pulunun  toplanmasına  sən  şərait  yaradıbsan. 

Zamanı gələndə sən dəyişiklik eləyirsən. Deyirsən o vaxt sənə o gə-

rək idi. SSRİ adlanan imperiyayla sənin ünsiyyətlərinin tarazlanması 

üçün ərəb ölkələrini o cür diktator rəhbərlərin vasitəsiylə əldə saxla-

yırdın. SSRİ-ni dağıdandan sonra başladın ki, indi bunlar mənə yara-

mır. İndi bunların içində anarxiya olmalıdır ki, girim ora. İdarə elə-

yim.  Anarxiyanı  yaradan  demokratiya  deyilən  bir  şeydir.  Onların 

demokratiyasının başı-ayağı bilinmir. Tarixi abidələri məhv elədilər. 

Amerika  əsgərlərinin  hoqqalarını  təhlil  eləyin.  Tarixi  abidələri  niyə 

məhv  eləyirsən?  Milli  dövlətlər  yaratmaq  ideyası  ortaya  salıbsan. 

Milli dövlət kimdir? Erməni, kürd, yəhudi? Kürd haqq edir dövlətə? 

Bəşəriyyətə nə verib? Göstərin mənə. Heç nə verməyib. Sən bir top-

lum  olaraq,  Türkiyənin  içərisində,  İraqın  içərisində  onun  vətəndaşı 

kimi  haqq  edirsən  yaşamağa.  Ancaq  sən  ayrıca  bir  dövlət  olmağa 

haqq etmirsən. Ermənini öyrənin görün kim yaradıb? İngilis, fransız, 

Amerika,  Avropa  yaradıb.  Heç  bir  tarixçi  bu  məsələyə  toxunmur, 

indiki Azərbaycan dövlətinin yerində erməni dövləti yaratmaq  planı 

var  idi.  Biz  Azərbaycan  türkləri  başqa  etniklər  kimi  öz  ölkəmizdə 



 

431 


etnik bir toplum olacaqdıq. Osmanlı o planı pozdu. Çünkü Osmanlı 

öz  dövlətçilik  mənafeyini  düşünürdü.  Qarsdan  başlayan  bir  erməni 

dövləti yaratmaq üçün variantlar var idi. Azərbaycanın yerində yara-

da bilmədilər. Onun böyük bir coğrafiyasında yaratdılar. Bu gün də 

arxasında durublar. Bu gün həmin Avropa ölkələrindən Dağlıq Qara-

bağda  şirkətlər  əməkdaşlıq  eləyir.  İnsan  haqlarından  qışqıra-qışqıra 

danışırsan.  Görün  hansı  insanların  haqlarından  qışqırır?  Bu  gün 

Soylu  Atalının  əlini,  qolunu  qandallasınlar  aparsınlar,  niyə  burda 

bağıra-bağıra danışır deyə. İnanın heç bir Avropa ölkəsi yaxın gələsi 

deyil. Nəyinə gərək onun Soylu Atalı? Onun mənafeyinə qulluq elə-

mir  axı.  Ona  görə  deyirəm  ki,  Avropada  dəyər  axtarıram.  Bəşəriy-

yətin  bir  kəsimi  kimi  sevmək  istəyirəm.  Ancaq  sən  dünyanın  altını 

üstünə çevirirsən idarə eləmək üçün. 

Avropa ölkələri öz toplumlarından terror yaradıblar? Burda yara-

nan  terrorların,  baxın  görün,  arxasında  kim  durur,  kim  maliyyə-

ləşdirir? Çünkü Avropa dövlətləri özləri müharibə meydanına girmək 

istəmirlər.  Hərə  bir  terror  şəbəkəsi  düzəldib.  Həmin  terror  şəbəkə-

siylə  sarsıdır.  Vəhabini  İngiltərə  yaratdı  da.  Pəhləvi  şahını  İrana 

Fransa  göndərdi  də.  Güney  Azərbaycanda  türk  hökmdarlığına  kim 

son qoydu? Qərbçilik bax budur bizim üçün. Bunu rədd eləyirik, nif-

rət eləyirik. Yoxsa Avropa xalqlarında hansısa bir gəlişmə var, tərəq-

qi  var.  Sevirəm  mən  tərəqqini.  Ondan  yaxşı  bir  şey  öyrənmək 

istəyirəm.  Ancaq  şəbəkə  kimi  elə  daraşıblar  canımıza,  hər  şeyimizi 

elə ələ alıblar ki.  

 

 


 

432 


Yaxşı quruluşsansa, sən Azərbaycan iqtidarını dəyişə bilməzsən? 

Dəyişə bilər. Hazır kadrı yoxdur. Mən millətini sevən insanam. Mil-

lətimi sevəndə də ona gərək olan şeyləri qırağa dışlamıram. Əksinə, 

ondan  faydalanmaq  istəyirəm.  Bu  gün  Orta  Doğu  projesinin  əsas 

hədəflərini  hamımız  bilirik  –  Türkiyəni  parçalamaqdır  hədəf.  Kim 

eləyir bunu? Qərb eləyir də. Təbriz sənin dədənin deyil axı. Oradan 

başlayan Kürdüstan yaratmaq istəyirsən. 

Çox  humanistsən  ki,  kürdlərə  dövlət  gərəkdir,  apar  ştatlarının 

birini ver. Yaxud Rusiya, get boş çöllərində Kürdüstan dövləti yarat. 

Niyə tarixi xalqları parçalayıb məhv eləyirsiniz? Mən xahiş eləyirəm 

siz Batıya İlham Əliyev, Heydər Əliyev hakimiyətinə nifrətdən bax-

mayın. Onda yanılacaqsınız. Mən Heydər Əliyevin, ya İlham Əliye-

vin  yarıtmaz  hakimiyətindən  baxıb  Batıya,  batıçılığa  yanaşa  bilmə-

rəm.  Bizim  insanlarımız  səfalət  içinə  düşdükcə,  sözü  boğulduqca 

Batıya,  Avropaya  qucaq  açır,  sevgi  açır.  Ancaq  bayaqdan  deyib, 

demədiyim  məsələlərin  hamısını təhlil elə.  Gör  sənin  millətin  hansı 

duruma çəkilir, sürünür. Ordan yanaş. Gör sənin sevgin nə quracaq, 

nə  yaradacaq,  nəyə  qulluq  eləyəcək?  Sənin  sevgin  yaralarımızı 

sağaltmır  axı?  Əgər  sağaltsa,  mən  səndən  daha  çox  sevərəm  Batı-

çılığı. Çünkü mənim ürəyimin sevgi gücü daha çoxdur. 

Nə  yazıqlar  ki,  bizim  insanlarımızı  öz  içimizdəcə  ələ  alırlar. 

Bizim  sadəlövh,  saf  insanlarımız  inanır.  Ancaq  Batı  öz  dağıdıcılıq-

larını bir addım da olsun unutmur, unutmaq da istəmir… 

 

Günev  Atalı: Sözünüz,  fikriniz  yoxdursa  mərasimimizi  başa 

vuraq, Bayrağımızı götürək. 

 

“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 



səcdəsilə törən sona yetdi. 

 

Qar Ayı, 37-ci il. 



(yanvar, 2016.) 

 

 



 

 

 



 

433 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq ilsırasının 37-ci ili 

Ocaq Ailələri – “Atagün”, “Uluyol-Hünər”in 

birgə keçirəcəkləri “Ailə Günü”nün 

Gediş Yazısı 

 

İlsıra: 13 Köçəri Ayı; Yer: İnam Evi; Çağ: 15.00. 

 

Törən  Odası  Ocaq  ruhunda  hazırlanır.   Hazırlığa  sorumlu  Türkel 

Atalıdır. 

 

Ocaq Yükümlüsü Soylu Atalının uğurlaması dinlənilir. 

  

Ailə Gününün qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat. 

Ruhsal imtinanı yetirən nədir? Ömrümdə hansı imtinalara yetmişəm? 

  

Törənə qatılanların düşüncələri dinlənilir. 



  

Qutsal  Oxuma: “Ruhani Hökmlər” Bitiyindən “Müqəddəs borc” içsəsi 

oxunub öyrənilir. 

  

Carlar: 

Ocaqlı əməllər – Sabahla bir olmaqdır! 

Ailələşmək – ömürlərin doğmalaşması! 

  

Növbəti “Ailə Günü”nə Ata tələbinə əməl etməklə gəlməli: 



Ocaqçının ev gündəliyi, səfər gündəliyi, əməl gündəliyi olmalıdır. 

  

Gedişi yazdı: Nurtəkin Atalı 



9 Köçəri  Ayı, 37-ci il. Atakənd. 

   


Qəbul olunur. 

  

Mütləqə İnam Ocağının Yükümlüsü 

                                          Soylu Atalı 

  

10 Köçəri Ayı, 37-ci il. Saray-Soylu.  

 

 

434 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün” və “Uluyol-Hünər” Ailələrinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 



 

Ocaq Günsırası ilə 13 Köçəri Ayı, 37-ci ildə (fevral, 2016) İnam 

Evində  “Atagün”və  “Uluyol-Hünər”  Ailələrinin  XII  “Ailə  Günü” 

toplantısı  keçirildi.  Qurallar  yerinə  yetirildikdən  sonra  “Uluyol-

Hünər”  Ailəsinin  Yükümlüsü Nurtəkin  Atalı Ataya  səcdə  ilə  fikirlə-

rini  bölüşdü: Ay  içində  oxumuşam,  düşünmüşəm,  bir  sıra  Ocaq 

əməlləri  görmüşəm.  Ocaq düşüncələri  ilə  yaşayanda, Ocaq  əməlləri 

görəndə,  evin  içində  olsa  belə,  özümü  daim  Ocaq  dünyasında 

duyuram. 

Yazdığım düşüncələri oxumaq istəyirəm. 

xxx 

Ədəbiyyat  adamların  şöhrətinə  qulluq  edir  –  ideala,  özümlüyə, 

insanlığa  çağırışdan  yoxsul  olan  çağdaş  ədəbiyyat.  Hünərsiz 

ədəbiyyat yaranır. 



xxx 

Respublikalar  birləşib  SSRİ  əmələ  gətirəndə  müstəqil  deyildilər, 

ayrılanda da müstəqil olmadılar. İmperiya ağalığına tabe idilər.  


 

435 


Respublika  başçıları  əyilməyə,  ağalığa  elə  öyrəşdilər  ki,  ayrılan-

dan sonra öz xalqları üzərində ağalığa başladılar. Ata deyir ki, birinə 

nökər olan başqasına ağa olur. 

Öz  xalqının  taleyini  və  sabahını  düşünən  başçı  milli  ləyaqəti, 

qüruru  qorumalıdır.  Yaltaq  kütlədən  arxa  olmaz.  Xalqa  arxalanmaq 

üçün xalqı qurmaq, qorumaq, ona dayaq olmaq gərəkdir. 



 

xxx 

Cəmiyyətin durumu: Doğruluğa qarşı – ictimai zor. Yalana qarşı 

– ictimai rəğbət. 

xxx 

Həyatda Adamlığın və Adamlıq potensiyasının üzə çıxması üçün 

bütün olanaqlar var. 

Amalda  isə  İnsanlığın  və  İnsanlıq  potensiyasının  üzə  çıxması 

üçün  bütün  olanaqlar  var.  Hər  birində  özünəxas  mənzərə  yaranır. 

Hansı mənzərə kim üçün ürəkaçan və cəlbedicidir? Adamlıq olanaq-

ları  özüüçünlükdür.  İnsanı,  milləti,  bəşəri  düşünənlər  üçün  yalnız 

Amal yolu çıxış yoludur. 



xxx 

Ağıllı qorxaqllar – aydın sayıldı. 

Asılı siyasətçilər – lider sayıldı. 

 

xxx 

Həyat  öz  qayğıları,  çətinliyi,  ümidsizliyi  ilə  adamları  elə  əsarətə 

salır, adama elə gəlir ki, bundan çıxmaq mümkünsüzdür. Belə düşün-

cə əsarətindən çıxmaq gərəkdir. Həyata, dünyaya necə baxmaq, necə 

yanaşmaqdan başlayır yaşamaq. 

Həyat ölçüsü ilə həyata baxanda əsarətə düşmək olur. 

Amal ölçüsü ilə baxanda azadlığa çıxmaq olur. 

 

xxx 

İnsan  keçici  yaşayır,  ancaq  əbədiliyə  yetə  bilir.  Bu,  onun  ən 

böyük olanağıdır. Bu, zamandan, mühitdən üstün olmaq fərəhidir ki, 

bu fərəh bütün imtinalara dəyər. 



xxx 

Mənliklə  Mənəmlik  arasında  qalan  adam  azadlıqla  əsarətin  ara-

sında  qalan  kimidir.  Mənliyə  –  azadlığa  yetməsən,  Mənəmliyə 

yenilirsən. 



 

436 


xxx 

İmtina  ömrün  dönüş  nöqtəsidir.  Həmin  nöqtədən  sonra  ömrün 

yeni aşamada qurulması başlayır. 

Həyatdan Amala gəlmək – aqibətin başlanğıcı, imtinanın başlan-

ğıcıdır.  Amaldan  həyata  yol  yoxdur,  uçurum  var.  İmtina  edəndə 

anlayırsan  ki,  heç  nə  itirməmisən,  tərsinə,  qazanmısan.  Qurulmağa, 

qurmağa,  yaranmağa,  yaratmağa  başlamısan.  İmtina  özünə  güvəni, 

özünə inamı təsdiqdir. İmtina seçdiyin yolu təsdiqdir. Seçdiyin yolu 

göstərəndir. Seçdiyin yolu sevdirəndir. 

Həyatımda  imtina  Ocağa  gəlişimlə  başladı.  Ocağa  yeni  gələndə 

mən  yalnız  seçim  etmişdim.  Hara  gəldiyimin  fərqinə  ciddi  varma-

mışdım.  Ancaq  Amalı  anladıqca,  ömrüm  qurulduqca,  başqalarından 

fərqləndikcə imtina qaçılmazlığı yarandı. Cismani ailəmdən təpkilər 

gördüm, qardaşımdan asılı qalmadım, müstəqil yaşadım. Məni evin-

dən qovan qohumlarımdan imtina ilə heç nə itirmədiyimi gördüm.  

Xaraktercə durğun, qorxaq, utancaq bir qızdan yetkin Ocaqçıya o 

zaman çevrildim ki, Ocaq əməlləri ilə doğmalaşdım. Ocaq Yükümlü-

sünün  dediklərini,  öygülərini,  iradlarını  düşündüm.  Ocaq  düşüncəsi 

ilə  yaşadıqca,  Ocaq  əməlləri  ilə  çalışdıqca  ömrüm,  yolum  daha  da 

aydınlaşdı.  İmtina  İnsanın  ruhu  ilə  bağlıdır.  Özünə  inanmalısan  ki, 

imtina  gücünə  də  yetəsən.  İdrak,  Mənəviyyat  və  İradə  birləşməlidir 

ki, yolunu, mənliyini qorumaq üçün hansı addımı atdığını biləsən.  

Qüsurlardan  imtina  asanlıqla  olmur.  Özüylədöyüş  ruhun  yetkin-

ləşməsilə yetkinləşir. 

Kiçik addımlardan, kiçik imtinalardan daha böyük addımlara, im-

tinalara  yetdim.  İmtina  ömrün  aşamasıdır.  O  aşamanın  zirvəsində 

duranda arxada heç nəliyi görürəm, ancaq qarşıda nə gözləyir onu da 

görürəm.  İmtina  elə  bir  fərəhdir  ki,  onu  yalnız  o  aşamanın  başında, 

gedişində duymaq olar. Yaşadıqca özüm üçün təsdiq edirəm ki, mən 

doğru  eləmişəm.  O  imtinamı  özüm  üçün  təsdiqləyirəm.  Ocağa  gəli-

şim  başlanğıc  idi.  O  başlanğıcın  həqiqiliyi  hər  bir  aşamada  özünü 

doğrultdu. Hər bir aşamada yeniləndi. 

Daha  çox  Ocaq  əməli  gördükcə  harda  olduğumun  fərqinə  varı-

ram.  Xalqlaşmaya  ehtiyacım  var.  Olanaqsızlığımı  hələ  ki  ötə 

bilmirəm.  


 

437 


 

 

Bunu da aşmaq üçün yollar var. O yollara doğru gedirəm.  



Atamız Var olsun! 

 

Günev  Atalı  (Ataya  səcdə  ilə  sözünə  başladı  –  N.A.):  Amallaş-

mamla  bağlı  –  “Mütləqə  İnam”  bitiyini  davamlı  oxuyuram.  Kitabın 

axırıncı  “İntibah”  əsərini  oxumuşam  –  “Xəlqi  intibah”  bölümünü. 

Fərdi intibahda insan özünə yiyə olur, cəmiyyətə yiyə olur və xura-

fatdan  azad  olur.  Bu,  fərdi  intibahdır.  Maddiyata  deyil,  ruhaniyata 

yönəldə bilir cəmiyyəti, çünkü həqiqəti eşidir… 

Bunu keçən dəfə danışmışdım. İndi isə xəlqi intibahdan danışmaq 

istəyirəm. Xəlqi intibah üç əsas amili özündə birləşdirir: İctimai müs-

təqillik, mənəvi müstəqillik və idraki müstəqillik. İctimai müstəqillik 

xalq  iradəsinin  təsdiqidir.  Xalq  özünü  təsdiq  edir,  bəşərdə  öz  yerini 

müəyyənləşdirir.  Heç  bir  xalqın  etkisində  özünü  görmək  fikrinə 

düşmür. Xalq özünün iradəsini təsdiq edir… 

 

Soylu  Atalı: Günev  klassik  Ocaqçıdır.  Burdakıların  hamsıından 

erkən  gəlib  Ocağa.  Atanın  bütün  tələblərini  o  çağlar  dinləyib.  Ata 

necə buyurubsa, onun ağlında yaxşı qalıb. Ailə günlərində də doğru 

hesabat  verir.  Atanın  dediyi  kimi,  Ailə  Gününün  prinsipi  odur  ki, 

Amaldan hansı kəlamı öyrəndim. Mənə nə verdi. Amallaşmada əsa-

sən bu yöndə hesabat. Kömək üçün dünyanı öyrəndiklərindən də bu-

ra qata bilərsən, bunu gücləndirmək üçün. Ancaq əsasən yön budur. 


 

438 


Günev Atalı: İdraki müstəqillik barədə. Xalq müstəqil dilə, fikrə, 

bədiiyyata, siyasətə yetir və özünün gəlişməsində yeni düşüncə orta-

ya  qoyur.  Öz  xislətini,  ictimai  yönünü,  Mütləqə  yanaşmasını  bəyan 

edir.  Dünyanı  öz  ağlıyla  dərk  edir.  Bəşərilik  zənginlik,  müxtəliflik 

tələb  etdiyinə  görə  özünə  yetən  xalq  bəşərə  yetir.  Yəni  bəşəri  məz-

munu ifadə edir. 

Soylunun  təkidi  ilə,  dünya  ədəbiyyatına  üz  tutmuşam.  Çünkü 

mənim  özünü  ifadəmdə,  Amalı  ifadəmdə,  xalqlaşma  yönündə  fikir-

lərimi çatdıranda bilik baxımından bir az çatışmazlığım var. Fikrimi 

elə  də  zəngin  ifadə  edə  bilmirəm.  Bunun  üçün,  böyük  ədəbiyyatı 

oxumaqla,  öz  üzərimdə  işləməyə  başlamışam.  Alfred  Ştoklun  “Cor-

dano  Bruno”  əsərini  oxuyuram.  Mən  orta  məktəbdən  (astronomiya 

fənnindən) Cordano Brunonu tanıyırdım. Eşitmişdim ki, onu tonqal-

da yandırıblar, fikirlərindən, öz baxışlarından dönməyibdir. Bildiyim 

elə bu idi. Ancaq C.Brunonun indi ərənliyini, incə duyğularını, qranit 

möhkəmliyini öyrənirəm. Bizə ruhani anlamda qohum adamdır. 

İmtina barədə danışırıq. Mən bu gün cismanilərimin Amala, Oca-

ğa xor baxanlarından imtina eləmişəm. İmtina o demək deyil, birdə-

fəlik qapını örtüb çıxmışam çölə. Onlara yazığım gəlir. Ancaq onlar-

dan  hansısa  asılılığım,  ehtiyacım  deyə  bir  şey  yoxdur.  O  əhvaldan 

imtina  eləmişəm.  Ancaq  16-cı  yüzildə  özümə  qohum  bir  adam  tap-

maq mənim işimi, içimi zənginləşdirir. Onu həvəslə, maraqla oxuyu-

ram, öyrənirəm. Orta yüzil Avropa ictimai həyatını da yaxşı göstərir 

əsər.  Mənim  İsaya  yanaşmam  da  biranlamlıydı.  İsanın  fikirləri  ilə 

barbar  Avropa  bataqlıqdan  çıxdı.  Ancaq  bir-birinə  nisbi  yanaşdıq-

larından, İsanın təlimi böyük anlamda heç nəyi dəyişə bilmədi. 

Bütün dövrlərdə yeni fikir çətin qəbul olunur. Yeniçini soyublar, 

kəsiblər,  yandrıblar,  öldürüblər.  Vətəndən  didərgin  salıblar,  daş-

qalaq ediblər. Minbir növü var əngəllərin. Ancaq bunun içində başını 

dik  tutub  bir  nəfər  gedirsə,  mənim  nəzərimdə  o,  dövrünün  gözəlliyi 

idi.  Ata  deyir  ki,  insanlar  nə  qədər  qıraq  düşsələr  də,  içlərində 

gözəlliyə, məhəbbətə, sədaqətə meyil var. İnsanların içindəki o meyil 

C.Bruno kimi bir şəxsiyyət yetirmişdi. 15-ci yüzildə Nəsimini yetir-

mişdi. Bu həm də dünyalaşmaq məsələsidir. 

İmtina  məsələsi  ciddi  məsələdir.  Nurtəkin  bacımız  dedi  ki,  bir 

dönüş nöqtəsi kimi Ocaq ideyalarını dərk eləməyim, həyatı dərk elə-

məyim – burdan başladı. Kamillik özünü tanımaqdan başlayır. Özü-

nü  tanımayan,  özündəkiləri  bilməyən,  qiymətləndirməyən  özünü 



 

439 


təsdiq edə bilməz.  Hamı kimi idim. Ömrümdə həyatın tələblərindən 

başqa tələblər yox idi. Qutsal fikirlər, duyğular isə həmişə olub. Nis-

bi səviyyədə olsa da. Ancaq ürəyin çırpıntıları yox idi. Ocağa gələn-

dən çox illər sonra, Ocağa, Ocaqçılara söykənərək onların gözəl əh-

vallarını görə-görə məndə özüylə məşğul olmaq meyli yarandı. Mən 

dərk elədim ki, nə qədər həyatın dalınca gedirəmsə, izsiz-soraqsız bir 

insan olub gedirəm. Ancaq həyatı, həyatçılığı öz yeində oturdub öm-

rü  yüksək  ideyalara,  qutsal  niyyətlərə  həsr  eləmək,  tamamilə  başqa 

bir şeydir. Bu, əsil özünü təsdiq məsələsidir. Burdan yarandı məndə 

bir dönüş nöqtəsi. Özümə görə deyirəm, böyük imtinalara yetmişəm. 

Mən savadsız,  qaranlıq  bir  mühitdən çıxmış,  Ocağı  gəlib  tapmış  bir 

adam  olmuşam.  Odur  ki,  o  dövrümə  baxanda  indi  “böyük  imtina” 

sözünü  işlətməyə  cəsarət  elədim.  Birinci  növbədə  məişətçilikdən 

imtina  elədim.  Adilikdən,  qorxu  duyğusundan…  bunu  sadalayanda 

uzun olur. Qeyri-insani nə varsa, ondan imtina edə-edə gəldim. 

Ümumən  gəlib  elə  bir  nöqtədə  özümüzü  izhar  edirik  ki,  o  artıq 

özümüzü izhar yox, millətimizi, insanlığı izhardır. 

Bəşəriyyət  intibah  dövrünü  keçməsə,  bütün  yaratdıqları  özünə 

qarşı  olacaq.  İnsan  dəyişməlidir.  İnsan  qutsallıq  əsasında,  insanlıq 

əsasında özünü qurmalı, yaratmalıdır. Mənəviyyatın qapısı imtinadır. 

İmtina  yolu  keçməyən  mənəviyyatını  yarada  bilməz.  Çünkü  həyat 

istəkləri  əməlli-başlı  adama  əngəllər  yaradır.  Sən  onları  ötməyənə 

qədər,  imtina  eləməyənə  qədər  mənəviyyatını  təmizləyə  bilmirsən. 

Həyatın bəlli çətinlikləri, sorunları olur. Bu hər bir insana özgündür. 

Öz  ürəyinin  gücünə  arxalanırsan,  idrakının,  ruhunun gücünə  arxala-

nırsan, hər bir sorunu çözürsən. Ruh insana hər şeyi deyir. Ruh insa-

nın  özü  ilə  yaranır.  Həyati  istəklərdən  imtinaya  yetməyənə  qədər 

ruhun diləklərinə yetmək olmaz. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin