26
Mənzum “Gülşəni-raz” (1317) məsnəvisinin müəllifə daha
çox şöhrət gətirməsi. “Gülşəni-raz” sufi-panteist ideyaların kamil
bədii-poetik ifadəsi kimi. Əsərin təhlili. Bir sıra sufi islahatların,
təsəvvüflə bağlı anlayış və terminlərin izahı. “Gülşəni-raz”a bir
sıra şərhlər yazılması. Onun bədii-fəlsəfi fikir tariximizdə yeri.
Əsərin nəşri tarixi. M.Şəbüstəri irsinin tədqiqi.
M.Şəbüstəri yaradıcılığının özündən sonrakı bədii-fəlsəfi
irsə təsiri.
Marağalı Əvhədi
(1274-1338) Şeyx Safi ibn Hüseyn
Əvhədəddin (Əvhədi) Marağayinin həyat və yaradıcılığı.
Doğulduğu yer. Təhsili və ilk təxəllüsü. Səyahətə çıxıb müxtəlif
yerləri gəzməsi. Uzun müddət İsfahanda yaşaması. Öz əsərlərində
şairin həyatına dair tərcümeyi-hal faktları. Marağada vəfatı və
qəbri.
Əvhədinin əsərləri: şeirlər divanı, “Dəhnamə” (“Məntiq-ül
üşşaq” – 1307) və “Cami-cəm” (1333) poemaları. Əsərlərini fars
dilində yazması. Lirik şeirlərinin mövzu dairəsi. Dünyəvi motivli
şeirləri. Məhəbbət lirikası. Sufi-panteist və dini-fəlsəfi mövzulu
şeirləri. M.Əvhədinin sələfləri və xələfləri.
“Dəhnamə” poeması. Poemanın mövzu və ideyası. Aşiq və
məşuq obrazları. Eyni mövzuda yazılan başqa “Dəhnamə”lər.
“Cami-cəm” poemasının Əvhədiyə daha çox şöhrət
gətirməsi. Əsərin Sənai Qəznəvinin “Hədiqə”sinə nəzirə kimi
yazılması. Poemanın vəzni, həcmi, mövzu və ideyası. Fəsilləri.
İ
nsanın maddi və mənəvi yaşayış qaydaları haqqında sənətkarın
qənaətləri. “Cami-cəm” təsəvvüf görüşlərinin mükəmməl bədii-
poetik nümunəsi kimi. Əsərin Azərbaycan dilinə tərcümə və nəşri
(1970).
M.Əvhədi irsinin tədqiqi və nəşri.
Dostları ilə paylaş: