34
bayatı, varsağı) ilk dəfə divan ədəbiyyatına gətirməsi. Xalq şeiri
janrlarından istifadə etməsinin səbəbləri. Qurbani, Miskin Abdal
kimi xalq ədəbiyyatı nümayəndələrinə qayğı göstərməsi.
Divan ədəbiyyatında istifadə etdiyi klassik ədəbiyyat
janrları. Şeirlərinin mövzuca rəngarəngliyi və əsas mövzu dairəsi.
Dini, sufi-mistik, ictimai-fəlsəfi, dünyəvi və əxlaqi-didaktik və s.
mövzularda əsərlər yaratması. Şeirlərinin əsas ideya istiqamətləri.
“Səfəviyyə” təriqətinin və şiə-qızılbaş ideologiya-sının bədii
şəkildə təbliği. Xətai yaradıcılığında sufi-panteist görüşlər.
Hürufiliyə rəğbəti və əsərlərində hürufi ideyalarının təzahürü.
Nəsimi və Xətai. Xətainin bir şəxsiyyət kimi müqəddəsliyi, ilahi
varlığın yer üzündəki təcəssümü olması barədə şiə-qızılbaş
görüşləri və onun Xətai yaradıcılığında təzahürü. Müqəddəs dini
şəxsiyyətlərin, xüsusilə imamların mədhi.
Xətainin dünyəvi, ictimai-fəlsəfi və əxlaqi-didaktik şeirləri.
Məhəbbət lirikası. Xətainin döyüşə çağırış ruhlu, qaziliyi,
qəhrəmanlığı və bahadırlığı təbliğ edən şeirləri.
“Nəsihətnamə” sufi-panteist və əxlaqi-didaktik ideyaları
bədii şəkildə ifadə və təbliğ edən məsnəvi kimi. Əsərin təlimi və
tərbiyəvi əhəmiyyəti.
“Dəhnamə” poeması. Əsərin mövzusu, süjeti, məzmunu və
ideyası. Poemanın kompozisiyası, orijinallığı. Əsas obrazlar və
onların səciyyəsi. Səbr və fədakarlığın tərənnümü.
Xətai yaradıcılığının poetik məziyyətləri və sənətkarlıq
sirləri. Dil və üslub xüsusiyyətləri. Sadəlik, aydınlıq, səmimilik,
rəvanlıq və s. Xalq ədəbiyyatı üslubunda yazılmış şeirlərin daha
çox sadəliyə malik olması. Xətainin həyatı və ədəbi irsinin
öyrənilməsi, tədqiqi və nəşri sahəsində Azərbaycanda və xarici
ölkələrdə görülən işlər.
Dostları ilə paylaş: