109
üzündən burada maarifçilik spesifik milli hadisə kimi formalaşıb inkişaf
etmişdir.
Azərbaycan maarifçiliyi bir sıra özünəməxsus cəhətlərə malikdir.
Hər şeydən əvvəl,
onun yarandığı dövrdə kapitalist münasibətləri zəif
inkişaf etmişdi. Buna görə də Azərbaycan maarifçiləri ümumi şəkildə
təhkimçiliyə qarşı çıxış edir, hamıya bərabərlik gətirəcək cəmiyyət təbliğ
edirdilər. Başqa sözlə deyilsə, onların dəqiq nəzəriyyələri və aydın ideoloji
mübarizə proqramları demək olar ki, yox idi. Ölkənin tarixi geriliyi, çariz-
min müstəmləkə siyasəti üzündən Azərbaycan maarifçiləri (xüsusən də
XIX əsrdə) konkret siyasi və iqtisadi vəzifələr
irəli sürən yetkin ideoloji
sistem səviyyəsinə yüksəlməmişdi.
Ikinci,
Azərbaycanda maarifçilik
fikirləri daha çox bədii vasitələr ilə ifadə olunurdu (ədəbiyyat, sosial satira,
ədəbi- tənqidi resenziya, publisistik yazılar və sair). Maarifçilərin sosial-
tənqidi fikirləri yeni ədəbi metod olan realizmin formalaşmasına
güclü
tə‟sir göstərirdi. Bədii ədəbiyyat ilə yanaşı şifahi xalq ədəbiyyatı da maa-
rifçiliyin əsas inkişaf forması kimi çıxış edirdi.
Üçüncü,
Azərbaycan maa-
rifçiliyinin inqilabi demokratik ideologiyaya münasibəti də özünəməxsus
olmuşdur. Belə ki, maarifçilik inqilabi demokratik ideologiyadan əvvəl
yaransa da, bir çox hallarda onunla yanaşı fəaliyyət göstərmişdir. Bu o
deməkdir ki, maarifçiliyi təmsil edən bə‟zi publisist, şair və yazıçılar so-
nradan inqilabi demokratik pilləyə qalxmışdır.
Digər tərəfdən öz
fəaliyyətinin lap əvvəlindən inqilabçı demokrat kimi çıxış edən ictimai
xadimlər də maarifçilik ideyalarından tam əl çəkməmişdilər. Deməli bura-
da maarifçilik ilə inqilabi demokratizm arasında keçilməz sədd mövcud
olmamışdır. Bu iki tərəf arasında əsas fərq onların baxışlarının
məzmunundan daha çox öz ideyalarını həyata keçirmə vasitələri
baxımından özünü göstərmişdir.
Azərbaycanda da maarifçilik birdən birə
klassik səviyyədə ifadə
olunmamışdır.
Dostları ilə paylaş: