107
səmtləşə bilməsində və onu öz tələbat və
mənafelərinə uyğun şəkildə
dəyişdirməyə yönələn fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir. Mark-
sizm bu münasibətdə aqnostisizmi (dünyanın dərk olunanlığını inkar edən
tə‟lim) tənqidi etmişdir.
Marksist fəlsəfədə idrak insanların özünəməxsus fəaliyyəti növü
kimi səciyyələndirilir. Bu fəaliyyət obyektiv aləmin (təbiət,
cəmiyyət və
insanın) predmet və hadisələrinin, habelə
şüurun və idrak prosesinin
özünün xassələrini aşkar etməyə yönəlmişdir. Idrakın obyektini həm ob-
yektiv, həm də subyektiv reallıq təşkil edir. Bu fəlsəfə öyrədir ki, insanın
idrak fəaliyyəti ilə təfəkkür fəaliyyəti ayrılmaz surətdə bağlıdır, qarşılıqlı
surətdə bir- birinə nüfuz edir. Onları yalnız abstraksiyada,
nisbi olaraq,
təhlil naminə bir- birindən ayırmaq olar. Marksist qnoseologiya (idrak
nəzəriyyəsi)
idrakın mürəkkəb və ziddiyyətli proses olduğunu göstərir.
Onun hissi pilləsini (duyğu, qavrayış, təsəvvür) və rasional pilləsini
(anlayış, hökm, əqli nəticə) seçib ayırır. Onların hər birinin özünəməxsus
cəhətlərini, habelə dialektik qarşılıqlı əlaqəsini və vəhdətini göstərir. Bu
qnoseologiyada
həqiqət
haqqında tə‟lim mühüm yer tutur.
Marksizmə görə
biliyin həqiqiliyi onun əks etdirdiyi real obyektlərə nə dərəcədə uyğun
gəlməsi ilə müəyyən olunur. Bu tə‟lim həqiqəti proses kimi təsəvvür edir.
Onun mütləq, nisbi və konkret növlərini bir- birindən fərqləndirir.
Marksizm cəmiyyətə və onun inkişafına real təbii- tarixi proses kimi
yanaşır. Cəmiyyəti vahid sosial orqanizm halında götürür.
Onun müxtəlif
pillələrini səciyyələndirmək və bir- birindən
Dostları ilə paylaş: