4.
RaSMl-KARGÜZARLIQ ÜSlURU
Rəsmi-kargüzarlıq üslubu "əməli üslub", "rəsmi-əməli üslub";
"işgüzar üslub" adları ilə də işlənir. Rəsmi sənədlər, təlimatlar,
qanunvericilik aktları və s. rəsmi-kargü- zarlıq üslubuna uyğun tərtib
olunur, yazılır. Bu üslubun əsas xüsusiyyəti ifadə düzgünlüyü, fikir
dəqiqliyi və yığcamlıqdır.
Rəsmi sənədlərin dilində artıq,
mətləbdənkənar sözlərə,
təkrarlara, bədii ifadələrə yer verilmir, dəqiq söz və terminlər işlədilir,
qrammatik normalara riayət edilir, ştamp xarakterli standart
sözlərdən, basmagəlib (trafaret) ifadə və cümlələrdən istifadə olunur.
Bu üslub öz forma və məzmunu etibarilə kütləvi mahiyyət daşıyır,
ixtisasından, peşəsindən, həyatda tutduğu vəzifəsindən asılı
olmayaraq insanlar əməli yazılara müraciət edirlər.
Rəsmi-əməli üslub, adından
göründüyü kimi, həyatın praktik
tələbləri ilə bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə,
vətəndaşlann idarə, müəssisə və təşkilatlarla əlaqəsini təmin edir.
Rəsmi-kargüzarlıq
üslubunu inzibati-idarə üslubu, dəftərxana
üslubu da adlandmrlar. Dəftərxana sənədləri rəsmi xarakterdə olduğu
üçün özünəməxsus cəhətləri ilə seçilir. Bu üslubun onlarla sənəd növü
vardır: qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə,
təlimat, protest, etimadnamə, hökm, qərar,
göstəriş, əmr, akt və s.
Dövlət əhəmiyyətli rəsmi sənədlər xüsusi aynimış adamlar
tərəfindən hazırlanır, dövlət başçısı tərəfindən imzalanır.
Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan (teleqram,
anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə,
arayış, vəkalətnamə, və s.), hər hansı hadisə və faktı əks etdirən (akt,
protokol, müqavilə, və s.)
və iclas, toplantı, yığıncaq, konftanslann
qərarları-protokol, hesabat və s. formasında olur (6, səh. 4)
176
Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli
üslubun tələblərini özündə əks etdirən əsas rəsmi-kargü- zarlıq sənəd
növlərini aşağıda əlifba sırası ilə veririk.
Dostları ilə paylaş: