Suleyman-m teze qxd


və  məntiqi  çalarhqla diqqətə çatdıran ifadə vasitələri içərisində  frazeo- loji



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə107/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   103   104   105   106   107   108   109   110   ...   153
Nitq-mədəniyyəti(1)

və 
məntiqi 
çalarhqla diqqətə çatdıran ifadə vasitələri içərisində 
frazeo- loji 
birləşmələr, 
idiomlar, ibarə, hikmətli söz, zərb-məsəl və atalar sözləri 
əhəmiyyətli yer tutur. 
Nitqin emosionallığını, obrazlıq və ifadəliyini artıran ən təsirli dil 
vasitəsi 
frazeologizmlərdir.
Frazeoloji ifadələr məcazi məna kəsb etməklə fikri sözlərə 
nisbətən daha yığcam və obrazlı ifadə edir. Onların böyük bir qismini 
əmələ gətirən sözlər, bir növ, daşlaşıb sabit vəziyyətə düşmüşdür.(7. 
səh.48) Məs: 
üz 
çevlrmək(incimək), 
ayaq döy- mək(hey 
gedib-gəlmək), 
ağzım aramaq(fikrini 
öyrənmək), 
ağzına dil 
atmaq(yadma salmaq), kipriyi ilə od götürmək(çox
US6 


çətinliklə yaşamaq), quşu gözündən vurmaq(düz və dəqiq demək), 
əldən düşmək(yorulmaq), nəfəsi kəsilmək(tamam yorulmaq), 
gözünün kökü saralmaq(hey gözləmək), gözü yolda qalmaq(hey 
baxmaq), gözü yol çəkmək(flkrə getmək), gözünü yollara dikmək(hey 
baxmaq), baş sındırmaq(çox düşünmək), dəridən-qabıqdan 
çıxmaq(çox çalışıb işləmək), qabıq qoy- maq(çox işləmək), ölüb yerə 
girmək(bərk utanmaq), bir köynək ət tökmək(bərk xəcalət çəkmək), 
qanadının altına al- maq(himayə etmək), kömək əlini uzatmaq-əl 
tutmaq(kömək etmək) və s. 
Frazeoloji birləşmələrdə ifadəni yaradan komponentlər öz əvvəlki 
leksik mənalarından əlaqəsini kəsib uzaqlaşmış olur. Onlar dildə 
sözlər kimi neçə yüz illərdir ki, mövcuddür və hamı tərəfindən hazır 
şəkildə götürülüb işlədilir. Nitq prosesində dilin bu ifadəlilik 
vasitəsindən nitqi qüvvətləndirmək, məna gözəlliyi və rəngarənqliyi 
yaratmaq məqsədilə istifadə olunur. Nitqin məcazi söz və ifadələrlə 
zəngin olması dilin adi danışıq, məişət üslubunu da maraqlı, eşidilməli 
edir. Frazeoloji birləşmələri məqsədəuyğun işlətməyi bacaran 
insanların nitqi öz gözəlliyi, rəngarəngliyi və xəlqiliyi ilə seçilir, 
dinləyənlərdə və oxuyanlarda xoş ovqat yaradır. 
Xalq zəkasının, xalq müdrikliyinin ümumiləşdirilmiş bədii ifadəsi 
olan atalar sözləri, zərb-məsəllər və aforizmlər nitqi rövnəqləndirir. 
İstər səslənməsinə, istərsə də mənasına görə deyilən, yazılan fikrin 
yığcam, müdrik və obrazlı ifadəsinə yardımçı olan afalar sözləri və 
zərb-məsəllər tərbiyəvi mövzuda aparılan söhbətlərdə olduqca 
faydalıdır, deyilənləri əsaslandırmaq, dinləyənləri nəyə isə 
inandırmaq, nədənsə çəkindirmək, düşündürmək üçün əhəmiyyətlidir. 
Məs: 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin