Pedaqoji
elmlər namizədi, professor,
Azərbaycan
Respublikasının əməkdar müəllimi, ADBTİA-nm elmi
işlər üzrə prorektoru Nazim
Məcidovun dərs vəsaiti
giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın
siyahısından ibarətdir. Müəllif
dərs vəsaitinin giriş
hissəsində tədqiq etdiyi mövzunun aktuallığından,
tədqiqatın məqsəd və vəzifəsindən,
obyekti və
materialından, işin metodlarından, yeniliyindən,
nəzəri
və praktik əhəmiyyətindən bəhs edir. Vəsaitin birinci
fəslində filan ..., ikinci fəslində filan ...
və üçüncü
fəslində (adı göstərilməklə) filan ... məsələlərdən əhatəli
danışılmışdır. Nəticədə müəllif öz dəlil və sübutlarını
konkret şəktldə yekunlaşdırmışdır.
Dərs
vəsaiti
Bədən
Tərbiyəsi
və
İdman
Akademiyasının ixtisasçı müəllimləri və tələbələri üçün
nəzərdə tutulmuşdur.
4.
ARAYIŞ
Arayış
türk mənşəli söz olub
"arama", "axtarma"
mənasındadır. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya
harada yaşaması,
işləməsi, təhsil alması haqqında təşkilat (idarə,
müəssisə) tərəfindən verilən rəsmi sənəddir. Təşkilatların bir-birinə
ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir
hadisənin
gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər.
Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir.
Arayışın özünəməxsus yazılma forması vardır; Vərəqin yuxarı
hissəsində ortada böyük hərflə "Arayış" sözü yazılır. Vərəqin sol
tərəfdən üst küncündə idarənin ştampı, ştampm aşağı sətrində arayışın
nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olu
180
nur. Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin
məzmunu verilir, axırdakı sətirbaşmda arayışın təqdim olunduğu yer
göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, soyadı (bütöv
şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və
möhür vurulur.
Dostları ilə paylaş: