Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


V Mövzu: Qazi Bürhanəddin Əhməd. Hürufilik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   16   17   18   19   20   21   22   23   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

V Mövzu: Qazi Bürhanəddin Əhməd. Hürufilik. 
İ.Nəsiminin həyatı və yaradıcılığı. 
Qazi Bürhanəddin Əhməd
(1344-1398). Həyatı. Oğuz-
ların Salur boyundan olması. Ulu babası Məhəmmədin Xarəzm-
dən gəlməsi barədə məlumat. Qeysəriyyədə məskunlaşmaları. 
Babalarının və atasının Qeysəriyyədə irsən qazi olmaları. 
Qeysəriyyədə doğulması. Uşaqlığı. İlk təhsili. Misirdə və Şamda 
təhsilini davam etdirməsi. Qazılıq (1365-1378), vəzirlik (1378-
1380), naiblik (1380-1381) və hökmdarlıq (1381-1398) dövrləri. 
Ölümü və onun səbəbi. Ağıllı və tədbirli bir insan olması. 
İctimai-siyasi fəaliyyəti. Ömrünün əsas hissəsini ictimai-siyasi 
işlərdə, müharibə və qovğalarda keçirməsi. 
Y a r a d ı c ı l ı ğ ı. Azərbaycan dilində əlimizə gəlib çatan 
ilk divanın müəllifi olması. Türk deyil, Azərbaycan şairi hesab 
olunmasının səbəbi. Divanının yeganə nüsxəsinin Britaniya 
muzeyində saxlanması. Divanın həcmi və oraya daxil olan 
şeirlərin janrları. Qəzəllərində təxəllüsün işlənməməsi. Azərbay-
can dilində ilk tuyuğlar yazan müəllif olması. Qazi Bürha-
nəddinin şeirlərinin mövzu dairəsi, ideya-məzmun xüsusiyyətləri 
və sənətkarlıq məziyyətləri. Şeirlərində nikbinlik, şənlik, şuxluq, 
həyata bağlılıq, dünyəvi hisslərin güclü şəkildə təzahürü. Nəşəyə, 
həyatdan zövq almağa çağırış. Şairin ictimai-siyasi mövzulu, 
habelə bahadırlığı və qəhrəmanlığı tərənnüm edən şeirləri. 
Q.Bürhanəddin yaradıcılığında dini-mistik və sufi-panteist 
görüşlərə meyl. 


29 
Q.Bürhanəddin poeziyasında canlılıq, təravət, musiqililik, 
ritm və ahəng çaları. Dil və üslub gözəlliyi. Bədii təsvir və ifadə 
vasitələrinin bolluğu. Obrazlılıq. 
Q.Bürhanəddinin həyat və fəaliyyətinin, irsinin öyrənilməsi, 
tədqiqi və nəşri. 
Hürufilik. Fəzlullah Nəimi
(1339-1394). Şəhabəddin 
Fəzlullah Nəimi ibn Əbu Məhəmməd Təbrizinin həyatı. Hürufilik 
ideyalarının banisi olması və həmin ideyaları yaymağa başlaması 
(1386). Nəiminin müridləri. Onun sağlığında və ölümündən sonra 
müridlərin fəaliyyəti. Teymurləngin hürufilərə və Nəimiyə 
münasibəti. Nəiminin edam olunması və qəbri. Əsərləri: 
“Məhəbbətnamə”, “Ərşnamə”, “Növmnamə”, “Cavidannamə”, 
lirik şeirlər divanı və s. “Cavidannamə” hürufiliyin əsas 
müddəalarını əks etdirən məramnamə xarakterli əsər kimi. 
Hürufiliyin tarixi və mahiyyəti. Yaranma səbəbləri. 
Özündən əvvəlki fəlsəfi, dini-mistik görüşlərlə, Quranla və 
şiəliklə bağlılığı. Əsas ideyaları: ilahi varlığın ilkin, əzəli və əbədi 
varlıq kimi qəbulu. Dünyanın sözdən yaranması, söz və hərflərin 
müqəddəsləşdirilməsi və s. 
Allahın təbiətdə, əşyada və insanda təcəssümü. Panteizm. 
“Ənəlhəqq” şüarı. Allahın özünü iki şəkildə – söz-kəlam və insan 
şəklində təcəlli etdirməsi ideyası. Hürufilikdə insan konsepsiyası. 
İnsanın surətində ilahi varlığın təcəssümü. 
XIV-XV 
əsrlər Azərbaycan ədəbiyyatında hürufilik 
ideyalarının bədii əksi. Hürufiliyin başqa ölkələrdə yayılması. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin