Katoliklik v
ə ya katolisizm (yunan dilində “ümumdünya” mənasını verən “katholikos”
sözünd
ən törəmişdir. – Red.) mənsublarının sayına görə ən böyük xristian konfessiyasıdır. 2016-
cı ilin statistik məlumatına görə, dünyada təqribən 1 milyard 299 milyon insan özünü katolik
m
əzhəbin mənsubu sayır.
Katolikl
ərin vahid dini mərkəzi Vatikan şəhər-dövlətində yerləşir.
Katoliklərin dini-inzibati
m
ərkəzi rəsmi olaraq Müqəddəs Taxt-Tac adlanır. Müqəddəs Taxt-Tac – teokratik seçkili
monarxiyadır.
Bu
teokratik dövl
ətə konklav (kardinallar kollegiyası. – Red.) tərəfindən ömürlük seçilən
bütün katolikl
ərin dini rəhbəri Roma Papası (yun. “papış” – “ata”) başçılıq edir.
Roma Katolik
Kils
əsinin başçısı “pontifik” (lat. pontifices – baş kahin, baş keşiş, körpüləri tikənlər. – Red.) də
adlanır. Roma Katolik Kilsəsinin başçısının qərarları Ümumdünya Kilsə Məclislərinin
q
ərarlarından belə üstün tutulur.
Katoliklikd
ə Məryəm Ana İsa Məsihə bərabər tutulur. Belə ki, xristianlıqda “İsa Məsihin pak
döll
ənməsi” haqqında ehkam mövcuddur.
Bu ehkama əsasən, İsa Məsih möcüzəvi şəkildə
Müq
əddəs Ruhdan döllənmiş və Bakirə Məryəm tərəfindən dünyaya gətirilmişdir. Katolik
etiqadında isə bu dini təlimlə yanaşı, “Bakirə Məryəmin pak döllənməsi” barədə ehkam da vardır.
H
əmin katolik ehkamına əsasən, Bakirə Məryəm İoakim və Anna adlı adi valideynlər tərəfindən
dünyaya g
ətirilsə də, onun da döllənməsi məsumanə şəkildə baş vermişdir.
Katolik ehkamın başqa fərqli cəhətləri də var. Belə ki, pravoslav və protestantlardan fərqli
olaraq, katolikl
ər Ərafa (dini təsəvvürə görə, cənnətlə cəhənnəm arasında yer. – Red.) inanırlar.
Bununla yanaşı, Roma Katolik Kilsəsinin özünəməxsus “filiokve” (lat. Filioque - “oğuldan” . – Red.)
adlı təlimi mövcuddur. Həmin dini təlimə əsasən, Müqəddəs Ruh təkcə Ata Tanrıdan deyil, həm
d
ə Oğul Tanrıdan, yəni İsa Məsihdən gəlir.
Katolikl
ər imanın mənbəyi kimi Bibliya və Müqəddəs Rəvayəti qəbul edirlər.
Katolikl
ərə görə, ümumdünya kilsə məclislərinin sayı iyirmi birdir.
Roma Katolik Kils
əsində
dyakonlar istisna olmaqla, ruhanilərə evlənmək qadağandır.
Katoliklikd
ə boşanmaq demək olar ki, qeyri-mümkündür.
H
ər il dekabr ayının 25-də keçirilən İsa Məsihin Miladı katoliklərin ən əsas dini bayramı
sayılır. Katoliklərdə xaç dördguşəlidir.
Dostları ilə paylaş: