Axundova görə fəlsəfə nəzəri elmdir. Onun məqsədi bütün şeylərin hikməti və səbəblərini təbiətin qanunauyğunluqları əsasında müəyyən etməkdir. Filosof xürafata, fala, caduyə və boş sözlərə inanmamalıdır. 1 Axundov öz əsərlərində tez- tez dünya bədii və fəlsəfi fikrinin
böyük nümayəndələrinin (Homerin, Sokratın, Platonun, Aristotelin və
başqalarının) adlarını çəkirdi. Spinozanın, Şekspirin, Volterin, Mon-
teskyönün, Russonun və Holbaxın oxuduğu əsərlərindən xüsusi qeydlər
edirdi. Onun şəxsi kitabxanasında tapılmış Darvinin, Hekslinin, Şleydenin
və Şvanın kitablarının kənarındakı yazılar sübut edir ki, Axundov onlarla
da dərindən tanış olmuşdur. O Yumun ilk səbəb tə‟liminə münasibətini
xüsusi məqalə şəklində ifadə etmişdir. Bundan başqa o fikir azadlığı və
onun ictimai tərəqqidə rolu haqqında C.S.Milin fikirlərinə tərəfdar
çıxmışdır. Axundov Qərbi Avropadakı elmi və fəlsəfəni dərindən bilməsi
sayəsində hüquqi və əmlak bərabərliyi haqqında qiymətli fikirlər
söyləmişdir.
Axundovun mühüm xidməti bundadır ki, o ilk dəfə olaraq
Azərbaycan mütəfəkkirlərinin fəlsəfəyə münasibətini əsaslı surətdə
dəyişdirdi. Ona qədər belə hesab olunurdu ki, fəlsəfə varlığın və idrakın
fövqəlhissi prinsipləri haqqında elmdir.
Axundov isə göstərdi ki, bu elm maddi dünyanın qanunlarını və səbəbiyyət əlaqələrini öyrənir. O qeyd edirdi ki, varlıq təkdir, öz- özünün səbəbidir. Biz yalnız gözlərimizlə
gördüyümüz və duyduğumuz kainatı varlıq kimi qəbul etməliyik. O
«Kəmalüddövlə məktubları»nda yazırdı: "Bu kainat bir vahid, qadir və
kamil vücuddur. Əvvəli də budur, axırı da budur. Nə ondan qabaq
başlanğıc olmuşdur, nə ondan sonra nəhayət olacaqdır. Zaman onun
tələblərindən, məkan isə keyfiyyətlərindən sayılır».
2
Kainatın maddiliyini və yaradılmazlığını qəbul edən Axundov belə
hesab edirdi ki, onun başqa yaradıcıya ehtiyacı yoxdur. Beləliklə də o
dünyanın Allah tərəfindən heç nədən yaradıldığı haqqında dini ehkama
qarşı çıxırdı. Onun fikrincə gözümüzlə gördüyümüz dünya öz- özünə öz
qanunları ilə mövcuddur.