Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”


Az ərbaycanda Xristianlıq



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

Az
ərbaycanda Xristianlıq: 
Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, 
h
ələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə 
Yerus
əlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər 
İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları 
yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari dövrü adlanır və həvarilərdən 
Varfolomey v
ə Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey 


Yerus
əlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib 
çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq 
tikilmişdir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı 
götür
əndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən 
Az
ərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik 
Z.Bünyadov göst
ərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə 
aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə 
feodallar öz 
ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar 
siryani, arami v
ə yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Azərbaycan tarixinin xristianlıqla 
bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə 
çevrildikd
ən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin 
formalaşmasında yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin 
müxt
əlif qolları - pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yayılıb və 
yaşamaq hüququ qazanıb. Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra 
bölg
ədə fərqli dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın işğalından 
sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali 
Az
ərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi xeyli 
d
əyişdi. Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək 
üçün müxt
əlif ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi 
daha da z
ənginləşdi. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913- cü ilin 
m
əlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 
katolik, 4 min 496 sektant, 262 n
əfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, 
pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz 
bu dövrd
ə Roma-katolik, lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu 
göst
ərir ki, tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması 
üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən 
maksimum b
əhrələniblər. Alban-udi xristian kilsəsi Azərbaycanda xristianlığın tarixi Alban 
kils
əsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün 
xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini 
t
əkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban 
m
əbədləri təsdiqləyir. Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə 
iqam
ətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin 
süqutundan sonra ölk
ədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, 
Alban dili sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda 
Alban kils
əsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. Xristianlıqla bağlı araşdırmalar 
aparan t
ədqiqatçıların ümumi qənaətinə görə, Şəkidə yerləşən, «Şərq kilsələrinin anası» sayılan 
v
ə günümüzə qədər qorunub saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində 
dövrümüz
ə qədər gəlib çatmış və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində 
yerl
əşən alban abidələri xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə, 
b
əşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir. Təəssüf ki, Azərbaycana qarşı 
işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan Azərbaycan xalqının tarixində böyük bir 
m
ərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılmışdır. Ermənistan işğal 
etdiyi 
ərazilərdə saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə 
vermişdir. Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının 
formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və alban ənənələri erməni kilsəsi ilə 
müqayis
ədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir. Çar Rusiyası tərəfindən Qarabağa 


köçürül
ən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini 
l
əğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə 
verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz insanlara 
çevrilm
əli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-
ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata 
keçiril
ən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Udili ziyalıların təşəbbüsü ilə 
2003-cü ild
ə AlbanUdi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından 
keçmişdir. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi 
ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki 
rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey 
kils
əsi bərpa edilmiş, 2006- cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic 
q
əsəbəsindəki «Çotari» Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian 
icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, 
ölk
əmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm 
d
ə bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir. Alban-udi xristian dini icmasının qeydiyyat 
alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini 
v
ə siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan 
insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 
4.400-
ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır. Pravoslavlıq Azərbaycana XIX 
əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində 
nüfuz etm
əyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus 
pravoslav kils
əsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant 
xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı 
q
əzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə 
Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-
ci ild
ə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı. 
Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət evlərinin inşasında 
Az
ərbaycanlılar da fəal iştirak etmişlər. Məsələn Bakıda yeni «Aleksandr Nevski» kafedral 
kils
əsinin tikilməsinə həm müsəlmanlar, həm də yəhudilər maliyyə yardımı etmişlər. Müsəlman 
ruhanil
ər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırmış, hətta müsəlman qadınlar öz 
gümüş zinət əşyalarını metal zənglərə əlavə olunması üçün kilsəyə bağışlamışlar. Başqa bir fakt: 
Arxangel Mixail m
əbədi yanan zaman bir çox müsəlman onun bərpasına kömək göstərmişdir. 
Pravoslav ruhanil
ər bunun səbəbini soruşduqda isə belə cavab veriblər: «Таnrının evi yanan 
şəhərə müsibət üz verər». Katoliklik Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca 
s
əhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən 
yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə 
geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri 
f
əaliyyət göstərib. Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb 
f
əaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin ikinci 
yarısı və XX əsrin əvvəllərində - neft bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və 
Az
ərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. Bakıda ilk Roma-katolik 
prixodu XIX 
əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi 
il
ə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi 
prixoduna tabe idi. 1882-ci ild
ə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin 
Bakir
ə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi 
tikilir. 1909-1912-ci ill
ərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs 


M
əryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 
1999-cu ild
ə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini 
yaradır. 22-23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda 
r
əsmi səfərdə olmuşdur. 2008-ci ildə Bakıda Roma-katolik kilsəsi üçün inşa olunmuş yeni 
binasının açılışı olmuşdur. Tədbirdə dövlət rəsmiləri və xarici qonaqlar iştirak etmişdir.
 

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin