Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   13   14   15   16   17   18   19   20   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

 “Dastani-Əhməd Hərami”
poeması anadilli ədəbiyyatı-
mızın bizə gəlib çatan ilk abidələrindən biri kimi. Əsərin 
müəllifinin naməlum olması. Üzə çıxarılması və nəşri problemi. 


24 
Mövzunun xalq ədəbiyyatı ilə bağlılığı. Poemada xalq ədəbiyyatı 
elementlərinin qabarıq şəkildə təzahürü. Əruz vəzni ilə heca 
vəzninin qovuşması. Əhməd Hərami, Güləndam və s. surətlərin 
səciyyəsi. Əsərin əsas qayəsi. Xeyirin şər üzərində qələbəsi 
ideyası. Müəllifin süjeti qurarkan “ideyadan süjetə” prinsipi ilə 
hərəkət etməsi. Poemanın quruluşu, süjet və kompozisiyası, dil və 
üslub xüsusiyyətləri. Anadilli ədəbiyyatımızın inkişafında rolu.
Seyid Zülfüqar Şirvani. 
Həyat və yaradıcılığı barədə 
məlumatların azlığı. Adı, soyadı, təxəllüsü, nisbəsi və künyəsi – 
Seyid Qəvaməddin Hüseyn İbn Əli Sədrəddin Zülfüqar Şirvani. 
S.Z.Şirvani saray ədəbiyyatının görkəmli nümayəndəsi 
kimi. Mədhiyyə yazmaqda xüsusi məharət göstərməsi və diqqəti 
cəlb etməsi. Müxtəlif hökmdarlara mədhiyyələr həsr etməsi. Altı 
dildə şeir yazması barədə məlumat. Yalnız fars dilində divanının 
bizə gəlib çatması. Həmin divanın London və Sankt-Peterburq 
nüsxələri. Yaradıcılığında özünü göstərən iki əsas istiqamət: dini 
təriqət meylləri və dünyəvi meyllər. Məhəbbət lirikası. 
S.Z.Şirvani şeirlərinin forma gözəlliyi və rəngarəngliyi. 
Eyni janrda müxtəlif formalarda əsərlər yazması. Formalist şeirin 
inkişafında xidmətləri. 
S.Z.Şirvani irsinin öyrənilməsi və nəşri sahəsində görülən 
işlərin azlığı. Orta əsr təzkirələri və son dövrün 
ədəbiyyatşünasları S.Z.Şirvani haqqında. 
Nəsirəddin Tusi
(1201-1274). Əbu Cəfər Məhəmməd ibn 
Məhəmməd ibn Həsən Nəsirəddin Tusinin həyat və yaradıcılığı. 
Anadan olduğu yer. Təhsili. Gəncliyində ismaililər sarayına 
getməsi və uzun müddət orada yaşaması. Tusi Hülakü xanın 
vəziri və məsləhətçisi kimi. Hülakü xan tərəfindən Bağdadın 
alınması, xəlifə Möhtəsimin öldürülməsi və Abbasilər dövlətinin 
500 illik hakimiyyətinə son qoyulmasında N.Tusinin rolu. 
Marağa rəsədxanası. Həmin rəsədxananın tikilməsi (1259) və 
fəaliyyəti ilə bağlı N.Tusinin gördüyü işlər. Alimin Bağdadda 
vəfatı və orada dəfn edilməsi. 


25 
N.Tusinin müxtəlif elm sahələrinə aid 100-dən artıq əsər 
yazması. Şərqdə və Avropada nücum elminin inkişafında rolu. 
Universal zəka sahibi, dünyanın ən görkəmli alimlərindən biri 
olması. 
“Əxlaqi-Nasiri” (1232-33) tərbiyəvi-didaktik mövzuda 
yazılmış ən dəyərli əsər kimi. Əsərin Yaxın və Orta Şərqdə böyük 
şöhrət qazanması. Orijinal xüsusiyyətləri. Əsərin quruluşu, 
fəsilləri, məzmunu və əsas əxlaqi-tərbiyəvi məziyyətləri. 
Azərbaycan dilinə tərcümə və nəşri. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin