Uzun-uzadı uzunçuluq etmək;
gününü göy əsgiyə düyünləmək;
gedər-gəlməzə getmək; qurddan qorxan qoyun saxlamaz; azacıq aşım,
ağrımaz başım; ucunu tutub ucuzluğa getmək; axmağın ağlı başında
olmaz, dabanında olar; açıq ağız ac qalmaz və s.
Çalışma 103.
Üslubi fiqurlardan olan anaforalarda eyni söz və
ifadələrin təkrarı ilə yaranan bədii ifadə tərzinin göstəricilərini tapıb
altından xətt çəkin.
Qaraca Çobanın qara köpəyi Qazana qarşı gəldi.
Qazan qara
köpəklə xəbərləşdi ("Kitabi-Dədə Qorqud"dan)
Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı.
Üçü yığar gətirər
Üçü vurar dağıdar. (Tapmaca)
Qırat Koroğlunun vuran əlidir,
Qırat Koroğlunun qaçar ayağı.
Var günündə Qırat onun yoldaşı.
Hay günündə Qırat onun dayağı. (C. Cabbarlı)
Gözəl qamət,
gözəl gərdən, gözəl üz.
Gözəl olmaz sən tək olsa, gözəl yüz.
Gözəl canı munca yetər, gözəl üz.
Gözəl deyil, etmə, gözəl, alı sən. (M. P. Vaqif)
Hər nə versən, ver, məbada vermə
bir dirhəm zəkat Hər nə düz
versən, ver, oğlum, borcunu vermə təmam.
Hər nə alsan, al, amandır, alma kasıbdan salam Hər nə etsən, et
və lakin etmə meydən ictinab.
Hər nə tutsan, tut və lakin tutma bir kari-səvab.
Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən.
Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən.
Dostları ilə paylaş: