Qutsal oxuma: “Qutsal quruculuq” bitiyində “Sədaqət”dən bir
parça oxunub şərh olundu.
Soylu Atalı: Atanın “Sədaqət” kitabını, bir də “Ruhani hökmlər”
kitabını yenidən oxumaq gərəkdir. Baxın görün, ya tədbirdə bir
yerdə, “Ruhani hökmlər” çox deyil, ya da hər bir fərd ayrı-ayrılıqda
tam oxuyun, Ailə Günündə ona toxunun. Atanın Ocaqçı qarşısında
qoyduğu tələblər, məsələlər var. Bunları daim diqqətdə, yadda saxla-
maq gərəkdir. Ocaqla bağlı Ocaqçının bilgisi “hökmlər”lə möhkəm-
401
lənir. Sonra, bizim özümüzün Atadan sonra bəzi nizamlayıcı təşəb-
büslərimiz olub, bunların hamısını bir yerə yığmaq gərəkdir və
öyrənmək gərəkdir. Ocağı yaşatmaq, nizamlamaq, öyrətmək üçün
bunlar başlıca məsələlərdir. Məsələn, deyirik ki, “İnsanilik” bayra-
mını Günəşin 14-ü yox, 15-i keçirək. Məsələn, deyirik ki, “Səfər
Günü” Mərasimini “Ruhani Səfər Günü” adlandıraq. Ağlımıza
gəldikcə dəqiqləşdirmələr aparmışıq. Atanın öz istəklərinə, tələblə-
rinə uyğun dəqiqləşdirmələr, bunları bir yerə yığmaq, yazmaq
gərəkdir.
Göylü Atalı: Ruhani sənədlərə də baxıb sistemləşdirmək olar.
Soylu Atalı: Onunla çalış, məşğul ol. Bundan sonra tədbirimizdə
elə təşəbbüslər ortaya çıxanda dəftər tutub qeyd edək…
Tədbir “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun”
səcdəsiylə başa çatır.
Qar Ayı, 37-ci il. Atakənd.
(yanvar, 2016. Bakı.)
402
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata- Ocaq İlsırasının 37- ili
“Uluyol-Hünər”, “Ulufərəh” və “Atagün” Ailələrinin
Qar Ayında keçiriləcək Aylıq törəninin
Gediş yazısı
Yer: İnam Evi; Gün: 17 Qar Ayı, İnam Günü;
Başlanır: saat 16:00
Oda Törənin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu
Üstün Atalıdır.
Tədbir “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə başlayır.
Törən qonuları:
1.
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
2.
2. Ailəçiliyin təsdiqi nə deməkdir?
“Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Gün başa çatır.
Günün Carı:
Amalla Ruhsal bağlılığım – ömrümün fərəhidir!
Ocaqda sevdalı aqibətimiz – Sabahımızdır!
Gediş yazısını yazdı: Türkel Atalı.
15 Qar Ayı, 37- il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
15 Qar Ayı, 37- ci il. Saray-Soylu.
(Qeyd: Hansısa səbəbdən “Ailə Günü”nün vaxtı dəyişdirilib).
403
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 18 Qar Ayı, 37-ci ildə (yanvar, 2016) İnam
Evində “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin XI
“Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!”
səcdəsilə “Ailə Günü” başladı. “Atagün” Ailəsinin Yükümlüsü
Günev Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Bu gün 18 Qar Ayı
üç Ailə birlikdə “Ailə Günü” toplantısı keçirir. İlk dəfə qatılanlar
üçün “Ailə Günü” ilə bağlı bir-iki söz deyim. Asif Ata Ocağı
Ailələrə bölünür. Çağ olacaq ki, Azərbaycanımızın, dünyanın başqa-
başqa bölgələrində Ailələr olacaq. Həmin Ailələrin bir yerə toplan-
ması məsələsi bəlli çətinliklərlə bağlı olduğuna görə öz yerlərində
tədbirlərini keçirəcəklər. Təbii ki, Ocağın özəyi ilə də davamlı bağ-
lantıları olacaqdır. Ailələr Ailə Günlərində öz çalışmalarının hesaba-
tını verirlər. Burda əsas ölçü Amallaşmaq, Kamilləşmək, Xalqlaşmaq
yönündə danışmaqdır. Təbii ki, Amaldaşların bir-birindən öyrən-
məsi, ruhsal biliyə yetməsi olduqca önəmlidir. Asif Ata Ocağı bu cür
öz çalışmalarını davam etdirir. Bu gün üç Ailənin birgə tədbiridir.
“Atagün” Ailəsi bizim Atagün Eli adı verdiyimiz bölgədə, yəni
Beyləqan rayonunun Örənqala köyündə çalışır. Ocağımızın Yüküm-
404
lüsü Soylu Atalı da həmin Ailənin üzvüdür. Hər ay ora gedir, orda
hər ay Ailə Günü toplantısı keçiririk.
Amallaşmamla bağlı. Mən “Mütləqə İnam” Bitiyinin “İntibah”
bölümündəyəm. Həm də bu, bizim “Qutsal Öyrənim Günü”müzlə
bağlıdır. Fərdi intibah var, Xəlqi intibah var, Bəşəri intibah var və
Ruhani İdrak intibahı var. Fərdi intibah – özümləşmə tələbidir. Yəni
mən hansı səviyyədə özümə yetmişəm. Nələr üzərində qələbə çalmı-
şam, nələri öyrənmişəm, nələri bilirəm, nələri dərk etmişəm.
Nələri ömrümün uyumuna çevirmişəm. Bir sözlə, fərdin bağım-
sızlaşması. Xəlqi intibah – xalqın bağımsızlığı tələbidir. Bizə görə,
xalq bağımsızlıq (müstəqillik) məzmununa, anlamına tam yetməyib.
Heç bir çağda, heç bir dövrdə. Lap Midiya dövründə də, lap səltənət-
lər yaradan dövründə də. Milli dövlət adıyla ortaya çıxsa da, yetmə-
yibdi ona. Çünkü millilik özü tam, kamil anlamda dərk olunmayıb.
Ona görə intibaha çatmaq xalqın bağımsızlığa çatmasıdır.
Bəşəri bağımsızlıq qutsallıq tələb edir. Bəşər xalqları indiyə qədər
bir-birinə yanaşmada çox kobud, yırtıcı bir mövqe tutub. Qan-qada-
lar, savaşlar, çəkişmələr, zülm, istibdad yeri-göyü bürüyüb. Bunun
da bir nədəni var ki, insan özünə çatmayıbdır.
Yenə qayıdıram özümləşmək məsələsinə. Fərdi intibah nə demək-
dir mənim üçün. İnsan cismaniyə sahib olur. Bilirik ki, cism olmayan
yerdə ruhaniyyat da yoxdur. Mənim bədənim yoxdursa, ruhaniyyat
harda olacaq?! Ancaq bunun ikinci planda olması, birinci planda mə-
nəviyyatın, ruhaniyyatın olması gərəkdir. Bu həqiqəti dərk edən in-
san şər duyğularla içində döyüşür, yırtıcılığını, ötür, insana uyğun ol-
mayan duyğuların öhdəsindən gəlir və cismin yiyəsi olur. Cismi ru-
hun tələblərinə yönəldir. Cism ruhaniyyat daşıyıcısına çevrilir. Ruh-
sal intibah odur ki, cismə yiyə olan fərd maddiyata da yiyə olur. Nə
qədər ki insan cəmiyyətdə icraçıya çevrilir, heç vaxt özü olmayacaq.
Deyirik ki, təbiətdə Mütləq məna var. Ancaq təbiət Mütləq məna-
ya yetmir. Çünkü təbiət təzadlı olur. Ancaq insan Mütləq mahiyyətə,
anlama yetdiyindən ziddiyyətdən çıxa bilir. Ocaqçılar Asif Ata yo-
luyla getdikcə hər gün öz ricalarında dedikləri kimi, “Günüm keçdi,
sənə bir addım da yaxınlaşdım”… Yəni nələrdən qurtuldum, nələrlə
döyşdüm, – bu döyüşlə insan fərdi intibaha yetir. Cəmiyyətin köləlik,
yırtıcılıq, xurafat əsarətindən qurtarır. Xurafat deyir şərait hər şeydir,
insan heç şey; mühit hər şeydir, insan heç şey; istehsalat hər şeydir,
insan heç şey. Hətta deyir Allah hər şeydir, insan heç şey. Bununla
405
insanı kölələşdirir, mütiləşdirir, öldürür. İnsan cəmiyyətdən asılılı-
ğını, cəmiyyətin yırtıcı əhvalını dərk elədikcə, bunun insan həyatına
gətirdiyi ağırlığı duyduqca onlarla döyüşməli olur. Döyüşdükcə fərdi
intibaha yetir. Fərdi intibahın bir hissəsidir – xurafatdan azad oldum,
var oldum; cəmiyyət əsarətindən azad oldum, var oldum; maddiyyat-
çılıqdan, cismaniliyə qapılmaqdan azad oldum, var oldum.
Bu gün Amallaşma ilə bağlı deyəcəklərim bu qədər.
Kamilləşmə hesabatım. Son dövrlərdə halımı araşdırıb özümü
ələkdən keçirirəm. Nədir məndə çatan, nədir məndə çatmayan? İna-
mımda bütövəm, inamın hansısa tələbinə qarşı şübhəçiliyim yoxdur.
Bütün sorunların qarşısında İnsanlıq dayanır. Bu həqiqət mənim
üçün gün kimi aydındır. Bütün çalarlarıyla aydındır, təkcə bir cümlə-
yə yerləşən fikirlə yox. Dərk edirəm ki, bu belədir. Çünkü həyat
yaşımın da, Amal yaşımın da etkisi mənə bu sözü deməyə əsas verir.
İkinci bir hal – idrak məsələsi. Dediyim bu fikirləri öz həyatıma
nəinki şamil eləmişəm, mən bu həyatla yaşayıram. Heç bir şey demə-
səm belə, cəmiyyətə etkim hiss olunur. Yörəmə, qonşuya, qohumla-
ra, getidyim xeyir-şər yerlərinə. Hər hansı bir yerə gedirəmsə, çağın-
da mənə tuşlanan pis gözlər indi yerə dikilir. Buna mən həyatımda
nail olmuşam. Ocaqçılar da, Ocaqsevərlər də bilir ki, mən həyatda
çox böyük təpkilərlə üzləşmişəm, Asif Atanın bayrağını qaldırıb
onun ardınca getdiyimə görə. Qohumlar tərəfindən, inzibati orqanlar
tərəfindən qınaqlarla və s. üzləşmişəm. Başıma gəlməyən iş az olub.
Bunları keçdikcə özümə inamım artır ki, mənim idrakım o səviyyəyə
qalxmasaydı, yol gedə bilməzdim. Həyat məni geri itələyə bilərdi.
Toplumda adi biri ola bilərdim.
Bu ağdırsa, kim mənə qara dedizdirə bilər. Dedizdirə bilərdi qor-
xumla döyüşməmiş olsaydım. Təpkidən qorxardım, etkilərdən, tək-
lənməkdən qorxardım. Onda fərəhsiz yaşayardım, yorulardım. Asif
Ata Ocağının Evladı olaraq, birey olaraq, Günev Atalı olaraq mən
ömrümdə bu hala yetmişəm.
Üçüncü Mənəviyyat məsələsi. Mənəviyyatımdan da elə bir gile-
yim yoxdur. Hər gün özüm özümə hesabat verirəm ki, mən bu gün
artmışammı, azalmışammı, yerimdə saymışammı? Fərqi görürəm. Bu
gündə dünənkindən fərqim var. Əgər dünənkindən fərqim olmasaydı,
nəinki yerimdə sayardım, geri gedərdim. Elə yerində saymaq geri
getməkdir.
406
Dördüncü, iradə məsələsi ki, ona nə dərəcədə yetmişəm, yetdi-
yimdən də ürəkdolusu danışa bilirəmmi? Mən hesab edirəm ki, tam
danışa bilmirəm. Çağında döydüyüm qapılar üzümə bağlandığına
görə, getdiyim yerlərdə biganəliklər, filanlar hardasa mənim halıma
etki göstərdi. Məndə bu gün fərdi görüşlərdən, fərdi yanaşmalardan
başqa kütləvi görüşlər alınmır. Ancaq özümü ona hazır bilirəm. Mən
hətta ona can atıram, cəhd edirəm. İndinin özündə, demirəm ki, ta-
mamilə əlimi yanıma qoyub oturmuşam. Çox çalışıram, ancaq hələ-
lik o səviyyə məndə alınmayıb. Ancaq özümü buna hazır bilirəm.
Özümü günahlandırıram nədə? İdrak məsələsində bir az nala-mıxa
döydüm. Döyüş odur ki, burdan qoymurlarsa, ordan vurmalısan, or-
dan qoymurlarsa üstdən atdanmalısan. Qalib gəlmək üçün hardan
oldu keçməlisən. Yalnız antiinsani yoldan başqa. Orda ləyaqəti,
qutsallığı xərcləmək olmaz. Yüksək istəklər yüksək olmayan əməl-
lərlə həyata keçirilirsə, bu, doğru deyil. Tam qutsallıq halıyla irəli-
ləmək. Bu baxımdan bir kəndçi əhvalı var məndə ki, özümü “yüngül-
saqqallıqdan” qorumuş kimi oluram. Bəlkə də buna don geydirirəm.
Bir sözlə, İradə məsələsində bir az özümü qınayıram.
Ailə Günü qonumuz – Ailəçiliyin təsdiqi nə deməkdir?! Bunun nə
dərəcədə etkisi var xalqın, bəşərin həyatına?! Ailəçi ruhsal əhvalla
dolur. Bəlli səviyyədə çalışır. Özündə dərin bir sorumluluq hiss edir.
Həyatda ailə mühiti var. Ancaq Ruhsal Ailə mühiti başqadır. Biz bir
araya gəlirik. Mən əliboş gəlmək istəmirəm bəzən. Öz-özünə dol-
mursansa, boşuna söz demək üçün çalışmaq olmaz. Ailədə yetmədik-
lərimi öyrənirəm. Ailə ruhsal birlikdir.
Atamız Var olsun!
Nurtəkin Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): Ailə
Günü mənim üçün özəl bir gündür. Ailə Günü mənim özümdən
razılığımı, ya da tərsinə, razı olmadığımı ifadə etdiyim bir ortamdır
ki, burda özümü tam görürəm. Özümdən tələbim daha da aşkarlan-
maq, daha da ifadə edə bilmək istəyimdir. Ay içində Amallaşmışam,
başqa ədəbiyyat da oxuyuram. Bəzən elə olur ki, Atanı oxuyanda,
düşüncələrim, duyğularım oyanır, düşüncədən düşüncə yaranır.
Bəzən daha çox yazı yazıram, bəzən az yazı yazıram.
Atanı oxumaq mənə hava-su kimi gərəkdir. Hər dəfə Atanı
oxuyanda da bunun zəruriliyini görürəm.
407
Qandinin həyatından bəhs edən “Bütün millətlər qardaşdır” əsə-
rini oxuyuram. Ocaqdan qıraqda nə oxuyuramsa, onu Asif Ata ilə
tutuşdururam. Bizdə ölçü məsələsi var, istər-istəməz tutuşdurma
ordan gəlir. Mən görürəm ki, ömrünü millətinə verən insanların
həyatı nə qədər sadə, aydın və müəyyən qədər də oxşar olur. Nə
qədər sadədir, aydındır və nə qədər də dərindir. Nə qədər o dərinliyə
baş vurursan vur, baş vurmanın özü elə bir fərəh gətirir ki, mən o
böyüklüyü, özündənkeçməni görə bildiyimə (idrakımda) sevinirəm.
Mən onu duya bilirəm, o, millətiylə nə qədər birdir. Millətinin ağrı-
sıyla, fəlakətiylə. Millətinin gələcəyi haqqında nə qədər düşünür,
ömrünü sərf edir. Onu duymaq tamam başqa hallardır. Çünkü Ocaqçı
da bu duyğularla yaşayır.
Atanın belə bir fikri var, deyir ki: “Bəşərdə inkişaf olub, ancaq
təzələnmə olmayıb. Bizim İnamçılığımız bəşərin təzələnməsidir”.
Adamın gözü açılır. Bütün dövrlərə qiymət verir. Mən o zaman özü-
mün yükümü, sorumluluğumu dərk edirəm. Millətin təzələnməyi, bə-
şərin təzələnməyi nə qədər bizim Amalımızdan asılıdır. Nə qədər
mənim ömrüm buna hazırdır. Nə qədər mənim ömrüm yetkinləşib ki,
təzələnməni yetirə biləm. Belə bir sorumluluqla doluram Atanı
oxuyanda.
Kamilləşməm haqqında düşünürəm. Mən ayrı-ayrı yazılar yazı-
ram, ancaq özüylədöyüş gündəliyi yazmıram. Qərara gəlmişəm ki,
yazım. Hər dəfə qulaq asıram Soylu Atalının Ailə Günündəki çıxışla-
rına, onun ardıcıl özünü araşdırmasına. Mənim üçün Soylu Atalı
idealdır, bu səviyyəsiylə yetkindir. O, yetkinləşib, ancaq hələ də
408
özünü araşdırır. Ancaq mən bir az oxuyuram, Ocaq əməli görürəm və
arxayınlaşıram. Yazdıqca, araşdırdıqca özünü görmək olur. Bu,
mənim qüsurumdur, mən bunun əskikliyini həm də görürəm.
Xalqlaşmam, internetdə ara-sıra ünsiyyətləri gözə almasaq,
demək olar ki, yoxdur.
İndi isə ayrı-ayrı yazılarımı oxumaq istəyirəm.
xxx
Adamların ürəyi daşlaşıb, çünkü ürək inamsızdır. İnam olan yerdə
sevgi var, qayğı var, sayğı var. İnamsız ürək hər cür antiinsaniliyə
qadirdir.
xxx
Heç kəs həqiqəti demir. Çünkü ölçü faydalanma dərəcəsinə
bağlıdır.
xxx
Xalq xalqsızlaşmanın əziyyətini çəkir, ancaq xalqsızlığının
nədəninə yetmir.
Nə partiyalar, nə din, nə siyasət, nə iqtisadi gəlişmə xalqı xalq-
sızlıqlıq bəlasından çıxara bilməz. Ömrü Amala verməli ki, birey-
ləşəsən, xalqlaşasan.
xxx
Öncə də adamların başı maddiyyata qarışmışdı. İndi daha artıq
qarışacaq. Ruhaniyyatın gərəkliyi daha aydın görünməkdədir.
xxx
Son günlərdə bu soruları düşünürəm. Nəyə sevinirəm? Nəyə
kədərlənirəm? Nəyi daha çox düşünürəm? Bu sorulara cavab mənim
Amal ölçüsüylə necə yaşamağımı göstərir. Bu sorulara cavab elə
özüylədöyüş əməlinin gerçəkləşməsidir.
Həm də hər bir insana qiymət verəndə düşünürsən ki, bu insan
nəyə sevinir və nəyə kədərlənir? Bu, ruhun halını göstərir.
xxx
Hər bireyin ailəsi qarşısında atalıq, analıq, qardaşlıq, bacılıq,
övladlıq qayğısı var. Bu qayğı yalnız maddiyyatı həll etməklə bitmir.
Ailəçilik görəvinin yalnız maddi tərəfi deyil, milli, bəşəri tərəfi də
ödənməlidir. Əks halda yarımçıq qalacaq.
409
xxx
Mən ruhsal əməl görəndə, Atanı oxuyanda, düşüncələrim yetkin-
ləşəndə, Ocaq soraqları eşidəndə fərəhlə elə doluram, hiss edirəm ki,
həyatdan yüksəyə qalxıram. Anlayıram ki, həyata həyatın içindən
baxanda onu tam görmək olmur. Üstünlükdən baxanda ruhsallıqla
həyatçılığın fərqi aydın görünür.
xxx
Maddiyyatın azlığından, çoxluğundan oyanış olmur. Oyanış içsəl,
ruhsal zərurilikdən, milli ağrıların, fəlakətin çıxış yollarını axtarmaq-
dan, içsəl azadlığa yetmək istəyindən doğur.
xxx
Bütün quruluşlarda oyunlar həmişə xalq üzərində gedib, zərbəni
həmişə xalq yeyib. Həmişə xalq itirib, dağılıb, parçalanıb, geri
düşüb. Ancaq bütün bunların xalqsızlıq fəlakətindən yarandığını
anlamayıb. Həqiqəti görmək üçün zamandan, ortamdan, durumdan
üstün yaşamaq gərəkdir.
xxx
Ailə Günü qonumuz – Ailəçiliyin təsdiqi nə deməkdir?
Ailəçiliyin təsdiqi Ocaqçılığın təsdiqidir. Ocaqçı həm də Ailədə
birləşir. Ata deyir ki, Azərbaycan Ailələşməlidir, yəni Ocaq Ailələri
şəklində olmalıdır. Şəxsən mənim üçün ruhsal Ailə nəyi göstərir: Bir
yolda gedə bilmək, ruhsal fərəhə yetə bilmək, özünü ifadə eləmək,
özünü görmək, Amaldaşını görə bilmək, onu duymaq, onun fərəhin-
dən fərəhlənmək, kədərinə kədərlənmək. Bu cür insançı ortamdır
Ailə. Ailəçilik Amal üstə nə dərəcədə yaşamağın təsdiqidir. Ocaq
törənləri, bayramları hər birimiz üçün önəmlidir, ruhsal oxuldur. Ailə
Günü isə Ocaqçının özünü daha artıq ifadə elədiyi, özünü daha artıq
araşdırdığı ortamdır. Burda elə bir doğmalaşma var. Çox istəyərəm
ki, öz qüsurlarımı araşdıram, qüsurumu da deyə bilmək gücünə
yetəm. Qüsurumu desəm belə bu, məni Amaldaşlarımın gözündə
alçaltmayacaq, o, mənim özümü ifadə eləyə bilmək gücümü göstə-
rəcək. Belə bir ortam cəmiyyətdə yoxdur. Cismani ailələrdə yoxdur.
Ocaq Ailəsi ona görə yaranıb ki, Ocaqçı həm özü üçün aydınlaşsın,
həm də Amaldaşları üçün aydınlaşsın. Bu aydınlaşmanın özündə
böyümək var, yetkinləşmək var. Ailə Gününün ortamındandır ki, bizi
hər Ailə Günündən o birinə daha böyük düşüncələrə, əməllərə, daha
böyük etiraflara çağırır. Bizim yolumuz budur. Artmaqdır. Ailə onu
410
tələb edir ki, hər zaman artmalısan. Ata deyir ki, artmayan azalır.
Ailə Günü Evladın artan aşamalarını göstərir. Təkrarlanmasın, artsın.
Atamız Var olsun!
Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür): Amallaşmam
Ocaq tədbirlərində deyilən fikirlərdən öyrənməyimlə davam edir.
Deyilən fikirlər, tədbirin ümumi halı təkcə fikirlərimi nizama salmır.
Hiss eləyirəm ki, ruhsal bilgimdə, öncələrlə tutuşduranda artım var.
Tədbirlərə qatılanlar çıxışlarında tədbirdə olmaqdan qürur duyduq-
larını, bəhrələndiklərini dilə gətirirlər. Yəqin ki, söz xatirinə demir-
lər. Çünkü yeni sözlə, dərin araşdırmalarla qarşılaşırlar. Hansı ortam-
da olduqlarının fərqinə varırlar. Ocaqçı olanın tədbirə qatılması, söz
yox, qürurla, bəhrələnməklə yetərlənə bilməz. Çünkü o halla iç-içə
olmaq var, yaşamaq var. Ocaq Yükümlüsünün belə bir fikri var: “Biz
Asif Atadan nə qədər çox öyrənsək, bir o qədər Azərbaycana xey-
rimiz dəyəcək. Bu Ocaqçıya da aiddir, Ocaqçı olmayana da”.
Özüylədöyüşümdə dəyişiklik yoxdur. Hətta geriləmə var. Balaca-
lığımdan, qüsurlarımdan azad ola bilmirəm hələ də. Çünkü imtinaya
yetə bilməmişəm. Yaşamımda hansısa tərs gedən bir şey, bir anda
nəyəsə görə keçirdiyim rahatsızlıq bütünlüklə halıma etki göstərir. O
anda məni tutub saxlayır. Bu cür halımı, həm də xalqlaşmamda artım
olmamasını Ocaq Yükümlüsünün belə bir fikri ilə deyim: “Əməl və
düşüncə birliyi, əməl və mütaliə birliyi yaratmaq gərəkdir. Kamil-
ləşmənin əsas hərəkətverici qüvvəsi budur”. Kamilləşmənin olma-
masına səbəb kimi “vaxtım olmur” demək yalnız özü üçün yaşamaq
deməkdir. İradəmlə məşğul olub ömrü Amala vermək gücünə yet-
məliyəm. Günü-gündən gerçək durumun çətinləşməsi, toplumdakı
hər kəs kimi, bütünlüklə yaşamıma etki göstərməməli, Ruhsal halım
onu nizama salmalıdır.
Bu ay içində bir əməlim xeyli fərəhləndirdi məni. Ocaq Yüküm-
lüsü Ailə Gününün yazısını bilgisayarda düzəltməyi mənə tapşırdı.
Əhvalsız olduğuma görə yazını səhəri günə saxlamağı planlaşdırdım.
Atanın “Adamdan İnsana” kitabını bir az oxudum. Halım xeyli
rəvanlaşdı. Gecə saat 2-dən səhər 7-ə kimi fərəhli düşüncələrimlə
olub o yazını düzəltdim. O gün mənim üçün uca halla yaşadığım gün
kimi keçdi. Ata “Adamdan İnsana” kitabında deyir ki, “Düşüncənin
həyatı dəyişməsini bilmirlər. Düşüncə həyatı dəyişir, həyatı dəyiş-
dirdikcə özü də dəyişir”. Bu fikir özüm üçün o halımı ifadə elədi.
411
Yəni o halımda gəldiyim qənaət o oldu ki, Ruhaniyyata bağlı olanda,
ruhsal düşüncələrlə bir olanda yaşamımda nə qədər dəyişiklik olar-
mış. Amallı düşüncələrimlə Ruhaniyyatın tələbinə uyğun yaşamağa
yetəcəyimə inanıram.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Günev Atalı: Türkel bizim gənc, ancaq Amal yaşına görə deyil,
həyat yaşına görə gənc, Asif Ata Evladıdır. Soylu Atalının cismani
oğludur. Onun mühitində böyüyübdür. Görürsünüzmü etirafının
gözəlliklərini. Soylu Atalı demişkən, Tolstoy etiraflarını yazandan
sonra Tolstoy oldu. Nə qədər aydın bir münasibət sərgiləyir ortaya.
Kimdir ondan nəsə tələb edən?! Əgər o, imtinaya yetmədiyini etiraf
edirsə, deməli, onu rahatsız edir. Deməli, onun qayğısına, dərdinə
çevrilir. Mütləq aşacaq. Yoxsa o sözün üstünə gəlməzdi və başqa
sözlər deyərdi. O sarıdan var ol, Türkel. Çox razıyıq səndən.
Soylu Atalı: Mən bizim tədbirdə söz deyən, deməyən adamlarla
bağlı bir-iki söz demək istəyirəm. Atanın Ailə ilə bağlı prinsipləri
var. Sözün sorumluluğu var. Hər kəs danışdığı sözün sorumluluğunu
bilməlidir. Ancaq bu, insanın ağzından vurmaq anlamına gəlmir.
Sadəcə insanın ağlına gələni deməsinə olanaq vermir. Bəzən olur, elə
adam var ki, himə bənddir, söz verirsən, başını alıb gedir. Mən dözüb
dinləyirəm. Ancaq burda oturanlar ona dözmür. O baxımdan sorum-
luluq məsələsi var. Asif Atanın dediyi nədir? Bu mühit çox böyük
idrak, inam qırımı ortaya qoymaq üçün düşünülmüş mühitdir. Çağ-
412
lamaq mühitidir. Fərqi yoxdur, o, Asif Atanın davamçısıdır, ya deyil.
Gərək sənin için qaynasın, idrakın formalaşsın, yetkinləşsin. Özünü
ifadə elə. Hər bireyin özünün harda olmasından asılı olmayaraq,
topluma hansısa uğurlu bir etki göstərməsi üçün o, özüylə məşğul
olmalıdır. O, öz fikrini ifadə eləməyi bacarmalıdır. O, öz düşüncə-
lərini açmağı bacarmalıdır. Bizdən qıraqda, nə yazıqlar ki, elə or-
tamlar, yanaşmalar yoxdur. Replika mühitini sevmirəm. Biri danışır.
Yenə deyirəm, danışan sözünün sorumluluğunu daşısın. Ancaq biri
danışır, tutalım ki, lap normal danışır. Qıraqdan o biri, içində boşluq
var deyə, replika atır. Ya da biri o birini sancır. Biri o birinə ilişir.
Belə ortamda söz demək olmaz. Ona görə elə ortamlarda söz demək
bazara çevrilir. Əhval yaratmır, hədəf açılmır. İnsanın içi açılmır.
Ancaq elə bir sağlam mühit olmalıdır ki, beş nəfər, on nəfər adam bir
araya gələndə öz içini ifadə eləməyi bacarsın, dərdini deməyi
bacarsın.
Sevgisini deməyi bacarsın, ağrılarını deməyi bacarsın. O ağrıları
qoy mənə yükləsin, eybi yoxdur. Onsuz da kefdə yaşamırıq, kefə də
gəlmirik. Hər halda, elə bir hal, elə bir qırım olmalıdır.
Vətən nə haldadır, dünya necədir – bu məsələlər insanlarımızın
dü-şüncələrində açılmalıdır.
Elçin Həsənov: Deyilənə giriş eləmək istəyirəm. Bu gün Asif Ata
kimi dəyərləri xalqın arasına çıxarmağın vaxtıdır.
Devalvasiya bəhanədir. Dünən aksiya təyin eləmişdilər. “Kimlər-
sə xalqla dövlətin arasında nifaq yaradır. İnsanların sosial problemi
yaranır”.
Artıq nə müxalifəti, nə o birini xalq qəbul eləmir. Normal düşün-
cəli bir insan ortaya çıxmalıdır, durumda çıxış yolunu göstərməlidir.
Bunu oturub müzakirə edək, söhbət edək. Necə oldu bizim Asif
Atamız oldu, M.Ə.Rəsulzadəmiz oldu və başqaları. İndi niyə yoxdur
ki, insanları bu durumdan qurtarmaq üçün özüylə bir yerdə apara bil-
sin. Niyə bunu Soylu Atalı edə bilməz, ya mən edə bilmərəm. Nədir
bizim qarşımızda çətin olan? Gənclərin, orta yaşlı insanların da fik-
rini dinləsək, müzakirə etsək, daha maraqlı olar.
Soylu Atalı: Bu elə “Vətən nə haldadır” sorusudur.
413
Gülnarə xanım: Vətən pis gündədir. Ramiz Rövşənin bir sözü
var: nə gündəsən, Vətən. Adam səni sevməyə də utanır.
Bu elə durumdur ki, vətən deyəndə adam utanır. Yaxşı aydınlar,
liderlər də var Azərbaycanda. Sadəcə o liderlər çıxa bilmirlər ortalı-
ğa, çünkü o da monopoliyanın etkisindədir. Küçədə adamları görü-
rəm, elə bil çaşqın haldadırlar. Bilmirlər neyləsinlər. Kütlə odur.
İnsan bilmir neyləsin. O duruma salıblar insanları. Nə kitab oxuyur-
lar, nə düşünürlər, bilmirlər dünyada nə var, nə yox. Bilirsə də kor-
təbii şəkildə bilir. İnternetdə oxuyur. Bir sözün mahiyyətini bilmir.
Kütlə şəklində idarə edirlər insanları. İnsanlar kitaba bunca laqeyd
olublar. Deyəndə ki, bir kitab oxu, o qədər inamsızlaşıblar ki,
deyirlər kitab oxumaqla nə olacaq ki, nə dəyişəcək ki. Şəxsən mənə
çox adam deyib. Deyir ki, kağız parçasından bir şey çıxmaz, mübari-
zə aparın. Mübarizə aparırsan da qoşulmurlar. İnsanlarda qorxu var,
cəsarət yoxdur. Üzdə olan liderlərə belə inam yoxdur. Çaşqın durum-
dadırlar. Vətən çox pis günlərə düşüb. Özü də içdə elə proseslər
gedir ki, biz onların az hissəsini bilirik. Elə proseslər gedir ki, o
proseslər dövləti içdən parçalayır.
İlham Mustafa: Deyəsən İndira Qandinin sözləridir: Yatmış mil-
ləti oyatmaq asandır, ancaq özünü yatmış kimi aparanları oyatmaq
çətin məsələdir. Azərbaycan özünü yatmış kimi aparır. Nə yatmayıb,
nə də ayıq deyil. Xanımın dediyi kimi, küçədə gedirsən, hamı
havalıdır.
On il bundan qabaq da mənə deyirdilər sən xəstəsən, əlinə qəzet
alıb oxuyursan…
İnsanlar oxumurlar. İnternet də boşluqdandır. Fakt bu gün dövlə-
timiz baş-ayaqdır.
Təkcə Samsunq firması ilə 36 milyard pul qazanır. Azərbaycan
bu qədər təbii sərvətlə cəmi 32 milyard pulu var. O da Azərbaycanın
deyil, 5-6 nəfər oliqarxındır. Yığılıb deyir ki, qiyməti artırmayın.
Kim artırır? Xalq qiymət artıra bilir? Elçin bəy yaxşı bilir bu məsələ-
ləri. Mitinqə gedən də yoxdur. Sabah çağırsalar da getməyəcəklər.
Getsə də bilir ki, döyüləcək. Bizim bədbəxtçiliyimiz odur ki, biz hər
şeydən qorxuruq. Nə qədər desək də biz qəhrəmanıq, qəhrəman deyi-
lik. Biz döyülməkdən, həbsdən qorxuruq. Ona görə bizim ölkəmiz
tarix boyu bu duruma gəlib. Bu səviyyədə də gedir.
414
Dünən Yaponiya haqqında bir şey izlədim. Naqasakiyə bomba
atan zaman 5-6 nəfər sağ qalıb. İnsanlar, doğrudan da, özündənkeç-
mə ediblər. Atom bombası atılıb, o şəhər 3000 dərəcədə külə dönüb.
Sağ qalanlar külü kürüyüb o yanıqların altından şəhər yaradıblar.
Hansı ki, bizim bir bölgəmiz qədər onların sərvəti yoxdur. Millətin
ağlına bax. Biz ona görə hərəkət eləmirik. Biz “ver yeyim, ört yatım,
gözlə canım çıxmasın” prinsipi ilə yaşayırıq. Gözləyirik kimsə gəlsin
bizə ağalıq eləsin. Hamı deyir, bir şey qalmayıb, rus gələcək. Biz
gözləyirik ya rus gəlsin, ya ingilis gəlsin, fars gəlsin, bizdə dəyişiklik
yaratsın. Biz də əlimizi qoynumuza qoyub kef edək özümüz üçün.
Millətin durumu çox pisdir.
Günev Atalı: Bu pozuntular 5 günün, 5 ilin, 10 ilin içində baş
verməyib ki, tələm-tələsik də sonucunu gözləyək. Asif Ata 37 ildir
çağırır. Gözünüzün qabağındadır gələnlər, sinəsini qabağa verənlər.
Asif Ata Ocağı bir kəsdən gileylənmir. Məsəl var: qanan qanmaza
borcludur. Sən min ildir pozulmuş bir toplumun yüz il davamlı ola-
raq düzəlməsinə qulluq elə, onda görəcəksən xalq nə xalqdır. Xalq
bəyəm 5 günün içində formalaşıb xalq olur?! Xalqa yüzillər gərəkdir.
Pozuntusu da min illərlədir. Midiyanın süqutundan siyasi pozuntusu
başlayıb. Ərəb istilasından mənəvi pozuntusu başlayıb.
Özünə yadlaşma, yağılaşma başladı. Biz bu gün təpkiləri öz
cismani bacı-qardaşlarımızdan görürük. Ancaq al Məcnunun əlindən
415
Leyli sevgisini görüm ala bilirsənmi? Ala bilmirsən. Çünkü oturuşub
onun içində. Aqibətə çevrilib.
Soylu Atalı: Mənim üçün maraqldıır. İnsanlarımızın içinin tər-
pənməsi. Nə düşünür, ümid nədir, ümidsizlik nədir. Danışanda özünü
ifadə edir.
Elçin Həsənov: Çağında bu xalqı aparanlar vardı. Bu gün bu xalq
məhvə doğru gedir. Bu çağa qədər pislərimiz də olub, yaxşılarımız
da. 5 nəfər yaxşı, milyonlarla pisliyə dirəniş göstərə bilib. Söhbət
bundan gedir ki, bir neçə ildən sonra o yaxşılar artıq yoxdur. Məhvə
doğru gedirik.
Günev Atalı: Olayın ölçüsünü dəyişmək gərəkdir. Milli düşün-
cəni dəyişmək gərəkdir. Asif Atanın beynindən keçmişdi o fikir ki,
hakimiyyətə gələk bu ideyalarla, fikirlərlə. Elə ilk təpkidən yanın-
dakılar dağılanda düşündü ki, xalqın bu səviyyəsi ilə beş addım yol
getmək olmaz. Nəinki böyük dəyişiklik eləmək. Ona görə xəlqi inti-
bah gərəkdir. Mənəvi intibah. Xalqla işləmək.
İlham Mustafa: Bu gün Nəsimini, Nizamini əlimizdə bayraq edib
gəzsək, küt qılıncla kəsərlər bizim bayrağı.
416
Nə qədər qəzəl yaz, satira yaz, 21-ci yüzildə onunla heç yerə gedə
bilməyəcəksən. Xalqa mübarizə gərəkdir. Yazı yazmaqla heç nə elə-
mək mümkün deyil. Oktyabr inqilabını görməsək də, sonuclarını bu
gün də yaşayırıq. Bu gün bizim başımıza gələn rusbaşların bizim
başımıza gətirdikləridir. Bu gün Azərbaycana siyasi, iqtisadi dəyişik-
lik gərəkdir. Siyasi-iqtisadi dəyişiklik olmasa nə qədər yazırıq yazaq,
yazdığımıza baxan olmayacaq.
Dostları ilə paylaş: |