Pravoslavlıqda əsas dini ayin liturgiya adlanır. Dini ayinlər milli dillərdə, daha çox onların
arxaik formalarında yerinə yetirilir (məs.: Rus Pravoslav Kilsəsində ayinlər qədim slavyan dilində
h
əyata keçirilir). İbadət zamanı məbədlərdə şam və buxur (ətirli tüstü. – Red.) yandırılır.
Pravoslavlar sağdan sola üç barmaqla xaç çevirirlər. Onlarda daha çox səkkizguşəli xaç forması
s
əciyyəvidir.
Pravoslav dünyada rahiblik geniş yayılıb. Bu xristian məzhəbində ruhanilər qara (rahib
h
əyatı yaşayan) və ağ olmaqla iki qrupa bölünürlər. Qara ruhanilərə evlənmək qadağandır. Ağ
ruhanil
ər isə yüksək dini rütbə alanadək evlənə bilər. Lakin ağ ruhanilərə boşanmaq və ya həyat
yoldaşlarını itirsələr belə, təkrar evlənmək qadağandır.
Pravoslavlarda
ən böyük dini bayram İsa Məsihin dirilməsi şərəfinə keçirilən Pasxadır. Bu
dini bayram aprel v
ə ya may aylarında yaz gecə-gündüz bərabərliyindən sonra ilk bazar günü
keçirilir.
Dostları ilə paylaş: