XX Mövzu:
Nəcəf bəy Vəzirovun dramaturgiyası.
İlk
pyesləri. “Əti sənin, sümüyü mənim”, “Qaragünlü”, “Gəmi
lövbərsiz olmaz”, “Ağıçı” (bu əsərlər ədibin sağlığında itmişdir)
və “Ev tərbiyəsinin bir şəkli” əsərlərində ictimai eyiblərin tənqidi.
“Daldan atılan daş topuğa dəyər” komediyasının qısa
məzmunu və əsas surətləri. Cadugərliyin tənqidi əsərin aparıcı
ideyası kimi. “Sonrakı peşmançılıq fayda verməz” komedi-
yasında köhnə və yeni nəslin qarşılaşdırılması. “Adı var, özü
yox” komediyasında tənqid hədəfləri. “Yağışdan çıxdıq yağmura
düşdük” komediyasında qadın hüquqlarının tapdanmasının
təsviri. Əşrəf bəy obrazı.
“Müsibəti Fəxrəddin” (1896) Azərbaycan dramaturgi-
yasında ilk faciə kimi. “Müsibəti-Fəxrəddin” qan intiqamı və
cəhalətə qarşı yazılan əsər kimi. Fəxrəddinin maarifçi görüşləri,
baxışlarındakı ziddiyyət və məhdudluq. Faciənin ideyası və qadın
obrazları.
“Pəhləvanani-zəmanə” (1900) neft mövzusuna həsr
olunmuş ilk əsər kimi. Əsərdə XIX əsrin sonu və XX əsrin
əvvəllərində inkişaf edən Bakı kapitalizminin təsviri.
N. Vəzirovun 1905-ci il inqilabından sonra yazdığı pyesləri.
“Qaçaqlar”, “Vay şəlləküm, məəlləküm”, “Nə əkərsən, onu
biçərsən”, “Pul düşgünü Hacı Fərəc” və s. Sovet dövründə
yazdığı “Təzə əsrin ibtidası” dramının məzmunu və əsas surətləri.
XXI Mövzu:
Cənubi Azərbaycan ədəbi mühiti. Mirzə
Ağa Təbrizinin yaradıcılığı.
Qafqaz müharibələrində İranın
62
dövlətçilik təməlinin sarsılması, onun XIX əsrin ikinci yarısında
Rusiya və İngiltərənin nüfuz dairəsində olması. İqtisadi, dini və
ideoloji sahələrdə feodal Şərqə məxsus köhnəlmiş təsisatların
yenilənməsinə ehtiyac.
Maarif, mətbuat, nəşriyyat və s. inkişafı sahəsində
müəyyən
islahatlar.
Tehranda
“Mədrəseyi-nizamiyyəyi-
Nasiriyyə”darülfünunu, Təbrizdə “Mədrəseyi-Nasiri” və “Təbriz
dövlət mədrəsəsi”nin açılması. Mirzə Həsən Rüsdiyyənin
“Dəbistan” ibtidai üsuli-cədid məktəbini təşkil etməsi, “Vətən
dili”, “Ana dili” dərsliklərinin tətbiqi.
XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda çap
işlərinin genişlənməsi. 1817-ci ildə Təbrizdə açılmış ilk
litoqrafiyanın Azərbaycan dilində kitab nəşrinin mərkəzinə
çevrilməsi. Dövri mətbuatın yaranması, “Azərbaycan”, “Təbriz”,
“Nasiri”, “Mədəniyyət” kimi leqal, “Şahsevən” adlı gizli
qəzetlərin çapı. İranlı mühacirlərin şah üsul idarəsinə qarşı
İstanbulda “Vətən”, Qahirədə “Sürəyya”, Kəlküttədə “Həblül-
mətn” adlı qəzetləri nəşr etdirməsi.
Rusiyada yaşayan Ə. Talıbov və Z. Marağayı
görüşlərindəki maarifçilik məfkurəsi. Ədəbiyyatın maarifçi
realist məcarada inkişafa başlaması, poeziyanın aparıcı mövqe
tutması. XIX əsrin ikinci yarısında yaradıcılığa başlayan
Əbülhəsən Raci, Mirzə Əlixan Ləli, Mirzə Mehdi Şükuhi,
Məhəmmədbağır Xalxali, Məhəmməd Hidəçi, Hacı Rza Sərraf,
Seyid Rza Sabir, Məhəmməd Əmin Dilsuz, Purğəm, Məhəmməd
Xəlifə Aciz, Nazim Ərdəbilli və b.
Publisistikanın inkişafı və onun ədəbiyyata təsiri. Cənubi
Azərbaycan maarifçilərinin əlifba islahatı məsələsini gündəmə
gətirməsi. İranın Tiflis konsulunun mürtəcimi Mirzə Rza xan
Danişin 1880-cı ildə İstanbulda nəşr etdiyi “Əlifbayi-
Rüşdiyyə”risaləsində əlifba islahatının zəruriliyi ideyası.
M.F. Axundzadənin “Təmsilat”ının Tiflisdə nəşri,
Qafqazda və İranda yayılmasından sonra Cənubi Azərbaycanda
ilk dram əsərlərinin yazılması. Mirzə Ağa Təbrizi Axundzadə
63
ənənələrinin varisi kimi. M. A. Təbrizinin dramatik əsərləri: 1.
“Ərəbistan hakimi Əşrəf xanın əhvalatı”, 2. “Zaman xanın
Brucirddə hakimiyyəti”, 3. “Şahqulu Mirzənin Kirmanda
sərgüzəşti”, 4. “Ağa Haşım Xalxalinin eşqbazlığı”
Dostları ilə paylaş: |