Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


VI Mövzu: XV-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

VI Mövzu:
XV-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı. 
Ş.Q.Ənvər, Həqiqi, Xəlili.
Dövrün ictimai-siyasi və ədəbi-mədəni xülasəsi. Teymur-
ləngin ölümü (1505) ilə Azərbaycanda Teymurilər dövlətinin 
iflasa uğraması. Qaraqoyunlular dövlətinin yaranması (1410) və 
fəaliyyəti. Həmin dövlətin süqutu (1468) və Ağqoyunlular 
dövlətinin yaranması və fəaliyyəti (1468-1501). Azərbaycanda 


31 
qızılbaşlar hərəkatı. Ağqoyunlular dövlətinin devrilməsi və 
Səfəvilər dövlətinin yaranması (1501). Dövlətin banisi Şah 
İsmayıl Xətai (1501-1524) və onun oğlu Təhmasibin (1524-1576) 
hakimiyyəti illərində Azərbaycanda əmin-amanlıq. Ana dilinin 
dövlət dilinə çevrilməsi. İctimai və ədəbi-mədəni həyatda ana 
dilinin mövqeyinin artması. XV-XVI əsrlərdə ölkənin maarif və 
mədəniyyət həyatında baş verən dəyişikliklər. Tarix, coğrafiya, 
tibb və s. elmlər sahəsində bir çox əsərlərin meydana çıxması. 
Sənət sahələrinin inkişafı. 
Bədii ədəbiyyatın inkişafı və onun nümayəndələri: Şah 
Qasım Ənvar, Əbdülqadir Marağayi, Hamidi İsfahani. Mirzə 
Cahanşah Həqiqi, Bədr Şirvani, Xəlili, Hidayət, Şeyx İbrahim 
Gülşəni, Nemətullah Kişvəri, Həbibi, Şahi, Süruri, Bəsiri, Xəzani, 
Həqiri Təbrizi, Xətai Təbrizi, Şah İsmayıl Xətai, Məhəmməd 
Füzuli, Fəzli və s. Bədii ədəbiyyatın, əsasən, iki dildə – 
Azərbaycan və fars dillərində inkişaf etməsi. Anadilli ədəbiyyat 
nümunələrinin və nümayəndələrinin kəmiyyət etibarı ilə artması. 
Bədii ədəbiyyatda təriqət meyllərinin əvvəlki əsrlərə nisbətən 
daha da güclənməsi. Saray ədəbiyyatının inkişafı. Saray və təkkə 
ədəbiyyatı arasında nəzərə çarpan fərqlər. Bədii ədəbiyyatın əsas 
inkişaf meylləri və mövzu istiqamətləri: mədhiyyə ədəbiyyatı, 
təriqət ədəbiyyatı, sırf dini meylli şeirlər, dünyəvi ruhlu ədəbiy-
yat, ictimai-fəlsəfi məsələlərlə bağlı poeziya nümunələri və s.
XV əsrin ikinci yarısı və XVI əsrin əvvəllərində Osmanlı 
dövlətinə və başqa yerlərə mühacirət edən Azərbaycan şairləri. 
Mühacirətin səbəbləri. Hürufilik ideyalarının davam etdirilməsi. 
Hamidi, Xəlili, Gülşəni, Şahi, Süruri, Həqiri, Fəzli və s. şairlərin 
həyat və yaradıcılığı haqqında məlumat. 
Həmin şairlərin yaradıcılığının əsas xüsusiyyətləri. Bu 
şairlərin əsərlərinin az bir qisminin bizə gəlib çatması. 
Yaradıcılıqlarından nümunələrin təhlili. 
XV-XVI 
əsrlərdə yaşamış Azərbaycan sənətkarları 
haqqında məlumat verən əsas məxəz və mənbələr. Bu dövr 
ədəbiyyatının öyrənilməsi, tədqiqi və nəşrinin səviyyəsi. 


32 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin