Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə110/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   106   107   108   109   110   111   112   113   ...   153
Nitq-mədəniyyəti(1)

(M.Ə.Sabir)
Çalışma 104. 
Bədii dilin ifadəliyini təmin edən üslubi fiqurlardan 
biri şeirdə misralarında, cümlədə son sözlərin təkrarı ilə yaranan 
epiforadır. Onları tapın: 
Eyb eləmə eybəcərin eybinə, 
Eyb edirsən öz eybinə, eybi yox. 
Qırx gün saqqal dəlisi, 
169 


Qırx gün daraq dəlisi. 
Qırx gün yaraq dəlisi. 
İskəndər: - Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl?! Gəl, keç 
içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Hamınız gəlin içəri! 
Mən ölüm, hamınız gəlin! Bax, belə! Keç, keç! Sən də gəl içəri! Sən 
də 
gəl. 
Gəlin, 
gəlin! 
(C. 
Məmmədquluzadə. 
"Ölülər" 
komediyasından) 
Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can! 
Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can! (M. Ə. Sabir) 
Leyli demə-cənnət içrə bir hür. 
Məcnun demə-zülmət içrə bir nur. 
Leyli demə-övci-hüsnə bir mah 
Məcnun demə-mülki-eşqə bir şah. 
(M. Füzuli. "Leyli və Məcnun"dan) 
Çalışma 105. 
Sözləri hecalara aymn, sətirdən-sətrə keçirilmə 
qaydasını deyin: 
Cüdo, karate, atletika, boks, taekvondo, hokkey, VMH, tennis, 
olimpiada, neftçi, 2010-cu il, miokardit, M. F. Axundov, ve- loidman, 
A. A. Bakıxanov, 15-ci. 
Çalışma 106. 
Bir tədris ilində gördüyünüz işlərin 
hesabatım 
yazın. 
2.
EIMİ ÜSlUB 
Elmi üslub elmi əsərlərin dilində təzahür edir. Elmi fikir elmi 
əsərlərdə şərh olunur. Elmin, istehsalat və texnikanın ayrı- ayrı 
sahələrinə aid məqalə, tezis, məruzə, rəy və monoqrafiyalar bu 
üslubda yazılır. Elmi üslubun əlamətdar cəhətlərindən biri elmi 
anlayışların ən dəqiq ifadəsi kimi terminlilikdir. Terminlərin sistem 
halında işlənməsi onu digər üslublardan fərqləndirən əsas əlamətdir. 
170 


Elmi üslubun ikinci cəhəti mücərrəd mənalı sözlərin, beynəlmiləl 
alınmaların həqiqi mənada işlədilməsi, fikirlərin dəqiq, konkret və 
birmənalı ifadə edilməsidir. Elmi üslubda sözlərin öz müstəqim 
mənasında işlənməsi bəhs edilən təbiət və cəmiyyət hadisələri 
haqqında tam, dürüst və dəqiq məlumatın verilməsi ilə bağlıdır. Bu 
üslubda məcazi mənalı sözlərə yer verilmir. Emosionallıq, obrazhq 
kimi xüsusiyyətlər də bu üslub üçün xarakterik deyildir. 
Elmi üslubda mövzu müəyyən ixtisas sahəsinə aid olur, kitabın, 
monoqrafiyanın adı, onlarda verilmiş fəsil, bölmə və başlıqlar, şərh 
olunmağa yönəlmiş mətnlər səbəb-nəticə əlaqələri əsasında qurulur, 
burada sübut və dəlillər elmi şəkildə tərif, düstur, cədvəl və 
rəqəmlərlə verilir, mürəkkəb cümlə tipləri üstünlük təşkil edir. 
Fikirlər sübutlara, faktlara istinad edilir, ümumi- ləşdirilmələr 
aparılır, nəticə çıxarılır. 
Elmi üslubda yazılmış əsərlər daha çox öz sahəsinə aid 
mütəxəssislər arasında yayılır, işlədilir və elə onlar tərəfindən də tam 
və əhatəli şəkildə başa düşülür. Çünki hər hansı bir elm sahəsinin 
özünəməxsus, sfesifik sözləri və terminləri vardır ki, bu terminlər, 
əsasən, başqa dillərdən alınan sözlərdir, onlar ya olduğu kimi işlənir, 
ya tərcümə olunur, ya da kalka üslulu ilə yeni sözlərin meydana 
gəlməsi ilə reallaşır. Orta məktəbdə tədris olunan fizika, riyaziyyat, 
həndəsə, kimya fənləri, ali məktəbdə keçilən informatika, idman 
metrologiyası, idman psixologiyası, insan fiziologiyası fənləri, 
gimnastikaya, su idmanı növlərinə aid dərslik və dərs vəsaitləri xüsusi 
terminlər üzərində qurulmaqla bədii üslubda yazılmış əsərlərdən dil 
və üslubuna görə fərqlənir. Tələbələr öyrəndikləri hər hansı dərsliyin 
bir səhifəsinə, hətta bir abzasına belə baxan kimi onun hansı elm 
sahəsinə aid olduğunu müəyyənləşdirə bilirlər. 
Sual və tapşırıqlar 
1.
Elmi üslub nədir və elmi üslub nümunələri hansı formalarda 
təzahür edir? 
171 


2.
Elmi üslubun ən əlamətdar cəhəti nədən ibarətdir? 
3.
Elmi üslubda məcazi mənalı sözlərə, yoxsa terminlərə çox yer 
verilir? 
4.
Kalka üslulu ilə yaranmış sözlərdən nümunələr verin. Onların 
kalka üslulu ilə yarandığını necə bilmək olar? 
5.
Akademiyada hansı elm sahələri ilə tanış olduğunuzu deyin və 
onlara aid 5-10 termini nümunə gətirin. 
6.
Dəqiqlək nədir? Onu hansı üslubun səciyyəvi xüsusiyyəti hesab 
etmək olar? 
7.
Elmi nitq hansı formalarda təzahür tapır və onlarda xarakterik 
olan cəhətlər nədən ibarətdir? 
8.
Elmi nitqin əsas janrları hansılardır? 
Çalışma 107. Mətni oxuyun, hansı terminlərin işləndiyini göstərin 
və onların hansı elm sahəsinə aid olduğunu deyin. 
6.2.2 Oksigenin qanla nəqli 
Diffuziyanm köməyi ilə oksigenin qana keçməsindən sonra onun 
taleyi hemoqlobinlə birləşmədə olur. Yalnız oksigenin 0,3 həcm % 
qanda həll olur (yaxud 1,5% arterial qandakı oksigen), qalan hissəsi 
isə hemoqlobinlə birləşir. Oksigen hemoqlobinlə (Hb) birləşərək 
oksihemoqlobin əmələ gətirir. Hemoqlobin, zülal hissəsi olan 
qlobindən və 4 ədəd dəmir tərkibli hemdən ibarət mürəkkəb zülaldır. 
HHb onu göstərir ki, hemoqlobin zəif turşu təsirlidir, bərpa 
olunmuş hemoqlobin isə oksihemoqlobinə nisbətən daha zəif 
turşudur. 
Arterial qan oksigenlə 96-97% zənginləşir. Bu hadisə çox sürətlə, 
0,25-0,30 san. baş verir (Rafiq Qayıbov. İnsan fiziologiyası, Bakı, 
2009, səh. 163) 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin