Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


O həm də axirət dünyası və ruhun ölməzliyi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə136/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

O həm də axirət dünyası və ruhun ölməzliyi 
haqqında fikirləri düzgün saymırdı. 
Sonuncu məsələ ilə əlaqədar o belə 
bir bənzətmə söyləmişdi: idrak beyinsiz qeyri- mümkün olduğu kimi, ruh 
1
Axundov M. Kəmalüddövlə məktubları. Bakı,1969, s.16. 
2
Axundov M. Kəmalüddövlə məktubları, s.74. 


112 
da orqanizmdən kənarda yaşaya bilməz. Odur ki, ruhun ölməzliyinə inam 
ağılsızlıqdır. 
Axundov elmi idrakın ardıcıl tərəfdarı olmuşdur. O metafizikanı, 
ilahiyyatı və astrologiyanı lağa qoyurdu. Göstərirdi ki, onların heç biri 
konkret məzmuna malik deyildir. Onun fikrincə fəlsəfə onlardan əsaslı 
surətdə fərqlənir: fəlsəfənin predmeti təbiətdir, onu öyrənməyin metodu isə 
təcrübədir. 
Axundovun mühüm bir xidməti onun tərəfindən orta əsr islam 
fəlsəfəsi konsepsiyalarının araşdırılması təşkil edir. O kəlamın, 
məşşaizmin, işraqiliyin, sufizm tə‟limlərinin mistik tərəflərini qəbul 
etməmişdir. Məsələn, o mütəkəllimlər tərəfindən allahı yaradıcı, dünyanın 
isə yaradılan kimi bir- birinə qarşı qoyulmasını tənqid edirdi. O həm də 
məşşaizmin varlığı iki yerə bölməsini (zəruri və mümkün varlıq) qəbul 
etməmişdir. Göstərirdi ki, məşşailər bu cür hərəkət etməklə və ikincinin 
birincidən yarandığını qəbul etməklə aşkar dualizmə yol verirlər. Bu 
mövqe gec- tez ilkin səbəb, yə‟ni Allah haqqında fikrə gətirib çıxarır. 
Axundov həm də işraqilik tə‟limi ilə razılaşmırdı. Onun 
tərəfdarlarının təbiətə ilahi işığın təcəssümü kimi yanaşmalarını əsassız 
hesab edirdi. Axundovun fikrincə dünyadakı varlıqlar vahid ali işıqdan 
emanasiya yolu ilə yaradıla bilməz. Onun sufizmin «vəhdət- əl vücud» və 
ruhun ölməzliyi fikirlərini tənqid etməsi də maraq doğurur. O qeyd edirdi 
ki, ruh bədənin funksiyalarından biri olduğu üçün o bədənsiz yaşaya 
bilməz. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin