və axıcı düzülüş qulağa xoş gəlir. Alliterasiya poetik üslubi pri- yom
kimi şifahi nitq yaradıcılığından-laylalardan, nazlamalar, cır-
natmalar, öcəşmələr,
sanamalar, holavarlar, sayaçı sözləri,
qaravəllilər, yanıltmaclardan (Yetişmiş yemişi yetim yemiş;
Ağırhğım- uğurluğum odlara. Azar-bezar yadlara; Ağırlığım od
olsun. Odda yanan yad olsun və s.) başlamış,
klassik və müasir
poeziyamızda geniş işləklik qazanmışdır. Alliterasiya üzərində
qurulan şeir parçalan başdan-başa axıcılıq, rəvanlıq, avazhhq
təcəssümü olur. Qoşmalar, gərayhlar, cığalı
təcnişlər məhz bu
baxımdan gözəldir. S. Rüstəmin "Çapayev" adlı şeirində ç samitinin
tez-tez təkran çınqıllı, daşlı yollarda nallı atın dımaqlarmdan qopan
səsləri xatırladır: Çıqıl daşlı çaylan,
Çapayev çapa-çapa Çapır,
biçir çöllərdə Çar
canavarlanni.
Çap çaylardan Çapayım,
Çap o çapsın, biz çapaq.
Çap, gələcək günlərin.
Əlindən sevinc qapaq.
Səs düzümündən məharətlə istifadə obrazlıq, ahəngdarlıq
yaratmağa hesablanır. Nitqdə ahəngdarlıq törədən vasitələrdən yalnız
şərait və məqamdan asılı olaraq istifadə xaş avazlanmaya səbəb olur.
2.
Leksik
üslubiyyat. Nitqdə üslubi effekt və səlislik
yaratmaq, lüzumsuz təkrara yol verməmək, fikrin daha təsirli və dəqiq
ifadə edilməsi məqsədilə rəngarəng dil vahidlərinin işlədilməsi çox
zəruridir.
Bu cəhətdən
sinonimlərin
üslubi imkanlan genişdir. Öz
nitqini quran şəxs eyni mənanı müxtəlif üslubi ça- larlıqda ifadə edən
sinonim cərgəyə müraciət edib lazimi sözü seçib işlədir. Semantik
məna sahəsi imkan verir ki,
biz bir fikri şəraitdən, üslubi
münasibətdən, subyektiv mövqedən asılı olaraq müxtəlif sözlərlə
işlədə
bilirik.
Məs.:
Dostları ilə paylaş: