Suleyman-m teze qxd


şıltaq dalğalar, qırçın hpolor, durna gözlü bulaq



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə101/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   97   98   99   100   101   102   103   104   ...   153
Nitq-mədəniyyəti(1)

şıltaq dalğalar, qırçın hpolor, durna gözlü bulaq, 
göy göyərçin qanadlı gecə, mərmər sinə
və s. birləşmələrindəki 
birinci tərəflər epitetdir. Epitetlər qüvvətli bədii təsvir vasitələrindən 
olub bədii üslubun bütün janrlannda işlədilir, əşya və hadisələri 
obrazlı şəkildə səciyyələndirir, nitqin təsir gücünü artırır. 
Bədii üslub özü də iki yerə bölünür: 
nəzm üslubu 
və 
nəsr 
üslubu. 
Nəzm üslubu dedikdə şeirlə yazılmış əsərlər nəzərdə tutulur. 
Burada fikirlər, təsvirlər sözlərin özünəməxsus nizamla misralar 
daxilində düzülməsi əsasında verilir. Bu üslubda müəyyən ölçülər 
gözlənilir: eyni ölçülü səslər bir-birini izləyir, növbə ilə təkrarlanaraq 
ahəng və ya ritm yaradır. Misralar eyni ölçüdə olmaqla şeirin vəznini 
müəyyənləşdirir. Əruz vəznində ölçü uzun və qısa saitlərin 
növbələşərək onlann təkrarı əsasında yaranır. Heca vəznində isə 
misraların ölçüsü hecaların sayı ilə müəyyənləşir. Şeirdə misralar 
qafiyələnir. Qafiyə misraların sonunda gələn sözlərin səs fərkibinə 
görə bir-birinə uyğun, eyni (və ya oxşar) səslənən hecaları əhafə edir. 
Şeirdə qafiyə ilə 
1^7 


yanaşı rədif, bölgü (misradaxili fasilə), bir cümləni tam və ya onun bir 
hissəsini özündə ehtiva edən misralar daxilində olur. Şeir beytlər, 
yaxud bəndlər şəklində yazılır. Beyt bir-biri ilə fik- rən bağlı olan 
qafiyəli iki misradan ibarət olur. Bayatı, ağı, qoşma, gərayh, təcnis 
(cığalı və ayağh təcnis istisnadır), rübai, tuyuğ dörd misradan ibarət 
dördlüklər şəklində, müxəmməs, müstə- zadlar və s. isə beşlik, altılıq, 
yeddilik şəkillərində qurulur. 
Bədii əsərlər 
dramatik növdə 
də yazılır. 
Dramatik növün 
üç 
janrı vardır: 
komediya, faciə, dram. 
Bu növün əsas xüsusiyyəti 
əsərdə baş verən hadisələri sürətlərin (personajların) hərəkəti və 
danışığı ilə canlandırmaqdır. Dramatik əsərlər səhnədə tamaşaya 
qoyulmaq üçün yazılır. Sürətlərin danışığı dialoq və monoloq şəklində 
qurulur. Pyeslər daha çox nəsrlə yazılır. Lakin H.Cavidin, S. 
Vurğunun, S.Rüstəmin və başqalarının şeirlə yazılmış pyesləri də 
vardır. Ədəbiyyatımızda dramaturgiyanın əsasını 
M. F.Axundov öz altı komediyası ilə qoymuşdur. Faciə janrında 
N. Nərimanovun, N.Vəzirovun, Ə.Haqverdiyevin gözəl əsərləri 
vardır. Sonrakı dövrlərdə C.Cabbarlı, S.Rəhman, İ.Əfəndiyev, 
B.Vahabzadə, N.Xəzri, Anar və başqa görkəmli şair və yazıçılarımız 
nəzm və nəsrlə bədii cəhətdən bitkin pyeslər yazmışlar. 
Nəsr üslubunun əsas əlaməti müəyyən bir həyati hadisə və ya 
əhvalatın danışıq, nəqletmə yolu ilə təsvir olunmasıdır. Bu üslubun 
əsas ifadə üsulu təhkiyədir. Epik növün janrlan nağıl, əfsanə, lətifə, 
təmsil, dastan, hekayə, novella,oçerk, povest və romandır. 
Bədii üslubda nitq zamanı şəxs öz fikrini daha emosional 
çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu hal, əsasən, yazılı 
nitq üçün xarakterikdir. Danışan və yazan dediyi fikrin 
emosionallığını, təsir gücünü artırarkən bədii təsvir vasitələrinə, 
sintaktik fiqurlara, ən çox da bədii sual, təzad, mübaliğə, kinayə və 
təkrirlərə geniş yer verir. 
Ahəngdarlığın artırılmasında, fikrin qüvvətləndirilməsində 
nitqdəki cümlənin başlanğıcında və ya sonunda təkrar olunan sözlər 
(anafora və epifora) diqqəti cəlb edir. Məsələn: 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin